ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə3/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   2   3   4   5   6   7   8   9   ...   66

şüurlu  surətdə  əmək  aləti  hazırlamağa  başlamışdır.  İbtidai 
insanın  ilk  əmək  aləti,  ibtidai  tikili  yerləri  daşdan  olduğu 
kimi, özünün istək və arzularını da ən qədim vaxtlarda məhz 
daşlar üzərinə həkk etmişdir. Ona görə də bəşəriyyətin səhər 
vaxtına Daş dövrü adı verilmişdir. Bəşəriyyətin səhəri məhz 
daşlar üzərinə yazılmışdır və bu daşları tədqiq edib insanlığın 
uzaq keçmişi haqqında məlumat əldə etmək olur. Ona görə 
də bu dövrün tarixi daş alətlər əsasında öyrənilir və aradan 
çıxmış ictimai- iqtisadi quruluş haqqında elmi  biliklər əldə 
olunur. 
İnsanlığın  səhər  çağlarında  ibtidai  insanların 
hazırladıqları  daş  alətlər  olduqca  kobud  və  primitiv 
olmuşdur.  Sonralar,  vaxt  ötdükcə  yeni-yeni  əmək  alətləri 
meydana  çıxmış,  təkmilləşmiş  və  inkişaf  etməyə 
başlamışdır. Lakin elmi tədqiqatlar göstərir ki, əmək alətləri 
öz-özlüyündə inkişaf edə bilməz. Bu inkişaf insan beyninin, 
onun  təfəkkürünün  məhsuludur.  Əmək  alətlərinin  inkişafı, 
təkmilləşməsi,  yenilərinin  yaranması  insanların  beyninin, 
təfəkkürünün və insan cəmiyyətinin formalaşmağa başlaması 
ilə əlaqədardır. 
Bəşəriyyətin  ilk  çağlarında  ibtidai  insanlar  ancaq 
təbiətin  hazır  nemətlərindən  istifadə  edir  və  ovçtıluqla 
məşğul  olaraq  dolanırdılar.  Coğrafi  şəraitin  ulu 
sakinlərimizin  yaranması  və  formalaşması  prosesində 
mühüm  rolu  olmuşdur.  Aşkar  edilmiş  maddi  mədəniyyət 
nümunələri  göstərir  ki,  ibtidai  insanların  yaşaması  üçün 
əlverişli  coğrafi  şərait  harada  olmuşdursa,  məhz  həmin 
ərazilərdə ulu sakinlərimiz ilkin əmək fəaliyyətinə başlamış, 
bütün inkişaf və formalaşma mərhələlərini keçmişlər. 
Planetimizin  ilk  sakinləri  yaşayış  üçün  əlverişli  olan 
yerlərdə  - təbii  mağaralarda, qaya sığınacaqlarında,  yerüstü 
yaşayış  düşərgələrində  və  dərələrdə  -  çay  kənarlarında 
yaşamağa  başlamışlar.  İlk  vaxtlar  ibtidai  insanlar  üçün 
təbiətdə  baş  verən  hər  şey,  o  cümlədən  göyün  gurlaması, 
ildırım çaxması, yağış, qar yağması, 
10 


şiddətli küləklərin əsməsi və başqa təbii hadisələr tamamilə 
qaranlıq  və  möcüzəli  görünürdü.  Qədim  insan  təbiətin 
sirlərinə  qeyri-adi  baxır  və  bunların  baş  vermə  səbəblərini 
dərk edə bilmir və bu hadisələr barədə düşünməyə  məcbur 
olurdu.  Görəsən,  təbiətdə  baş  verən  hadisələrin  səbəbləri 
nədir?  O,  təbiəti  dərk  edə  biləcək-  mi?  Təbiət  onu  məhv 
edəcək  və  yaxud  yaşadacaq?  Və  əlbəttə  suallar  çox  idi. 
Həmin suallara cavab axtarılırdı 
 
İnsanlığın  şəhər  çağlarında  coğrafi  aləm  olduqca 
mənzərəli  və  rəngarəng  idi.  Sanki  təbiət  cənnət  guşəsini 
xatırladırdı.  Hər  tərəf  yamyaşıl  idi,  dağların  qoynunda 
ceyran,  cüyür,  dağ  keçisi,  ibtidai  öküz,  maral  otlayırdı. 
Meşələrdə isə quşların səsi insanı məftun edirdi. 
Çay  kənarında  yerləşən  bulaqların  şırıltısı  ətrafa 
yayılırdı.  İlk  vaxtlardan  etibarən  su  insan  üçün  həyat 
mənbəyi olmuşdur. Ona görə də ulu sakinlərimiz əsasən, çay 
kənarlarında  olan  mağaralarda  məskən  salmış,  diqqətini 
çayda olan daşlar cəlb etmişdir. 
Ulu  sakinlərimiz  iqtisadi  tələbatını  ödəmək,  təbiətin 
vəhşi  heyvanlarından  qorunmaq  və  özünü  yaşatmaq  üçün 
müəyyən  çıxış  yolları  axtarırdı.  Yüz  min  illər  ötür, 
planetimizin 
ilk 
sakinləri 
isə 
axtarış 
yollarında 
addımlayırdılar.  Uzun  axtarışlardan  sonra  ulu  əcdadlarımız 
təbii  sığınacaqlar  tapır  və  burada  məskunlaşmağa 
başlayırdılar. Sonra isə onlar yenidən çay kənarına qayıdır, 
orada  olan  çay  daşlarından  seçib  istifadə  etmək  barədə 
düşünürdülər. Təbiətdə ilk dəfə olaraq daşdan əmək alətləri 
hazırlayıb ondan tələbatı üçün istifadə etməyə çalışan ibtidai 
sakinlərə çay daşları öz sirlərini açmağa başlamışdır. Bəlkə 
elə buna görə də ulu əcdadlarımız öz meylini çay daşlarına 
salmışdır. İnsanlığın ilkin səhər çağlarında ulu sakinlərimiz 
çayda olan daşlardan seçib  istifadə  etməyi  və özünün ilkin 
əmək  fəaliyyətində  ilk  addımlar  atmağı  öyrənməyə 
başlayırdı. Aparılan elmi axtarışlar zamanı məlum olmuşdur 
ki, 
11 


bu  tarixi  hadisə  6  milyon  il  bundan  əvvəl  baş  vermişdir. 
Məhz  bu  vaxtdan  başlayaraq  ibtidai  əcdadlarımız  əmək 
fəaliyyətinə,  tələbatlarını ödəmək üçün ovçuluğa başlamaq 
məqsədilə təbii çay daşlarını seçir, əldə yaxşı tu- tub istifadə 
etməkdən  ötəri  yararlı  formaya  salır,  daşlardan  ayrı-ayrı 
qəlpələr  qoparmağa  çalışırlar.  Bu  dövrdən  etibarən  ibtidai 
sakinlər  ictimai  əməyin  təsiri  altında  inkişaf  edir  və 
formalaşır. 
İbtidai 
insanın 
əmək 
fəaliyyətinin 
başlanmasından etibarən insanlığın tarixi, artıq təbiət tarixi 
ilə  deyil,  ilk  dəfə  olaraq  şüurlu  surətdə  hazırlanmış  daş 
alətlərin inkişaf tarixi ilə başlanmışdır. 
Ulu  sakinlərin  çay  daşlanyndan  ilk  əmək  aləti 
hazırlaması  və  onların  sonrakı  inkişafı  üçün  milyon  illər 
lazım olmuşdur. 
Əcdadlarımızın  çay  daşından  əmək  aləti  hazırlamağa 
başlaması  onların  dünyagörüşünə  də  mühüm  təsir 
göstərmişdir.  Onlar  təbiətdə  baş  verən  hadisələrin  sirlərini 
müəyyən  etməyə,  bu  sahədə  təcrübə  toplamağa  cəhd 
etmişlər.  İlk  vaxtlar  təbiətin  hazır  məhsulları  ibtidai 
insanların  iqtisadi  tələbatlarını  ödəyirdi.  Lakin  müəyyən 
vaxt  keçdikdən  sonra  ibtidai  adamların  sayı  artır  və  bu  da 
onların iqtisadi tələbatını çətinləşdirirdi. Çünki təbiətin hazır 
məhsulları onların yeməyə olan ehtiyaclarını ödəyə bilmirdi. 
Bəs  nə  etməli,  hansı  işlə  məşğul  olmalı?  Qədim  insanlar 
çıxış  yolunu  məhz  əmək  alətlərinin  təkmilləşməsində 
görürlər.  Bunun  üçün  kobud  çapacaq  alətini  hazırlamağa 
başlayırlar.  Kobud.  çapacaq  hazırlamaqla  qədim  insan 
özünün həyat fəaliyyətini yaxşılaşdırmağa, iqtisadi tələbatım 
ödəmək məqsədilə ovçuluğa başlayır. Ovçuluğun meydana 
çıxması  ibtidai  adamların  ayrı-ayrı  qruplarla  yaşamasına 
təsir  edir  və  bu  qrupları  bir-birinə  yaxınlaşdırırdı.  Bundan 
başqa  qida  əldə  etmək,  soyuqdan,  vəhşi  heyvanların 
hücumundan  qorunmaq,  təbiətdə  baş  verən  hadisələrin 
sirlərini  öyrənmək  istəyi  ibtidai  insanların  qrup  halında 
yaşamasını zəruri edir. İnsanların iqtisadi tələ 
12 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə