ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə43/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   39   40   41   42   43   44   45   46   ...   66

ERMƏNİ TERRORÇULARININ FİTNƏKAR 
ƏMƏLLƏRİ 
Erməni terrorçularının fitnəkar əməlləri barədə Amerika 
Birləşmiş  Ştatlarının  Vətəndaşı,  hüquq  elmləri  doktoru 
Səmyuel A.Uimz Vaşinqton, London, Paris, Roma, İstanbul, 
Moskva və digər şəhərlərin arxivlərində uzunmüddətli elmi 
araşdırmalar  aparmış,  tarixi  sənəd  və  sübutlar  əsasında 
2003-cü  ildə  Ermənistan  terrorçu  «xristian»  «ölkənin 
gizləniləri»  adlı  kitabı  ABŞ-  da  ingilis  dilində  çap 
etdirmişdir.  Qeyd  olunan  kitab  2004-cü  ildə  professor 
Zeydulla  Ağayev  tərəfindən  azərbaycan  dilinə  tərcümə 
olunaraq çap olunmuşdur. Kitabın elmi redaktoru professor 
Səməd Seyidovun qeyd etdiyi kimi indi dünya meydanında 
qondarma Qarabağ problemi ilə əlaqədar erməni yalanı ayaq 
tu- tub  yeriyir, bizim böyük həqiqətləri isə az qala heç kim 
bilmir.  Professor  Səməd  Seyidov  ürək  ağrısı  ilə  bildirir  ki, 
«Əziz  oxucu  əlində  tutduğun  bu  kitab  həmin  boşluğu 
doldurmaq üçün misilsiz əhəmiyyət kəsb edir!» (Səmyuel A. 
Uimz, 2004, s.3). 
Səmyuel  A.Uimzin  kitabında  erməni  terrorçularının 
bəşəriyyətə  qarşı  törətdikləri  terrorçuluq  fəaliyyətinin 
nəticələri  faktlar  əsasında  şərh  olunur  və  onun  qarşısını 
almağın yollarını göstərir. 
Kitabda  deyilir:  «Ermənilər  insanların  ayağının  altını 
qazmaq  peşəsini 
yaxşı  öyrənmişdilər.  Məhz  bu 
keyfiyyətlərinə  görə  onlar  beş  yüz  il  ərzində  Osmanlı 
imperiyasında dinc və əminamanhq şəraitində yaşadıqlarına 
baxmayaraq, təxminən 1827-ci illərdə Osmanlı İmperiyasını 
işğal  etmək  istəyən  Rusiyaya  kömək  üçün  qoşulanda 
Osmanlılara  xəyanət  etdilər.  Onlar  on  doqquzuncu  əsrin 
bütün  illəri  ərzində  ruslara  köməkliyi  davam  etdirirdilər. 
Özlərini  «ermənilər»  adlandıran  bu  balaca  diktatorlar 
bandası  bu  gün  də  müharibə  istəyən  döyüşçü  kompleksini 
davam etdirir. Yeganə fərq bura 
145 


sındadır  ki,  bu  «dəhşətli»  döyüşçülər  öz  köməksiz 
qonşularına  hücum  etmək  üçün  başqa  xalqların  pulundan, 
canlı qüvvəsindən və silahlarından istifadə edirlər. 
1919-cu  ildə  ermənilər  Azərbaycana  hücum  etdilər. 
«Böhran dövründə Xan Tekino öz hökumətini erməni hərbi 
əməliyyatları  haqqında  məlumatlandırır  və  əsaslı  əks 
tədbirlər  görməyə  çağırırdı.  İyulun  14-də  o,  teleqram 
vurmuşdu ki, erməni qüvvələri Vedibasara yaxınlaşır və hətta 
«din  xadimləri  də  öz  ayinləri  vaxtı  əsl  müqəddəs  səhib 
döyüşçü kimi Arxa - Vedi üzərmə hücuma səsləyirdilər». 
Bu da «rəsmi» Ermənistan kilsəsinin «müqəddəs səhib» 
çağırışı - bizcə səbəb üzündən müsəlmanları öldürmək və ya 
qovmaq, 
onda  gözəl  erməni  xristianları  dəhşətli 
müsəlmanların  torpaqlarını  sərbəst  surətdə  qamarlaya 
bilərdilər.  Ona  görə  də  təəccüblü  deyil  ki,  Ermənistan 
terrorçu hücumları ilə bütün dünyanı lərzəyə salanda «rəsmi, 
konstitusiyah  Erməni  Qriqoryan  Kilsəsi»  adlanan  varlıq 
ağzına su alıb susdu. Həmin siyasət bu gün də davam edir. 
1973-cü  ildən  2001-ci  ilə  qədər  erməni  terrorçuları  yüzdən 
artıq  türk  hədəfinə  hücum  etmiş,  içərisində  heç  nədən 
şübhələnməyən  digərləri  də  olmaqla  əksəri  türk  diplomatı 
olan  yetmiş  nəfərdən  çox  adamı  öldürmüş,  Ermənistanın 
«rəsmi» kil- səsisindən isə adi məzəmmət də eşidilməmişdir. 
Erməni 
terrorçularının 
qətləri 
və 
bomba 
partlayışlarından dərhal sonra müdafiə ilə bağlı qanuni fond 
artırmaq  kampaniyaları  başlanmışdır.  «Rəsmi»  Ermənistan 
Kilsəsi  bunu  bilərəkdən  rvə  dəstəkləyirdi.  Beyni 
zəhərlənmiş,  öyrədilmiş  və  din  adına  nifrət  cinayətləri 
törətməyə  sövq  edilən  erməni  gənci  ilə  Dünya  Ticarət 
Mərkəzinin əkiz qərslərinə və Pentaqonun binasına sərnişin 
təyyarələrini  çırpmış  terrorçular  arasında  nə  fərq  var?  Öz 
xəstə  ambisiyaları  ucbatından  günahsız  insanların  qətlə 
yetirilməsində  heç  bir  səhv  görməyən  hər  ikisi  beyinləri 
zəhərlənmiş dini fanatiklər deyilmi? 
146 


Əgər  biz  onlardan  birinə  «yaxşı  terorçu»  digərinə  isə  «pis 
terrorçu»  kimi  münasibət  bəsləsək,  özümüz  üçün  daha  çox 
nifrətəlayiq cinayətlərin törənməsinə şərait yaratmarıq ki? 
1919-cu  ildə  hadisə  yerində  olmuş  bir  Britaniya  hərbi 
zabiti  məlumat  verirdi;  «Xarici  müdaxilə  -  Böyük  Vediyə 
erməni  qüvvələrinin  hücumu  bu  böhranı  yaratmışdır... 
ermənilər 
faktları 
saxtalaşdıraraq 
guya 
silahları 
qeydiyyatdan  keçirmək  üçün  cəhd  göstərdiklərini,  daha 
vacibi  isə  «qətlər  və  qırğınlar  olmadan  hər  iki  tərəfin 
bir-birini  qarşı  anadangəlmə  dözümsüzlüyünü  «çözməyə 
gəldiklərini deyirdilər». 
«Xristian»  erməni  hərbi  qüvvələrinin  qəflətən 
Azərbaycana  soxulması  minlərlə  müsəlmanı  cəbhə  xətti 
boyu qaçmağa məcbur etdi və işğalçılardan qorunmaq üçün 
çoxlu  yaşayış məntəqələrinin sakinlərinin yaxınlıqdakı türk 
komandirlərinə  şikayətlənməsinə  səbəb  oldu.  Erməni 
talançıhğı, qətləri və zorakılığı haqqında general  Qarabəkir 
əsəbi tərzdə polkovnik Raubinsona məlumat verir və bütün 
Anadoluda  yayırdı.  Bu  diplomatik  sənədlərə  əsaslanan 
Türkiyə mətbuatı «köməksiz» və «sivil» ermənilərin nəzarəti 
altına keçə biləcək torpaqlarda nələrin baş verəcəyini hamıya 
bəyan  edirdi.  Osmanlı  baş  qərargahı  ermənilərin 
Zaqafqaziyada  törətdiyi  vəhşiliklər  haqqında  ətraflı  sənəd 
hazırlamışdı... 
1992-ci 
ildə  Azərbaycanda  (Qarabağın  dağlıq 
hissəsində)  etnik  təmizləmə  kompaniyası  aparması  sübut 
edir  ki,  müsəlmanları  öz  ata-baba  torpaqlarından  qovmaq 
üsulu ilə ərazidə əhalinin çoxluğuna iddia edilməsi haqqında 
erməni təcrübəsi bu gün də davam edir. 
Britaniya zabiti kapitan Prosser məlumat verirdi. 
Heç  şübhəsiz,  ermənilər  britaniyalıların  geriş 
çəkilməsindən  narahat  olmuşdur,  onlar  Müttəfiqlərin 
adından ingilislərin köməyinə arxayın idilər. Ermənilər ölənə 
qədər mübarizə aparacaqları haqqında və s. danışırlar. Lakin 
mənə elə gəlir ki, onların mübarizəsinin 
147 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə