ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.

səhifə39/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

doğunmır.  Onlar  məhv  olmamaq,  açıq  tipli  məskənlərdə  və 
mağaralarda həyatı davam etdirmək üçün ətraf mühitə yaxşıca 
uyğunlaşmalı idilər. Şübhə yoxdur ki, onlar güclü idilər, yaxşı 
silahlanmışdılar  və  əqli  cəhətdən  kifayət  qədər  inkişaf 
etmişdilər. 
Güman  etmək  olar  ki,  artıq  erkən  aşel  dövründə  (bu 
tarixi dövr güns mindellə və mindelin birinci yarısı ilə üst-üstə 
düşür, təxminən 900-700 min il bundan əvvələ təsadüf edir) 
insan  ilk  universal  əmək  alətini  -  əl  çapacağını  yaratmışdır. 
Bu,  eyni  tip  əsasında  və  eyni  üsullarla  hazırlanmış  ilk 
«standartlaşdırılmış əmək aləti» idi. 
«Standartlaşdırılmış  əmək  aləti  öz-özlüyündə  qazıntı 
halında 
tapılmış 
konsepsiyadır» 
(Q.ÇayId), 
yəni, 
mücərrədləşdirmənin heyvan üçün mümkün olmayan yüksək 
səviyyəsini  tələb  edir,  bu  əmək  alətini  yalnız  «tanınma», 
«təkrarlama»  və  digər  hərəkətlər  əsasında  əldə  etmək 
mümkün deyildir. 
Belə  nəticə  hasil  olunur  ki,  «standartlaşdırılmış  əmək 
aləti»ni  hazırlamış  fərddə  həmin  alət  həqqmda  mücərrəd 
təsəvvür  vardı.  Bu  aləti  hazırlayan  insanın  beynində  alətin 
hazırlanmasında əvvəl  onun forması, nümunəsi mövcud idi. 
«Nümunənin  təsəvvürə  gətirilməsi  onun  haqqında  biliyin 
olması  deməkdir,  bu bilik  isə cəmiyyət  tərəfindən mühafizə 
olunur və ötürülür» (Q.ÇayId). Əvvəllər bu hal yox idi və ola 
da  bilməzdi.  Bundan  başqa  qədim  aşel  dövrünə  aid  olan  əl 
çapacağının  ritm  hissinin  mövcud  olduğunu  təsdiqləyən 
səliqəli simmetriyaya malik olması bizə imkan verir ki, həmin 
zamanın insanlarında artıq bəsit olsa da, ilk estetik vərdişlər 
təşəkkül tapmış, sadəcə olaraq zəruri, faydalı əşyaların deyil, 
eyni  zamanda  gözəl  əşyaların  hazırlanmasına  tələbat 
yarandığını deyək. Belə 
131 


liklə, işlək əllər ritmi dəqiqliyin, həmahəngliyin və gözəlliyin 
ilk nümunələrini yaradırdı. Deməli, əmək prossesinin özündə 
artıq  emosional  məqam  vardı  və  sonralar  incəsənətin 
rüşeymiəri  həmin  məqamdan  başlanğıc  aldı.  Tədqiqatçılar 
belə hesab edirlər ki, əmək ritminin ardınca rəqsin (bəlkə də 
mahnının),  ritmik  rəqslərin  ardınca  omamentlərdə  və  sadə 
rəsmlərdə  xətlərin  ritmik  sıralanmasmm  meydana  çıxması 
şübhəsizdir. 
Aşağı  paleolit  dövmndə  yaşamış  ilk  insan  artıq 
mağaralardan daimi yaşayış yeri kimi istifadə etməyə başladı. 
Yarandıqdan  sonra  başlanğıc  dövründə  həmin  mağarada 
zaman-zaman  yaxın  bölgələrin  sakinləri  qərərlaşırdılar.  Bu 
bölgələrdə onların dayanacaqları, ya da köç yerləri mövcud 
idi.  Həmin  insanlar  burada  qərarlaşmış,  müəyyən  müddət 
ərzində  mağarada  yaşamış,  sonra  isə  güns-mindel 
dövründənbaşlayaraq  yeni  yaşaış  yerində  intensiv  surətdə 
məskunlaşmağa başlamışdar. 
Azıx sakinləri ən böyük təbii qüvvə olan oda çox erkən 
yiyələnmiş  ,  onu  uzun  müddət  ərzində  mühafizə  etməyi 
bacarmışdır.  Mağarada  aşkar  olunmuş  ocaq  qalıqları  bunu 
təsdiq  edir.  Bu  mağarada  ocaq  bir  neçə  yüz  min  il  bundan 
əvvəl-alovlanmağa başlamışdı. 
F.  Engels  göstərirdi  ki,  odun  mühafizə  olunması 
məharəti  «nəhəng,  öz  əhəmiyyətinə  görə  demək  olar  ki, 
ölçüyəgəlməz kəşfdir». Od insanın nəin ki, həyatını, habelə 
şüurunu  da  dəyişdirdi.  Od  nəhəng  texniki  və  ictimai  qüvvə 
olduğu  üçün  bu  təəccüblü  deyildir.  Od  insanın  iqlimdən 
asılılığın  aradan  qaldırdı,  insanın  soyuqdan  və  vəhşi 
heyvanlardan  daimi  olaraq,  etibarlı  şəkildə  qorunması 
vasitəsinə 
çevrildi, 
onun 
qidalanma 
mənbələrini 
genişləndirdi, əmək alətinin hazırlanma 
132 


sında, ov üsullarının inkişafında və s. Mühüm rol oynadı. F. 
Engelsin  ifadəsincə  deyilsə,  «odun  dərk  olunması  insanın 
təbiət üzərindəki ilk böyük qələbəsi idi». 
Bütün digər cəhətlərdən başqa odun kəşfi, mühafizəsi və 
istifadəsi  insanların  həyatında  təmamilə  yeni  hadisə  olan 
kəmiyyət-məkan  münasibətlərinin  dər  edilməsində  də 
biləvasitə  özünü  göstərdi.  İnsan  odu  daim  mühafizə  etmək 
üçün  onu  fasiləsiz  surətdə  müəyyən  «paylarla»  yanacaq  ilə 
«qidalandırmalı»,  mövcud  olan  «qidanı»  günün  tələbinə 
uzlaşdırmalı,  beləliklə,  hesablamalar  aparmalı  idi...  Və  ola 
bilər  ki,  heç  də  təsadüfü  deyil  ki,  qədim  əfsanələrdə 
göstərildiyi kimi Prometey insanlara odu bəxş edərkən onlara 
hesablamalar aparmağı öyrətmişdi. Tədqiqatçılar belə hesab 
edirlər  ki,  artıq  indi  bu  süjetin  keniantrop-pite-  kantrop 
dövrünə  gedib  çıxa  bilməsi  haqqında  iddia  həddindən  artıq 
cəsarətli fikir kimi nəzərə çarpmır. 
Qeyd  etmək  olar  ki,  artıq  uzaq  erkən  aşel  dövründə 
«ibtidai  insanların  şüurunda  fonna  (qədim  aşel  dövrünə  aid 
olan  əl  çapacaqları  xatırlayaq,  çapcağm  hazırlanması  üçün 
insan  onun  haqqında,  ilk  növbədə  onun  fonnası  haqqında 
mücərrəd  təsəvvürə  malik  olmalı  idi),  ölçü  (odun  yanma 
müddətinə  və  yanacağın  miqdarına  dair  situasiyanı 
xatırlayaq) haqqında ən sadə təsəvvür meydana gəldi və şüur 
say  haqqında  təsəvvürün  ərəfəsində  dayanmışdı»  (F.  A. 
Frolov, 1983). 
Pitikantroplar  erkən  aşel  mədəniyyətinin  yaradıcıları 
idilər.  Onlar  təşəkkül  tapmaqda  olan  insanlar  sırasında  ən 
qədimlərindən olmuş və elmi ədəbiyyatda «arxantoplar» kimi 
qeyd  edilirdilər.  Bu  mərhələ  insanın  idrak  fəaliyyətinin 
inkişafında yeni, əvvəlki dövr 
133 




Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə