ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə56/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   52   53   54   55   56   57   58   59   ...   66

məzhəb  müsəlmanlara  məsləhət  görürdülər  ki,  köçüb  İrana 
getsinlər.  Müxtəsər,  bu  tövr  ilə  ermənilər  tədarük  görüb  öz 
milli istəklərinə yetişmək üçün bir çox təlaş edirdilər. Belə ki, 
hər təşəbbüsdən sonra Bakı faciəsinə girişdilər ki, Arqruninin 
vəsiyyətinə  əməl  edib,  müsəlmanları  təzyiq  ilə  baba 
yurdlarından qovub, yerlərində səltənət qursunlar. Bunlardan 
məlum  olur  ki,  iğtişaşın  dördüncü  səbəbi  ermənilərin 
avtonomiya-idarə muxtariyyəti kimi əassız olan xəyallarıdır» 
(Məmməd Səid)». 
XVIII  əsrin  II  yarısından  etibarən  Qarabağ  xanlığının 
nüfuzu  xeyli  dərəcədə  artmışdı.  Xüsusilə  Pəna-  həli  xanın 
hakimiyyəti illərində (1747-1759) Qarabağ xanlığını İran və 
ona  düşmən  olan  yerli  feodalların  basqınlarından  müdafiə 
etmək üçün Kəbirli mahalında Bayat qalasını tikidirdi. Az bir 
vaxt  ərzində  qalaya  hasar  çəkildi  və  müdafiə  sədləri  təşkil 
olundu.  Pənahəli  xan  bütün  ailəsini  və  Qarabağ  əyanlarını 
Bayat qalasına köçürdü. 
Pənahəli  xanın  hakimiyyəti  illərində  Şuşa  şəhəri 
Azərbaycanın inzibati, ticarət və sənətkarlıq mərkəzlərindən 
biri oldu. Şuşadan Aran vasitəsilə Ön Qafqazı İran və digər 
ölkələrlə  birləşdirən  karvan  yolu  keçirdi.  XIX  əsrin 
əvvəllərində 
Qarabağ 
xanlığı 
Rusiyanın 
tərkibinə 
birləşdirildi. 
Erməni  mafiyasına  xidmət  edən  qüvvələr  XIX  əsrin 
sonlarında  daha  da  qüvvətlənməyə  başlamış,  ayrı-ayrı 
terrorçu partiyalar yaradaraq Qarabağ ərazisini Ermənistana 
birlşdirməyə  çalışmışlar.  Tarixdə 
erməni  məsələsi  deyilən 
məsələnin ortaya atılması da məhz bu məqsədə xidmət edir. 
Erməni  mafiyasına  xidmət  edən  bir  qrup  yazıçılar, 
jurnalistlər  və  tarixçilərin  məqsədi  nəyin  bahasına  olursa 
olsun  Qarabağ  ərazisini  Ermənistana  birləşdirməkdən 
ibarətdir.  Bunun  üçün  onlar  tarixi  saxtalaşdırmağı  özlərinə 
peşə seçmişlər. 
184 


«Erməni  xalqının  tarixi» (Yerevan, 1980) adlı kitabda 
müəlliflər erməni xalqının möhtəşəmliyi, qədimliyi və digər 
cəhətləri  haqqında  məlumat  verməklə  yanaşı  tarixi 
saxtalaşdıraraq  Qarabağ  və  Naxçıvan  ərazilərini  erməni 
torpaqları hesab edirlər. 
1977-ci  ildə  P.M.Muradyanm  «Ermənistanın  gürcü 
epiqrafıkası» adlı kitabı çap olunmuşdur. Burada da «Böyük 
Ermənistanın» xəritəsi verilmişdir. 
Rus  məmuru  V.Y.Veliçkonun  qeyd  etdiyi  kimi  hələ 
keçən  əsrdə  erməni  xadimləri  saxta  fikirlərlə  guya  tarixdə 
Böyük Ermənistan olduğunu təbliğ etməyə başlamışlar. 
Erməni tarixçilərinin bir hissəsinin uydurduğu «Böyük 
Ermənistan»  əslində  tamamilə  uydurmadan  ibarətdir  və 
tarixdə heç bir zaman «Böyük Ermənistan» olmamışdır. 
Tarixi  mənbələrdən  məlum  olmuşdur  ki,  Ermənistan 
heç  də  erməni  etnosunun  vətəni  deyildir.  Erməni 
müəlliflərinin 
özlərinin 
də 
qeyd 
etdikləri 
kimi 
«Ermənistanın» - (yəni ermənilərin) ən qədim özəyini Kiçik 
Asiyanın Şimal-Şərq hissəsinin əhalisi təşkil edir. Bu ölkə... 
Armatana, sonralar isə (b.e. əvvəl XIV-XIII əsrlər) Hayasa 
adlanırdı.  Oradan  ermənilərin  əcdadları  bizim  eranın  XII 
əsrində Şuriananm hüdudlarına (Van gölündən cənub-şərqə 
doğru) həmlə etmişlər... 
Ermənilərin 
Zaqafqaziyanın 
vilayətlərinə 
daxil 
olmaları,  əlbəttə  nisbətən  sonrakı  dövrə  təsadüf  edir.  Qeyd 
etmək  lazımdır  ki,  adı  Erevanın  adı  ilə  eyniləşdirilən 
Erebuninin  əsasını,  ermənilər  tərəfindən  deyil,  erməni 
torpağından,  hətta  Urartı  torpağında  deyil,  Zaqafqaziyanın 
Aza tayfasının ölkəsi ərazisində qoyulmuşdur. 
Qarabağın  dağ  rayonlarının  qriqorianlaşdırılmış  və 
xeyli  dərəcədə  erməniləşmiş  əhalisinin  etnik  cəhətdən 
assimulyasiyaya uğraması (bu da tam olmayıb) sonralar baş 
vermişdir. Bu məlum həqiqəti savadlı adamlar 
185 


hələ  XIX  əsrdə  yaxşı  bilmişlər.  V.Y.Veliçko  yazmışdı: 
«Qarabağın  səhv  erməni  adlandırılmış...  erməni-  qriqorian 
dininə  etiqad  etmiş...  və  yalnız  üç-dörd  əsr  bundan  əvvəl 
erməniləmiş  sakinləri  istisna  təşkil  edir».  Bunu  erməni 
müəllifi  B.İşxanyan  da  bilirdi  (Народности  Кавказа. 
Петроград,  1916).  О  yazırdı:  «Dağlıq  Qarabağda  yaşayan 
ermənilərin  bir  hissəsi  aborogendirlər,  qədim  albanların 
nəsilləridir...,  bir  hissəsi  isə  Türkiyədən  və  İrandan  qaçıb 
gələnlərdir.  Onlar  üçün  Azərbaycan  torpağı  təqiblərdən  və 
təhdidlərdən qorunmaq üçün sığıncaq olmuşdur». 
Qarabağın  dağlıq  hissəsində  ilkin  məskunlaşanların 
alban xarakteri haqqında, onun əhalisini daha sonralar (yəni 
1828-ci  ildən  etibarən)  erməniləşməsi  haqqında  yuxarıda 
deyildiyi  kimi  akademiklər  İ.A.Orbeli,  S.T.Eremyan  kimi 
alimlər və o cümlədən digərləri də yazmışlar. Eyni zamanda 
Qarabağın  dağlıq  hissəsində  Qafqaz  Albaniyasına  mənsub 
olan  zəngin  memarlıq  abidələri  də  bu  günə  qədər 
mövcuddur. Əslində Qarabağın dağlıq hissəsinin əhalisi də 
özlərinin mənşəylərini yaxşı bilirlər. 
Qarabağın dağlıq hissəsinin erməni məlikləri deyilənlər 
rus  çarına  öz  məktublarında  özlərini  «Ərşagidlər  və  alban 
çarlarının nəsilləri» adlandırırdılar. 
Hətta  VII  əsrdə  yaşamış  erməni  müəllifi  Arakel 
Təbrizski 
Qarabağı 
«Aqvanlar 
(albanlar) 
ölkəsi» 
adlandırmışdır. 
Tarixi  mənbələrdən  məlum  olmuşdur  ki,  XVIII  əsrin 
ortalarından başlayaraq XIX əsrin əvvəllərinə qədər albanlar 
azərbaycan  türkləri  ilə  yadelli  işğalçılara  qarşı  birlikdə 
mübarizə aparmışlar. 
Qarabağın məlikləri isə öz mənşəfi etibarı ilə yerli alban 
feodalları idilər (İ.Əliyev, 1989). 
XIX əsrin əvvəllərində 
Qarabağ xanlığı çar Rusiyasının 
tərkibinə Azərbaycan torpağı kimi birləşdirilmiş 
186 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə