ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə26/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

Qobustan  Azərbaycan  tarixinin  Mezolit  dövrü 
mədəniyyətindən başlamış son orta əsrlərə gədərki dövrlərini 
öyrənmək  üçün  zəngin  bir  elmi  xəzinədir.  Bu  gün 
tədqiqatçıların qarşısında əzəmətli vəzifələr durur. Məhz ona 
görə  də  Azərbaycan  Respublikasının  müstəqilliyinin 
bərpasından  sonra  tariximizin  savadlı  alimlər  tərəfindən 
tədqiq və təbliğ olunması üçün geniş şərait yaradılmalıdır. 
85 


OVÇULUQ, YIĞICILIQ VƏ HEYVANAT 
ALƏMİ 
Qarabağın  çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsində 
aparılan arxeoloji qazıntılar zamanı III, V və VI təbəqələrdən 
200  mindən  artıq  ovlanmış  heyvan  sümükləri  aşkar 
olunmuşdur.  Düşərgənin  ən  aşağı  təbəqələrindən  də 
daşlaşmış bir neçə ədəd heyvan sümükləri qeydə alınmışdır. 
Lakin hələlik onların hansı heyvana aid olmasını təyin etmək 
mümkün olmamışdır. 
Azıx düşərgəsinin III, V və VI təbəqələrindən tapılmış 
fauna  qalıqlarının  əksəriyyəti  olduqca  çapılıb  doğranmış 
vəziyyətdə  olduğuna  görə,  həmin  sümük  məmulatlarının 
əksəriyyətinin hansı heyvan növünə aid olmasını təyin etmək 
qeyri-mümkün  olmuşdur.  Düşərgədən  tapılmış  sümük 
məmulatı  arasında  yüzlərlə  çənə,  minlərlə  dişlər,  çənə 
qırıqları, mağara ayılarının kəllələri, quş və gəmirçi çənələri 
qeydə  alınmış  və  məhz  quşlara  aid  olması  müəyyən 
edilmişdir. 
Azıx  düşərgəsinin  qədim  aşel  mədəniyyətinə  aid  olan 
(VI  təbəqə)  təbəqəsindən  daş  məmulatı  ilə  yanaşı  minlərlə 
sümük qalıqları tapılmışdır. 
Azıx  düşərgəsinin  qədim  aşel  mədəniyyətinə  aid 
təbəqəsindən daş məmulatı ilə birlikdə külli miqdarda fauna 
qalıqlarının  aşkar  olunması  qədim  Azıx  sakinlərinin 
ovçuluqla  məşğul  olduqlarını  göstərir.  Lakin  Azıx 
düşgəsinin  aşağı  təbəqələrindən  aşkar  olunmuş  fauna 
qalıqları  yalnız  ən  qədim  düşərgə  sakinlərinin  ovçuluq 
təsərrüfatını  müəyyən  etməyə  şərait  yaratmaqla  yanaşı, 
həmin  ərazinin  qədim  aşel  mədəniyyəti  zamanı  mövcud 
olmuş  iqlim  şəraitini,  ibtidai  insanların  məskunlaşdığı 
dövrdə  yerin  üst  quruluşunu,  landşaft  müxtəlifliyini  tədqiq 
etməyə  də  imkan  yaratmışdır.  Düşərgədən  aşkar  olunmuş 
fauna  qalıqları  vasitəsilə  həmçinin  paleonto-  loji  və 
stratiqrafik  cəhətdən  düşərgənin  yaşının  müəyyən 
olunmasına da kömək etmişdir. 
86 


Azıx  düşərgəsindən  aşkar  olunmuş  minlərlə  fauna 
qalıqlarının  elmi  tədqiqi  ilə  Azərbaycan  Elmlər 
Akademiyasının  müxbir  üzvü,  biologiya  elmlər  doktoru, 
professor  D.V.Hacıyev  və  biologiya  elmlər  namizədi 
S.D.Əliyev  məşğul  olmuşlar.  Hələlik  Azıx  düşərgəsinin 
qədim və orta aşel dövrünə aid təbəqələrindən aşkar olunmuş 
fauna  qalıqları  özünün  zənginliyinə  görə  Yaxın  Şərq  və 
Qafqazda yeganə paleolit düşərgəsidir. 
Azıx  düşərgəsindən  aşkar  olunmuş  heyvanat  aləminin 
tərkibeə,  növcə  müxtəlifliyi,  onların  müxtəlif  iqlim 
zonalarında  yaşadıqlarını  göstərir.  Bunlardan  bəziləri 
səhralıqda - isti quru iqlimdə, bəziləri düzən və dağ ətəkləri 
yanında,  göl  və  bataqlıqlar  arasında,  bəziləri  çılpaq 
qayalıqlarda,  yarım  meşə  örtüyündə,  digərləri  isə  ancaq 
dağlıq meşəliklərdə yaşamışlar. 
Merka gərgədanı və nəhəng maral Azərbaycanda əsasən 
Abşeron-Bakı  dövründən  yaşayıb  yayılmışlar.  Lakin 
bunların ən yaxşı tapıntıları ilk dəfədir ki. Azıx mağarasının 
ən  qədim  təbəqəsi  olan  altıncı  təbəqədə,  daş  məmulatı  ilə 
birlikdə aşkar olunmuşdur. Həmin materiallar qeyd etdiyimiz 
fauna qalıqlarının dövrünün müəyyən edilməsində müstəsna 
əhəmiyyəti vardır. Düşərgənin qədim aşel mədəniyyətinə aid 
təbəqəsindən  aşkar  olunmuş  daş  və  sümük  məmulatının 
zənginliyi  ibtidai  insanların  Azıx  düşərgəsindən  daimi 
yaşayış  məskəni  kimi  qədim  aşel  dövründə  istifadə 
etdiklərini göstərir. 
Maraqlıdır  ki.  Azıx  düşərgəsinin  qədim  aşel 
mədəniyyətinə  aid  olan  təbəqəsindən  tapılmış  fauna 
qalıqlarının  əksəriyyəti  çapılıb  doğranmış  vəziyyətdədir. 
Həmin  sümük  məmulatının  bu  vəziyyətə  salınması  qədim 
mağara  sakinlərinin  geniş  surətdə  ovçuluqla  məşğul 
olduqlarını göstərir. Eyni  zamanda belə nəhəng və qorxulu 
heyvanlardan  mağara  ayısını,  mağara  kaftarını,  merka 
kərgədanını, yaxud nəhəng maralı ovlamaq çox da asan bir 
məşğuliyyət deyildir. Görünür qədim Azıx 
87 


sakinləri  nəhəng  əl  çapacaqları,  qaya  daşlan  ilə  yanaşı  ov 
zamanı  ağac  süngülərdən  də  istifadə  etmişlər.  Lakin  ağac 
süngüləri  çürüdüyündən  bizə  gəlib  çatmamışdır.  Ağac 
süngülərin  qalıqları  yandırılıb  kömürləşmiş  vəziyyətdə, 
Avropanın məşhur qədim aşel dövrünə aid düşərgələri olan 
Abservatoriya, Totavel və Gehtondan tapılmışdır. 
Azərbaycan  ərazisində  aparılmış  kompleks  elmi 
tədqiqat  işləri  zamanı  məlum  olmuşdur  ki,  antropoge-  nin 
əvvəllərindən  bu  günə  qədər  respublikamızın  iqliminin 
əlverişli  vəziyyətdə  olmasına  Xəzər  dənizi  həmişə  təsir 
etmişdir.  Xəzər  dənizinin  qalxması  və  enməsi  ilə  əlaqədar 
olaraq  Azərbaycan  ərazisində  fauna  və  floranın 
rayonlaşmasına  şərait  yaranmışdır.  Qeyd  olunan  əlverişli 
şərait qədim və orta aşel mədəniyyətləri zamanı özünü daha 
çox  göstərmişdir.  Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin 
qədim və orta aşel mədəniyyətinə aid təbəqələrdən tapılmış 
36 növ iri və çoxlu quş qalıqları dediklərimizi təsdiq edir. Bu 
dövrdə  merka  kərgadanı,  nəhəng  maral,  qədim  at,  mağara 
ayısı,  mağara  kaftarı  və  sair  fauna  qalıqları  ilə  birlikdə 
xortutumlardan  cənub  filləri  də  yaşamışdır.  Qeyd  etmək 
lazımdır  ki.  Azıx  düşərgəsində  cənub  fıl  qalığına  rast 
gəlinməmişdir.  Filin  düşərgədə  olmaması,  yalnız  relyef  ilə 
əlaqədar ola bilər. Azıx düşərgəsindən aşkar olunmuş fauna 
qalıqlarının  növcə  zənginliyindən  aydın  olur  ki,  qədim  və 
orta  aşel  mədəniyyətləri  zamanı  heyvanat  aləminin 
tərkibində  azalma  olmamışdır.  Əksinə  Azərbaycanın  təbii 
coğarfi  şəraitində  bunların  növcə  tərkibi  daha  da  artmışdı. 
Azıx  düşərgəsinin  qədim  aşel  mədəniyyətinə  aid  olan  VI 
təbəqəsindən aşkar olunmuş fauna qalıqları 11 növdən ibarət 
olması  müəyyən olduğu  halda, orta aşel  mədəniyyətinə aid 
olan  V  təbəqədən  isə  tapılmış  fauna  qalıqlarının  növləri  4 
dəfə qədim aşelə nisbətən artıq müəyyən olunmuşdur. 
88 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə