ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə38/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

niyyət  nümunələri  toplanmışdır.  Burada  aparılan  elmi 
tədqiqat  işləri  Azərbaycan  ərazisində  ibtidai  insan 
düşərgələrinin  olduğunu  aşkarladı  və  yeni  bir  arxeoloji 
mədəniyyətin  müəyyən  olunmasına  şərait  yaratdı.  Yeni 
qeydə  alınmış  arxeoloji  mədəniyyətə  Quruçay  mədəniyyəti 
adı  verilmişdir.  Quruçay  mədəniyyətinin  bir  neçə  inkişaf 
mərhələsi müəyyən olunmuşdur. 
Tağlar  düşərgəsində  aparılan  arxeoloji  tədqiqat  işləri 
mühüm  elmi  nailiyyətlərin  əldə  olunmasına  şərait  yaratdı. 
Əgər Azıx qədim insan düşərgəsində aparılan elmi tədqiqat 
işləri Azərbaycan ərazisində ibtidai insanların  uzun müddət 
yaşadıqlarını  göstərirdisə,  Tağlar  mustye  düşərgəsindəki 
arxeoloji tədqiqatlar neandertal tipli adamların inkişaf edib, 
müasir  insanların  ulu  əcdadları  kimi  bu  ərazidə  yaşayaraq 
formalaşdığını elmi əsaslarla təstiq etdi. 
Qədim  Daş  dövrünün  sonlarında  ayrı-ayrı  irqlər 
meydana gəlir. 
Orta  Daş  dövründə  təsərrüfatın  mənimsənilməsindən 
istehsala  keçid  forması  daha  xarakterikdir.  Paleolit 
dövründən fərqli olaraq orta Daş dövründə yaşayan insanlar 
onları  əhatə  edən  təbiət  məhsullarından  daha  yaxşı  istifadə 
edirdilər. Ayrı-ayrı diyarlarda ovçuluq və balıqçılıq arasında 
ixtisaslaşma getdiyi müşahidə olunur. 
Yeni  Daş  dövrünün  başlanması  ilə  əmək  alətlərində, 
xüsusilə  onların  hazırlanma  texnikasında  dəyişikliklər  baş 
verir.  Daş  baltalar  və  kərkilər  son  dərəcə  geniş  yayılır.  Gil 
qab  istehsalına  başlanır.  Bu  dövrdə  yaşayan  tayfaların 
iqtisadiyyatında əsas yeri ovçuluq, balıqçılıq tutur. 
Tuncun  meydana  gəlməsi  bəşər  tarixində,  əkinçiliyin 
yeni mərhələyə daxil olmasına səbəb olmuşdur. 
Son  Tunc  və  Dəmir  dövrünün  əvvəllərində  ilk  sinifli 
cəmiyyət və dövlət meydana çıxır. 
127 


Bütün  yuxarıda  qeyd  olunan  tarixin  inkişaf 
mərhələlərini  bilmədən  xalqın  mənşəyi  haqqında  düzgün 
elmi fikir söyləmək olmaz. 
Azərbaycan  ərazisində  bəşərin  ilk  vaxtlarından 
meydana  çıxıb  formalaşan  insanların  yaratdıqları  maddi 
mədəniyyət  nümunələri  burada  yaşayıb  yaradan  insanların 
yerli  olduğunu  və  bu  ərazidə  formalaşdıqlarını  söyləməyə 
imkan  verir.  Ona  görə  də  xalqın  mənşəyini  arxeoloji  və 
antropoloji materiallar əsasında tədqiq etmək lazımdır. 
Son  illərdə  respublikamızın  ərazisində  aparılmış 
arxeoloji  tədqiqat  işləri  nəticəsində  əldə  olunmuş  elmi 
materiallar  azərbaycanlıların  bu  ərazidə  yerli  olduğunu  və 
burada formalaşdığını söyləməyə əsas verir. 
1972-
 
ci  ildə  Qobustanda  Orta  Daş  dövrünə  aid 
düşərgədən  tapılmış  insan  kəllələrinin  antropoloji  tədqiqi 
onların  müasir  azərbaycanlıların  ulu  babaları  olduğunu 
söyləməyə imkan vermişdir. 
Hazırda əsas vəzifə Azərbaycan xalqının etnik tarixini 
müasir  elmin  son  nailiyyətləri  əsasında  tədqiq  etməkdən 
ibarətdir.  Bunun  üçün  kompleks  şəkildə  arxeoloji, 
antropoloji  və  tarixi  mənbələri  tədqiq  etmək  və  öyrənmək 
lazımdır.  Ancaq  kompleks  elmi  tədqiqatlar  əsasında  xalqın 
mənşəyini  öyrənmək  və  bəzi  tarixçilərin  bu  barədə  olan 
əsassız fikirlərini alt-üst etmək olar. 
Azərbaycan  alimlərinin  son  illərdəki  arxeologiya, 
etnoqrafiya, antroplogiya, dilçilik və s. sahələrdə əldə etdiyi 
elmi nailiyyətləri buna gözəl şərait yaratmışdır. 
128 


İLK SAKİNLƏRİN MƏNƏVİ ALƏMİ 
Son  100  ildə  Şərqi  Afrikanın  Tanzaniya,  Efiopiya, 
Keniya  və  başqa  ərazilərində  aparılan  kompleks  elmi 
tədqiqatlar  nəticəsində  ibtidai  insanların  əmələ  gəlməsi, 
inkişaf  etməsi  və  formalaşmasına  aid  zəngin  arxeoloji, 
pleontoloji və paleoantropoloji elmi materiallar aşkar edilərək 
alimlər  tərəfindən  tədqiq  olunmuşdur.  Məhz  həmin  maddi 
mədəniyyət  qalıqları  əsasında  ilk  insanların  əmək  alətləri 
hazırlanmasının  texnikası,  tipologiyası,  ovçuluq  və  yığıcılıq 
təsəiTÜfa- tınm ayrı-ayrı xüsusiyyətləri müəyyən edilmişdir. 
Şərqi  Afrika  ərazisində  aşkar  olunmuş  maddi  mədəniyyət 
qalıqlarının  özünəməxsus  xüsusiyyətləri  olması,  ilk  ibtidai 
insanların  6  milyon  il  bundan  əvvəllərdən  çay  daşlarından 
kobud  çapma  alətlərini  hazırlaması,  öz  yaşayışlarını  təmin 
etmək  üçün  ovçuluq  və  yığıcılıqla  məşğul  olmaqları  elmi 
əsaslarla araşdırılmışdır. Maraqlıdır ki, bu gün hələlik yaşı 6 
milyon  ilə  bərabər  olan  qədim  insan  düşərgəsi  ancaq  Şərqi 
Afrika ərazisində qeydə alınmışdır. 
Qafqaz  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar 
nəticəsində  yaşı  2  milyon  ilə  bərabər  olan  əmək  alətləri, 
heyvan  sümüklərinin  qalıqları,  paleoantropoloji  tapıntıları 
hələlik  Dmanisi  paleolit  düşərgəsindən,  Azərbaycanın  Azıx 
paleolit  düşərgəsinin  ən  aşağı  təbəqələrindən  və  Cəbrayıl 
rayonu ərazisindən qeydə alınmışdır. 
Avropa  ərazisində  aparılan  kompleks  arxeoloji 
tədqiqatlar  zamanı  yaşı  1  milyon  ilə  bərabər  olan  arxeoloji 
materiallar  Fransanın  Vallone,  Sent-Aşel  və  Kondel-Araqo 
qədim insan məskənlərində qeydə 
129 


alınmışdır.  Qeyd  olunan  elmi  materiallar  Fransua  Bord, 
Somıevil  Bord,  Kombiyye,  Anri  Dö-Lümley,  Mariya 
Antuanetta  Dö-Lümley,  An  Mari  və  digər  görkəmli  alimlər 
tərəfindən tədqiq olunmuşdur. (Bord, 1961, Anri Dö-Lümley, 
1969, 1971, 1998 və s.). 
Beləliklə son 100 ildə dünya arxeoloqlarının apardıqları 
elmi  araşdımıalar  zamanı  minlərlə  mağara  düşərgəsi,  açıq 
yaşayış  yerləri,  qaya  sığınacaqları  qeydə  alınmış  və  orada 
arxeoloji qazıntılar aparılmışdır. Aparılan aracoloji qazıntılar 
zamanı  planetimizin  ilk  sakinlərinin  həyat  tərzi  maddi 
mədəniyyət  qalıqları  əsasında  öyrənilmişdir.  Eyni  zamandı 
dünyanın ilk sakinlərinin mənəvi aləmi də görkəmli arxeoloq, 
et-  noqraf,  antropoloq,  paleontoloq,  paleogeoloq  və  digər 
alimlər  tərəfindən  elmi  faktlarla  tədqiq  edilmişdir 
(Boriskovski,  1979,  Lübin,  1998;  Oklandinkov,  1983, 
Stolyar,  1976,  Lümley,  1969,  1971,  1998,  Hüseynov  1984, 
1986; Əliyev, 1998, 2003, Cəfərov 1990, 1994 və s.). 
Erkən  tarixi  dövrlərdə,  xüsusilə  ibtidai  insan  sürüsü 
mərhələsində  Azərbaycan,  Şərqi  Afrika,  Avropa,  Asiya  və 
digər  ərazilərin  sakinlərinin  mənəvi  aləmi  haqqında  bizim 
biliklərimiz  çox  azdır.  Güman  etmək  olar  ki,  ibtidai  insan 
sürüsü  mərhələsi  qədim  paleolit  (çaydaşı  və  yaxıd  Olduvay 
mədəniyyətinə;  Azərbaycan  ərazisində  isə  Quruçay 
mədəniyyətinə)  və  yaxud  erkən  (qədim)  aşel  (abbevil) 
dövrünə təsədüf etmişdir. 
Lakin  həmin  dövr  planetimizin  ilk  sakinlərinin  məhz 
əmək alətlərinin nisbətən mürəkkəb məcmusuna arxalanaraq 
təbiətdən fəal surətdə istifadə etmələri ilə heyvanlardan xeyli 
dərəcədə fərqlənməsi şübhə 
130 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə