ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə22/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   18   19   20   21   22   23   24   25   ...   66

yanaşı  sümük  qalıqlarının  tapılması  göstərir  ki,  Mııstye 
mədəniyyəti  dövründə  Qazma  sakinlərinin  həyatında 
ovçuluq xüsusi yer tutmuşdur. 
Qazma  Mııstye  düşərgəsindən  aşkar  olunmuş  sümük 
məmulatının təyinatı və elmi tədqiqi ilə professor D.Hacıyev 
məşğul  olmuşdur.  Düşərgənin  aşağı  təbəqələrindən  keçi, 
porsuq, ibtidai öküz, plestosen eşşəyi, quş sümükləri və kiçik 
gəmirici  sümükləri  qeydə  alınmışdır.  Maraqlıdır  ki, 
düşərgənin  sümük  məmulatı  olduqca  çapılıb  doğranmış 
vəziyyətdədir.  Çapılıb  doğranmış  sümüklər  içərisində 
ayrı-ayrı  çənə  və  dişlər  əsasında  fauna  qalıqlarının  növləri 
təyin  olunmuşdur.  Mağarada  12  mindən  artıq  sümük 
məmulatının aşkar olunması Mııstye mədəniyyəti dövründə 
ibtidai  insanların  həyatında  ovçuluq  təsərrüfatının  əsas  yer 
tutduğunu göstərir. 
Qazma düşərgəsinin beşinci və altıncı təbəqələrində bir 
neçə  ocaq  yeri  aşkar  olunmuşdur.  Bu  qədim  Qazma 
sakinlərinin ocaqdan istifadə etdiklərini göstərir. 
Naxçıvan 
MR 
ərazisində 
ilk 
dəfə 
olaraq 
sənədləşdirilmiş  belə  bir  qədim  insan  düşərgəsinin  qeydə 
alınması  Azərbaycan  ərazisində  neandertal  tipli  insanların 
daha geniş ərazidə yaşadıqlarını göstərir. 
Qazma  mağarası  Naxçıvan  MR  ərazisində  Mııstye 
mədəniyyətinə  aid  tapılmış  ilk  qədim  insan  düşərgəsidir. 
Əgər  bu  vaxta  qədər  Naxçıvan  ərazisində  insanların 
yaşaması  5-6  min  il  bundan  əvvəllərə  aid  edilirdisə,  yeni 
tapıntı bu ərazidə qədim insanların hələ 120 min il bundan 
əvvəl  yaşadıqlarını,  eyni  zamanda  hələ  Paleolit  dövründə 
Naxçıvan  ərazisində  qədim  insanların  yaşaması  üçün 
əlverişli  təbii  şəraitin  olduğunu  təsdiq  edir.  Maraqlıdır  ki, 
belə qədim insan düşərgələri Cənubi Azərbaycan ərazisində 
də  tapılıb  tədqiq  olunmuşdur.  Güman  etmək  olar  ki, 
gələcəkdə Naxçıvan ərazisində aparılacaq arxeoloji tədqiqat 
işləri bəşərin keçmişinə 
71 


dair  daha  yeni  abidələrin  müəyyən  olunmasına  səbəb 
olacaqdır. 
Azərbaycanın  ən  səfalı  yerlərindən  olan  Lənkəran- 
Astara  zonası  hələ  ən  qədim  zamanlardan  öz  təbii  coğrafi 
şəraitinə  görə  ibtidai  insanların  yaşaması  üçün  olduqca 
əlverişli olmuşdur. 1985-ci ilədək bu ərazidə aşkar olunmuş 
Eneolit  və  Tunc  dövrlərinə  aid  arxeoloji  abidələrin  olması 
daha çox diqqəti cəlb edir. Bu abidələrdən toplanmış maddi 
mədəniyyət  nümunələri  öz  zənginliyi  ilə  fərqlənirdi.  Lakin 
bu  yerlərdə  qədim  insan  düşərgəsinin  qeydə  alınmaması 
təəssüf doğururdu. 
Bu  məqsədlə  Azərbaycan  Respublikası  Elmlər 
Akademiyası Tarix İnstitutu Paleolit arxeoloji ekspedisiyası 
Əsədulla Cəfərovun rəhbərliyi altında 1985-ci il iyul-avqust 
aylarında  Lənkəran,  Astara,  Lerik  və  Masallı  rayonları 
ərazisində  arxeoloji  kəşfiyyat  işləri  aparmağı  planlaşdırdı. 
Qeyd olunan rayonların ərazisi diqqətlə müşahidə olundu. 
Ən  yaxşı  elmi  nəticə  Lerik rayonu ərazisində aparılan 
arxeoloji  kəşfiyyat  işləri  zamanı  əldə  olundu.  Lerik  rayonu 
ərazisində  mağaralar  çoxdur.  Lerik  rayonunun  ərazisi 
1937-ci ilədək Zuvand rayonu adlandırılmışdır. Lerik rayonu 
ərazisini  İranla  sərhəd  boyunca  Talış  silsiləsi,  bundan 
şimalda  Peştəsər  silsiləsi,  sonra  isə  Buraver  silsiləsi  əhatə 
edir.  Talış  və  Peştəsər  silsiləsi  arasında  Zuvand  çökəkliyi 
yerləşir.  Ən  yüksək  zirvələri  Kömürgöy  (2492  m)  və  Qız 
yurdudur (2433 m). 
Əsasən  üçüncü  geoloji  dövrdə  formalaşmış  Talış 
dağları  bir  növ  Kiçik  Qafqaz  dağlarının  davamıdır.  Lakin 
Kiçik  Qafqazdan  fərqli  olaraq  Talış  dağlarında  vulkanik 
proseslər  daha  kəskin  olmuş,  buradakı  mağaralar  məhz 
vulkanik  yolla  əmələ  gəlmişdir.  Talış  dağlarının  yüksək 
zirvələri tamamilə çılpaqdır. Aşağı çökəkliklərdə isə əsasən 
seyrək meşəliklər, meşəli çəmənliklər və dağ meşələri vardır. 
72 


Maraqlıdır  ki,  Lerik  sakinlərinin  müəyyən  hissəsi 
mağaraya  göyül  deyirlər.  Göyül  sözünün  mənası  oyuq 
deməkdir. 
Lerik-Zuvand  zonasında  mağaralar  əsasən  Zuvand 
çayının yatağından 50-55 m yüksəklikdə yerləşir. 
Arxeoloji  kəşfiyyat  işləri  zamanı  Lerik-Zuvand 
yolunun 9-cu kilometrliyində bir neçə mağara qeydə alındı. 
Mağaraların  hamısı  Zuvand  çayının  sol  sahilində  yerləşir. 
Mağaralara Zuvand mağarası adı verildi. 
Lerik rayonu ərazisində ən möhtəşəm dağ zirvələrindən 
biri  də  Dəliklidaş  zirvəsidir.  Çətinliklə  də  olsa  Dəliklidaş 
dağının zirvəsinə qalxdıq. İşıqlı bir mağara qeydə alındı. İlk 
baxışda mağara ümidverici təsir bağışladı. Mağaranın içərisi 
torpaq çöküntüsü ilə dolu idi. Ona görə də burada arxeoloji 
kəşfiyyat qazıntısı aparmağı qərara aldıq. 
Yeni  qeydə  alınmış  mağara  Lerik-Buzeyir  yolunun 
10-cu kilometrliyində Zuvand çayının sol sahilində, Buzeyir 
kəndindən 3 km şərqdə yerləşir. Mağara kəndin yaxınlığında 
olduğu  üçün  ona  Buzeyir  adı  verdik.  Buzeyir  kəndi  dağın 
döşündə, mağara isə Talış dağlarının ən  yüksək zirvəsində, 
dəniz səviyyəsindən 1640 metr yüksəklikdə yerləşir. 
Buzeyir  mağarasında  arxeoloji  kəşfiyyat  qazıntısına 
başlamazdan əvvəl mağaranın fotoşəkli, planı çəkildi, sonra 
isə  torpaq  çöküntüsü  olan  sahələr  ayrı-ayrı  kvadratlara 
bölündü.  Mağaranın  uzunluğu  12  metr,  eni  5-6  metr, 
hündürlüyü  isə  (torpaq  çöküntüsündən)  2-2,5  metrə  çatır. 
Mağaranın qabaq hissəsində bir neçə iri qaya daşları var idi. 
Bunlar mağaranın tavanından düşmüşdü. Qədim zamanlarda 
mağaranın daha böyük olduğunu müəyyən etmək olurdu. 
Buzeyir  mağarasında  1985-ci  ildə  aparılan  kəşfiyyat 
qazıntısı zamanı 5 arxeoloji  təbəqə qeydə alındı. Kəşfiyyat 
qazıntısı  zamanı  daş  alətlər  və  ovlanmış  heyvan  sümükləri 
aşkar olundu. 
73 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə