ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə25/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

Bu  da  qədim  qobustanlıların  ovçuluq  fəaliyyəti  ilə  məşğul 
olduqlarını  göstərir.  Sümük  məmulatı  içərisində  vəhşi  at, 
vəhşi  qulan,  vəhşi  uzunqulaq,  öküz,  maral  və  başqa 
heyvanların sümük qırıqları qeydə alınmışdır. Lakin Damcıh 
sakinlərindən  fərqli olaraq, qobustanlılar suiti  və balıq ovu 
ilə  də  məşğul  olmuşlar.  Bu,  Xəzər  dənizinin  Qobustan 
sahillərində yerləşməsi ilə əlaqədar olmuşdur. 
Qobustan  Azərbaycan  tarixini  tədqiq  etmək  üçün 
zəngin bir xəzinədir. Bu elmi xəzinə haqqında biz ancaq qısa 
məlumat  verməklə  kifayətlənirik.  Yəni  ki,  bu  diyarın 
arxeoloji tədqiqi ilə məşğul olan C.Rüstəmov və T.Muradova 
yaxın  gələcəkdə  Qobustanın  maddi  mədəniyyəti  haqqında 
geniş  həcmli  əsər  yazıb  Azərbaycan  oxucularını 
seçindirəcəklər. 
Azərbaycanda 
Mezolit 
mədəniyyəti 
özünün 
inkişafından sonra Neolit (yeni Daş dövrü) mədəniyyəti ilə 
əvəz  olunmuşdur.  Aparılan  arxeoloji  tədqiqatlar  zamanı 
müəyyən  olunmuşdur  ki,  Azərbaycan  ərazisində  Neolit 
mədəniyyəti 10-7-ci minilliklər arasında mövcud olmuşdur. 
Neolit  Daş  dövrünün  son  mərhələsidir.  Bu  dövrdən 
başlayaraq  ovçuluq  və  yığıcılıqdan  əkinçilik  və  maldarlığa 
keçid  başlanır,  ilk  dəfə  olaraq  kəndlər  meydana  çıxır.  Bu 
dövr  tarixə  Neolit  inqilabı  kimi  daxil  olmuşdur.  Neolit 
dövründə ilk dəfə olaraq gil qablar hazırlanmağa başlayırlar. 
Məhz  gil  qablar  istehsalı  Neolit  dövründə  kəşf  olunur.  Bu 
dövrdə daş və sümük alətlərdən də geniş istifadə olunurdu. 
Maraqlıdır  ki,  cilalı  daş  baltaların  istehsalı  və  istifadə 
olunması  Neolit  mədəniyyəti  dövründən  başlanmışdır. 
Əkinçilik  və  toxuculuq  da  bu  dövrdən  yaranmağa 
başlamışdır. 
Arxeoloji  tədqiqatlar  zamanı  Damcıh  mağarasının  daş 
məmulatı  arasında  Neolit  mədəniyyətinə  aid  əmək  alətləri 
müəyyən  olunmuşdur.  Ona  görə  də  Azərbaycan  ərazisində 
Neolit mədəniyyətinin xarakterik xüsu- 
82 


siyyətlərilli əsasən Damcılı mağarasının və Qobustanın daş 
məmulatı  materialları  əsasında  öyrənmək  olar.  Bu 
abidələrdən əlavə Neolit mədəniyyətinin izlərinə Naxçıvanın 
Kültəpə,  Füzulinin  Qaraköpəktəpə,  Xanlar,  Kültəpə, 
Şomutəpə, Töyrətəpə və başqa yaşayış düşərgələrinin maddi 
mədəniyyət  nümunələri  arasında  rast  gəlmək  olur.  Bu, 
Mezolit  və  Neolit  mədəniyyəti  dövrlərində  yerli  sakinlərin 
daha geniş ərazilərdə məskunlaşdığını göstərir. 
Arxeoloji  tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki. 
Neolit  dövründə  yaşayan  sakinlər  ilk  dəfə  olaraq  oturaq 
həyata  keçmiş,  yeni  iqtisadi  tələblərlə  yanaşı,  torpaq 
təsərrüfatına bağlılıq prosesi başlanmışdır. 
Daşlardan  toxa  şəkilli  əmək  alətlərinin  hazırlanması, 
mikrolövhələrdən oraq dişləri, gildən qabların düzəldilməsi 
Neolitin  özündən  əvvəlki  dövrlərdən  əsaslı  surətdə 
fərqlənməsinə səbəb olmuşdur. 
Qobustanda aparılan arxeoloji qazıntılar zamanı Neolitə 
aid zəngin maddi mədəniyyət nümunələri qeydə alınmışdır. 
Buradan  tapılmış  toxayabənzər  alətlərin  dən  daşını 
xatırladan  əşyaların  sürtgəclərin  oraq  dişləri  kimi  istifadə 
olunması, güman olunan mikrolövhələrin tapılması Neolitin 
başlanmasını göstərir. 
Ovçuluq  və  balıqçılıqla  əlaqədar  olaraq  mikrolit 
alətlərin  və  silahların  hazırlanması  qobustanların  yeni 
təsərrüfat sahəsi ilə məşğul olduqlarını söyləməyə əsas verir. 
Qobustan  sakinləri  torpağı  becərmək  üçün  uzunsov  çay 
daşlarından  alətlər  hazırlamışlar.  Qədim  qobustanlılar  toxa 
hazırlamaq  üçün  düşərgəyə  yığıb  gətirdikləri  daşların  enli 
ucunun hər iki tərəfindən qəlpələr qoparmaqla onu əlverişli 
şəkildə istifadə etmək üçün formaya salmışlar. 
Qobustandan dəndaş və  sürtgəcvarı alətlərin tapılması 
yerli sakinlərin dənli bitgilərdən istifadə etdiklərini göstərir. 
83 


Qobustandan  tapılmış  əmək  alətlərinin  zənginliyi 
Neolit  mədəniyyəti  dövründə  sakinlərin  müxtəlif  təsərrüfat 
sahələri  ilə:  əkinçilik,  balıqçılıq,  heyvandarlıq  və  s.  ilə 
məşğul olduqlarını söyləməyə imkan verir. 
Neolit  dövrünün  insanları  müxtəlif  daşlardan  əmək 
alətləri, silahlar hazırlamaqla bərabər çay daşlarından tikinti 
işlərində də istifadə etmişlər. Xüsusilə Daş dövrünün sonu və 
Metal dövrünün birinci yarısından nəhəng sikloplar və sonra 
nəhəng daşlardan qəbir abidələri tikməyə başlamışlar. 
Qobustan  tədqiqatçısı  C.Rüstəmovun  fikrinə  görə 
qədim  Qobustan  sakinləri  heyvanları  Neoli  dövründən 
əhliləşdirməyə başlamışlar. Bu dövrdən qobustanlılar gildən 
qab hazırlamağı, gəmi düzəldib dənizdə üzməyi bacarmışlar. 
Bu  fikri  Qobustan  qayalarında  çoxlu  gəmi  təsvirlərinin 
olması  da  sübut  edir.  Maraqlıdır  ki,  1986-  cı  ildə  məşhur 
dəniz  səyyahı,  Norveç  alimi  Tur  Heyer-  dal  Azərbaycanda 
səfərdə  olarkən  Qobustan  və  Şabran  şəhərinin  arxeoloji 
qazıntıları zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqları 
ilə tanış olarkən bunlara heyran olduğunu bildirmişdir. Onda 
Tur  Heyerdah  Qobustandakı  gəmi  şəkilləri  xüsusilə  valeh 
etmişdir.  Ona  görə  də  o.  Qobustanda  ağac  gövdəsində 
qazılmış sadə qarğı və qamışdan hazırlanmış «Tiqris» tipli və 
səbətvarı  hörmə  gəmi  təsvirlərinə  baxmış  və  arxeoloji 
qazıntılar  zamanı  aşkar  olunmuş  daş  məmulatı  ilə  tanış 
olmuşdur. Məşhur Norveç alimi bildirmişdir ki. Qobustanda 
gördüyü  arxeoloji  materiallar  kitablarda  oxuduqlarını 
kölgədə  qoyur.  Qamışdan  hazırlanmış  gəminin  və  başqa 
yerlərdən fərqli olaraq günəşin dor ağacından deyil, gəminin 
burnunda  təsvir  edildiyini  yalnız  Qobustanda  görmüşdür. 
Sonra  Tur  Heyerdal  Qobustanın  zəngin  maddi  mədəniyyət 
abidəsi olduğunu göstərmiş və burada tədqiqat işləri aparan 
C.Rüstəmov  və  F.Muradovaya  mühüm  elmi  nailiyyətlər 
arzulamışdır. 
84 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə