ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə37/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   33   34   35   36   37   38   39   40   ...   66

simin  sərəncamına  göndərir.  Xəlifə  Mötəsim  hərbi 
əməliyyatın gedişi barədə onlardan məlumat alır. Babək və 
onun dəstəsinə qarşı hərbi əməliyyat getdikcə genişlənir. Bu 
hadisədən sonra Xürrəmilər - Babəkin dəstəsi ardıcıl olaraq 
məğlubiyyətə uğrayırlar. 
Azərbaycanın qədim şəhərlərindən biri olan Təbriz orta 
əsrlər  dövründə  Yaxın  və  Orta  Şərqin  ən  mühüm  iqtisadi, 
siyasi, elmi və mədəni mərkəzlərindən biri olmuşdur. 
Orta  əsrlərdə  Azərbaycanın  ən  inkişaf  etmiş 
şəhərlərindən biri də Şəki olmuşdur. 
III-V  əsrlərdə  Qafqaz  Albaniyası  bir  neçə  vilayətə 
bölünmüşdür. Albaniyanın şimal-qərbində daimi vilayət olan 
Şəki  vilayəti  yerləşirdi.  Vilayətin  mərkəzi  Şəki  şəhəri  idi. 
Azərbaycanın  bir  çox  orta  əsr  şəhərləri  kimi.  Şəki  də  qala 
divarları  ilə  əhatə  olunmuşdu.  Şəkidə  sənətkarlıq,  ticarət 
inkişaf etmişdi. 
Azərbaycanın  Qarabağının  bugünkü  faciəli  tarixinin 
bünövrəsi XIX əsrin birinci yarısında qoyulmuşdur. 1828-ci 
ildə 
bağlanmış 
Türkmənçay 
müqaviləsi 
İranın 
Zaqafqaziyaya  olan  iddialarından  tamamilə  əl  çəkməsini 
qeyd  etdi  və  XIX  əsrin  birinci  otuz  ili  ərzində  baş  verən 
Rusiya-İran  müharibəsinə  son  qoydu.  Nəticədə  vahid 
Azərbaycan  xalqı  və  ərazisi  zorla  iki  hissəyə  bölündü. 
1828-ci  ildən  başlayaraq  Cənubi  və  Şimali  Azərbaycanın 
tarixi inkişafı müxtəlif yollarla getməyə başladı. 
Türkmənçay  müqaviləsindən  sonra  ermənilər  İran, 
Türkiyə və Cənubi Azərbaycanda Qarabağın dağlıq hissəsinə 
köçürülməyə  başlandı.  Çünki  Türkmənçay  müqaviləsinə 
görə  ermənilərin  maneəsiz  olaraq  İrandan  köçməsinə  icazə 
verilmişdi.  Təkcə  1828-1832-ci  illər  ərzində  İrandan  və 
Türkiyədən  200  mindən  artıq  erməni  Qarabağın  dağlıq 
hissəsinə,  İrəvan  quberniyasına  və  Gəncə  ətrafına 
köçürülmüşdü. 
124 


AZƏRBAYCAN XALQININ TƏŞƏKKÜL 
TARİXİNİN MƏRHƏLƏLƏRİ 
Azərbaycan  ərazisində  son  50  ildə  aparılan  arxeoloji 
tədqiqat işləri nəticəsində əldə olunmuş elmi nailiyyətlər və 
tapıntılar xalqımızın  etnogenez probleminə aid  yeni  fikirlər 
söyləməyə  imkan  yaratmışdır.  Xüsusilə  Azərbaycanın  daş 
dövrü  problemi  üzrə  respublikamızın  ərazisində  aparılmış 
kompleks elmi tədqiqatlar zamanı zəngin maddi mədəniyyət 
nümunələri aşkar olunmuşdur. İlk ibtidai insanın yaranması, 
inkişafı  və  formalaşması  üçün  təbii  şəraitin,  coğrafi  aləmin 
mühüm  rolu  olmuşdur.  Aparılmış  arxeoloji  tədqiqat  işləri 
göstərir  ki,  harada  əlverişli  coğrafi  şərait  olmuşdusa,  insan 
məhz orada yaşamağa başlamışdır. Azərbaycanın Azıx qədim 
insan  düşərgəsində  aparılan  kompleks  elmi  tədqiqat  işləri 
göstərdi  ki,  respublikamızın  ərazisində  xüsusilə  Quruçay, 
Araz  vadilərində  ibtidai  insanların  yaşaması  üçün  əlverişli 
coğrafi  şərait  olmaqla  yanaşı,  bu  vadilər  insanların  iqtisadi 
tələbatlarını  təmin  etmək  üçün  zəruri  olan  nemətlərlə  də 
zəngin  olmuşdur.  Eyni  zamanda  ibtidai  adamların  daimi 
yaşamaları  üçün  təbii  mağaralar  olmuşdur.  Təbii  karst 
mağaraları uzun müddət ərzində əhənglə suyun qarışığından 
əmələ  gəlmişdir.  Bunlarda  tam  formalaşma  prosesi 
qurtardıqdan sonra ulu sakinlər mağaralarda məskunlaşmağa 
başlamışlar.  Ona  görə  də  mağaralarda  aparılan  arxeoloji 
tədqiqatlar  nəticəsində  ulu  sakinlərin  maddi  mədəniyyət 
nümunələri tapılmışdır. 
Maraqlıdır ki, Azərbaycan ərazisində aparılan arxeoloji 
tədqiqatlar nəticəsində bəşər tarixinin keçdiyi bütün dövrlərə 
aid  zəngin  elmi  materiallar  tapılıb  tədqiq  olunmuşdur.  Ona 
görə  Azərbaycan  xalqının  təşəkkülü,  meydana  çıxması  və 
formalaşmasının  inkişaf  mərhələlərini  arxeoloji  materiallar 
əsasında  düzgün  tədqiq  etmək  üçün  etnogenez  probleminin 
elmi tədqi 
125 


qində  arxeoloji  və  antropoloji  tədqiqatlara  əsaslanmaq 
lazımdır.  Arxeoloji  və  antropoloji  materiallara  əsas- 
lanmadıqda,  xalqın  mənşəyi  barədə  düzgün  fikir  söyləmək 
olmaz.  Məhz  buna  görə  də  xalqımızın  etnik  mənşəyi 
haqqında tarixçilər arasında yekdil bir elmi fikir yoxdur. Bəzi 
tarixçilər  isə  xalqımızın  mənşəyi  barədə  yanlış  fikirdədir. 
Bütün  bunlara  ancaq  arxeologiya  və  paleoantropologiya 
elminin  son  nailiyyətləri  əsasında  cavab  vermək  olar. 
Xüsusilə yazılı mənbələrin olmadığı uzun inkişaf dövrlərini 
ancaq  arxeoloji  materiallar  əsasında  öyrənmək  və  tədqiq 
etmək mümkündür. 
Azərbaycan  xalqının  yaranması,  inkişaf  etməsi  və 
formalaşması  mərhələlərini  öyrənərkən  hazırda  əsas  vəzifə 
arxeologiya elminin son illərdə əldə etdiyi elmi nailiyyətlərə 
əsaslanaraq,  tədqiqat  işləri  aparmaqdır.  Eyni  zamanda 
Azərbaycan  ərazisində  bəşər  mədəniyyətinin  keçdiyi  bütün 
inkişaf  mərhələlərinin  xüsusiyyətlərini  araşdırmaq  üçün 
kompleks şəkildə aparılmış elmi tədqiqatların nəticələri əsas 
götürülməlidir. 
Aparılmış  kompleks  elmi  tədqiqatlar  əsasında 
Azərbaycan  ərazisi  ilk  insan  cəmiyyətinin  yarandığı  və 
təşəkkül tapdığı ərazilər sırasına daxil olunmuşdur. Ona görə 
də  xalqın  yaranması,  inkişaf  etməsi  və  formalaşması 
prosesini  tədqiq  edərkən  bizə  aşağıda  qeyd  olunan  tarixi 
dövrlərin  xüsusiyyətlərinin  öyrənilməsi  vacibdir.  1  Qədim 
Daş  dövrünün  inkişaf  xüsusiyyətləri;  2.  Orta  və  Yeni  Daş 
dövründə  meydana  çıxan  qəbilə  və  tayfalar;  3.  Tunc 
dövrünün  maddi  mədəniyyət  qalıqları;  4.  İlk  sinifli 
cəmiyyətin və dövlətin meydana çıxması. 
Məhz  Azərbaycanda  Qədim  Daş  dövrü  abidələrində 
aparılan  arxeoloji  tədqiqat  işləri  zamanı  aşkar  olunmuş 
maddi  mədəniyyət  qalıqları  əsasında  respublikamızın 
ərazisinin  sivilizasiya  mərkəzlərindən  biri  olması  müəyyən 
edilmişdir. 
Quruçay vadisində aparılan arxeoloji tədqiqatlar zamanı 
bəşərin ilkin çağlarına aid zəngin maddi mədə 
126 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə