ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə31/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   27   28   29   30   31   32   33   34   ...   66

1960-1970-ci  illərdə  Qafqaz  ərazisində  aparılan 
arxeoloji kəşfiyyat işləri zamanı Sakajiya, Susxvatı, Ma- naş, 
Ortava, Abadzex, Barakova, Qubs, Armavir, Azin, Yaştux, 
Saqvarcile, Cruçula, Laşe-Balta və digər paleolit düşərgələri 
tapılmışdır. 
1955-1990-cı  illərdə  professor  V.P.Lubinin  rəhbərliyi 
altında  Kudaro  I-III  və  Kudaro  V  mağara  düşərgələrində 
arxeoloji  qazıntı  işləri  aparılmışdır.  Arxeoloji  qazıntı  işləri 
zamanı  düşərgələrin  çöküntülərindən  mustye  və  aşel 
mədəniyyətlərinə aid zəngin maddi mədəniyyət nümunələri 
tapılmışdır. 
Kudaro  mağara  düşərgələri  Böyük  Qafqaz  ərazisində 
Cənubi  Osetiyanm  Cav  rayonu  ərazisində  olub  Adcori 
çayının  sol  sahilində  yerləşir.  Kudaro  mağara  düşərgələri 
dəniz  səviyyəsindən  1600  metr  yüksəklikdə  yerləşir,  çayın 
müasir yatağından isə 260 metr hündürlükdədir. 
Kudaro  I  mağarasının  çöküntülərində  6  təbəqə  qeydə 
alınmışdır.  I  təbəqədən  tunc  və  eneolit,  II  təbəqədən  - 
mezolit,  III  təbəqədən  və  IV  təbəqələrdən  -  mustye,  V 
təbəqədən  isə  aşel  mədəniyyətinə  aid  maddi  mədəniyyət 
qalıqları aşkar olunmuşdur. Düşərgənin VI təbəqəsindən isə 
arxeoloji  tapıntılar  qeydə  alınmamışdır.  Kudaro  I 
düşərgəsinin  aşel  mədəniyyətinə  aid  təbəqəsində  aparılan 
arxeoloji  qazıntılar  zamanı  5  mindən  artıq  daş  məmulatı 
tapılmışdır.  Düşərgənin  əmək  alətləri  arasında  əsas  yeri 
kobud  çapma  alətləri,  əl  çapacaqları  və  qaşov  tipli  alətlər 
tutur. 
Kudaro  III  mağara  düşərgəsi  Kudaro  I  düşərgəsinin 
yaxınlığında yerləşir. Düşərgənin uzunluğu 130, eni 
2-
 
6,  hündürlüyü  isə  1-5  metrə  çatır.  Kudaro  III 
mağarasında aparılan arxeoloji qazıntılar zamanı düşərgənin 
çöküntülərində  7  təbəqə  qeydə  alınmışdı.  I  təbəqədən  orta 
əsrlər, II təbəqədən mezolit, III-IV təbəqədən mustye, V-VI 
təbəqələrdən isə aşel  mədəniyyətinə aid  maddi mədəniyyət 
nümunələri aşkar edilmişdir. 
103 


Kudaro  III  paleolit  düşərgəsində  1955,  1959,  1974, 
1975, 
1977-1981 və 1990-cı illərdə professor 
V.P.Lubinin  rəhbərliyi  altında  arxeoloji  qazıntı  işləri 
aparılmışdır. Arxeoloji qazıntılar zamanı paleolit dövrünə aid 
zəngin  maddi mədəniyyət  qalıqları  tapılmışdır.  Düşərgədən 
tapılmış  maddi  mədəniyyət  qalıqları  içərisində  əsas  yeri 
əmək alətləri və ovlanmış heyvan sümükləri tutur. Kudaro III 
paleolit düşərgəsinin əmək alətləri içərisində əsas yeri kobud 
çapma alətləri, əl çapacaqları və qaşov tipli alətlər təşkil edir. 
1977-1981-ci  illərdə  keçirilən  Sovet-Fransa  çöl  elmi 
seminarında Kudaro düşərgələrindən tapılmış zəngin maddi 
mədəniyyət qalıqları geniş müzakirə olunmuşdur (Şəkil 66). 
Qafqazın ən zəngin paleolit düşərgələrindən biri də Soni 
mağarası  hesab  olunur.  Soni  mağara  düşərgəsi  Cənubi 
Osetiya  ərazisində  olub,  Kudaro  mağara  düşərgələrinin  5-6 
km  cənubunda  yerləşir.  Soni  mağara  düşərgəsi  dəniz 
səviyyəsindən  2100  metr  yüksəklikdə  yerləşir.  Mağara 
düşərgəsində  arxeoloji  qazıntı  aparmaq  üçün  əlverişli  sahə 
1000 m^-dən bir qədər artıqdır. Hazırda mağara düşərgəsinin 
140 m^ qazılıb tədqiq olunmuşdur. 
Soni  mağara  düşərgəsi  1958-ci  ildə  Gürcüstan  EA 
arxeologiya,  etnoqrafiya  və  tarix  institutunun  professoru 
A.N.Kalandadzenin  rəhbərlik  etdiyi  paleolit  arxeoloji 
ekspedisiyası  tərəfindən  qeydə  alınmış  və  həmin  ildən 
başlayaraq  orada  arxeoloji  qazıntı  işlərinə  başlanmışdır. 
Sonralar  A.N.Kalandadzenin  rəhbərliyi  altında  1959,  1960, 
1961,  1965  və  1969-cu  illərdə  Soni  mağara  düşərgəsində 
arxeoloji  qazıntı  işləri  aparılmışdır.  1977-  ci  ildən  isə  Soni 
mağara  düşərgəsində  D.M.Tuşabramişvili  tərəfindən 
arxeoloji qazıntı işləri aparılmışdır. 
Soni mağara düşərgəsində aparılan arxeoloji qazıntılar 
zamanı düşərgənin çöküntülərində 11 təbəqə qeydə 
104 


alınmışdır.  Düşərgənin  I  təbəqəsindən  orta  əsrlər,  II 
təbəqədən mezolit, III-IV-V, I təbəqələrindən mustye, 6, 6a, 
6b, 7 və 7a təbəqələrindən isə aşel mədəniyyətinə aid maddi 
mədəniyyət  qalıqları  aşkar  olunmuşdur.  So-  ni  mağara 
düşərgəsində  çöküntünün  ümumi  qalınlığı  16  metrə 
bərabərdir. 
Soni  düşərgəsində aparılan arxeoloji  qazıntılar zamanı 
çoxlu  daş  məmulatı  və  ovlanmış  heyvan  sümükləri 
tapılmışdır. Daş məmulatı içərisində əsas yeri əmək alətləri 
tutur. Əmək alətləri içərisində əl çapacaqları, kobud çapma 
alətləri  çoxluq  təşkil  edir.  Maraqlıdır  ki,  Soni  mağar 
düşərgəsinin aşel təbəqəsinin əmək alətləri arasında 47 ədəd 
əl çapacağı qeydə alınmışdır. 
Soni  düşərgəsindən  tapılmış  fauna  qalıqlarının  ümumi 
sayı  25  mindən  artıqdır.  Maraqlıdır  ki,  fauna  qalıqlarının 
99,4% iri  buynuzlu  heyvanların  sümük qalıqları  təşkil edir. 
Sümük  məmulatı  içərisində  92,1%-i  mağara  ayısına  aid 
fauna  qalıqları  təşkil  edir.  Bu  qədim  Soni  sakinlərinin 
ovçuluq  təsərrüfatında  mağara  ayının  ovuna  üstünlük 
verdiklərini göstərir. 
Qafqazın ən möhtəşəm mağara düşərgələrindən biri də 
Axştır  mağarasıdır.  Çoxtəbəqəli  Axştır  paleolit  düşərgəsi 
Qara dənizin ən gözəl sahillərindən birində, Soçi şəhərindən 
15  km  cənubda,  Mızımtı  çayının  sol  sahilində  yerləşir. 
Düşərgə  dəniz  səviyyəsindən  300  metr,  çayın  müasir 
səviyyəsindən isə 120 metr yüksəklikdə yerləşir. 
Axştır  mağara  düşərgəsi  ilk  dəfə  1936-cı  ildə 
M.Z.Paniçkina tərəfindən qeydə alınmışdır. 
1937-1938-ci  illərdə  S.N.Zamyatnin  rəhbərliyi  altında 
Axştır  mağarasında  arxeoloji  qazıntı  işləri  aparılmışdır. 
Düşərgənin 80 m2 sahəsi tədqiq olunmuşdur. 1961-1965-ci 
illərdə  Axştır  paleolit  düşərgəsində  M.Z.Paniçkina  və 
E.A.Vəkilova  arxeoloji  tədqiqat  işləri  aparmışlar.  Bu  günə 
qədər  Axştır  paleolit  düşərgəsinin  120  m2  sahəsi  qazılıb 
tədqiq  olunmuşdur.  Axştır  düşərgəsində  çöküntüsünün 
ümumi qalınlığı 6 metrə bə 
105 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə