ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə33/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   29   30   31   32   33   34   35   36   ...   66

sanların boyu 160-170 sm, beyin tutumu isə 850-950 sm-'* 
olmuşdur. 
1907-ci 
ildə  Almaniyanın  Heydelberq  şəhəri 
yaxınlığında, Mauer kəndi ərazisində qədim insana məxsus 
alt  çənə  tapılmışdır.  Çənəyə  tapıldığı  yerin  adı  verilmiş  və 
Heydelberq adamı adlandırılmışdır. 
1927-ci ildə Kanadalı alim Devidson Bleyk tərəfindən 
Çinin Çjoukoudyan kəndindən qədim insana məxsus kəllə və 
çənə aşkar edilmişdir. Həmin tapıntıya si- nantrop tipli insan 
adı verilmişdir. 
1929-1930-cu  illərdə  çinli  alim  Pey  Ven-Çjun 
Çjoukoudyan  düşərgəsində  apardığı  tədqiqatlar  zamanı  daş 
məmulatı ilə birlikdə bir uşağın və 30-35 yaşlı qadının kəllə 
sümüyünü tapılmışdır. 
Dünya antropoloqlarmm apardıqları araşdırmalara görə 
sinantrop  tipli  insanlar  fiziki  inkişafına  görə  piti-  kantropa 
oxşasalar da, ondan bir az çox inkişaf etmişdir. Antropoloji 
tədqiqatlar  zamanı  məlum  olmuşdur  ki,  sinantrop  tipli 
insanların  boyu  144-156  sm,  beyin  tutumu  isə  1050-1200 
sm-’-ə qədər olmuşdur. Sinantrop tipli adamlar mağaralarda 
yaşamış, ovçuluq və yığıcılıqla məşğul olmuşlar. 
1968-
 
ci  ildə  Azıx  paleolit  düşərgəsinin  V 
təbəqəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  orta  aşel 
mədəniyyətinə aid əmək alətləri ilə birlikdə qədim insana aid 
çənə tapılmışdır. Həmin tapıntıya azıxantrop tipli insan adı 
verilmişdir. Azıx paleolit düşərgəsindən aşkar olunmuş çənə 
quruluşundakı  spesifik  cəhətlərə  əsasən,  bir  tərəfdən 
pitikantroplara,  xüsusilə  Mauer  adamının  çənəsinə,  digər 
tərəfdən  isə,  bir  çox  əlamətlərinə  görə  Fransanın  Kondel 
Araqo 
düşərgəsinin 
aşel 
təbəqələrində 
tapılmış 
preneandertallara daha yaxındır. 
Aparılan  elmi  tədqiqatlar  zamanı  professor  Dəmir 
Hacıyev  müəyyən  etmişdir  ki.  Azıx  qədim  insan 
düşərgəsində  aşkar  olunmuş  çənə  ölkəmizin  ərazisində  ən 
qədim insan çənəsi olub, 18-22 yaşlı qadına məxsusdur 
109 


və  bu  qadın  350-400  min  il  bundan  əvvəllər  Azərbaycan 
ərazisində yaşamışdır. 
Avropa  üçün  ən  böyük  elmi  əhəmiyyətə  malik  pa- 
leoantropoloji  tapıntılar  Fransanın  Kondel-Araqo  paleolit 
düşərgəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  əldə 
olunmuşdur.  Düşərgədə  1964-cü  ildən  bu  günə  qədər 
professor  Anri  Dö  Lümleyin  rəhbərliyi  altında  arxeoloji 
qazıntı  işləri  aparılır.  Kondel  Araqo  paleolit  düşərgəsi 
Fransanın  cənubunda,  Aralıq  dənizinin  sahillərində, 
Perpinyan şəhərindən 30 km aralıda olan, dağlar qoynunda 
yerləşən Totavel şəhəri ərazisində yerləşir. Burada arxeoloji 
qazıntı  işləri  hər  il  aprelin  1-  də  başlayıb,  oktyabr  ayının 
1-dək davam edir. Arxeoloji qazıntı işlərində Fransa, İtaliya, 
İspaniya alimləri ilə birlikdə dünyanın müxtəlif ölkələrindən 
gəlmiş tələbələr də iştirak edirlər. 
2004-cü il iyulun 1-dən 31-dək Azərbaycan Beynəlxalq 
Universiteti  tarix  fakültəsinin  tələbələri  Mahir  Cəfərov  və 
Fəqan  Yaqubov  Kondel-Araqoda  aparılan  arxeoloji 
qazıntılarda iştirak etmişlər. 
1964-cü ildən aparılan arxeoloji qazıntılar zamvnı 100 
minlərlə  daş  məmulatı  ilə  birlikdə  ovlanmış  heyvan 
sümükləri və paleoantropoloji tapıntılar aşkar olunmuşdur. 
1969-
 
cu  ilin  iyulun  21-də  Kondel  Araqo  paleolit 
düşərgəsinin 
S12-Cİ 
təbəqəsində aparılan arxeoloji qazıntılar 
zamanı  daş  məmulatı  ilə  birlikdə  qədim  insana  məxsus  alt 
çənə  tapılmışdır.  Çənənin  üzərində  5  diş  tam  vəziyyətdə 
qalmış, 13 diş isə qədim zamanlarda düşmüşdür. 
1970-
 
ci  ilin  iyulun  16-da  Kondel  Araqo  paleolit 
düşərgəsinin  DQ6  təbəqəsində  aparılan  arxeoloji  qazıntılar 
zamanı  əmək  alətləri  ilə  yanaşı  üzərində  5  diş  olan  qədim 
insan  çənəsi  tapılmışdır.  Dünya  şöhrətli  antro-  poloq, 
professor Mariya Antuanetta Dö-Lümley çənə 
110 


üzərində apardığı elmi tədqiqatlar zamanı müəyyən etmişdir 
ki, bu çənə 18-20 yaşlı qadına məxsusdur. 
1971-
 
ci il iyulun 22-də Kondel Araqo düşərgəsinin 
S7  təbəqəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı  qədim 
insana  məxsus  kəllə  qapağı  ilə  birlikdə  üst  çənə  də 
tapılmışdır. 
Paleoantropoloji tapıntıların 20-25 yaşlı qadına məxsus 
olması müəyyən olunmuşdur. 
1979-
CLI 
ilin  iyulun  27-də  Kondel  Araqo  düşərgəsinin 
EKU5  təbəqəsində  aparılan  arxeoloji  qazıntılar  zamanı 
qədim insana məxsus kəllə qapağı tapılmışdır. 
Fransanın  çoxtəbəqəli  Kondel  Araqo  paleolit 
düşərgəsindən 
tapılmış 
paleoantropoloji 
materialları 
professorlar  Anri  Dö  Lümley  və  Mariya  Antuanetta  Dö 
Lümley  elmi  əsaslarla  kompleks  şəkildə  tədqiq  etmişlər. 
Onların  apardıqları  elmi  araşdırmalar  zamanı  məlum 
olmuşdur  ki,  bu  paleoantropoloji  tapıntılar  Avropanın  ilk 
sakinlərinə aid olub, qədim aşel dövründə, yəni 600- 450 min 
il  bundan  əvvəllərdə  yaşamış  qədim  Totavel  insanlarının 
sümük  qalıqlarıdır.  Maraqlıdır  ki,  Kondel  Araqo  paleolit 
düşərgəsindən tapılmış qədim insan çənəsi Azıx düşərgəsinin 
Aşel  təbəqəsindən  tapılmış  azıxantropun  çənə  qalığına 
oxşayır. Hər iki paleantropo- loji tapıntı yaş etibarı ilə bir-biri 
ilə  müqayisə  oluna  bilər  və  qədim  insanların  antropoloji 
xüsusiyyətlərini öyrənmək üçün ən mühüm tapıntılar hesab 
olunur (Şəkil 15). 
1991-ci  ildən  Dmanisi  paleolit  düşərgəsində  aparılan 
arxeoloji  qazıntılar  zamanı  daş  məmulatları  ilə  yanaşı 
paleoantropoloji tapıntılar da müəyyən edilmişdir. 
1991-2002-ci  illərdə  Dmanisidə  aparılan  kompleks 
arxeoloji  tədqiqatlar  nəticəsində  qədim  insana  məxsus 
Dmanisi  paleolit  düşərgəsinin  V  təbəqəsindən  tapılmış 
paleoantropoloji  tapıntıları  antropoloq  Y.Qabuniya  tədqiq 
etmişdir.  Onun  apardığı  elmi  araşdırmalar  zamanı  məlum 
olmuşdur ki, Dmanisi paleolit düşərgəsinin 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə