ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə54/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

keçmiş müsibətlərdən bir ibrət yadigarı vücuda gətirdim. O 
bir olan allahın köməkliyi ilə iki il müddətində toplanması bu 
qiymətli  əsərin  tamamlanmasına  nail  oldum.  Minlərcə 
təşəkkür ki, zəif duyğularımın istəyincə olmayaraq şənimdən 
üstün,  qəbrimdən  artıq  olan  fəxrə  nail  olaraq  ucalara 
yüksəldim. Çünki millətimin ən əhəmiyyətli, ən lüzumlu bir 
xidmətini öhdəmə alıb və ifasında qüsurlu qalmayıb, məncə, 
ali  bir  vəzifəni  qazandım.  Həqiqətdə,  mən  bu  ali  və  iftixar 
olunan  dərəcəni  kəsb  etmək  qüdrətində  deyildim.  Həm  də 
qələm  və  qüdrətində  belə  mühüm  bir  vəzifəni  ifa  üçün  bir 
qabiliyyət, bir bacarıq da yox idi. Məni bu dərəcələrə çatdıran 
hörmətli  müxbirlərimin  milli  qeyrət  hissləri,  bir  də 
vicdanımdır, əvət vicdanım! Bütün Qafqaz millətlərinə, istər 
erməni, istər müsəlman, məlum ola ki, bu tarix hər cür şəxsi 
və milli qərəzdən uzaq olub, hər nöqtədə üz vermiş faciə və 
hadisələri olduğu kimi yazıb oxuculara tam ehtiramla təqdim 
edəcəkdir.  Hər  tərəfdən  müxbirlər  vasitəsilə  mənə  yetişmiş 
245  məktubun  hamısı  saf-  çürük  edilmiş,  məzmuna  xələl 
yetirilmədən,  yalnız  tarixin  və  yazıçının  üslubuna  müvafiq 
bir  dilə  çevrilmişdir.  Erməni  və  müsəlmanlar  burasını  da 
bilməlidirlər  ki,  hər  səmtdə  lənətə  layiq  görülmüş  bir  sıra 
çoban-çoluq vuruşması, şəxsi qərəzi yaxud bir neçə nəfərin 
xüsusi  mənfəəti  naminə  baş  vermiş  oğurluq  və  cinayət 
əməllərinə bu əsərdə qətiyyən yer verilməmişdir. Fəqət, bəzi 
nöqtələrdə  baş  vermiş  milli  hərəkətlər  hər  iki  tərəfin 
qabiliyyət və məğlubiyyəti, xəsarət və tələfatı düzgün və qə- 
rərsiz  olaraq  yazılmışdır.  Bunu  da  hamı  bilməlidir  ki, 
dəfələrlə  «İrşad»  və  «Taza  həyat»  qəzetləri  vasitəsilə  ətraf 
müxbirlərdən  məlumat  tələb  etdiyim  vaxt  qərərsiz  və 
bitərəfanə  bir  şəkildə  yazmalarını  təmənna  etmişdim.  Yenə 
məlumat  almaq  arzusu  ilə  mühərrirlərə,  qələm  sahiblərinə 
məxsusi  məktublar  göndərib  iğtişaş  günlərində  məhəlli 
hökumətin  hər  iki  tərəf  barəsindəki  rəftarını  soruşmuşdum. 
Mən çox fəxr edirəm ki, hər cür fit 
178 


nəkar məqsədlərdən uzaq, hər növ şəxsi qərəzdən kənar olan 
məktublar alıb bu məcmuədə dərc etdim (Allah hamısından 
razı olsun!). Ümidvaram Səidin bitərəfanə yazılmış bu sadə 
və  mükəmməl  tarixinə  müsəlman  və  ermənilərin  hörmətli 
yazıçıları islah nəzəri ilə yanaşıb, say ürək, pak qəlb, səlim 
vicdanı  ilə  qəbul  edib,  Səidləri  başıuca  edəcəklər.  Əslində 
mən  yazıçı  deyiləm.  Fəqət  zərrənin  dünyam  işıqlandıran 
günəşə  olan  nisbəti  qəlbimdən  möhtərəm  yaçızılarm 
arxasınca  sürünürəm.  Bunu  da  bütün  Qafqaz  millətləri 
bilməlidir: mənim bu əsəri yazmaqdan məqsədim millətimizi 
məsuliyyətdən  qurtarmaq,  insanpərvər  kimi  tanıtmaq, 
həmçinin  erməni  qonşuları  məsul  tutmaq,  vəhşi  və 
insaniyyətdən  uzaq  bir  varlıq  kimi  nişan  vermək  də  deyil. 
Bəs nədir? Mənim məqsədim müsəlman və ermənilərin iki il 
ərzində  törətdikləri  səhv  və  xətalarını  söyləməkdir...  Bəlkə 
onların və bizim bu xətalardan ötrü təəssüfə layiq bir halda 
gələcək  qarşısında  xəcalət  çəkəcəyimizi  deyib  burmaqdır. 
Burasını  da  oxucular  düşünməlidir  ki,  mənim  ümidə 
məqsədim  müsəlmanların  elmsizlik  və  anla-  mamazhq 
səbəbindən bu bəlalara düşündüyün deyib, ermənilərin də bir 
para  yazıçıların  xam  xəyyalarma  qurban  olduqlarını  onlara 
bildirməkdir.  Bunu  da  bilməliyik  ki,  mənim  bu  əsərim 
zahirən  büsbütün  hadisələr  isə  də,  hər  iki  millətə  mənəvi 
səmərələr və faydalar verəcəkdir. Ümid ki, hər iki millət öz 
səhv və xətasım düşünmək üçün, hörmətli erməni yazıçıları 
bu bitərəfanə olan əsəri rus və ya erməni dilinə tərcümə edib, 
vətən  övladlarına  bir  intibah  güldəstəsi  olaraq  əmanət 
qoyacaqlar.  Bu  yol  ilə  əsərlərində  bir  belə  cinayətlərə 
meydan  verəcək  bir  para  kimsələr  olarsa,  qarşısını  almağa 
çalışacaqdır.  Bunların  hamısından  sonra  mən  özümə  lazım 
bilirəm  ki, müharibələrin baş vermə səbəbini  yazıb,  hər iki 
millətin qan intiqamı almaq üçün qəlblərdə bəslədikləri evlər 
yıxan  xəyallarına  məhəbbət  və  qardaşlıq  suları  səpim.  Bu 
hadisələrin baş verməsi və səbə 
179 


bi barədə Rusiya və Qafqaz mətbuatı ilə yanaşı, Avropa və 
Amerika mətbuatı qızğın-qızğın cənfaşanlıq etməkdə idilər. 
Bunu  da  bilməlidir  ki,  xarici  mətbuat  səhifələrində 
müzakirəyə  qoyulmuş  məqalələrin  hamısı  bir-birinə  zid, 
təzadlı  fikirlərlə  qarşı-qarşıya  durmaqda  idilər.  Bunlardan 
hansının  haqlı,  hansının  haqsız  olduğunu  deməyə  ehtiyac 
olsa  da,  hələlik  bu  kiçik  səhifələrdə  yerin  və  vaxtın 
azlığından  təfsilatdan  vaz  keçib,  bu  hadisələrə  səbəb  dörd 
mühüm cəhəti deməklə kifayətlənəcəyəm. Bu dörd səbəb isə. 
ardıcılhqh ərz və bəyan olunacaqdır. 
Məramın  ifadəsi. 
Xalqımız  Qafqaz  hadisələrinin  baş 
verməsini  çox  səbəblərlə  bağlayır.  Bu  barədə  yuxarıda 
deyildiyi kimi, mətbuat səhifələrində bir çox keşməkeş- lər 
olduğu da gizli qalmamışdır. Ancaq onların hamısını yazmaq 
imkanına  malik  deyiləm.  Zira,  məslək  və  əqidəmə  zidd 
olduğu kimi, köhnəlmiş dərdləri təzələmək kimi bir nalayiq 
əməldən  də  həzər  edirəm.  Fəqət,  məlumat  və  qüdrətim 
qədərincə bu iğtişaşlara səbəb dörd şeydir deyib, isbatdan da 
geri  durmayacağam. 
Birinci  səbəb. 
Erməni  Daşnaksyutkin 
komitəsinin  müstəbid  bir  idarə  üsulunu  təşkil  etdiyidir  ki, 
Qafqazda  bir  sıra  qanlı  teatrlar  oynandı...  Bu  sözləri  insafı 
olan erməni və müsəlman inkar etməz, zənnindəyəm. Mənə 
yetişmiş 245 məktub Daşnaksyutkin partiyasının fəaliyyətinə 
dair  dörd  yüzdən  artıq  məlumatlar  yazı  stolumun  üstündə 
durur. O qədər ürəkağrıdan və yanıqlı xəbərlərin hamısına bu 
səhifələrdə yer olmadığından yalnız bir neçəsini göstərməklə 
kifayətlənmirəm: 
1.  1905-ci  il  18  noyabrda  Gəncədə  baş  vermiş 
hadisələrdən  əvvəl  noyabr  ayının  8-də  daşnaksyutyunlarm 
müsəlmanları  müharibəyə  çağırmaq  üçün  Bəhmənli 
sakinlərini  təqsirsiz  və  günahsız  öldürmələridir.  2.  Yenə, 
Gəncədə  bir  iranlı  biçarənin  daşnaksyutkinlər  tərəfindən 
öldürülməsidir. 3. Yenə, Gəncədə erməni hissəsi olan Qoşa 
Çinar məhəlləsində Molla Cəlilli sakinlərini 
180 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə