ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə35/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

xeoloji  tədqiqi  zamanı  Tunc  dövrünün  maddi  mədəniyyət 
qalıqları  öyrənilmişdir.  Azərbaycan  ərazisində  Tunc  dövrü 
mədəniyyətinin  yaranmasında  xeyli  xammal  ehtiyatı,  eləcə 
də  Qədim  Şərq  ölkələri  ilə  qarşılıqlı  iqtisadi-mədəni 
əlaqələrin olması həlledici rol oynamışdır. 
Q.İsmayılovun  Quruçay  və  Köndələnçay  vadilərində 
apardığı  arxeoloji  tədqiqat  işləri  nəticəsində  Tunc  dövrünə 
aid zəngin arxeoloji abidələr aşkar olunmuşdur. 
1964-1965-ci  illərdə  aparılan  tədqiqatlar  zamanı 
müəyyən  olunub  ki,  bu  vadidə  bütün  Zaqafqaziya  üçün 
səciyyəvi olan yeni bir mədəniyyət təşəkkül tapmış və inkişaf 
etmişdi.  Oturaq  əkinçi  qəbilələrə  məxsus  bu  mədəniyyət  V 
minillikdə tuncun mənimsənilməsi dövründə özünün yüksək 
inkişaf  mərhələləsinə  çatmışdı.  Bu  mədəniyyət  arxeoloji 
ədəbiyyata  Kür-Araz  mədəniyyət  və  ya  ilk  Tunc  dövrü 
mədəiyyəti adı ilə daxil olmuşdur. 
Cəmiyyətin inkişafında böyük dəyişikliklərə səbəb olan 
bu mədəniyyət Şimali Qafqazdan başlayaraq Zaqafqaziyanı 
bütünlükdə əhatə etmiş və Suriya- Fələstinədək yayılmışdır. 
Bu  dövrdə  Azərbaycanın  demək  olar  ki,  bütün  çay 
vadilərində  qədim  əkinçilik  təsərrüfatının  genişlənməsi, 
maldarlığın  yeni  yüksəlişi  və  ümumiyyətlə  iqtisadi  şəraitin 
yaxşılaşması  əhalinin  artmasına  imkan  yaratmış,  əkinçilik 
üçün geniş sahələrdən istifadə zərurətini doğurmuşdur. 
İlk  tunc dövrünün əkinçilik təsərrüfatı və mədəniyyəti 
təsadüfi  bir  hadisə  olmayıb,  bilavasitə  özündən  əvvəlki 
Eneolit dövründə təşəkkül tapmış əkinçiliyin yeni inkişafının 
təzahürü  idi.  Aparılan  arxeoloji  qazıntılar  zamanı  ilk  Tunc 
dövrünə aid  yaşayış  yerlərinin qalıqları əsasən çox hallarda 
Eneolit  dövrü  abidələri  üzərində  qeydə  alınmışdır. 
Q.İsmayılovun  Quruçay  və  Köndələnçay  vadisində  aşkar 
etdiyi ilk Tunc dövrünə 
117 


məxsus yaşayış yerləri sayca çox və bir-birinə yaxın olmaqla 
bu  vadinin  Tunc  dövründə  Qafqazın  ən  sıx  əhaliyə  malik 
rayonlarından biri olduğunu söyləməyə imkan vermişdir. Bu 
diyarda  aşkar  olunmuş  Qaraköpək-  təpə,  Günəşlitəpə, 
Xantəpə,  Kültəpə,  Meynətəpə,  Şo-  mutəpə,  Uzuntəpə  və 
başqa abidələrdə tunc dövrünə aid zəngin maddi mədəniyyət 
nümunələri tapılmışdır. 
Quruçay və Köndələnçay vadisindəki ilk Tunc dövrünə 
aid  qədim  yaşayış  yerləri  içərisində  də  Qara-  köpəktəpə 
yaşayış 
məskəni 
özünün 
stratiqrafiyasına, 
tarixi 
əhəmiyyətinə və maddi mədəniyyət qalıqlarının zənginliyinə 
görə  diqqəti  cəlb  edir.  Bu  abidədə  1964-  1986-cı  illərdə 
arxeoloji  qazıntı  işləri  aparılmış  və  nəticədə  ilk  Tunc 
dövründə  başlamış  orta  əsrlərə  qədər  uzun  bir  tarixi  dövrə 
aid maddi mədəniyyət nümunələri əldə olunmuşdur. 
Aparılan  arxpoloji  tədqiqatlar  nəticəsində  Azərbaycan 
ərazisində Tunc dövrünün 3 inkişaf mərhələsindən (qədim, 
orta və son Tunc dövrləri) keçdiyi müəyyən olunmuşdur. 
Maraqlıdır  ki,  1968-1971-ci  illərdə  Qobustanda 
aparılan arxeoloji qazıntılar zaman Tunc dövrünə aid «Ana 
zağa»,  «Çardaq zağa»,  «Firuz»,  «Dairə»,  «Böyü- kdaş» və 
başqa yaşayış yerləri aşkar olunmuşdur. F.Muradovanın bu 
abidələrdə  apardığı  arxeoloji  tədqiqatlar  zamanı  müəyyən 
olunmuşdur  ki,  Qobustanda  Tunc  dövründə  məhsuldar 
qüvvələrin 
sürətləri 
inkişafı 
cəmiyyətdə, 
ictimai 
münasibətlərdə əsaslı dəyişklikliyə səbəb olmuşdur. 
Ümumiyyətlə,  Azərbaycanda  Tunc  dövrünün  sonu 
ibtidai  icma  quruluşunun  zəiflədiyi  bir  mərhələ  kimi 
səciyyələndirilə bilər. 
Tunc  dövrünü  II  minilliyin  sonu,  I  minilliyin 
əvvəllərində  Dəmir  dövrü  əvəz  etmişdir.  Bu  dövr  ibtidai 
icma  quruluşunun  dağılması  və  ilk  sinifli  cəmiyyətin 
meydana çıxması dövrü kimi qiymətləndirilir, dəmirin və də 
118 


mir  məmulatının  yayılması  ilə  xarakterizə  olunur.  Başqa 
tarixi  dövrlərə  nisbətən  bu  dövr  çox  qısadır  (xronoloji 
sərhədləri  eradan  əvvəl  X-VII  əsrlər  əhatə  edir).  Dəmir 
dövrü  anlayışını  XIX  əsrin  ortalarında  dani-  markalı 
arxeoloq  K.Y.Tomson  gətirmişdir.  Bəşər  tarixində  dəmir 
istehsalının  mühüm  rolu  olmuşdur.  Dəmirin  yayılması  ilə 
bəşəriyyətin  xeyli  hissəsi  ibtidai  icma  quruluşunun  son 
mərhələsinə  keçmiş  və  ilk  sinifli  cəmiyyət  yaranmağa 
başlamışdır. 
Azərbaycanda  aparılan  arxeoloji  qazıntılar  zamanı 
Dəmir  dövrünə  aid  zəngin  abidələr  qeydə  alınmışdır.  Bu 
dövrdə  dəmirdən  hazırlanmış  alət  və  silahların  üstünlük 
qazanması dəmir məmulatının geniş yayılmasına səbəb oldu. 
Azərbaycanda  Dəmir  dövrü  mülki  bərabərsizliyin 
dərinləşməsi,  ibtidai  icma  quruluşunun  dağılması  və  tayfa 
ittifaqlarının yaranması ilə xarakterizə olunur. 
119 


AZƏRBAYCAN ANTİK DÖVRDƏ VƏ ORTA 
ƏSRLƏRDƏ 
Eramızdan  əvvəl  IV  əsrdən  başlamış  eramızın  IV 
əsrinədək olan tarixi dövr Antik dövr adlandırılır. Bu dövrdə 
əsasən Azərbaycanın şimalında mühüm bir dövlət - Qafqaz 
Albaniyası  formalaşmış  və  uzun  bir  müddət  Qafqaz 
xalqlarının iqtisadi, ictimai və mədəni həyatında möhtəşəm 
bir rol oynamışdır. 
Şimaldan Sulak, cənubdan Araz çayları, şərqdən Xəzər 
dənizi,  qərbdən  isə  Qarabağın  yüksək  dağ  silsilələri  ilə 
sərhədlənmiş bu diyar başdan-başa  yaşayış məskənlərindən 
ibarət olmuşdur. 
Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  müəyyən 
olunmuşdur ki, Albaniyada yaşayış məskənləri təbii coğrafi 
və  hərbi-strateji  cəhətdən  əlverişli  yerlərdə  salınmışdır. 
Ölkənin  Şərqlə  əhəmiyyətli  ticarət  yolları  üzərində 
yerləşməsi yaşayış yerlərinin sürətli inkişafına təsir etmişdir. 
Albaniyada  formalaşan  yaşayış  yerlərini  iki  əsas  qrupa 
bölmək  olar.  Bunlardan  biri  kənd,  digəri  isə  şəhər  yaşayış 
məskənlərindən ibraət olmuşdur. 
Respublikamızın 
ərazisində 
aparılan 
arxeoloji 
qazıntılar  nəticəsində  Qafqaz  Albaniyasının  şəhər  yerləri 
aşkar olunmuşdur. Bu baxımdan Şamaxının Xmısh yaşayış 
yerlərindən  aparılmışı  arxeoloji  tədqiqatlar  xüsusi  maraq 
doğurur. Burada Xmısh sakinlərinin həyat və məişətini əks 
etdirən  çoxlu  maddi  mədəniyyət  nümunələri  -  əldə 
hazırlanmış qırmızı və qara rəngli müxtəlif gil qablar, kirkirə 
daşları, həvənglər, müxtəlif daş alətlər və tikili qalıqları aşkar 
olunmuşdur. Buradan iri ictimai  binaların və zəngin  maddi 
mədəniyyət  qalıqlarının  aşkar  olunması  Xımslmm  Antik 
dövrə aid şəhər tipli yaşayış məskəni olduğunu göstərir. 
Maraqlıdır  ki.  Alban  dövrünə  aid  yaşayış  məskənləri 
Qazax,  Yuxarı  Qarabağ,  Ağsu,  Qəbələ,  Göyçay  və  başqa 
ərazilərdə də qeydə alınmışdır. 
120 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə