ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə49/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   45   46   47   48   49   50   51   52   ...   66

stan  və  Azərbaycan  alimləri  beynəlxalq  İNTAS-2000  adlı 
proqram 
hazırlamışlar 
və 
onun 
reallaşdırılmasma 
başlamışlar. 
Bu proqrama uyğun olaraq Əsədulla Cəfərovun dəvəti 
əsasında  Avropa  ölkələrindən  32  görkəmli  alim  2002-ci  il 
sentyabrın  7-dən  oktyabrın  1-dək  Bakıya  gələrək  Azıx, 
Tağlar, 
Qazma 
paleolit 
düşərgələrindən 
tapılmış 
maddi-mədəniyyət  qalıqlarının  elmi  tədqiqi  ilə  məşğul 
olmuşlar. Onlar bu tapıntıların dünya arxeologiya elmi üçün 
müstəsna elmi əhəmiyyəti olduğunu qeyd etmişlər. 
2001  və  2003-cü  illərdə  mən  Fransada  İnsan  Pale- 
tologiyası  İnstitutu  və  Avropa  Arxeoloji  Tədqiqatlar 
Mərkəzində  Azərbaycanın  paleolit  düşərgələrində  aşkar 
olunmuş  maddi  mədəniyyət  qalıqları  haqqında  elmi 
məruzələrlə  çıxış  etmişəm.  Məruzələrdə  Azıxda  tapılmış 
maddi  mədəniyyət  qalıqları  da  geniş  şərh  edilmiş,  ibtidai 
insanın  çənə  sümüyünün  qalığının  isə  Qafqaz  və  Yaxın 
Şərqdə  ən  qədim  paleoantropoloji  tapıntı  olduğunu 
bildirmişəm. 
Lakin  buna  baxmayaraq  bəzi  erməni  alimləri  Azıx 
düşərgəsinin  tarixini  saxtalaşdırmağa  cəhd  göstərirlər. 
Ş.Mkrtçyan  1988-ci  ildə  Yerevanda  çap  etdirdiyi  «Dağlıq 
Qarabağın memarlıq və tarixi abidələri» adlı kitabında yazır 
ki, guya Azıx düşərgəsində Aşel mədəniyyətinə aid erməni 
qadınının  heykəli  tapılıb,  hətta  onun  paltarı  müasir  erməni 
qadınının  paltarına  bənzəyir.  Belə  gülünc  fikir  söyləməklə 
Ş.Mkrtçyan  erməni  xalqının  tarixini  Aşel  dövründə 
axtarmağa çalışır. Halbuki, Azıx düşərgəsində qadmabənzər 
heykəl yoxdur. Orada təbii yolla əmələ gəlmiş stalaqmit və 
stalaqnat dirək mövcuddur və 2 milyon il əvvəl yaranmışdır. 
Bu yaxınlarda (16, 30 sentyabr 2003-cü il) ermənilərin 
İnternet  saytlarından  birində  «Dağlıq  Qarabağın  Azıx 
mağarasında  qazıntılar  davam  edir»  sərlövhəli  məlumatı 
verilmişdir. O, tamamilə saxta, cəfəng və sa 
163 


vadsız  fikirlərdən  ibarətdir.  Bildirirlər  ki,  guya  Azıx 
mağarasında paleontoloqlar qazıntı aparırlar. Halbuki, qədim 
abidələrdə 
qazıntıları 
yalnız 
arxeoloqlar 
aparır, 
paleontoloqlar  isə  yalnız  orada  iştirak  edə  bilərlər. 
Məlumatda  1968-ci  ildə  Məmmədəli  Hüseynovun  Azıx 
mağarasından tapdığı çənə sümüyü qalığının yaşının 50-100 
min  il  olduğu  bildirilir.  Bu  da  cəfəngiyatdır.  Çünki, 
Azərbaycan  alimləri  onun  350-400  min  il  əvvələ  aid 
olduğunu  sübut  etmişlər  və  bu  tarix  beynəlxalq  elmi 
konfranslarda  öz  əksini  çoxdan  tapmışdır  (bax; 
vvww.arminfo.am/new.ru). 
Ermənilər  Azıx  düşərgəsində  indiki  qazıntılar  zamanı 
yaşı 300 min il olan ayı sümükləri tapıldığını iddia edirlər. 
Bu  fikir  da  tamamilə  əsassızdır.  Çünki,'  Azərbaycan 
alimlərinin Azıx düşərgəsində apardıqları elmi tədqiqat işləri 
zamanı  oradan  mağara  ayılarının,  Merka  kərgadanmm, 
ibtidai  öküzün  və  digər  heyvan  sümükləri  tapılmışdır  ki, 
onların da yaşı 600 min ilə bərabərdir. 
Maraqlıdır  ki,  erməni  daşnakları  Qarabağın  dağlıq 
hissəsindəki  tarixi  və  arxeoloji  abidələri  öz  adlarına 
çıxarmağa  çalışırlar.  Bu  iyrənc  əməldə  məqsəd  həmin 
ərazinin  əzəldən  ermənilərə  məxsus  olduğunu  iddia 
etməkdir.  Amma  bu  cəhdlər  əsassızdır.  Tarixi  mənbələr 
birmənalı  təsdiq  edir  ki,  Qarabağ  qədim  Azərbaycan 
torpağıdır, ermənilər isə bu əraziyə 1828-ci il Türkmən- çay 
sülh  müqaviləsindən  sonra  gəlmişlər.  Həmin  müqaviləyə 
görə, təkcə 1828-1830-cu illərdə Türkiyə və İrandan Qafqaza 
200  mindən  artıq  erməni  əhalisi  köçürülmüş,  onların 
əksəriyyəti Qarabağda yerləşdirilmişdir. 
Bir  məqamı  da  vurğulamaq  lazımdır  ki,  beynəlxalq 
hüquq  normalarına  görə,  Azərbaycan  hökumətinin  icazəsi 
olmadan  respublikamızın  ərazisində  əcnəbilərin  arxeoloji 
qazıntı  aparmağa  ixtiyarı  yoxdur.  Ona  görə  də  Ermənistan 
arxeoloqlarının  və  onların  hansısa  vasitələrlə  cəlb  etdikləri 
əcnəbilərin Azərbaycan ərazisində 
164 


ki dünya əhəmiyyətli qədim abidələrdə özbaşınalıq etmələri 
nəinki  beynəlxalq  prinsiplərin  kobudcasına  pozulmasına, 
həm də bəşər mədəniyyətinə qarşı təxribat məqsədi daşıyan 
cinayət kimi qiymətləndirilməlidir. 
Tağlar mustye düşərgəsinin maddi mədəniyyət qalıqları 
əsasında neandertal tipli insanların inkişaf edib müasir tipli 
insanların  ulu  əcdadlarının  bu  diyarda  əmələ  gəlməsi 
prosesini  tədqiq  etmək  mümkün  olmuşdur.  Eyni  zamanda 
mustye  mədəniyyəti  dövründə  Yaxın  Şərq  ölkələri  ilə 
Azərbaycan  ərazisində  mədəni  əlaqələrin  olması  elmi 
əsaslarla  sübuta  yetirilmişdir.  Tağlarda  hazırlanmış  əmək 
alətlərinin  hələ  mustye  mədəniyyəti  dövründə  Yaxın  Şərq 
ölkələri ərazisində yayılması müəyyən edilmişdir. 
Qarabağ  ərazisində  aparılan  kompleks  arxeoloji 
tədqiqatlar nəticəsində mezolit, neolit və eneolit dövrlərində 
bu  ərazidə  qədim  insanların  daha  geniş  sahələrdə 
məskunlaşması  müəyyən  edilmişdir.  Ərazidə  aparılan 
araşdırmalar burada qədim əkinçilik-maldarlıq təsərrüfatının 
və  oturaq-əkinçilik  mədəniyyətinin  təşəkkül  tapmasını 
göstərmişdir. 
Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  müəyyən 
olunmuşdur  ki,  tunc  və  ilk  dəmir  dövründə  Qarabağ 
ərazisində yaşayan əhalinin təsərrüfat həyatında əkinçilik və 
maldarlıq daha yüksək inkişaf etmişdir. 
İbtidai icma quruluşunun tədricən dağılması döyüşçü və 
başçıların icma üzvlərinin qəbirlərinin ümumi  tapıntılardan 
kəskin surətdə fərqlənən dəfn mərasimləri ilə təsdiq olunan 
mülki diferensasiya sübut edir. Aparılan arxeoloji tədqiqatlar 
zamanı  Qarabağın  kurqan  və  qəbir  abidələrindən 
Zaqafqaziya ərazisində az təsadüf edilən qızıl məmulatlara, 
sədəfdən və fil sümüyündən hazırlanmış əşyalara, həmçinin 
çoxlu  tunc  məmulatlarına  və  başqa  arxeoloji  materiallar 
tapılmışdır.  Qarabağın  Xocalı  kurqanlarında  aparılan 
arxeoloji 
165 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə