ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə51/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

dövründən  başlamış  son  orta  əsrlərədək  zəngin  maddi 
mədəniyyət nümunələri tapılmışdır. 
Qaraköpəktəpədə  eneolit  mədəniyyətinə  aid  arxeoloji 
tapıntılar həm yerüstü axtarışlar və həm də düşərgənin aşağı 
təbəqələrində  aparılan  qazıntılar  zamanı  əldə  olunmuşdur. 
Aşkar olunan eneolit mədəniyyətinə aid tapıntılar əsasən gil 
qab  qırıqlarından  ibarətdir.  Günəştəpə  qədim  yaşayış 
yerindən fərqli olaraq gil qab qırıqları həm saman və həm də 
qum qarışığından olan gildən ibarətdir. 
Quruçay  və  Köndələnçay  vadisində  eneolit  və  tunc 
dövrlərinə  aid  maddi  mədəniyyət  nümunələri  Xantəpə  və 
Kültəpə  qədim  yaşayış  düşərgələrində  aparılan  arxeoloji 
tədqiqatlar zamanı qeydə alınmışdır. Xantəpə qədim yaşayış 
düşərgəsi  dairəvi  təpədən  ibarət  olub,  Füzuli  şəhərinin 
cənub-şərqində  yerləşir.  Xantəpədən  aşkar  olunmuş  maddi 
mədəniyyət  qalıqları  əsasən  gil  qab  qırıqlarından  və  daş 
məmulatından ibarətdir. Xan- təpənin gil məmulatı içərisində 
bir  ədəd  butə  diqqəti  cəlb  edir.  Butə  yuvarlaq  formalı  boz 
rəngli  kiçik  qabdan  ibarətdir.  Butə  qum  qarışığından 
hazırlanmış, üzərində od və his izi qalmışdır. Mis əridilməsi 
üçün  istifadə  olunmuş  bu  əşyanın  hündürlüyü  3,5  sm, 
diametri  isə  4  sm-dir.  Xantəpədən  tapılmış  butə 
Zaqafqaziyada  ən  qədim  metal  əridilməsini  əks  etdirən  ilk 
tapıntıdır. (Q.İsmayılov, 1981). 
Kültəpə  qədim  yaşayış  yeri  Quruçar  və  Köndələnçay 
vadisinin  cənub-şərq  qurtaracağında  yerləşir.  Abidə  vadidə 
ən möhtəşəm, çoxtəbəqəli və ən böyük sahəli qədim yaşayış 
məskənidir. Düşərgənin yerləşdiyi ərazi Araz çayının geniş 
vadisinə daxildir. Belə ki, Kültəpə- dən 1,5-2 km şərqdə Araz 
çayı  axır.  Quruçay  və  Köndələnçay  isə  məhz  burada  Araz 
çayı  ilə  qovuşur.  Ümumiyyətlə,  Quruçay  və  Köndələnçay 
vadisindən  Şərq  ölkələrinə  keçid  bilavasitə  bu  yerlərdən 
başlanır. Kültə- pənin belə əlverişli coğrafi mövqeyi qədim 
dövrlərdən 
169 


ona  üstünlük  vermiş  və  buranın  ən  böyük  yaşayış  yerinə 
çevrilməsinə səbəb olmuşdur. 
Arxeoloji qazıntılar zamanı Kültəpədən eneolit, ilk, orta 
və  son  tunc  və  həmçinin  dəmir  dövrünün  əvvəllərinə  aid 
maddi  mədəniyyət  nümunələri  tapılmışdır.  Düşərgədən 
tapılmış eneolit dövrünün tapıntıları əsasən gil məmulatından 
ibarətdir.  Bunlar  da  öz  növbəsində  saman  qarışıqlı  gildən 
hazırlanmış ayrı-ayrı qabların qırıqları ilə təmsil olunmuşdur 
(Q.İsmayılov, 1981). 
Kültəpədən  əldə  edilən  arxeoloji  tapıntılar  içərisində 
müxtəlif  daş  alətlər  də  vardır.  Onlar  qədim  əkinçilik 
təsərrüfatı ilə bağlı olmaqla oraq dişlərindən, dən daşları və 
sürtkəclərdən,  çay  daşlarından  hazırlanmış  çapacaq  və 
toxalardan ibarətdir. 
Aparılan arxeoloji tədqiqatlarla müəyyən edilmişdir ki, 
qədim zamanlarda bu yaşayış  yerlərində təsərrüfatın əsasən 
artıq təşəkkül tapmış əkinçilik təşkil etmiş və bu təsərrüfatda 
dənli  bitkilər  istehsalı  üstün  yer  tutmuşdur.  Arxeoloji 
tədqiqatlarla  müəyyən  edilmişdir  ki,  əkinçiliyin  əsas 
formasını  isə  toxa  əkinçiliyi  təşkil  etmişdir.  Araşdırmalar 
zamanı  həmçinin  müəyyən  olunmuşdur  ki,  eneolit  və  tunc 
dövrlərində  əhalinin  iqtisadiyyatında  əkinçiliklə  yanaşı 
maldarlıq da üstün mövqe tutmuşdur. 
Eneolit  dövrünün  ən  mühüm  nailiyyətlərindən  biri 
misin kəşfi və bununla əlaqədar ilk metal alətlərin istehsalı 
ilə bağlı olmuşdur. Bu dövrdə Zaqafqaziyanın,  o cümlədən 
Quruçay  və  Köndələnçay  vadisinin  qədim  sakinləri  misi 
əritməyi  öyrənmiş  və  ondan  müxtəlif  əmək  alətləri 
hazırlamaqla 
öz 
istehsal 
fəaliyyətlərini 
xeyli 
yüngülləşdirmişlər. 
Qədim  insanların  həyatında  tuncun  kəşf  olunması 
mühüm  yeniliklərə  səbəb  olmuşdur.  Aparılan  kompleks 
arxeoloji  tədqiqatlar  zamanı  alimlər  müəyyən  etmişlər  ki, 
tuncun  istehsalının  sirri  ilk  dəfə  ən  qədim  mədəniyyət 
ocaqlarından olan şərq ölkələrində və o cümlə 
170 


dən  Dəclə-Fərat  çayları  vadisində  məskən  salmış  şumer 
xalqına məxsusdur. 
Tuncun  kəşfi,  tunc  əmək  alətlərinin  geniş  surətdə 
istifadə  olunması  qədim  insanların  təsərrüfat  həyatında 
mütərəqqi  rol  oynamışdır.  Tuncdan  əmək  alətlərinin 
hazırlanması ilə qədim insanlar iqtisadi və ictimai inkişafın 
yeni yüksək mərhələsinə - tunc dövrünə qədəm qoymuşlar. 
Qarabağ ərazisində tunc dövrü olduqca zəngin arxeoloji 
düşərgələrdə özünü ayrı-ayrı inkişaf mərhələlərini tapmışdır. 
Çay vadilərindəki qədim yaşayış yerlərinin qalıqları, zəngin 
kurqan və qəbir abidələri tunc dövründən zəmanəmizə gəlib 
çatan  qiymətli  arxeoloji  mənbələrdir.  Həmin  arxeoloji 
mənbələrin  tədqiqi  zamanı  öyrənilmişdir  ki,  Zaqafqaziya 
ərazisində  tunc  dövrü  mədəniyyətinin  yaranmasında  bol 
xammal ehtiyatı, eləcə də Qədim Şərq ölkələri ilə qarşılıqlı 
iqtisadi-  mədəni  əlaqələr həlledici rol oynamışdır. Aparılan 
arxeoloji  tədqiqatlar  zamanı  müəyyən  olunmuşdur  ki, 
Qarabağ  ərazisində  tunc  dövrü  eramızdan  əvvəl  V 
minillikdən  inkişafı  başlamışdır.  1964-1987-ci  illərdə 
Q.İsmayılovun  rəhbərliyi  ilə  aparılan  arxeoloji  tədqiqatlar 
zamanı Quruçay və Köndələnçay vadilərindən tunc dövrünə 
aid zəngin maddi mədəniyyət qalıqları Günəştəpə, Xantəpə, 
Qaraköpəktərə,  Kültəpə,  Şomu-  təpə,  Uzuntəpə  və 
Meynətəpə  adlı  düşərgələrdən  tapılmışdır  (Q.İsmayılov, 
1981). 
İlk tunc dövründə əkinçilik təsərrüfatının, xüsusən dənli 
bitkilər  istehsalının  yüksəlişi  istər-istəməz  izafi  məhsulun 
toplanmasına şərait yaratmışdı. Belə məhsul ehtiyatı xüsusi 
quyularda  və  iri  ölçülü  küpələrdə  saxlanılırdı.  Qarabağ 
ərazisində  taxıl  quyularına  Cünəştəpə-  də,  Uzuntəpədə, 
Qaraköpəktəpə yaşayış yerlərində qeydə alınmışdır. 
Əkinçilik təsərrüfatı ilə bağlı əmək alətlərinin bir qismi 
də dən daşları ilə təmsil olunmuşdur. Adətən belə 
171 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə