ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə28/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   24   25   26   27   28   29   30   31   ...   66

Tağlar  mustye  düşərgəsində  aparılan  arxeoloji 
qazıntılar  zamanı  düşərgənin  ayrı-ayrı  təbəqələrindən  100 
mindən  artıq  fauna  qalıqları  aşkar  olunmuşdur.  Tağlar 
mustye  düşərgəsindən  aşkar  olunmuş  fauna  qalıqları 
Qarabağın  mustye  mədəniyyəti  dövründə  mövcud  olmuş 
ovçuluq  təsərrüfatı  haqqında  zəngin  elmi  məlumatlar  əldə 
etməyə  imkan  vermiş  və  dövrün  heyvanat  aləmi  müəyyən 
olunmuşdur.  Düşərgədən  tapılmış  fauna  qalıqlarının  elmi 
tədqiqi  mustye  mədəniyyəti  dövründə  qədim  insanların 
həyatında ovçuluq təsərrüfatı əsas yer tutmuşdur. 
Tağlar 
mustye 
düşərgəsindən 
tapılmış 
fauna 
qalıqlarının  elmi  tədqiqi  ilə  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  müxbir  üzvü,  biologiya  elmləri  doktoru, 
professor  Dəmir  Hacıyev  məşğul  olmuşdur.  Sümük 
məmulatının  təyinatı  zamanı  aydın  olur  ki.  Tağlar  mustye 
düşərgəsində 
yaşayan 
qədim 
insanların 
ovçuluq 
təsərrüfatında  əsas  yeri  maral,  at  və  mağara  ayıları 
tutmuşdur. 
Tağlar  mustye  düşərgəsində  aparılan  arxeoloji 
qazıntılar  zamanı  aşkar  olunmuş  fauna  qalıqları  içərisində 
aşağıdakı  heyvan  növlərinin  sümük  qalıqları  qeydə 
alınmışdır: 
1. 
Mağara ayısı 
2. 
Mağara pələngi 
3. 
Qafqaz maralı 
4. 
Mesopotamiya maralı 
5. 
Dağ keçisi 
6. 
Vəhşi at 
7. 
Bizon 
8. 
Qaban 
9. 
Qonur ayı 
10. 
Mağara kaftarı 
11. 
Canavar 
12. 
Tülkü 
92 


13.
 
Çaqqal 
14.
 
Yaşıl qurbağa 
15.
 
Şelkovnikov qurbağası 
16.
 
Şişqulaq bayquşu 
17.
 
Natterer bayquşu 
18.
 
Böyük nalburun yarasa 
19.
 
Uzunqanaq yarasa 
20.
 
Oxatan - kirpi 
21.
 
Dovşan - rusak və s. 
Yuxarıda  qeyd  olunanlardan  aydın  olur  ki,  Azıx  və 
Tağlar  paleolit  düşərgəsində  ovlanmış  heyvanların  əsasını 
ayı, maral, dağ keçisi, at və qaban təşkil etmişdir. Bu qədim 
insanların  həyatında  ovçuluğun  əsas  yer  tutduğunu 
göstərməklə  yanaşı,  o  dövrün  heyvanat  aləmini  bərpa  edib 
tədqiq etməyə şərait yaradır. 
Azərbaycanın 
paleolit 
düşərgələrində 
aparılan 
kompleks  tədqiqatlar  zamanı  aşkar  olunmuş  maddi 
mədəniyyət qalıqları əsasında qədim insanların daş dövründə 
əsasən  ovçuluq  və  yığıcılıqla  məşğul  olmaları  müəyyən 
edilmişdir. Xüsusilə daş dövrünün paleolit və mezolit inkişaf 
mərhələlərində  qədim  insanların  təsərrüfatında  ovçuluq  və 
yığıcılıq üstün mövqedə olmuşdur. 
Azərbaycan,  Qafqaz  və  o  cümlədən  Yaxın  Şərq 
ərazisində  ən  qədim  arxeoloji  mədəniyyət  olan  Quruçay 
mədəniyyəti zamanı da ibtidai insanların həyatında əsas yeri 
ovçuluq  və  yığıcılıq  tutmuşdur.  Ovçuluq  qədim  insanları 
nəinki  yeməklə,  eyni  zamanda  geyimlə  təmin  edərək,  ulu 
sakinlərə  yaşayış  yerləri  tikililərini  hazırlamağa  da  şərait 
yaratmışdır. 
Azərbaycanın  digər  paleolit  düşərgələrində,  xüsusilə 
Daşsalaşh,  Damcıh,  Şuşa,  Qazma  və  Buzeyir  mağara 
düşərgələrində  aparılan  arxeoloji  tədqiqatlar  zamvnı  əmək 
alətləri  ilə  birlikdə  minlərlə  ovlanmış  heyvan  sümükləri 
tapılmışdır. Bu qeyd olunan düşərgələrdə qə 
93 


dim  insanların  təsərrüfat  həyatında  ovçuluğun  əsas  yer 
tutduğunu göstərir. 
Maraqlıdır  ki,  istər  Azıx,  Tağlar  və  istərsə  də  digər 
paleolit  düşərgələrindən  tapılmış  sümük  məmulatlarının 
müəyyən  hissəsi  odda  yandırılmış  formada  müəyyən 
edilmişdir. Bu qədim daş dövrü insanlarının odla tanış olub 
ondan istifadə etdiklərini göstərir. Azıx düşərgəsinin VI və V 
təbəqələrində  aparılan  arxeoloji  tədqiqatlar  zamanı  ocaq 
yerləri  aşkar  olunmuşdur.  Qeyd  olunan  təbəqələrdən 
tapılmış  sümük  məmulatının  müəyyən  bir  qismi  odda 
yandırılmışdır. 
Odla  tanışlıq  və  ondan  istifadə  olunması  qədim 
insanların  həyatında  mühüm  dəyişikliklərə  səbəb  olm^uş- 
dur. Odla tanışlıq qədim insanları iqlim şəraitindən asılılığı 
aradan  qaldırdı,  onları  soyuqdan  və  vəhşi  heyvanlardan 
daimi  olaraq  etibarlı  şəkildə  qorunmasına  şərait  yaratdı, 
insanların ərzaqla qidalanma vasitələrinin artmasına kömək 
etməklə  yanaşı  əmək  alətlərinin  təkmilləşməsinə  təkan 
vermiş  oldu.  Odun  kəşf  olunması  qədim  insanların  təbiət 
qüvvələri üzərində ən böyük qələbəsi idi. 
94 


FRANSANIN PALEOLİT DÜŞƏRGƏLƏRİ 
Avropa ölkələri ərazisində aparılan arxeoloji tədqiqatlar 
zamanı  qədim  və  orta  aşel  mədəniyyətinə  aid  zəngin 
arxeoloji abidələr aşkar olunmuşdur. Maraqlıdır ki, Avropa 
ölkələri  ərazisində  paleolit  dövrü  üzrə  aparılan  arxeoloji 
tədqiqat  işlərinin  tarixi  100  ildən  bir  qədər  artıqdır. 
Paleolitşünaslığm  tədqiqi  tarixində  bu  ölkənin  ərazisində 
aşkar 
olunmuş 
arxeoloji 
abidələrin 
özünəməxsus 
xüsusiyyətləri  vardır.  Heç  də  təsadüfi  deyildir  ki,  Fransa 
ərazisində tapılmış paleolit dövrünün qədim insan məskənləri 
bu  dövrün  tədqiqinin  təməl  daşım  qoymuşdur.  Məhz  buna 
görə də paleolit  dövrünün əsas mədəniyyət  ocaqları  Fransa 
ərazisində  ilk  dəfə  tapıldığına  görə  fransız  adları  ilə 
adlandırılmışdır.  Artıq  dünya  şöhrəti  qazanmış  Şell,  Aşel, 
Mustye, Orinyak, Solyutre, Madlen, Azil və başqa arxeoloji 
mədəniyyət abidələri Fransadakı qədim insan düşərgələrində 
tapılmışdır.  Bu  ərazidə  aşkar  olunmuş  qədim  insan 
düşərgələri  içərisində  Vallone,  Terra-Amata,  Araqo  və 
Lazare  xüsusi  maraq  doğurur  və  qeydə  alınmış  maddi 
mədəniyyət qalıqları içərisində xüsusi elmi əhəmiyyət kəsb 
edirlər. 
Fransanın  Vallone qədim  insan düşərgəsindən  Avropa 
üçün ən qədim daş dövrünün maddi mədəniyyət nümunələri 
aşkar  olunmuşdur.  Bu  düşərgədən  tapılmış  arxeoloji 
tapıntıların  yaşı  milyon  ilə  bərabərdir.  Hələlik  Avropa 
ərazisində bu tarixə malik ikinci bir arxeoloji düşərgə qeydə 
alınmamışdır.  Vallone  paleolit  düşərgəsində  aparılan 
arxeoloji qazıntılar zamanı daş məmulatı ilə yanaşı ovlanmış 
heyvan sümükləri də tapılmışdır. 
Fransa ərazisində aşkar olunmuş ən maraqlı və zəngin 
paleolit  düşərgələrindən  biri  də  Terra-Amata  qədim  insan 
məskənləridir. Düşərgə Fransanın cənub- şərqində olub Nitsa 
şəhəri  ərazisində  yerləşir.  Burada  arxeoloji  qazıntı  işlərini 
professor Anri dö-Lümley 
95 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə