ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə44/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

əsası bizim çıxıb getməyimizlə yox oldu. Prosser aşağıdakı 
təhlükəli proqnozla fikrini yekunlaşdırırdı: «İndiki məqamda 
Qars  əyaləti  ətrafında  ermənilərin  vəziyyətə  nəzarət  etməsi 
qətiyyən  yaxşı  hal  deyildir...  oradakı  camaat  düşmən 
əhatəsindədir  və  türklərin  gəlişi  ilə  Qars  çox  güman  ki, 
Ermənistanın hissəsi kimi varlığına son qoyacaqdır. 
Britaniya  qüvvələri  regionu  tərk  etməyə  başlayanda 
ermənilər var gücləri ilə cəhdlər göstərərək onların əvəzinə 
Birləşmiş  Ştatların  gəlişinə  və  dənizdən  dənizə  dövlət 
qurmaq üçün başqasının torpaqlarının ABŞ-m əli ilə alınaraq 
ermənilərə  verilməsinə  çalışırdılar.  Ho-  vanissyana  görə, 
Amerikanın  bu  məsələyə  müdaxilə  etməməsinin  ən  əsas 
səbəbi  «Konstantinopol»dakı  Birləşmiş  Ştatlar  admirah 
Mark L. Bristolun «razılaşmayan gur səsi»ni eşitməsi idi. 
Admiral  birləşmiş  erməni  dövlətinin  yaradılmasına, 
hərbi  dəniz  qüvvələrindəki  həmkarları,  dövlət  idarələri, 
Amerika  sülh  nümayəndə  heyətinin  biznesmənlər, 
fırıldaqçılar,  missionerlər  və  çoxrəngli  siyasətçilərlə 
ermənilərin  hər  cür  əqidəsinə  qəti  etirazını  ifadə  edirdi. 
Bütün  azsayhlara  münasibətini  bildirən  Bristol  ümid  edirdi 
ki, məsuliyyət daşıyan amerikanlara yenidən savad vermək, 
məşhur  «dəhşətli  türk»  portretinin  saxtakarlığı  onlara 
aydınlaşdırmaq və türklərin şərq xri- stanlarmm zülmündən 
necə  əzab  çəkdiklərini  söyləmək  lazımdır.  O,  Amerika 
nümayəndə  heyətinin  hərbi  məsləhətçisinə  etirazını 
bildirirdi:  «Məndə  heç  bir  şübhəyə  yer  qalmamışdır  ki, 
Amerikanın  Ermənistanla  bağlılığı  uzunmüddətli  olmalıdır. 
Qətiyyən!  Belədə  Amerika  özünü  Yaxın  Şərqin  qlobal 
problemlərindən  kənarda  qoymuş  olardı».  Öz  dərdlərinin 
çoxunu ermənilər özləri öz başlarına açmışdır. Və Britaniya 
hakim  dairələrinin  və  Amerika  missionerlərinin  onların 
arxasında dayanması erməni liderlərini aqressivi taktikaya əl 
atmağa  şirnikləşdirmişdir.  Birləşmiş  Ştatlar  özünü 
Ermənista- 
148 


mn daxilindəki hadisələrə qoşmamalıdır. İngiltərə Qafqazda 
qalmağa  məcbur  olunmalıdır.  O  öz  müştəbeh  səbəbləri 
ucbatından  Qafqaza  girmişdi,  indi  də  müştəbeh  səbəblər 
üzündə  oradan  çıxır:  «Bristol  türkmeylli  olduğun  pdd 
edirdi».  Mən  inanmıram  ki,  nəyə  -  meylli  adamam,  lakin 
nəyə inamıramsa o, tamam həqiqətdir, və mən həmin yolla 
getmək  istəyir  və  mənimlə  razılaşmayan  heç  kimə  lənət 
yağdırmıram. Əgər mən türkmeylli hesab edilirəmsə, bu ona 
görədir  ki,  mən  təxminən  2  milyon  erməniyə  arzuladığım 
kimi,  20  milyon  müsəlmanın  da  müasir  sivilizasiya 
çatmasına  kömək  etməyi  vacib  hesab  edirəm.  Mən  buna 
kömək  etməyi  vacib  hesab  edirəm.  Mən  bu  faktın 
tanınmasını  və  mənim  də  bu  mövqedə  dayanmağı 
arzuladığımı bəyan etmək istədim. 
Əgər  admiral  Bristolun  yenidənqurma  görümü 
olmasaydı,  görəsən  müasir  Türkiyə  necə  olacaqdı?  Əgər 
olmasaydı,  soyuq  müharibə  erasında  Türkiyə  kommunist 
Rusiyasının  bir  parçasına  çevriləcəkdi.  Türkiyə  Birləşmiş 
Ştatların  dostuna  çevriləmyəcək,  NATO-da  onun  tərəfdaşı 
olmayacaqdı.  Kim  bilir  ki,  tarixin  çarxı  necə  fırlanacaq, 
nəticədə Sovetlər Egey və Aralıq dənizlərinin «ihq suları»na 
sahib çıxacaq, rusların üç əsrdən də çox hədsiz arzuladıqları 
Bosfor və Dardanel boğazları onların əlinə keçəcəkdi. 
1923-cü  ildə  Türkiyədə  indiki  respublika  qurulandan 
bəri  müasir  Türkiyə  həmişə  Birləşmiş  Ştatların  həqiqi  və 
sadiq  dostu  olmuşdur.  Son  əlli  il  ərzində  türklər  Koreya, 
Körfəz,  Somali,  Bosniya,  Kosovo  və  Makedoniyada 
amerikalarla  çiyin-çiyinə  vuruşmuşdur  və  terrorizmə  qarşı 
indiki  müharibədə  də  onunla  birlikdədir.  Ermənilərin  və 
onlara xidmət edən dostlarının ciddi etirazlarına baxmayaraq, 
admiral Bristol bu növ əlaqənin yaradılmasına çox vacib bir 
rol olmamışdır. Bu gün Amerika ona görə daha yaxşıdır ki, 
1918-1920-ci  illərdə  admiral  Bristol  hadisələrin  fövqündə 
dayanmışdı. 
149 


Hovanissyan  admiral  Bristolu  «manipulasiya  ustası» 
adlandırır, çünki o, Bristolun İstanbulda baş komissar təyin 
edilməsi haqqında  Birləşmiş Ştatlar hökumətinin 12 avqust 
1919-cu il qərarını bəyənmir,  «bu post həm hərbi qüvvələr, 
həm  də diplomatik  idarələr üzərində nəzarət  hüququnu ona 
verdi» deyə gileylənir. 
Britaniya  qüvvələri  ərazini  tərk  etməyə  başlayanda 
erməni  liderləri  az  qala  dəli  oldular.  Ermənistan 
parlamentində diktatorların nəzarət etdiyi yeganə partiyanın 
nümayəndəsi  Avetik  Saakyan  «İrəvanın  başı  üstünü  alan 
dəmir zəncirdən danışdı və xalqı hər bir sonuncu ehtiyatını da 
ortaya çağırdı. Avqustun ortalarında parlament ölkədə milli 
fövqəladə  vəziyyət  elan  etdi,  cəbhədəki  döyüşçüləri 
ruhlandırmaq  və  kömək  etmək  üçün  Böyük  Britaniya, 
Fransa,  İtaliya,  Birləşmiş  Ştatlar,  Yunanıstan,  Belçika, 
Ruminiya, İspaniya, Portuqaliya, Hollandiya^ Norveç, İsveç, 
İran,  Çin  və  Yaponiyanın  qanunvericilik  orqanlarına 
müraciətdən ötrü öz emissarlarını göndərdi». 
Bu bəyanatı oxuyan adam düşünər ki, yəqin Ermənistan 
onu 
xarabazarhğa 
çevirmək 
istəyən 
düşmənlərin 
əhatəsindədir.  Əsl  həqiqətdə  isə  erməni  liderləri  əvvəlcə 
Osmanlı  İmperiyası  ilə  vətəndaş  müharibəsi  yaratdı  və 
erməni  xalqı  öz  liderlərinin  tamahı  və  vəziyyəti  düzgün 
qiymətləndirməməsi ucbatından dəhşətli əziyyət çəkdi. Onlar 
qonşu Gürcüstanla istilaçı müharibəyə başladılar və məğlub 
oldular.  Ermənilər  Azərbaycanla  müharibəyə  başladılar  və 
məğlub  oldular.  Erməni  xalqı  dəhşətli  insani  əzabları 
bahasına qurbanlar verdi. 
Erməni  rəhbərlərinin  bütün  dünyaya  göndərdiyi 
aşağıdakı  böyük  yalan  haqqında  düşünün:  «Beləliklə,  hətta 
Müttəfiqlərin  qələbəsindən  sonra  erməni  xalqının  fiziki 
mövcudluğu üçün ermənilərin və bütün sivilizasiyanın əbədi 
düşməni  ilə  qeyri-bərabər  ölüm-dirim  döyüşünə  girməkdən 
başqa yolu qalmamışdır». Hova- nissiyanm dediyi ədalətsiz, 
kobud və əsası olmayan 
150 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə