ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə53/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

Uzuntəpə, 
Meynətəpə, 
Şomulutəpə 
və 
Kültəpə 
düşərgələrindən də qeydə alınmışdır. 
Bu ərazidə aparılan elmi araşdırmalar zamanı müəyyən 
olunmuşdur  ki,  Quruçay  və  Köndələnçay  arasındakı  bütün 
yararlı  sahələr  bilavasitə  orta  tunc  dövründə  başdan-başa 
əkinçilik üçün istifadə olunmuşdur. Qeyd etdiyimiz fikiri bu 
ərazidən  tapılmış  çoxlu  daş  toxaların  və  oraq  dişlərinin 
tapılması təsdiq edir. 
Maraqlıdır ki, Qarabağ ərazisində bəşəriyyətin keçdiyi 
bütün  arxeoloji  dövrlərə  aid  zəngin  maddi  mədəniyyət 
qalıqları  aşkar  edilmişdir.  Quruçay  və  Köndələnçay 
vadisində  tunc  dövründə  ibtidai  icma  quruluşu  dağılmış, 
qədim tayfa ittifaqları və dövlətlər meydana çıxmışdır. 
Tarixi mənbələrdən məlum olmuşdur ki, dəmir və antik 
dövrlərində 
Qarabağ 
ərazisisi 
bütünlüklə 
Qafqaz 
Albaniyasının  tərkibində  olmuşdur.  Tarixi  mənbələrdən 
məlum olur ki, antik dövrdə yəni eramızdan əvvəl IV əsrdə 
Qafqaz  Albaniyasının  cənub  sərhəddi  Araz  çayı  boyunca 
keçir,  yəni  bütün  Kür  və  Araz  çayları  əraziləri  Qafqaz 
Albaniyası dövlətinin tərkibinə daxil idi. 
Moisey  Xorenski  qeyd  edir  ki,  güman  ki,  albanların 
əfsanəvi  əcdadı  etnonimi  olan  Arana  (bu  da  ola  bilsin  ki, 
Albaniyanın  orta  Midiya  adı  olan  Arran  Parfıyaya  aid 
Ardanla  bağlıdır)  «özünün  dağlıq  hissəsi  ilə  birlikdə  bütün 
Albaniya  düzənliyi  irs  olaraq  qalmışdır  və  Aranın 
nəsillərindən  utilər,  hardmanlar,  savdeylər  kimi  tayfalar  və 
Qarqarlar 
knyazhğı 
mənşə 
götürmüşdür. 
Qafqaz 
Albaniyasında  yaşayan  tayfaların  əksəriyyəti  türk  dilli 
tayfalardan  ibarət  olmuşdur.  Qarqarlar  əsas  alban 
tayfalarından biri olmuşdur. Hətta tarixi mənbələrdən məlum 
olur ki, alban əlifbası qarqar dilnin əsasında yaradılmışdır. 
Heredot,  Strabon  Qafqaz  Albaniyasında  yaşayan 
tayfalar haqqında məlumatlar verirlər. Digər antik müəlliflər 
də xüsusilə Pliniy, Dion, Kassini, Plutarx və 
175 


başqaları Kür çayını Qafqaz Albaniyasının cənub sər- həddi 
hesab  edirlər.  Qafqaz  Albaniyasının  şimal  sər-  həddi  isə 
Dərbənd  şəhəri  də  daxil  olmaqla  geniş  bir  ərazini  əhatə 
edirdi. 
Arxeoloji  və  tarixi  mənbələr  əsasında  müəyyən 
olunmuşdur  ki,  Qafqaz  Albaniyası  antik  dövrdə  Yaxın 
Şərqin  ən  qüvvətli  dövlətlərindən  biri  olmuşdur.  Hətta  II 
əsrdə bütün Qafqaz Romaya tabe edilmiş olduğu halda yalnız 
Qafqaz  Albaniyası  müstəqil  olaraq  qalmışdır.  III  əsrin 
ortalarına və II yarısında Qafqaz Albaniyası o qədər müstəliq 
idi ki, qonşu dövlətlərdən fərqli olaraq albanlar sasani Şahı I 
Şapurun  məktubunu  qəbul  etməmişlər.  Bu  faktda  Qafqaz 
Albaniyasının güclü dövlət olmasını göstərir. 
Qafqaz  Albaniyasının  ərazisi  həddindən  artıq  zəngin 
sərvətlərə  malik  olması  ilə  əlaqədar  olaraq  tarix  boyu 
basqınlara və təcavüzə məruz qalmışdır. 
Bundan əlavə erməni mafıyasma xidmət edən qüvvələr 
125 ilə yaxındır ki, əzəli Azərbaycan torpağı olan Qarabağın 
dağlıq hissəsinin tarixini saxtalaşdırmağa cəhd edir, müxtəlif 
iyrənc əməllərə əl atır ki, bu diyarın bir hissəsini Ermənistana 
birləşdirsinlər. Halbuki Qarabağın dağlıq hissəsinə ermənilər 
1828-ci  ildə  çar  Rusiyası  ilə  İran  arasında  imzalanmış 
Türkmənçay müqaviləsinin şərtlərinə əsasən köçürülmüşlər. 
Həmin  müqaviləyə  əsasən  1828-1832-ci  illərdə  İran  və 
Türkiyə  ərazilərindən  200  mindən  artıq  erməni  əhalisi 
Qarabağın dağlıq hissəsinə, Şamaxıya , Naxçıvana, Gəncəyə 
və Azərbaycanın digər ərazilərinə köçürülmüşlər... 
Erməni  mafıyasma  xidmət  edən  tarixçilər  və  bəzi 
jurnalistlər  Azərbaycanın  Kür  Araz  çayları  ərazisinin  və 
həmçinin  Qarabağın  dağlıq  hissəsinin  Ermənistana  guya 
əvvəlki  zamanlarda  məxsus  olduğunu  bildirmək  üçün 
1864-cü  ildən  başlayaraq  xüsusi  plan  hazırlamışlar.  Həmin 
plana uyğun olaraq Qnçak və Daşnaksyut- 
176 


kin  partiyalarının  dünyanın  müxtəlif  ölkələrində  xüsusi 
qrupları təşkil olunmuşdur... 
Azərbaycandan zorla ərazi qoparmaq iddiası ancaq bir 
qrup  erməni  mafıyasına  xidmət  edən  «tarixçi»,  jurnalist, 
yazıçı  və  ölkəni  idarə  edən  məmurların  iyrənc  əməllərinin 
nəticəsində  meydana  çıxmışdır.  Erməni  əhalisinin 
əksəriyyəti  və  o  cümlədən  qədim  tarixə  aid  əsərləri 
oxuyanlar yaxşı bilirlər ki, erməni əhalisi Qarabağın dağlıq 
hissəsinə  176  il  bundan  əvvəllər  köçürülmişlər  və  yerli 
azərbaycanlılar  onlara  həmin  vaxtlar  təmənnasız  olaraq 
torpaq  payı  vermiş  və  digər  iqtisadi  və  mədəni  yardımlar 
etmişlər.  1828-ci  ildən  1905-ci  ilədək  ermənilər  Qarabağın 
dağlıq  hissəsində  azərbaycanlılarla  mehriban  və  xoşbəxt 
yaşamışlar.  Lakin  hər  şey  -  yəni  bütün  faciələrin  əsası 
1905-ci  ildə  qoyulmuşdur.  Həmin  ildən  Daşnaksyutkin  və 
Qnçak partiyalarının fıtfası ilə «Bö
3
dik Ermənistan» dövləti 
yaratmaq  xəyalına  düşməiş  bir  qrup  erməni  terrorçuları 
Qarabağda və Azərbaycanın digər ərazilərdə xalqımıza qarşı 
qanlı  terrorçuluqla  məşğul  olmuş  və  günahsız  insanları 
qırmışlar.  1905-1906-cı  illərdə  xalqımızın  başına  gətirilən 
müsübətli  hadisələri  Məhəmməd  Səid  Ordubadi  aşağıdakı 
kimi qələmə almışdır: «Bu olmuş tarixi vücuduna gətirmək 
üzrə  qələmi  əlimə  aldığım  zaman  özümdə  bir  kədər,  bir 
müsibət xatirələri hiss edirəm. Əcaba! Əlimdəki qədəm hər 
zaman  qanlı  illərdə  qəflətən  baş  verən  faciələri  yazmaq 
istəyir, vicdanın da bu üzvi vəzifəni ifa etməkdə qeyri-iradi 
bir  həvəs  göstərir.  Zəif  duyuqlarıma  gəldikdə  qanlı  illərdə 
ucalmış fəryaq və məzlumların maddi və mənəvi təsirindən 
irəli gələn, dözülməsi mümkün olmayan bir hala təsadüf edib 
özünü böyləcə davamdan məhrum buraxır. Hər halda tarixi 
qələmə almağa cəsarət edib bəşər dünyasının hər nöqtəsinə 
qəm dağı olan bu sadə əsərimi yaradıb meydana çıxarıram. 
Daha  açıq,  daha  doğrusu,  iki  millət  arasında  baş  verən 
faciələri yazmaqla vətən övladlarına 
177 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə