ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə46/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   42   43   44   45   46   47   48   49   ...   66

müqayisədə  isti  və  nisbətən  rütubətli  olmuşdur.  Ərazidə 
zəngin  heyvanat  aləmi  və  bitki  örtüyü  mövcud  olmuşdur. 
Təsadüfi  deyildir  ki,  1960-cı  ildə  Azərbaycan  Elmlər 
Akademiyasının Paleolit  arxeologi  ekspedisiyası  Qarabağın 
Quruçay  və  Köndələnçay  vadilərində  Məmmədəli 
Hüseynovun apardığı kəşfiyyat işləri zamanı dünya şöhrətli 
Azıx və Tağlar qədim insan düşərgələrini aşkar etmişdir. 
Azıx paleolit düşərgəsində aparılan kompleks arxeoloji 
tədqiqatlar nəticəsində insanlığın uzaq keçmişinə aid zəngin 
maddi  mədəniyyət  qalıqları  aşkar  olunmuşdur.  Həmin 
tapıntılar  əsasında  Azərbaycan  ərazisində  1,8-2,0  milyon  il 
bundan  əvvəllərdən  qədim  insanların  məskunlaşması  elmi 
əsaslarla sübuta yetirilmişdir. 
Paleolit  arxeoloji  ekspedisiyası  1960-1986-cı  illərin 
iyun-iyul aylarında Azıx qədim insan dühərgəsində apardığı 
arxeoloji  qazıntılar  zamanı  10  arxeoloji  təbəqə  qeydə  alıb 
tədqiq  etmişdir.  Arxeoloji  tədqiqatlar  zamanı  Azıx  mağara 
düşərgəsinin III, V, VI-X təbəqələrindən 7 mindən artıq daş 
məmulatı  və  200  mindən  çox  ovlanmış  heyvanların  sümük 
məmulatları tapılmışdır. 
Paleolit  arxeoloji  ekspedisiyasının  Qarabağın  Dağlıq 
ərazisində  apardığı  elmi  tədqiqatlar  zamanı  müəyyən 
olunmuşdur ki, hələ çox qədim zamanlardan bu ərazidə canlı 
həyatın inkişafı üçün əlverişli təbii coğrafi şərait olmuşdur. 
Ərazidə  aparılan  kompleks  elmi  tədqiqatlar  nəticəsində 
məlum olmuşdur ki, hələ 2,0-1,5 milyon il bundan əvvəllər 
Quruçay vadisində mülayim iqlim şəraitində yaşayan çoxlu 
heyvanlar olmuşdur. Eyni zamanda Quruçay vadisi. Azıx və 
Tağlar  mağaraları  yerləşən  ərazidən  ibtidai  insanlar  əmək 
alətləri  hazırlamaq  üçün  xammal  mənbəyi  kimi  istifadə 
etmişlər.  Quruçay  vadisində  kvars,  kvarsit,  bazalt,  fel-  zit, 
yaşma, çaxmaq və s. daşlar mövcud olmuşdur. 
154 


Azıx  düşərgəsinin  ən  aşağı  təbəqələrində  aparılan 
(VII-X  təbəqələr)  arxeoloji  qazıntılar  nəticəsində  müəyyən 
elmi  əhəmiyyətə  malik  maddi  mədəniyyət  nümunələri,  o 
cümlədən  400-dən  artıq  daş  məmulatı  aşkar  olunmuşdur. 
Aşağı  təbəqələrin  daş  məmulatı  içərisində  kobud  çapma 
alətlər çoxluq təşkil edir. Daş məmulatı içərisində həmçinin 
kobud çapacaqlar, kub- vari alətlər, kobud qaşovlar, vurma 
səthi  yaxşı  saxlanmış  qəlpələr  və  s.  qeydə  alınmışdır. 
Düşərgədə  təbəqələrinin  yerləşmə  səviyyəsindən  asılı 
olmayaraq  VII-X  təbəqələrin  daş  məmulatı  arxeoloji 
cəhətdən eyni texniki üsulla hazırlanmışlar. Bu xüsusiyyətlər 
əmək alətlərinin ümumi görünüşündə, çəngə örtülməsindən 
asılı  olaraq  saxlanılma  dərəcəsində,  texniki  və  tipoloji 
əlamətlərində özünü göstərir. 
Çoxtəbəqəli  Azıx  mağara  düşərgəsinin  aşağı 
təbəqələrinin daş alətləri əsasən kənarlardan mərkəzə doğru 
vurub qoparma üsulu ilə çox kobud formada hazırlanmışdır. 
Bu texniki üsulla hazırlanmış alətlər daş məmulatı içərisində 
çoxluq  təşkil  edir.  Təsvir  olunmuş  alətləri  uzunsov  çay 
daşının bir ucu və ya onun uzununa bir kənarının qoparılması 
yolu  ilə  hazırlanmışlar.  Göstərilən  tip  əmək  alətlərinin 
meydana gəlməsi bir daha sübut edir ki, bu cür daş məmulatı 
iki üzü işlənmiş protoçappinqlərin ilk istehsal pilləsini təşkil 
edir.  VII-X  təbəqələrin  daş  məmulatı  arasında  qəlpələrdən 
hazırlanmış əmək alətləri də vardır. Qəlpələrdən hazırlanmış 
əmək alətləri içərisində əsas yeri qaşov alətlər tutur (Şəkil 22; 
1,2). 
Azıx  mağara  düşərgəsinin  ən  aşağı  təbəqələrinin  daş 
məmulatı  içərisində  3-4  kq  ağırlığında  olan  nəhəng 
çoppervari  alətlər  diqqəti  daha  çox  cəlb  edir.  Hələlik 
ölkəmizin ərazisində olan paleolit abidələrindən belə alətlər 
qeydə alnımamışdır. 
Azıx düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş 
arxeoloji materialların olduqca mühüm elmi 
155 


əhəmiyyəti  vardır.  Bunların  maddi  mədəniyyət  nümunələri 
mağarada qədim insanlarının ilkin məskunlaşmasından xəbər 
verir.  İbtidai  insanların  həyatında  mağaranın  yaxınlığından 
axan  Quruçaym  mühüm  rolu  olmuşdur.  Qədim  Azıx 
sakinləri  əmək  alətləri  hazırlamaq  üçün  daşları  məhz 
Quruçaydan  toplayıb  mağaraya  gətirmişlər.  Eyni  zamanda 
Azıx düşərgəsinin sakinləri Quruçay dərəsində, ovçuluq  və 
yığıcılıqla  məşğul  olmuşlar.  Quruçay  vadisində  ibtidai 
insanların  yaşaması  üçün  zəruri  olan  bütün  nemətlər 
olmuşdur.  VII-X  təbəqələrdə  aparılan  tədqiqatlar  zamanı 
tapılmış  maddi  mədəniyyət  nümunələri  tamamilə  yeni  bir 
mədəniyyətdən  xəbər  verirdi.  Ona  görə  də  tapılmış  əmək 
alətlərinin  hazırlanma  texnikası  və  tipologiyasının 
özünəməzsus  cəhətləri  nəzərə  alınıb,  yeni  aşkar  olunmuş 
maddi  mədəniyyət  nümunələrinə  Quruçay  mədəniyyəti  adı 
verilmişdir. Aşağı təbəqələrin daş məmulatının elmi tədqiqi 
zamanı Quruçay mədəniyyətinin  bir neçə inkişaf mərhələsi 
müəyyən  olunmuşdur.  Mədəniyyətin  ilkin  mərhələsində 
əmək  alətləri  olduqca  kobud  və  bəsit  hazırlandığı  halda, 
sonrakı  inkişaf  mərhələlərində  isə  onların  hazırlanma 
texnikası  təkmilləşmiş  və  yeni-yeni  əmək  alətləri 
hazırlanmağa başlanmışdır. 
Azıx  qədim  insan  düşərgəsinin  VII-X  təbəqələrindən 
aşkar  olunmuş  əmək  alətlərinin  əksəriyyəti  mağaradan 
kənarda  hazırlanmış  və  sonradan  düşərgəyə  gətirilmişdir. 
Çünki  düşərgənin  ən  aşağı  təbəqələrində  ancaq  hazır  əmək 
alətləri  tapılmışdır.  İstehsal  tullantıları qeydə alınmamışdır. 
Deməli,  Axız  düşərgəsinin  qədim  sakinləri,  düşərgədə 
yaşamamışdan əvvəl Quruçay dərəsinin kənarlarında yaşayıb 
fəaliyyət  göstərmişlər.  Əmək  alətlərini  də  məhz  əvvəllər 
Quruçay  dərəsində  hazırlamışlar.  Ona  görə  də  aşağı 
təbəqələrin daş məmulatı içərisində istehsal tullantıları qeydə 
alınmamışdır. 
Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur 
ki. Azıx qədim insan düşərgəsinin VII-X təbə 
156 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə