ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə30/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   26   27   28   29   30   31   32   33   ...   66

yaşamış insanların həyat tərzini, ovçuluq təsərrüfatını tədqiq 
etmək;  Azərbaycan,  Qafqaz,  Fransa,  İtaliya,  İspaniya  və 
Rusiyada  yaşamış  neandertal  tipli  insanların  oxşar  və 
fərqləndirici  xüsusiyyətlərini  müəyyən  etmək,  adı  çəkilən 
ölkələrdə  hazırda  yaşayan  xalqların  ulu  əcdadlarının 
neandertal tipli insanların inkişafının nəticəsi olub-olamasmı 
müəyyən  etmək;  qeyd  olunan  ölkələrdə  məskunlaşmış 
müasir  xalqların  mustye  mədəniyyəti  dövründə  anatomik 
baxımdan oxşar və fərqli xüsusiyyətlərini tədqiq etmək, bu 
ölkələrdə yaşayan insanların yerli və ya Yaxın Şərq, Afrika 
mənşəli  olub-  olmadıqlarını  müəyyən  etmək,  mustye 
mədəniyyəti  dövründə  neandertal  tipli  insanların  həyat 
tərzinə  coğrafi  şəraitin  təsirini  müəyyən  etmək;  neandertal 
tipli  insanların  müasir  insana  çevrilməsi  prosesinin 
səbəblərini aydınlaşdırmaq və digər elmi problemləri tədqiq 
etməkdən ibarətdir. 
Bu proqrama uyğun olaraq mən 2001 və 2003-cü illərdə 
üst-üstə  3  ay  ərzində  Fransanın  Paris,  Nis,  Kən-  son, 
Perpinyan  və  Totavel  şəhərlərində  olan  elmi  laboratoriya, 
muzey  sərgilərində  saxlanılan  paleolit,  mezo-  lit,  neolit  və 
eneolit  dövrlərinə  aid  maddi  mədəniyyət  qalıqları  ilə 
yaxından  tanış  olub,  orada  elmi  tədqiqat  işləri  aparmışam. 
Fransanın  İnsan,  Sen-jermen,  Milli  Təbiət  tarixi 
muzeylərində,  İnsan  Paleontologiyası  İnstitutunda  və 
Totavelin Avropa Arxeoloji mərkəzində saxlanılan arxeoloji 
materialların elmi tədqiqi ilə məşğul olmuşam. Avropanın ilk 
sakinlərinin  əmək  alətlərinin  texnika  və  tipologiyasını, 
ovçuluq  təsərrüfatını  öyrənmək  üçün  həmin  maddi 
mədəniyyət qalıqlarının müstəsna elmi əhəmiyyəti vardır. 
Maraqlıdır  ki,  son  50  ildə  Fransa  ərazisində  professor 
Anri  dö-Lümleyin  rəhbərliyi  altında  aparılan  kompleks 
arxeoloji  tədqiqat  işləri  zamanı  paleolit,  mezolit  və  neolit 
dövrlərinə  aid  düşərgələr  və  zəngin  maddi  mədəniyyət 
qalıqları aşkar olunmuşdur. Həmin maddi 
99 


mədəniyyət 
qalıqları 
əsasında 
Fransanın 
müxtəlif 
şəhərlərində,  xüsusilə  Paris,  Nis,  Kənson  və  Totavel 
şəhərlərində  «Avropanın  ilk  sakinləri»  adlı  sərgilər  və 
arxeoloji  muzeylər  təşkil  olunmuşdur.  Həmin  maddi 
mədəniyyət  qalıqları  əsasında  paleolit  dövrünün  qədim 
insanlarının  həyat  tərzi,  alət  hazırlamasının  texnika  və 
tipologiyasını,  ovçuluq  təsərrüfatı,  maddi  və  mənəvi 
mədəniyyəti, heyvanat aləmi, bitgi örtüyü, ayrı-ayrı arxeoloji 
mədəniyyətlərin  xüsusiyyətləri  və  başqa  cəhətləri  tədqiq 
olunur. Xüsusilə İnsan Paleontologiyası İnstitutunda Fransa, 
İtaliya,  İspaniya,  Afrika,  Tunis,  Suriya  və  başqa  ölkələrin 
ərazilərində olan paleolit düşərgələrindən taplımış arxeoloji 
və paleoantropoloji tapıntılar saxlanılır və tədqiq olunur. 
Dünya  paleolit  məktəbinin  əsası  XIX  əsrdə  Fransada 
qoyulmuşdur.  İstər  XIX,  istər  XX  və  istərsə  də  XXI  əsrdə 
arxeoloji tədqiqat işləri aparmış Fransa alimləri bu məktəbi 
daha  da  zənginləşdirmiş  və  yeni-  yeni  paleolit  düşərgələri 
aşkar  edərək,  zəngin  maddi  mədəniyyət  qalıqları  ilə 
Avropanın və Fransa tarixinin bir milyon ilə bərabər olması 
elmi əsaslarla sübuta yetirilmişdir. 
Fransanın  Vallone,  Bon-bon,  Lazaret,  Orinyak, 
Sent-Aşel,  Kənson,  La-Kina,  Lö-mustye,  Teyak  və  digər 
qədim  insan  düşərgələrində  aparılan  kompleks  arxeoloji 
qazıntılar  zamanı  paleolit  dövrünə  aid  zəngin  arxeoloji  və 
paleontoloji  materiallar  aşkar  olunmuşdur.  Həmin  maddi 
mədəniyyət  qalıqları  əsasında  Avropanın  ilk  sakinlərinin 
arxeoloji  mədəniyyətləri  müəyyən  olunmuş  və  onların 
ayrı-ayrı  xüsusiyyətləri  elmi  əsaslarla  kompleks  şəkildə 
tədqiq olunmuşdur. 
Mən  2001-ci  ildə  Fransada  elmi  ezamiyyətdə  olarkən 
Fransanın  Totavel  şəhərində  keçirilən  Beynəlxalq  arxeoloji 
konfransda  iştirak  etmiş  və  orada  «Azərbaycanın  ilk 
sakinləri» adlı elmi məruzə ilə çıxış etmişəm (Şəkil 91-92). 
Məruzədə Azərbaycan ərazisində son 
100 


50  ildə  aşkar  olunmuş  paleolit  düşərgələrindən  tapılmış 
maddi  mədəniyyət  qalıqlarının  əsas  elmi  xüsusiyyətlərini 
şərh  etmişəm.  Xüsusilə  Azərbaycanın  Azıx,  Tağlar, 
Daşsalahlı,  Damcılı,  Şuşa,  Qazma  paleolit  düşərgələrinin 
arxeoloji  materiallarının  Qafqaz  və  Yaxın  Şərq  abidələri 
arasında  mövqeyi  elmi  əsaslarla  təhlil  edilmişdir.  Eyni 
zamanda  bəzi  erməni  «alimlərinin»  Azıx  paleolit 
düşərgəsinin tarixini saxtalaşdırmağa cəhd göstərdiklərini və 
əzəli  Azərbaycan  ərazisi  olan  Qarabağın  dağlıq  hissəsinin 
Ermənistana  birləşdirmək  üçün  ermənilərin  müxtəlif 
vasitələrdən istifadə etmələrindən, eyni zamanda terrorçuluq 
fəaliyyətlərindən də bəhs etmişəm. 
101 


QAFQAZIN PALEOLİT DÜŞƏRGƏLƏRİ 
Qafqaz  ərazisində  aparılan  kompleks  arxeoloji 
tədqiqatlar  nəticəsində  qədim  paleolit  dövrünə  aid  zəngin 
arxeoloji  materiallar  aşkar  olunmuş  və  ibtidai  insanların 
məskunlaşma problemlərini tədqiq etmək üçün çoxlu sayda 
düşərgələr tapılmışdır. 
Qafqaz ərazisində ilk paleolit düşərgəsini 1898-ci ildə 
fransız  alimi  Jozef  dö-Bay  qeydə  almışdır.  O,  1898-ci  ildə 
Qafqazda  apardığı  arxeoloji  tədqiqatlar  zamanı  Şimali 
Qafqazın  Krasnodar  yaxınlığından 
İl 
mustye  düşərgəsini 
qeydə  almışdır.  Sonralar  1899-1902-ci  illərdə  fransız  alimi 
Jak dö-Morqan Qafqazda apardığı  arxeoloji  kəşfiyyat  işləri 
zamanı  üst  paleolit  və  mustye  mədəniyyətinə  aid  yerüstü 
arxeoloji materiallar tapmışdır. 
Ümumiyyətlə,  1925-ci  ilə  qədər  Qafqaz  ərazisində 
paleolit dövrü olduqca zəif öyrənilmişdir. 
1925, 1926 və 1928-ci illərdə S.N.Zamyatnin 
il paleolit 
düşərgəsində  arxeoloji  tədqiqat  işləri  aparmış  və  paleolit 
dövrünə aid zəngin arxeoloji materiallar əldə etmişdir. 
1934-cü  ildən  başlayaraq  S.N.Zamyatnin  Qafqaz 
ərazisində geniş miqyasda arxeoloji tədqiqat işləri aparmış və 
nəticədə Axştır, Navalişin,  Asin, Voronsov,  Xosta və digər 
paleolit mağara düşərgələrini qeydə almışdır. 
1946-1950-ci 
illərdə  S.N.Zamyatnin,  Panickina, 
A.A.Formozov  Qafqaz  ərazisində  arxeoloji  tədqiqat  işləri 
aparmış və paleolit dövrünə aid düşərgələr qeydə almışlar. 
1955-1958-ci 
illərdə  Qafqazın  Cənubi  Osetiya 
ərazisində  SSRİ  EA  Arxeologiya  İnstitutunun  Paleolit 
arxeoloji  ekspedisiyası  V.P.Lubinin  rəhbərliyi  altında 
arxeoloji  kəşfiyyat  işləri aparmış  və Kudaro  I,  II,  III, V və 
Soni mağara düşərgələri tapmışdır. 
102 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə