ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə23/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   19   20   21   22   23   24   25   26   ...   66

1990-cı  ilin  iyul-avqust  aylarında  Ə.Cəfərovun 
rəhbərliyi ilə Buzeyir mağarasındakı geniş sahədə arxeoloji 
qazıntı  işləri  aparıldı.  Düşərgənin  çöküntülərində  6  təbəqə 
qeydə alındı. I və II təbəqələrdə aparılan arxeoloji qazıntılar 
zamanı  orta  əsrlər,  Tunc  və  Eneoli  dövrlərinə  aid  gil  qab 
qırıqları aşkar olundu. III təbəqədən sümük qalıqları və daş 
məmulatı  aşkar  olunmağa  başlandı.  IV,  V  və  VI 
təbəqələrdən  ovlanmış  heyvan  sümükləri  və  daş  məmulatı 
qeydə alındı. 
Buzeyir  mağarasında  aparılan  arxeoloji  qazıntılar 
zamanı  tapılan  daş  məmulatının  texniki  və  tipoloji 
xüsusiyyətlərinə 
əsasən 
əmək 
alətlərinin 
Mustye 
mədəniyyəti dövründə hazırlandığını söyləmək olar. 
Maraqlıdır  ki,  Buzeyir  mağarası  Lənkəran  zonasında 
Paleolit dövrünə aid  tapılmış ilk qədim insan düşərgəsidir. 
Əgər bu vaxta qədər bu diyarda qədim insanların yaşaması 
10-15 min il bundan əvvələ aid  edilirdisə,  yeni tapıntı bizə 
Paleolit dövrü adamlarının hələ 100-80 min il bundan əvvəl 
burada  yaşadıqlarını  söyləməyə  əsas  verir.  Bu  tapıntılar 
hələlik  ilk  tarixi  məlumatdır  və  gələcəkdə  aparıcalaq 
arxeoloji  tədqiqat  işləri  daha  yeni  elmi  materialların  aşkar 
olunmasına səbəb olacaqdır. 
1985-1990-cı  illərin  yay  mövsümündə  Azərbaycanın 
Lənkəran,  Astara,  Lerik  və  Masallı  rayonları  ərazisində 
aparılan  arxeoloji  tədqiqat  işləri  nəticəsində  bu  zonada  ilk 
dəfə  olaraq  Paleolit  dövrünə  aid  sənədləşdirilmiş  qədim 
insan  düşərgəsi  qeydə  alınmışdır.  Bu  maddi  mədəniyyət 
nümunələri  Azərbaycan  ərazisində  Paleolit  dövrü 
adamlarının  daha  geniş  əraziyə  yayılmasını  və  yaşamasını 
təsdiq edir. 
Azərbaycan  ərazisində  karst  mağaralarının  yayıldığı 
ərazilərdən  biri  də  respublikamızın  ən  səfalı  və  mənzərəli 
guşələrindən olan Kəlbəcər rayonudur. 
Paleolit arxeoloji ekspedisiyası 1981-1986 və 1987- ci 
illərdə Kəlbəcər rayonu ərazisində arxeoloji kəşfiyyat 
74 


və  tədqiqat  işləri  aparmışdır.  Əsas  məqsəd  Tərtərçay, 
Qamışlıçay  və  başqa  çayların  kənarlarında  qədim  insan 
düşərgələrinin olub-olmamasını müəyyən etmək idi. 
Arxeoloji 
ekspedisiya 
üzvlərindən 
Ə.Cəfərov, 
M.Hüseynov  və  M.Mənsurov  Kəlbəcər  rayonu  ərazisində 
arxeoloji kəşfiyyat işləri aparmış, yeni-yeni mağaralar aşkar 
etmişlər.  Qeyd  etmək  lazımdır  ki,  Tərtərçay  sahilləri  hələ 
qədim  zamanlardan  bəri  ibtidai  insanların  yaşayışı  üçün 
əlverişli  təbii  şəraitə  malik  olmuşdur.  Məhz  ona  görə  də 
arxeoloqları daha çox bu ərazidə qədim insan düşərgələrinin 
müəyyən  olunması  düşündürürdü.  Burada  axtarış  işləri 
zamanı  bir  neçə  karst  mağarası  və  40-dan  artıq  vulkanik 
yolla əmələ gəlmiş mağaralar qeydə alındı. 
Kəlbəcər  rayonunun  mağaraları  içərisində  Tərtər, 
Şordərə,  Qamışh,  Qoşa  kaha.  Dəhnə,  İstisu  və  başqaları 
xüsusi maraq doğururdu. Ona görə də Tərtər, Qoşa kaha və 
başqa mağaralarda arxeoloji kəşfiyyat işləri aparmağı qərara 
aldıq.  Qeyd  olunan  mağaralarda  torpaq  çöküntüsü  var  idi. 
Aparılan arxeoloji kəşfiyyat qazıntısı zamanı mağaralardan 
Eneolit, Tunc və orta əsrlər dövrlərinə aid maddi mədəniyyət 
qalıqları  aşkar  olundu.  Lakin  Paleolit  dövrünə  aid 
mağaralarda heç bir tapıntı qeydə alınmadı. 
Kəlbəcər rayonu ərazisində aparılan arxeoloji kəşfiyyat 
işləri  nəticəsində  Paleolit  dövrünə  aid  maddi  mədəniyyət 
nümunələri  Orta  Şurtan  və  Zar  kəndləri  ərazisindən  aşkar 
olundu.  Qeyd  olunan  ərazidəki  dəvəgözü  daşından 
hazırlanmış  əmək  alətlərinin  hazırlanması  texnikasına  v 
tipologiyasına görə Paleolit dövründə düzəldiyini söyləmək 
olar. Deməli, belə nəticəyə gəlmək olur ki, bu ərazidə qədim 
insanlar hələ Paleolit dövründən yaşamağa başlamışlar. 
Gələcəkdə  Tərtərçay  sahillərində  Paleolit  dövrü  üzrə 
arxeoloji  tədqiqat  işləri  aparılması  çox  perspektivli  olardı. 
Doğma diyarımızın uzaq keçmişinə dair yeni 
75 


səhifələr  yazılar və digər başqa qədim tarixi abidələr aşkar 
olunardı. 
Maraqlıdır  ki,  Kəlbəcər  dağlarında  Q.İsmayılovun 
apardığı arxeoloji kəşfiyyat işləri nəticəsində çoxlu qayaüstü 
rəsmlər  aşkar  olunmuşdur.  Respublikamızın  ərazisində 
qeydə alınmış qayaüstü rəsmlər arasında Kəlbəcər qayaüstü 
rəsmləri  xüsusi  yer  tutur.  Buranı  bir  növ  Qobustanın  kiçik 
qardaşı adlandırmaq olar. Kəlbəcər rayonu ərazisində qeydə 
alınmış  qayaüstü  rəsmlər  bu  diyarın  adamlarının  qədim 
zamanlardan  fəaliyyəti,  həyat  tərzi  və  onların  təsərrüfatları 
barədə yeni-yeni elmi fikirlər söyləməyə imkan verir. 
76 


usT 
PALEOLIT MƏDƏNIYYƏTI
 
Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  müəyyən 
olunmuşdur  ki,  uzun  müddət  davam  etmiş  Mustye 
mədəniyyətini Azərbaycanda 35-33 min il bundan əvvəl üst 
Paleolit əvəz etmişdir. Arxeoloji tədqiqatlar göstərmişdir ki, 
Azərbaycanda  üst  Paleolit  mədəniyyəti  35  min  il  bundan 
qabaq başlanmış və 12 min il bundan əvvəl sona çatmışdır. 
Üst  paleolitə  keçid  qədim  insanların  həyatında  və  əmək 
alətləri hazırlamasında mühüm dəyişiklərə səbəb olmuşdur. 
Bu  dövrdə  daşdan  və  sümükdən  daha  nəcim  və  universal 
əmək  alətləri  hazırlanmışdır.  Artıq  bu  dövrdən  başlayaraq 
daş  və  heyvan  sümükləri  üzərində  işlənmiş  incəsənət 
nümunələri meydana gəlməyə başlamışdır. 
Üst Paleolit dövründə prizma şəkilli nukleuslardan yeni 
texniki  üsullarla  qoparılmış  uzunvarı,  bıçaqşəkilli 
çaxmaqdaşı, lövhələrindən qaşov, tiyə, biz, uduq və s. kimi 
daş  alətlər  hazırlanmışdır.  Bu  alətlərin  çoxu  sümük  və  ya 
ağac  dəstəkli  (saplaqlı)  olurdu.  Daş  alətlərlə  yanaşı 
sümükdən hazırlanmış biz, bıçaq, qarmaq, süngü, iynə və s. 
alətlərdən də istifadə olunurdu. Son Paleolit adamları əsasən 
mağaralarda, 
qazmalarda 
və 
yerüstü 
daxmalarda 
yaşayırdılar. 
Üst  Paleolit  dövründə  incəsənət  xüsusilə  diqqəti  cəlb 
edir.  Matriarxat  dövründə  qadına  sitayişlə  əlaqədar  rəmzi 
mənadə çoxlu qadın təsvirləri yaradılmışdır. 
Üst Paleolit dövründə zəngin qəbir avadanlığına malik 
müxtəlif  dəfn  adətləri  mövcud  olmuşdur.  Bu  dövrün 
adamları fiziki cəhətdən müasir insan formasında (neantrop, 
kromanyon və s.) olmuşlar. 
Azərbaycan  Respublikasının  ərazisində  üst  Paleolit 
dövrünə  aid  maddi  mədəniyyət  nümunələri  Damcıh 
mağarasından  və  Yataq  yeri  açıq  yaşayış  yerindən  aşkar 
olunmuşdur.  Damcıh  mağarasının  daş  məmulatı  içərisində 
üst Paleolit mədəniyyətinə aid qaşovcuqlar, 
77 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə