ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə50/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

tədqiqatlar  zamanı  zəngin  maddi  mədəniyyət  nümunələri 
aşkar olunmuşdur. 
Xocalı  abidələrində  alman  arxeoloqu  E.Resler,  rus 
şərqşünası  M.Xamkov,  ingilis  F.Bayer,  fransız  A.Berje 
qazıntı  işləri  aparmış  və  oradan  aşkar  etdikləri  maddi 
mədəniyyət qalıqlarını öz ölkələrinə aparmışlar. 
Azərbaycan  alimlərinin  Xocalıda  apardığı  tədqiqatlar 
zamanı  zəngin  daş  qutu  qəbirləri,  siklop  tikililəri  və  digər 
maddi mədəniyyət nümunələri aşkar etmişər. 
Xocalı  kurqanlarının  arxeoloji  tədqiqi  zamanı  məlum 
olmuşdur  ki,  bu  dövrdə  Qarabağın  sakinlərinin  həyatında 
sənətkarlığın iki böyük sahəsi mühüm yer tutmuşdur. Qeyd 
olunan  sənət  sahələrindən  biri  dulusçuluq,  digəri  isə 
metalişləmə  sənəti  olmuşdur.  Qarabağın  dulusçu  ustaları 
hazırladıqları  gil  qabları  bişirmək  üçün  dairəvi  dulus 
kürələrindən  istifadə  etmişlər.  Aparılan  elmi  araşdırmalar 
zamanı məlum olmuşdur ki, bir qayda olaraq dulusçular tunc 
dövründə  hazırladıqları  gil  qabların  hamısının  üzərini 
cilalamış  və  onları  qara  rəngdə  bişirmişlər.  Qabların 
hazırlanmasında  bədii  tərtibata  da  ciddi  fikir  verilmişdir. 
Belə ki, əksər qabların üzərində müxtəlif həndəsi fiqurlar və 
digər təsvirlər çəkilmişdir. Ən maraqlı cəhətlərdən biri də gil 
qablar  üzərindəki  xətlərin  içərisini  xüsusi  ağ  maddə  ilə 
rənglənmişlər.  Bu  da  Qarabağ  gil  qablarının  ən  mühüm 
xüsusiyyətlərindən biridir. 
Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  müəyyən 
olunmuşdur ki,  Xocalı-Gədəbəy  mədəniyyətinə  məxsus  gil 
qabların xüsusiyyətlərindən biri də odur ki, dulusçu ustalar 
hazırladıqları gil qabların çiyni üzərində xüsusi göbələkvari 
çıxıqlar  hazırlamışlar.  Bu  çıxıqlar  da  gil  qablarına  xüsusi 
yaraşıq verir. 
Xocalı  kurqanlarında  aparılan  arxeoloji  tədqiqatlar 
zamanı tuncdan hazırlanmış qılınclar, xəncərlər və çoxlu ox 
ucları da aşkar edilmişdir. 
166 


Aparılan  arxeoloji  tədqiqatlar  zamanı  ən  qədim  yazı 
Qarabağ  ərazisindən  aşkar  edilmişdir.  Xocalıda  tədqiq 
olunan 11 saylı kurqandan üzərində mixi yazısı olan bir ədəd 
kiçik  muncuq  tapılmışdır.  Akademik  İ.İ.Meşşaninov 
müəyyən  etmişdir  ki,  bu  muncuğun  üzərində  eramızdan 
əvvəl  VIII  əsrdə  yaşamış  Assuriya  şahı  Adadnirarinin  adı 
yazılmışdır. Bu  yazı təkcə Qarabağın deyil, eləcə də bütün 
Azərbaycanın  siyasi  tarixinin  öyrənilməsində  böyük  elmi 
əhəmiyyəti vardır. 
Qarabağ ərazisində müəyyən edilmiş Xocalı- Gədəbəy 
arxeoloji  mədəniyyətinə  məxsus  maddi  mədəniyyət 
qalıqlarının  elmi  tədqiqi  tunc  dövründə  Azərbaycan  ilə 
Yaxın  Şərq  ölkələrinin  mədəni  iqtisadi  əlaqələrini  əsaslı 
surətdə tədqiq etməyə imkanlar yaradır. 
Qarabağın məşhur Üzərliktəpə adlı abidəsində aparılan 
arxeoloji  qazıntılar  zamanı  zəngin  maddi  mədəniyyət 
qalıqları aşkar edilmişdir. 
Azərbaycan  arxeoloqlranm  elmi  tədqiqatları  zamanı 
müəyyən edilmişdir ki, Üzərliktəpə uzun əsrlər boyu yaşayış 
yeri olmuş və yaşayış nəticəsində təpədə 3 metr qalınlığında 
mədəni təbəqə əmələ gəlmişdir. Mədəni təbəqənin arxeoloji 
tədqiqi zamanı məlum olmuşdur ki, burada yaşayış fasiləsiz 
olaraq iki min il davam etmişdir. 
Qarabağın  ən  zəngin  maddi  mədəniyyət  qalıqlarına 
malik  arxeoloji  abidələri  Quruçay  və  Köndələnçay 
vadilərində  qeydə  alınaraq  tədqiq  olunmuşdur.  Ən  qədim 
Quruçay  mədəniyyətindən  başlayaraq  ərazidə  qədim 
insanların  yaşaması  üçün  əlverişli  təbii  coğrafi  şərait 
olmuşdur. 
Quruçay  və  Köndələnçay  vadilərində  daş  dövrü 
abidələri  ilə  yanaşı  neolit,  eneolit  və  tunc  dövrünə  məxsus 
arxeoloji abidələrlə də olduqca zəngindir. 
Azıx  və  Tağlar  düşərgələrindən  də  daş  dövrünə  aid 
maddi  mədəniyyət  qalıqlarla  yanaşı  eneolit,  tunc  və  antik 
dövrlərinə aid də mühüm elmi əhəmiyyətə malik ta 
167 


pıntılar  əldə  olunmuşdur.  Azıx  və  Tağlar  mağaralarından 
tapılan  eneolit  və  tunc  dövrü  tapıntıları  bu  düşərgələrdə 
həmin  dövrdə  sığınacaq  kimi  istifadə  olunduğunu  göstərir. 
Aşkar  olunmuş  arxeoloji  materiallardan  da  aydın  olur  ki, 
eneolit və tunc dövrlərində mağaralarda yaşayış müvəqqəti 
olmuşdur.  Əsas  yaşayış  əkinçilik  və  maldarlıq  təsərrüfatı 
üçün  daha  əlverişli  olan  Quruçay  və  Köndələnçay 
ərazilərində  açıq  düşərgələrdə  olmuşdur.  Belə  yaşayış 
yerlərindən  biri  Kön-  dələnçaym  sağ  sahilində  yerləşən 
Günəştəpə  düşərgəsidir.  Düşərgə  uzunsov  dairəvi  təpədən 
ibarət  olub,  uzunluğu  140-150  m,  eni  isə  60  metrdən  80 
metrə  qə-  dərdir.  Arxeoloji  axtarışlar  zamanı  buradan 
dəvəgözü  daşından  hazırlanmış  bıçaqvari  lövhələr  və 
çaxmaq  daşından  hazırlanmış  oraq  dişləri  tapılmışdır. 
Arxeoloji kəşfiyyat işləri zamanı Günəştəpənin üstündən isə 
eneolit, ilk və orta tunc dövrlərinə aid həm daş alətlər və həm 
də  çoxlu  gil  məmulatı  toplanmışdır.  Eneolit  dövrünə  aid 
tapıntılar  əsasən  gil  qab  qırıqlarından  ibarətdir.  Cam  və 
çölməklərə  aid  bu  saxsı  qırıqlarının  tərkibi  saman  qanşıqh 
olub, üzəri bəzən bir, bəzən isə hər iki üzdən gil məhlulu ilə 
suvanmış və diqqətlə nəcim hazırlanmışdır. 
Günəştəpədən  tapılan  ən  qədim  maddi  mədəniyyət 
nümunələrinin  digər  qismi  daş  məmulatından  ibarətdir. 
Onların  içərisində  dəvəgözü  daşından  hazırlanmış  bı- 
çaqvari  lövhələr,  mikrolit  alətlər,  eyni  zamandan  çaxmaq 
daşından hazırlanmış mikrolit alətlər də qeydə alınmışdır. 
Qarabağın  Quruçay və  Köndələnçay vadisində eneolit 
və  tunc  dövrünə  aid  ən  möhtəşəm  və  çoxtəbəqəli  düşərgə 
Qaraköpəktəpə 
qədim 
yaşayış 
abidəsidir. 
Abidə 
Günəştəpədən 30-40 m şərqdə Köndələnçaym sol sahilində 
yerləşən konusvari möhtəşəm təpədən ibarətdir. Düşərgədə 
professor  Qüdrət  İsmayılovun  rəhbərliyi  altında  aparılan 
arxeoloji tədqiqatlar nəticəsində neolit 
168 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə