ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə40/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

lə müqayisədə nəzərə çarpacaq lərəcədə yüksək səviyyə idi. 
Şübhə  ola  bilməz  ki,  Azıxın  erkən  aşel  mədəniyyətinin 
yaradıcıları  da  artıq  təfəkkürə  və  təşəkkül  tapmaqda  olan 
nitqə,  habelə  mənəvi  mədəniyyətin  müəyyən  elementlərinə 
malik idilər. 
İnsanın  və  onun  mədəniyyətinin  inkişafındakı  bu 
tərəqqi cəmiyyətin, xüsusilə məyin uzunmüddətli inkişafının 
nəticəsi idi. Əmək prossesində insanın özünün mahiyyətində, 
onun  hissiyyat  orqanlarında,  qabiliyyətində,  təfəkküründə, 
nitqində, aləmi dərk etməsində və s. Mütərəqqi dəyişiklik baş 
verirdi.  Bu  dəyişiklik  artıq  insanın  və  insan  cəmiyyətinin 
inkişafının  erkən  mərhələlərində  -  erkən  aşel  mərhələsində 
baş verməkdə idi. 
Orta aşel mərhələsindən başlayaraq (mindelin sonu və 
mindel-rissin birinci yarısı - təxminən 400 min il əvvəl) son 
aşel mərhələsinədək (rissin sonu və rissvyurmun başlanğıcı - 
təxminən  100  min  il  əvvəl)  olan  zaman  Azərbaycan 
sakinlərinin həyatında müqayisə olunmayacaq dərəcədə daha 
yüksək mərhələ olmuşdur. 
Azıx  mağarasının  orta  aşel  mərhələsinə  aid  olan 
təbəqəsi yalnız əmək alətləri ilə deyil, həm də Azıx insanın 
mənəvi  inkişafı  haqqında  danışmaq  imkanı  yaradan 
materiallarla kifayət qədər zəngindir. İlk növbədə qeyd etmək 
lazımdır  ki,  artıq  orta  aşel  mərhələsinin  başlanğıcında 
Azərbaycanda arxantroplar- dan paleoaantroplara keçid təşkil 
etmiş insan yaşamışdır. Bu insan arxantroplara nisbətən daha 
sapiental  idi  və  preneandertallara  və  yaxud  bizim  elmi 
ədəbiyyatda  qəbul  edildiyi  kimi  azıxantroplara  aid  oluna 
bilər.  Azıxantrop  təxminən  450  min  il  bundan  əvvəl 
yaşamışdır. 
134 


Güman etmək olar ki, insanın fiziki tipində həmin zaman 
nəzərə çarpan dəyişikliklər onun təkamülündə təxminən 200 
min  il  bundan  əvvəl  mühüm  dönüş  -  paleoantroplarm, 
xüsusilə  neandertalarm  meydana  gəlməsi  ilə  başa  çatmış 
prossesin başlanğıc mərhələsi idi. Əgər bu zamanadək insanın 
təkamülü ləng gedirdisə, bu dövrdən etibarən həmin prosses 
əhəmiyyətli  dərəcədə  sürətləndi  və  böyük  irəliləyiş  üçün 
zəmin hazırladı; 40-35 min il bundan əvvəl müasir fiziki tipə 
malik  olan  insan  meydana  gəldi.  Beləliklə,  aşel  mərə- 
hələsinin ikinci  yarısının materialı Azıx sakinlərinin mənəvi 
həyatındakı əhəmiyyətli uğurlardan danışmaq imkanı yaradır. 
Ayı  kəllələrinin  yığıldığı  xəlvətxana  -  gizli  yer 
(kəllələrdən  birinin  üzərində  xüsusi  çatmalar  vardır),  qədim 
yaşayış  yeri  və  ocaq  aşel  dövrünün  ikinci  yarısına  aid  olan 
təbəqədə  aşkar  edilmiş,  hələ  xeyli  müddət  ərzində  müxtəlif 
fərziyyələrin  irəli  sürülməsinə  imkan  verəcək  ən  mühüm 
kəşflərdir (şəkil 17). 
Azıx  mağarasının  nəzərdən  keçirilən  dövrə  aid  olan 
təbəqəsində  müxtəlif  quruluşlu  ocaqların  bir  çox  qalıqları 
aşkar edilmişdir. Bu tapıntılar qəti şəkildə təsdiq edir ki, od 
azıxantropun həyatına qəti surətdə daxil olmuşdur. 
Mağara  ayılarından  birinin  Azıx  mağarasının  xüsusi, 
gizli  bir  guşəsində  mühafizə  olunmuş  kəlləsi  təsdiq  edir  ki, 
300 min il bundan öncə say və hesablama azıxantropa məlum 
idi.  Bu  kəllə  üzərində  mişa-  rabənzər,  daş  əşya  ilə  xüsusi 
olaraq bir sırada paralel şəkildə 7, yuxarıda isə çəpəki şəkildə 
1 çərtmə edilmişdir. Bu halda hesablamanın vahidləri bizim 
qarşı-  mızdadır.  Yeri  gəlmişkən  planetimizin  bir  sıra 
bölgələrindən aşkar edilmiş qrafikada əks olunmuş nişanlı 
135 


quraıalarm bizə məlum olan ən erkən nümunələri məhz aşel 
dövrünün ikinci yarısına - təxminən 300 min il bundan əvvələ 
aiddir. Fransanın cənubundakı II Peş de 1' Aze (Dordon) adlı 
yaşayış  yerindən  tapılmış  öküz  qabırğasının  fraqmenti  və 
Türinkiyanm  Biltsin- qeleben adlı  yerindən aşkar edilmiş 2 
böyük olmayan sümük bu cür nümunələrdir. 
Tədqiqatçıların  böyük  əksəriyyəti  bu  cür  çərtmə-  ləri 
insanın  öz  fikirlərinin  təsvir  etməyini  və  qeydə  almağının 
ilkin cəhdlərinin, xüsusilə əvvəllər məlum olmayan ünsiyyət 
üsulu kimi ilkin qrafikanın yaranmasının təsdiqi kimi qəbul 
edir.  Bu  prossesdə  informasiya  bu  və  ya  digər  cisimlər 
üzərində qeydə alınmağa başlanmışdı. Bəzi tədqiqatçılar belə 
hesab edirlər ki, burada təşəkkül tapmaqda olan nitqin qrafik 
cəhətdən qeydə  alınmasının,  yazıdan əvvəlki tarixi  mərhələ 
ilə müəyyən əlaqəsi olan ilkin təcrübələrinin göz qarşısında 
olduğuna yəqinlik hasil etmək olar. 
Bu  barədə  danışarkən  K.  Marksın  mühüm  nəzəri 
nəticələrini  xatırlamaq  lazımdır:  «Məlumdur  ki,  hissiyyatla 
təfəkkür  arasında  tərəddüd  edən  əqlin  ilk  nəzəri  fəaliyyəti 
hesablama idi». K. Marks hesab edir ki, «Hesablamaq üçün 
yalnız hesablanacaq əşyalara malik olmaq deyil, bu əşyaların 
nəzərdən  keçirilməsi  zamanı  artıq  onların  sayından  başqa 
bütün digər keyfiyyətlərini sərf-nəzər etmək qabiliyyətinə də 
malik olmaq lazım idi, bu qabiliyyət isə təcrübəyə əsaslanan
uzunmüddətli tarixi inkişafın nəticəsidir». 
Azıx mağarasında aşkar olunmuş ayı kəlləsinin üzərində 
bir neçə çərtmə edilmişdir. Həmin çərtmə- lərdən 7-si paralel 
şəkildədir.  Bir  çox  tayfalarda  və  xalqlarda  7  rəqəmi 
məşhurdur,  «ecazkar»dır...  Daha  erkən  tarixi  dövrlərdən 
Qədim Şərqə, antik dünyaya 
136 


və hətta orta əsıiərədək 7 rəqəmi insanların fikrində Zaman, 
Məkan,  Kosmos  haqqındakı  təsəvvürlərlə  əlaqədar  olaraq 
xüsusi  yer  tutmuşdur.  Biz  bununla  bağlı  olaraq  şümerlərin 
məşhur «yeddiliyini» yada sala bilərik. Şumerlər 7 rəqəmi ilə 
Kainat  haqqında  ideyanı  da  ifadə  edirdilər.  Məşhur  Şumer 
zikkuratmm  7  pilləsi  7  «paralelə»,  həftənin  7  gününə,  7 
böyük tanrıya, 7 küləyə, yeraltı səltənətin 7 darvazasına və s. 
Uyğun  gəlirdi.  Deyilənlərlə  bağlı  hindlilərdə  Kainatın  7 
sferini,  insanda  mövcud  olan  7  fəal  başlanğıcı.  Ruhun  və 
Materiyanın 7 qütbünü və s. Xatırlamaq olar. Dünyanın Allah 
tərəfindən  7  gün  ərzində  yaradılması,  Bibliyadakı  7  günlük 
ümumdünya  subasmaları,  bir  çox  tayfaların  və  xalqların 
miflərində, 
əfsanələrində, 
nağıllarında, 
astroloqların, 
kimyagərlərin əsərlərində xatırlanan məşhur «yeddiliklər» və 
s. də bu qəbilədəndir (şəkil 17). 
«Yeddiliyin»  ecazkar  xarakteri  insan  psixikasının 
fundamental  sabitliyi  ilə,  əməli  yaddaşın,  diqqətin,  mütləq 
qiymətlərin  həcminin  hədli  mənaları  ilə  bağlıdır.  İnsan 
haqqındakı müxtəlif elmlərin bir çox məlumatları təsdiq edir 
ki, insan psixikasının «bura- xıcıhq qabiliyyəti»  7 birölçülü 
vahidlə məhdudlaşmışdır. 
Bu  yaxınlarda  Ayın  müşahidəsi,  onun  fazalardan 
birindən  (7  günün)  ayrılması  əsasında  paleolit  dövründə  «7 
ritmi»nin, sonra isə «ecazkar yeddiliyin» yaranması haqqında 
fərziyyə irəli sürülmüşdür. 
Ay yaxşı müşahidə olunan səma cismi, işıq mənbəyidir. 
O,  dövri  surətdə  təkrar  olunan  zaman  hədləri  müddətində 
görkəmi  etibarilə  mühümdəyişikliklərə  məruz  qalır.  Ayın 
görkəminin  dəyişməsinin  sərhədləri  yaxşı  nəzərə  çarpır  və 
düşünən varlığın diqqətini 
137 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə