ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.

səhifə29/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   66

aparmışdır. 
Aparılan 
arxeoloji 
tədqiqatlar 
zamanı 
düşərgədən qədim aşel dövrünə aid çopperlər, çopinq- lər, əl 
çapacaqları və başqa əmək alətləri tapılmışdır. Terra-Amata 
paleolit  düşərgəsindən  daş  alətlərlə  birlikdə  ovlanmış 
heyvanların  sümük  qalıqları  da  tapılmışdır.  Düşərgənin 
sümük məmulatı içərisində merka kərgadanı, nəhəng maral, 
vəhşi öküz və başqa heyvan sümükləri çoxluq təşkil edir. 
Terra-Amata  düşərgəsində  eyni  zamanda  qədim  tikili 
yeri aşkar olunmuşdur. Professor Anri-dö- Lümleyin fikrinə 
görə  qədim  tikili  yerində  ibtidai  adamlar  müvəqqəti 
yaşamışlar.  Bu  sahədə  əsasən  alət  hazırlamaqla  məşğul 
olmuşlar. Bunu tikili yerindən aşkar olunmuş çoxlu istehsal 
tullantıları  bir  daha  sübut  edir.  Tikili  yerlərinin  eni  4-6  m, 
uzunluğu 8-15 metrə yaxın olmuşdur. Tikili yerlərinin sahəsi 
daşlarla örtülü olmuşdur. Elmi tədqiqatlar zamanı müəyyən 
edilmişdir ki, tikili yerinin ortasında ocaq yandırılmış, hətta 
ocağın  küləkdən  sönməməsi  üçün  ətrafına  daşdan  sədd  də 
çəkilmişdir. 
Terra-Amata düşərgəsində ən maraqlı tapıntılardan biri 
paleolit  dövrü  adamının  ayaq  izinin  mədəni  təbəqədə 
qalmasıdır.  Onun  ölçülərinə  əsasən  müəyyən  edilmişdir  ki, 
həmin dövrün adamının boyu 1,56 metr olmuşdur. 
Fransanın 
dünya 
şöhrətli 
qədim 
paleolit 
düşərgələrindən 
biri 
də 
Kondel-Araqo 
abidəsidir. 
Kondel-Araqo  paleolit  düşərgəsində  aparılan  arxeoloji 
tədqiqat  işləri  zamanı  aşkar  olunmuş  maddi  mədəniyyət 
qalıqları xüsusi maraq doğurur. 
Kondel-Araqo paleolit düşərgəsi Fransanın cənubunda, 
Perpinyan  şəhərindən  30  km  aralıda  olub  Tota-  vel 
şəhərindən  2,5  km-də  Engli  çayının  sol  sahilində  yerləşir. 
Paleolit  düşərgəsində  arxeoloji  qazıntı  işləri  Anri 
dö-Lümleyin rəhbərliyi altında hər il aprelin 1-dən başlayır 
və oktyabrın 1-dək davam edir. Arxeoloji qa 
96 


zıntı  işlərində  Fransa  alimləri  ilə  birlikdə  İspaniya,  İtaliya, 
Ukrayna, Çin, Tayvan, Marrokko və başqa ölkələrin alimləri 
və tələbələri iştirak edirlər. 
Kondel-Araqo 
düşərgəsində  çöküntünün  ümumi 
qalınlığı 17 metrə bərabərdir və burada 14 arxeoloji təbəqə 
müəyyən olunmuşdur. 
Kondel-Araqo 
düşərgəsində 
aparılan 
arxeoloji 
qazıntılar  zamanı  qədim  və  orta  aşel  mədəniyyətinə  aid 
zəngin  daş  məmulatı  və  ovlanmış  heyvan  sümükləri 
tapılmışdır.  Düşərgədən  aşkar  olunmuş  daş  məmulatları 
içərisində  əsas  yeri  kobud  çapma  alətlər,  əl  çapacaqları, 
qaşov  tipli  alətlər,  üzərində  işlək  izi  olan  çay  daşları  və 
istehsal  tullantıları  təşkil  edir.  Aparılan  elmi  tədqiqatlar 
zamanı  düşərgədən  ən  nadir  əl  çapacağı  tapılmış  və  onun 
uzunluğu 32 sm-dir. 
Kondel-Araqo  paleolit  düşərgəsində  aparılan  arxeoloji 
qazıntılar  zamanı  ən  zəngin  maddi  mədəniyyət  qalıqlarının 
aşkar olunması burada qədim insanların uzun müddət daimi 
yaşadıqlarını göstərir. 
Araqo  paleolit  düşərgəsindən  tapılmış  paleoantro- 
poloji tapıntıların hamısı aşel mədəniyyətinə aid olub, qədim 
insanların  Fransanın  cənub  hissəsində  olan  To-  tavel 
ərazisində  450  min  il  bundan  əvvəllərdə  yaşadıqlarını  və 
ovçuİLiqla məşğul olduqlarını göstərir. 
1969,  1971,  1973,  1979-cu  illərdə  aparılan  arxeoloji 
qazıntılar  zamanı  Kondel-Araqo  paleolit  düşərgəsindən  4 
kəllə  və  5  qədim  insan  çənələri  tapılmışdır.  Araqo 
düşərgəsindən tapılmış antropoloji tapıntılar dünya arxeoloq 
və antropoloqlarmın diqqətini cəlb etmişdir. Həmin tapıntılar 
Avropanın  ilk  sakinlərinə  aid  olub,  qədim  aşel  dövründə 
600-450  min  il  bundan  əvvəllər  yaşamış  qədim  Araqo 
adamlarının 
sümük 
qalıqlarıdır. 
Maraqlıdır 
ki, 
Kondel-Araqodan  tapılmış  çənə  Azıx  düşərgəsinin  aşel 
təbəqəsindən  tapılmış  çənəyə  oxşayır.  Hər  iki  tapıntı  yaş 
etibarı ilə bir-biri ilə müqayisə oluna 
97 


bilər  və  qədim  insanların  antropoloji  xüsusiyyətlərini 
öyrənmək üçün ən mühüm tapmtılardandır. 
Avropa ölkələri ərazisində (Almaniya, Fransa, İspaniya, 
Macarıstan) aparılan arxeoloji tədqiqatlar zamanı qədim daş 
dövrünə  aid  maddi  mədəniyyət  qalıqları  ilə  yanaşı 
antropoloji tapıntılar da aşkar olunmuşdur. 
Hazırda  Avropa  ölkələri  ilə  Azərbaycan  ərazisində 
aparılan  paleolit  problemi  üzrə  elmi  tədqiqat  işləri 
beynəlxalq xarakter almışdır. Çünki bu ölkələrin ərazisində 
olan  paleolit  abidələri  dünyada  elə  abidələrdir  ki,  bu 
düşərgələrin  çöküntülərində  təbəqələr  tarixi  ardıcıllıqla 
yatmış və arxeoloji tapıntıların biri digərini tamamlayır. Bu 
da qədim insanların həyat tərzini, alət hazırlama texnikasını, 
onların  inkişaf  xüsusiyyətlərini  və  o  dövrün  təbii  coğrafi 
şəraitini öyrənmək üçün zəngin elmi materiallara malikdir. 
2001-ci  il  iyulun  3-4-də  Fransanın  Totavel  şəhərində 
Fransa, İtaliya, İspaniya, Azərbaycan. Rusiya və Gürcüstan 
alimlərinin  hazırladıqları  İNTAS  -  2000  proqramı  qəbul 
olunmuşdur.  Həmin  proqrama  uyğun  olaraq  Avropanın, 
Azərbaycanın  və  Qafqazın  mustye  mədəniyyətinin 
xarakterik  xüsusiyyətləri  3  il  ərzində  həmin  ölkələrin 
alimləri tərəfindən tədqiq olunacaqdır. 
Həmin proqrama uyğun olaraq son 40 ildə Azərbaycan
Qafqaz,  Fransa,  İtaliya,  İspaniya,  Rusiya  və  Gürcüstan 
ərazilərində olan qədim insan məskənlərindən aşkar olunmuş 
maddi mədəniyyət qalıqları elmin son nailiyyətləri əsasında 
tədqiq  etmək,  mustye  dövründə  yaşamış  ayrı-ayrı  insan 
düşərgələrinin  xarakterik  xüsusiyyətlərini  müəyyən  etmək, 
mustye dövründə yaşamış neandertal tipli insanların inkişaf 
edib homo- sapiens - yəni kamil insanlara çevrilməsinin əsas 
səbəblərini  müəyyənləşdirmək,  daha  yaxşı  inkişaf  etmiş 
mustye 
mədəniyyətinin 
meydana 
çıxmasının 
əsas 
xüsusiyyətlərini öyrənmək; Mustye mədəniyyəti dövründə 
98 




Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə