ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə27/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   23   24   25   26   27   28   29   30   ...   66

Maraqlıdır  ki,  Azıx  düşərgəsinin  qədim  aşel 
mədəniyyətinə  aid  olan  VI  təbəqədə  aparılan  arxeoloji 
qazıntılar  zamanı  zəngin  daş  məmulatı  ilə  birlikdə  heyvan 
sümükləri, ocaq və kömür qalıqları tapılmışdır. 
Azıx  düşərgəsinin  qədim  aşel  mədəniyyətinə  aid  olan 
VI təbəqədən aşkar olunmuş maddi mədəniyyət qalıqlarının 
zənginliyi göstərir ki, qədim aşel dövründə düşərgədə uzun 
müddət məskunlaşmış qədim insanlar ovçuluq və yığıcılıqla 
məşğul olmuşlar. 
Azıx  düşərgəsində  ovçuluq  təsərrüfatı  ilə  məşğul 
olmanın əsaslarını əks etdirən daş alətlərlə yanaşı, müxtəlif 
heyvanlara  aid  olan  zəngin  sümük  məmulatının  tapılması 
göstərir.  Maraqlıdır  ki,  sümük  məmulatının  bəziləri 
daşlaşmış haldadır. Qədim aşel mədəniyyətinə aid təbəqədən 
10  mindən  artıq  11  heyvan  növünə  məxsus  olan  sümük 
məmulatı  tapılmışdır.  Sümük  məmulatının  əksəriyyəti 
olduqca çapılıb doğranmış vəziyyətdədir. Fauna qalıqlarının 
bəziləri odda yandırılmışdır. 
Qədim aşel dövründə Azıx düşərgəsində aşağıda qeyd 
olunan heyvanlar ovlanmışdır. 1) mağara ayısı, 2) qonur ayı, 
3) qaban, 4) ibtidai at, 5) merka kərgadam, 6) nəhəng maral, 
7)  Qafqaz  maralı,  8)  Mesopotamiya  maralı,  9)  Mağara 
kaftarı, 10) Ekrues hidruntinus, 11) müxtəlif quş sümükləri. 
Düşərgənin  qədim  aşel  dövrünə  aid  təbəqəsindən  tapılmış 
fauna qalıqlarından aydın olur ki, həmin dövrdə Azərbaycan 
ərazisində  qədim  insanların  yaşaması  üçün  əlverişli  təbii 
coğrafi  şərait  olmuşdur.  Məhz  əlverişli  təbii  coğrafi  iqlim 
şəraitinə  uyğun  olaraq  respublikamızın  ərazisində  qədim 
insanlar məskunlaşmışlar. 
Azıx  düşərgəsinin  VI  təbəqəsindən  tapılmış  zəngin 
fauna qalıqları, ocaq, kömür və sümük məmulatının yanmış 
vəziyyətdə  tapılması,  burada  qədim  mağara  sakinlərinin 
daimi  yaşadıqları və ovçuluqla məşğul olduqlarını göstərir. 
Eyni zamanda qədim aşel adamları- 
89 


nm iri və nəhəng heyvanları ovlamaq üçün geniş imkanlara 
malik olmalarım göstərir. Ovçuluq cəmiyyəti nəinki yeməklə 
təmin  edirdi, eyni  zamanda təbiətin müxtəlif dəhşətli iqlim 
şəraitində soyuqdan qorunmaq üçün insana şərait yaradırdı. 
Eyni zamanda qədim insanlara daha sıx kollektivlər halında 
birləşməyə sövq edirdi və ona görə də qədim Azıx sakinləri 
kollektivdə birləşərək ovçuluqla məşğul olmuşlar. 
Çoxtəbəqəli  Azıx  paleolit  düşərgəsinin  orta  aşel 
mədəniyyətinə  aid  olan  V  təbəqəsində  aparılan  arxeoloji 
qazıntılar  zamanı  daş  məmulatı  ilə  yanaşı  zəngin  ovlanmış 
heyvan sümükləri aşkar olunmuşdur. Maraqlıdır ki, orta aşel 
təbəqəsindən 101 ədəd quş sümükləri də tapılmışdır. Həmin 
quş  sümüklərinin  təyini  zamanı  onların  21  quş  növünə  aid 
olması  müəyyən  olunmuşdur  (N.İ.Burçay  Abromoviç, 
S.D.Əliyev, 1990). 
Azıx  düşərgəsinin  V  təbəqəsindən  tapılmış  fauna 
qalıqları  içərisində  aşağıdakı  heyvan  növləri  müəyyən 
edilmişdir. 
1)  yaşıl  qurbağa;  2)  yunan  tısbağası;  3)  adi  kirəş;  4) 
malburuq megeli yarasası; 5) böyük malburun; 6) şiş qulaq 
bayquş; 7) adi uzunqulaq bayquş; 8) canavar; 9) çaqqal; 10) 
tülkü; 11) porsuq; 12) dələ; 13) mağara kaftarı; 14) qamışlıq 
pişiyi; 15) vaşaq; 16) bəbir; 17) mağara ayısı; 18) qonur ayı; 
19)  himalay  ayısı;  20)  çöl  donuzu;  21)  cüyür;  22) 
Mesopotamiya maralı; 23) nəhəng maral; 24) Qafqaz maral; 
25) ceyran; 26) dağ keçisi; 27) bizon; 28) vəhşi at; 29) vəhşi 
uzunqulaq;  30)  merka  kərgədanı;  31)  dovşan  -  rusok;  32) 
pişsux; 33) pişsux- açəri; 34) oxlu kirpi; 35) adi taxıl siçanı. 
Yuxarıda göstərilmiş fauna növlərindən aydın  olur ki, 
orta  aşel  mədəniyyəti  zamanı  qədim  insanların  həyatında 
ovçuluq  daha  üstün  yer  tutmuşdur.  Maraqlıdır  ki,  fauna 
qalıqları  içərisində  mağara  ayıları  və  maral  sümüklərinin 
qalıqlar çoxluq təşkil edir. 
90 


Aşkar olunmuş sümük məmulatı içərisində odda yanmış 
sümük qalıqları da qeydə alınmışdır. İstər qədim və istərsə də 
orta aşel mədəniyyətinə aid olan təbəqələrdə bir neçə ocaq 
yeri  aşkar  olunmuşdur.  Məhz  həmin  ocaqlarda  da  yanmış 
sümük qalıqları qeydə alınmışdır. Azıx paleolit düşərgəsində 
yanmış  sümüklərin  qeydə  alınması,  aşel  mədəniyyəti 
dövründə ibtidai sakinlərin əti bişirmələrini göstərir. 
Çoxtəbəqəli Azıx paleolit düşərgəsinin III təbəqəsində 
aparılan arxeoloji qazıntılar zamanı daş məmulatı ilə yanaşı 
zəngin  ovlanmış  heyvan  sümükləri  tapılmışdır.  Bu  Azıx 
düşərgəsində  mustye  dövründə  də  ovçu-  luğun  üstün  yer 
tutmasını göstərir. 
Tağlar mustye düşərgəsinin fauna qalıqları 
Çoxtəbəqəli  Tağlar  mustye  mağara  düşərgəsində 
aparılan arxeoloji qazıntılar zamanı daş məmulatı ilə yanaşı 
zəngin  fauna  qalıqları  aşkar  olunmuşdur.  Tağlar  mustye 
düşərgəsindən tapılmış heyvan və quş sümüklərinin sayı 100 
mindən  artıqdır.  Sümük  məmulatının  əksəriyyəti  çapılıb 
doğranmış vəziyyətdədir. Ona görə də onların hansı heyvan 
növünə  aid  olmasını  müəyyən  etmək  qeyri-mümkündür. 
Tağlar  düşərgəsindən  aşkar  olunmuş  sümük  məmulatı 
içərisində  yüzlərlə  çənə  və  ayrı-ayrı  heyvan  və  quş  dişləri 
qeydə  alınmışdır.  Məhz  tapılmış  çənə  və  dişlər  əsasında 
düşərgənin heyvanat və quşlar aləmi müəyyən olunmuşdur. 
Tağlar  düşərgəsindən  olduqca  zəngin  fauna  qalıqlarının 
aşkar olunması burada mustye mədəniyyəti zamanı yaşamış 
sakinlərin ovçuluqla məşğul olduqlarını göstərir. Maraqlıdır 
ki, düşərgədən tapılmış sümük məmulatı içərisində ayrı- ayrı 
fauna qalıqları odda yandırılmışdır. Bu ovlanmış heyvanların 
ayrı-ayrı hissələrinin odda bişirildiyini söyləməyə əsas verir. 
91 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə