ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə42/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   38   39   40   41   42   43   44   45   ...   66

insanlar  artıq  meyitdən  törəyə  biləcək  konkret  təhlükəni 
əməli  surətdə  dərk  etmişdir  (Hüse}'nov,  Əliyev,  Cəfərov 
1998). 
Mustye  haqqında  yuxanda  deyilmiş  fikirlər  dünyanın 
müxtəlif bölgələrindən əldə olunmuş materiallara əsaslanan 
ümumi  səciyyəli  məlumatlardır.  Təəssüf  ki,  Azərbaycan 
materialı bu baxımdan bizə çox az məlumat verir. Lakin insan 
cəmiyyətinin  inkişafının  başlıca  qanunlarının  ümumiliyini, 
qlobal  xarakterini  sosiogenezin  ümumi  istiqamətini,  insan 
həyatı  modelinin  unirversallığmı,  bu  və  ya  digər  mərhələ 
üçün səciyyəvi olan, insan yaşayışının müxtəlif bölgələrində 
mövcud  olmüş  səciyyəvi  cəhətlərin  bir  çoxunun  Azıx 
mağarasında  təsdiqlənməsi  kimi  mühüm  bir  halı  nəzərə 
alaraq 
neandertahn 
mənəvi 
aləminin 
mənzərəsini 
Azərbaycana da aid etmək mümkündür. 
Yuxarıda  qeyd  edildiyi  kimi,  Azərbaycanda  mustye 
dövrü  Azıx,  Tağlar,  Daşsalahh,  Damcıh  və  Qazma 
mağaralarında  nisbətən  yaxşı  təmsil  olunmuşdur.  Bu  dövr 
təxminən 120-100 min il bundan əvvəl başlanmışdır. 
Levallua texnikası müxtəlif daş əmək alətləri ilə zəngin 
olmuş  mustye  dövrünün  ən  böyük  texniki  nailiyyətidir.  Bu 
nailiyyət  daşın  emalı üsullarında əsl  inqilab idi. Texnikanın 
inkişafı  daşın  istifadəsinin  və  emalının  çox  yüksək 
səviyyəsinə (levallua texnikasına) gətirib çıxanmşdı. 
Mustye dövründə nizə və cidaların daşdan hazırlanmış 
uduqları  meydana  gəldi.  Ovçuluq  təsərrüfatı  xeyli 
mürəkkəbləşdi  və  yüksək  inkişaf  səviyyəsinə  çatdı.  İnsan 
kollektivlərinin  qida  ilə  təminatı  ölçüyəgəlməz  dərəcədə 
artdı. 
141 


Nəinki  yaxın  bölgələrin,  habelə  bir-birindən  kifayət 
qədər  uzaq  olan  ərazilərin  sakinləri  arasında  əlaqələrin 
genişlənməsi, həmin qarışıhqlı əlaqələrin tədricən fəallaşması 
mustye dövrünün mühüm xüsusiyyətləridir. Məsələn, Tağlar 
mağarasının  materialı  bunu  göstərir.  Həmin  material  onun 
nəinki «Şərq düşərgə»ləri ilə bənzəyişi, habelə Araz çayından 
cənubda  yerləşən,  Zaqros  zonasını  da  özündə  ehtiva  edən 
ərazilərin  mustye  mədəniyyətləri  ilə  qeyd-şərtsiz  əlaqələri 
barədə də danışmağa imkan verir (Cəfərov, 1994). 
Cənubi Qafqazın və Şərqi Avropa düzənliyinin cənubi 
hissəsinin, habelə Qədim Şərq bölgələri sakinlərinin arasında 
son  paleolit  dövründə  müəyyən  əlaqələr  olduğunu  bu  uzaq 
məskənlərdə  Qafqaz  ob-  sidianmı  tapılması  təsdiqləyir. 
Cənubi  Qafqazın  qədim  yaşayış  yerlərində  Qırmızı  dəniz 
mənşəli  balıqqulağıların  və  s.  aşkar  olunması  faktı  da  bunu 
sübut  edir.  Yalnız  zəngin  mənəvi  aləmə  malik  olmuş  insan 
uzunmüddətli miqrasiyalar edə bilərdi. 
Qeyd  etmək  lazımdır  ki,  artıq  çox  qədim  zamanlarda 
Qafqaz  bərzəxi  insanların  tropik  iqlimə  malik  olan  ilkin 
vətəndən  -  Afrikadan  Avropanın  mülayim  iqlim  qurşağına 
hərəkət etməsi üçün şərait yaratmış köıpülərdən biri idi. Daha 
sonrakı  zamanlarda  da  xeyli  insan  kütləsinin  dəfələrlə  bu 
ərazi ilə hərəkəti baş vermişdir. 
Ali  heyvanların  və  insanın  genetikası  və  psixofı- 
ziologiyası  sahəsindəki  ən  yeni  kəşflər  miqrasiya  kimi 
fövqəladə dərəcədə maraqlı olan halın anlaşılmasına açar ola 
biləcəkdir.  Tədqiqatlar  göstərmişdir  ki,  digər  ali  məməlilər 
kimi  insanlığın  ayrı-ayrı  nümayəndələrinə  də  yeniyə,  tanış 
olmayana meyl xasdır. 
142 


Mütəxəssislər  bu  hadisəni  «azadlıq  refleksi»  adlandırırlar. 
Bu, məchulun mahiyyətinə vannaq üçün qarşısıalınmaz meylə 
tələbatdır.  Bu  fonomenin  irsən  ötürülməsi  artıq  çox  qədim 
zamanlarda məchula doğru bu cür anadangəlmə meylə malik 
olan xeyli insan qruplarının meydana gəlməsinə gətirib çıxara 
bilərdi. Ola bilər ki, artıq ən qədim zamanlarda Azərbaycan 
ərazisində  ən  azı  iki  başlıca  avropoid  antropoloji  tipinin 
yaşaması, yazılı mənbəələrdən adları bəlli olan bir neçə dildə 
danışan tayfaların mövcud olması səbəbini məhz deyilənlərdə 
axtannaq lazımdır. 
Şübhəsizdir  ki,  bir  çox  nəsillərin  «azadlıq  reflek-  sini, 
yenilik  zövqünü  toplaması  onların  mədəniyyətinə  xüsusi 
dinamiklik  və  çeviklik  gətirirdi.  Ən  erkən  tarixi 
mərhələlərdən  başlayaraq  antik  dövrədək  Azərbaycanda 
mövcud  olmuş  bir  çox  parlaq  mədəniyyətlər  bunu  aydın 
şəkildə təsdiq edir. 
Azərbaycanda yuxarı paleolitin yaxşı öyrənilmə- məsinə 
baxmayaraq,  göstərmək  lazımdır  ki,  mustye  ilə  son  paleolit 
arasındakı  hədd  xüsusilə  vacib  və  mühüm  hədd  kimi 
qiymətləndirilməlidir.  Bu  zaman,  təxminən  30-35  min  il 
bundan əvvəl müasir tipli insan- - Homo Sapiens («dərrakəli 
insan») meydana gəlmişdir. «Dərrakəli insan»ı neantrop (yeni 
insan) da adlandırılır. 
Bu zamandan etibarən təbii seçmə özünün forma əmələ 
gətirilə  rolunu  qətisurətdə  itirdi  (bunun  nəticəsində  insanın 
fiziki  tipinin  dəyişməsi  prosesi  dayandı),  təbii  seçmənin 
yerini isə ictimai qanunauyğunluqlar tutdu. 
Beləliklə,  hər  bir  yeni  mərhələdə  mənəvi  aləmi 
zənginləşən  qədim  dünya  sakinləri  paleolit  dövrü  ərzində 
təbiəti özə məqsədlərinə xidmət etməyə vadar 
143 


edir, tədricən təbiət üzərində hökmranlıq etməyi öyrənirdilər. 
Son  üç  ildə  Avropa  ilə  aparılan  Beynəlxalq  İN- 
TAS-2000  proqramının  elmi  tədqiqi  göstərir  ki,  daş  dövrü 
sakinlərinin  mənəvi  aləmində  planetimizin  ilk  sakinlərinin 
oxşar xüsusiyyətləri çox olmuşdur (Cəfərov, 2003). 
Xüsusilə  Fransanın  Vollone,  Terra-Amata,  Kon-  del 
Araqo  paleolit  düşərgələrindən  aşkar  olunmuş  maddi 
mədəniyyət  qalıqları  ilə  çoxtəbəqəli  Azıx  paleolit 
düşərgəsinin qədim qədim aşel, orta aşel və mustye arxeoloji 
mədəniyyətinə  aid  təbəqələrindən  qeydə  alınmış  əmək 
alətlərinin tipologiyasında oxşar əlamətlər qeydə alınmışdır. 
Eyni  zamanda  qeyd  olunan  qədim  insan  düşərgələrində 
məskunlaşmış  insanların  ovçuluq  təsərrüfatında  da  oxşar 
xüsusiyyətlər  izlənmiş,  arxeoloqlar  və  paleontoloqlar 
tərəfindən müəyyən edilmişdir. 
İlk  insan  yarandığı  gündən  yaşamaq  üçün  təbiətlə 
mübarizə aparmışdır. O çay daşından əmək aləti hazırlamaqla 
gələcək 
həyat 
fəaliyyətinin 
uğurlarının 
təminatını 
yaratmışdır. 
Zaman-zamanlar 
ərzində 
həmin 
alət 
təkmilləşmiş  və  ulu  sakinlərin  həyatının,  təsərrüfatının  və 
mənəvi aləmini zənginləşdirmişdir... 
144 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə