ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə55/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   51   52   53   54   55   56   57   58   ...   66

daşnaksyutyunların  gülləbəran  etmələridir  və  s.  Müxtəsər, 
Şuşada,  Bakıda,  Cəbrayıl  və  Cavanşir,  həmçinin  Zəngəzur 
uyuezdlərində  daşnaksyuntyunlardan  bir  çox  cinayətlər 
peyda  olmuşdur  ki,  məcmuədə  ardıcıllıqla  ərz  və  təqdim 
edildiyindən burada təkrarına lüzum görülmədi. 
2-
 
ci  səbəb: 
məhəlli  hökumət  məmurlarının  müharibə 
zamanlarında etinasızlığıdır. 
Böyük Rusiya inqilabına görə mərkəzi hökumətin başı 
özünə qarışdığından xırda məmurlar özbaşınalığa üz qoyub 
erməni-müsəlman  iğtişaşlarının  sakitləşməsi  üçün  bir 
tədbirdə  bulunmadılar.  Bulundularsa  da  ermənilərin 
terrorları  qorxusundan  bir  tərəfi  əldə  saxlayıb,  digər  tərəfə 
növbənöv vicdansızhqlar etməkdə idilər. Demək ki, bir tərəfi 
əzib  qoyduğundan,  əzilən  camaat  qarşı  tərəfdən  intiqam 
alınaq  üçün  hər  cür  təşəbbüslərdə  bulunmağa  məcbur 
olurdular.  Budur  ki,  Qafqazın  gözəl  şəhərləri  dağılıb, 
yandırılıb,  yurdlarımız  qan  çalasına  döndərildi.  Bunlara 
şahid  Naxçıvan  uyez-  dinin  naçalniki  Angil  kimi 
vicdansızların fitnəkar hərəkətləridir. Belə ki, yanan atəşləri 
söndürməyib,  əksinə  caniləri  bir  sıra  cinayətlərə  sövq 
edirdi... 
3-
 
cü  səbəb 
və  iqtişaşa  gəldikdə  müsəlmanların  el- 
msizliyi və müasir işlərdən bixəbər olmalarıdır. Müsəlmanlar 
elm  və  siyasətdən  bixəbər  olduqlarından  hökumət 
məmurlarının  Qafqazda  tutduğu  əqidəsini  və  ermənilərin  o 
əqidədən  necə  istifadə  etmələrini  düşünmədilər.  Bakı 
faciəsindən  sonra  erməni-müsəlman  hadisələrinin  bu  qədər 
uzanmasına  səbəb  müsəlmanların  elmi-  sizliyidir,  digər  bir 
cəhət var isə o da müsəlmanların silahsız və müasir işlərdən 
xəbərsizliyidir.  Bakıda  müsəlmanları  yoxlamaq  üçün  öz 
əsgərlərinə  müəyyən  işarə  verdilər.  O  vaxt  müsəlman 
camaatı  hazırlıq  görüb  ayıq  tərpənsəydilər  erməniləri  bir 
oyansa,  bir  tənbihə  uğratsa  idilər,  Qafqaz  faciələrinə 
büsbütün  son  qoyular,  müsəlmanların  da  təbii  şücaət  və 
rəşadəti onlara məlum 
181 


olardı. Əvvəlinci faciələrdə ermənilərin bütün Qafqazı işğal 
altına  alacaq  qədərində  əsgərləri  yox  idi.  Ermənilər  yalnız 
hiylə  və  siyasətlə  iş  tutub  bir  ovuc  könüllü  əsgərlərlə 
müsəlmanların qüvvəsini əzmək istəyirdilər. Belə ki, Bakıda 
sülh  edib  müsəlmanları  yatırmaqla  Şuşada  müharibəyə 
başlayır.  Şuşada  sülh  edib  Gəncə  quberniyasının  sair 
yerlərini  yandırmağa  və  dağıtmağa  təşəbbüs  edirdilər. 
Müsəlmanlar isə əvvəlcə bunları bilməyib, sonralar gözlərini 
açdılarsa  da,  ermənilər  Türkiyədən  və  İrandan  əsgər  yığıb 
müsəlmanları  əzməyə  çalışırdılar.  Bunları  isbat  üçün 
Ovçu-Şəbadək hərb meydanında tapılan iki erməni cənazəsi 
kifayət  edər  ki,  hər  birindən  bir  məktub  çıxmaqla  biri 
Türkiyəli,  digəri  isə  İranlı  olduğu  meydana  çıxdı.  Bəli, 
mətləbə  qayıdıram,  müsəlmanların  elmsizliyi  bu  iqtişaşlara 
üçüncü səbəbdir, demək olar. 
Dövrdüncü 
səbəbə  gəldikdə  ermənilərin  avtono- 
miya-idarə  muxtariyyəti  həvəsində  olmalarıdır.  Bu  sə- 
bəbiyyəti isbat üçün qələmə bir o qədər güc sərf etmək lazım 
deyil.  Zira,  ermənilərin  hər  aybaşı  Londona,  Parisə, 
Amerikaya  qaçıb  ərzi-hal  etmələri  bunlara  kamil  bir 
sübutdur.  İngiltərənin  verdiyi  proqrama  uyğun  olaraq 
Türkiyədə muxtariyyət idarə həvəsində bir xeyli çalışdılar. 
Nəhayət,  erməni  qırğını  Sosun,  Zeytun,  Van  faciələri 
düşməndən sonra İngiltərəyə bir də müraciət etməyə məcbur 
oldular.  İngiltərə  isə  son  dəfə  olaraq  «Britaniyanın  hərbi 
gəmiləri Türkiyənin Anadolu dağlarında cövlandan acizdir, 
nə  yapayı,?  -  deməklə  erməniləri  Türkiyədə  idarə 
muxtariyyəti  həvəsindən  bir  növ  düşürdü.  İngiltərədən 
naümid  olan  ermənilər  qırğından  sonra  Katalikos  Mkrtıç 
cənablarını  Berlinə,  yəni  Almaniyaya  göndərməyə  məcbur 
oldular. Mkrtıç cənabları Almaniya kabinəsindən «indi qılınc 
zamanıdır»  sifarişini  ermənilərə  yetirən  kimi  ermənilər 
Türkiyədə  müntəzəm  bir  Daşnaksyutkin  partiyası  təşkil  və 
tənzim 
182 


etdilər. Türkiyə hökuməti ilə gözünü bərəldib dörd gözü ilə 
bu  işlərə  baxdığından  Mkrtıç  cənablarını  İstambuldan 
Qüdsi-Şərifə qovub Daşnaksyutkin partiyasının da rəvacına 
əsla  meydan  vermədi  (Necə  ki,  ermənilər  Tiflisdə 
erməni-müsəlman  sülh  məclisində  daşnaksyutkin  partiyası 
barəsində  lazımınca  məlumat  vermişdilər).  Ermənilər 
Türkiyədə  onların  tazə  partiyalarının  rəvacını  qeyri-qabil 
gördükdən sonra Qafqaza göz dikərək qədim əsrdən  İranın 
bijənləri  tərəfindən  təxrib  edilmiş  Ermənistanı  diriltmək 
həvəsinə düşdülər. Buna şahid 1878-ci ildə baş verən Qars 
müharibəsində 
şücaət 
göstərən 
erməni 
polkovnik 
Yorus-Məlikovun  Eçmiədzin  yaxınlığında  olan  Ani 
xərabəsini  dövlətdən  tələb  etmək  kimi  əsassız  xəyaldır. 
Bunların banisi və göstəriş verəni isə erməni yazıçısı Arsuni 
cənabları idi. Bu cənab  Türkiyə şəraitinə baxıb, işin çətinə 
düşdüyünü  görüb,  erməniləri  Qafqaza  daşımağı  məsləhət 
görmüşdü.  Erməniləri  Qafqaza  daşıyandan  sonra,  Arsunin 
ömrü vəfa etməyərək, bu aralarda vəfat etdiyindən, əvvəlinci 
Dövlət Duması vəkillərindən Bahadurov cənablarını yerinə 
naib  qoymuşdu.  Bu  cənab  hər  halda  bir  fürsət  axtarırdı  ki, 
Arsuni dünyadan gedəndə ona vermiş göstərişə təlimata itaət 
etsin, axırda erməni-müsəlman qırğını salıb. Salıb da, Dövlət 
Dumasına  vəkil  seçildi.  Bu  cənab  Peterburqa  yollandığı 
zaman  ustadının  verdiyi  göstərişi  -  təlimatı  özü  ilə  aparıb 
dumada  elan  etmək  istədi.  Belə  ki,  erməni  və  müsəlmanı 
müharibə  səbəbinə  bir-birindən  ayırmaq  niyyəti  ilə  Bakı 
quberniyasını  və  Gəncə  quberniyasının  aran  yerlərini 
müsəlmanlara 
verib, 
İrəvan 
quberniyasını, 
Gəncə 
quberniyasının  yaylaq  və  dağbasar  ölkələrini  ermənilərə 
verib, bunları da Qars sancağı ilə birləşdirib Erməni səltənəti 
təşkil  etmək  idi.  Ermənilərin  çoxdan  bəri  bu  xəyalda 
olduğuna  bu  dəlalət  edə  bilər  ki,  Qars  camaatına  «Rusiya 
sizlərdən  əsgər  tutacaq»  deyib  qorxutmaqla  onları  ölkənin 
başqa yerlərinə hicrət etdirirdilər. Yenə, Qafqazda şiə- 
183 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə