ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə36/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   32   33   34   35   36   37   38   39   ...   66

Qafqaz  Albaniyasının  şəhər  tipli  yaşayış  məskənləri 
içərisində  Mingəçevirdən  tapılmış  maddi  mədəniyyət 
qalıqları xüsusi maraq doğurur. Mingəçevirin Alban dövrünə 
(antik) aid mədəni təbəqələrindən tapılmış, ictimai binaların 
yaşayış  evlərinin  qalıqları  və  zəngin  məişət  avadanlıqları 
həmin  dövrdə  əhalinin  inkişafı  xüsusiyyətlərini  öyrənməyə 
imkan  verir.  Eyni  zamanda  Mingəçevirdə  aşkar  olunmuş 
arxeoloji  materiallar  vasitəsilə  yaşayış  məskənlərinin 
formalaşma prosesini izləmək olur. 
Azərbaycan  ərazisində  Alban  dövrünə  aid  ən  zəngin 
tarixi  abidələrdən  biri  Qəbələdir.  Burada  arxeoloqlardan 
Q.Əhmədov, İ.Babayev, F.Qədirov və başqaları geniş sahədə 
elmi  tədqiqat  işləri  aparmışlar.  25  hektardan  çox  ərazini 
əhatə edən bu şəhərin xarabalıqları indiki Qəbələ rayonunun 
Çuxur Qəbələ kəndinin ərazisində yerləşir. 
Ətraf  əraziyə  nisbətən  yüksək  bir  təpədə  yerləşən 
Qəbələ şəhəri iki hissədən - şimalda Səlbirdən, cənubda isə 
Qaladan  ibarətdir.  Arxeoloji  qazıntılar  zamanı  məlum 
olmuşdur ki. Antik dövrdə şəhərin məbədlər sahəsi hazırda 
Çaqqalh  adlanan  yerdə  olmuşdur.  Maraqlıdır  ki,  Səlbir  və 
Qala bişmiş  kərpicdən tikilmiş möhtəşəm  qala divarları  ilə 
əhatə olunmuşdur. 
Qəbələdə  aparılan  arxeoloji  qazıntılar  şəhərin  tarixini 
ayrı-ayrı  dövrlər  üzrə  ardıcıl  surətdə  öyrənməyə  imkan 
yaratmışdır. 
Şəhər  xarabalıqlarında  aparılan  arxeoloji  qazıntılar 
zamanı  məlum  olmuşdur  ki,  Qəbələ  eramızdan  əvvəl  IV 
əsrin sonu, III əsrin əvvəllərində şəhər kimi meydana gələrək 
XVIII  əsrin  ortalarmadək  yaşamışdır.  Bu  tarixi  müddət 
ərzində  şəhərin  ictimai  həyatında  böyük  dəyişikliklər  baş 
vermişdir. Müxtəlif tarixi hadisələrlə əlaqədar şəhər bir neçə 
dəfə  dağıntılara  məruz  qalmış,  bəzən  daha  kiçik  ərazidə 
yerləşmiş, elə dövrlər də olmuş 
121 


dur  ki,  ətraf  yerlərin  ərazisi  hesabına  Qəbələ  şəhərinin 
yerləşdiyi ərazi genişlənmişdir. 
Antik  Qəbələ  şəhəri  Azərbaycan  ərazisində  meydana 
çıxmış ən qədim dövlət olan Albaniyanın V əsrin ortalarına 
qədər  paytaxtı  olmuşdur.  Qəbələ  şəhəri  so-  nralar  da 
Azərbaycanın  mühüm  iqtisadi,  inzibati  mərkəzlərindən  biri 
olmuşdur.  Bu  böyük  tarixi  dövrlər  ərzində  qəbələlilərin 
ictimai-iqtisadi  həyatında  və  ideologiyasında  da  əsaslı 
dəyişikliklər  baş  vermişdir.  İlk  zamanlar  çoxallahh  olan 
şəhər  əhalisi  eramızın  IV  əsrində  xristian  dinini,  daha 
sonralar isə tədricən müsəlmanlığı qəbul etmişdir. Maraqlıdır 
ki,  arxeoloji  qazıntılar  zamanı  tapılmış  maddi  mədəniyyət 
qalıqlarında bütün bu dəyişikiklər öz əksini tapmışdır. 
Arxeoloji  qazıntılar  zamanı  əldə  olunmuş  maddi 
mədəniyyət qalıqları göstərir ki, V əsrin ortalarında Albaniya 
mərkəzinin  Qəbələdən  Bərdə  şəhərinə  köçürülməsinə 
baxmayaraq,  bu  şəhər  uzun  müddət  Azərbaycanın  mühüm 
sənətkarlıq, ticarət və mədəniyyət mərkəzlərindən biri kimi 
inkişaf etmişdir. 
Arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur 
ki, eramızın IV-V əsrlərindən Qafqaz Albaniyasının iqtisadi, 
ictimai və mədəni həyatında yeni bir mərhələ başlanmışdır. 
Bu  vaxtdan  başlayaraq  Albaniyada  yeni  iqtisadi-ictimai 
formasiya  olan  feodalizm  təşəkkülü,  xristianlığın  dövlət 
dininə çevrilməsi, yerli əlifbanın kəşfi, bir sıra yeni orta əsr 
şəhərlərinin meydana çıxaraq formalaşması prosesi başlanır. 
Orta əsrlərdə Qafqaz Albaniyasının ərazisi bir tərəfdən 
Sasani,  digər  tərəfdən  Bizans  imperiyalarının  döyüş 
meydanına  çevrilir.  Ölkəyə  yadelli  işğalçıların  aramsız 
hücumları başlanır. 
VII əsrin başlanğıcında təqribən bütün Orta Şərq və o 
cümlədən  Zaqafqaziya  bir-biri  ilə  iki  qüdrətli  rəqib  dövlət 
Bizans və Sasanilər İranı arasında bölüşdürülmüşdü. 
122 


Azərbaycanın orta əsr şəhərlərindən Qəbələ, Beyləqan, 
Naxçıvan,  Bərdə,  Dərbənd,  Bakı,  Şabran  və  başqalarında 
aparılan  arxeoloji  qazıntılar  zamanı  zəngin  maddi 
mədəniyyət nümunələri tapılmışdır. 
Bəşər tarixində şəhərlərin meydana gəlməsi və inkişafı 
hər  hansı  bir  cəmiyyətin  inkişaf  xüsusiyyətləri  ilə  bağlı 
olmuşdur. Ona görə də şəhərin meydana çıxması və inkişafı 
barədə tədqiqatçı alimlər müxtəlif fikir söyləyirlər. Bir çox 
tədqiqatçılar  şəhərlərin  bir  qrup  feodal  malikanələri  və  ya 
dini  ibadət  kompleksləri,  yaxud  da  xırda  bazarlar  və  ya 
karvansaraylar zəminindən meydana gəldiyini iddia edirlər. 
Lakin  əslində  isə  tarixən  şəhərlər  inzibati,  hərb  və  ticarət 
mərkəzləri  kimi  meydana  gəlmişdir.  Lakin  şəhərlərin 
inkişafında əsas rolu sənətkarlıq və ticarət oynamışdır. 
Orat əsrlərdə Azərbaycanın ən möhtəşəm şəhərlərindən 
biri də Təbriz olmuşdur. 
IX əsrin əvvəllərində Təbrizdə möhkəm istehkam- qala 
var  idi.  Təbriz  şəhəri  ərəb  xilafətinə  qarşı  mübarizədə 
müstəsna  rol  oynamışdır.  Ərəb  işğalçılarına  qarşı  azadlıq 
hərəkatının  başında duran Babək 16-18  yaşlarında ikən iki 
ilə  yaxın  Təbrizdə  Məhəmməd  ibn  Rəv-  vad  əl-Əzdinin 
xidmətində  olmuş,  18  yaşma  çatanda  anasının  yanma 
qayıtmışdır. Təbəri 835-ci il hadisələrindən bəhs edərkən İbn 
Rəvvadm nəslindən olan Məhəmməd ibn Bəisin ixtiyarında 
«Təbriz»  və  «Şahi»  adlı  iki  möhkəm  qala  olduğunu 
bildirmişdir.  Ərəb  istilasına  qarşı  mübarizədə  müstəqilliyə 
can  atan  Təbriz  hakimi  Məhəmməd  ibn  Bəis  əvvəllər 
Babəkin müttəfiqlərindən idi və ona görə də Təbriz qalasını 
Babəkin  ixtiyarına  vermişdir.  O,  hətta  Babəkin  sərkərdəsi 
İsmət əl-Kurdi və onun yoldaşlarını azuqə ilə təmin edirdi. 
Lakin  so-  nralar  Babək  hərəkatının  zəifləməsini  görən 
Məhəmməd  ibn  Bəis  837-ci  ildə  İsmət  əl-Kurdi  və  onun 
tərəfdarlarını ələ vermək məqsədilə onların Təbriz qalasına 
qonaq çağıraraq (Təbriz qalasına) həbs etdirir və Mötə- 
123 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə