ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə57/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   53   54   55   56   57   58   59   60   ...   66

dir. Qeyd etdiyimizi o dövrün rəsmi sənədləri də təsdiq edir. 
1978-ci  ildə  Qarabağın  dağlı  hissəsində  -  Ağdərədə 
(Mardakertdə)  ermənilərin  Azərbaycanın  bu  ərazisinə 
köçürülməsinin 150 illiyi münasibətilə abidə qoyulmuşdur. 
A.S.Qriboyedov yazırdı:  «Ermənilər Qarabağın dağlıq 
hissəsində  əsasən  müsəlman  mülkədar  torpaqlarında 
məskunlaşmışdılar».  Onun  yazdığına  görə  ermənilər 
«narazılıq  edən  və  əsaslı  narazılıq  edən  müsəlmanları 
sıxışdırırlar. 
A.S.Qriboyedov 
öz 
məktubunu 
yekunlaşdırarkən  müsəlmanlara  edilməli  olan  təlqinlərdən 
yazmışdır:  «müsəlmanları onların uzun sürməyəcək hazırkı 
sıxıntılı vəziyyətləri ilə barışdırmaq və ermənilərin, ilk dəfə 
buraxıldıqları  torpaqları  həmişəlik  ələ  keçirmələri  barədə 
şübhəni  onların  beynindən  çıxarıb  artmaq  üçün  bu  cür 
təlqinləri  onlara  etmək  lazımdır».  Təəssüf  ki,  böyük  rus 
yazıçısı yanılmışdı. Sonrakı hadisələr göstərdi ki, Qarabağa 
köçürülən  ermənilərin  bir  hissəsi  azərbaycanlıların  onlara 
qarşı 
insanpərvərlik 
hərəkətlərini 
düzgün 
qiymətəndirmədilər və onlara qarşı xəyanət etdilər... 
1918-1920-ci  illərdə  yəni  Azərbaycan  Demokratik 
Respublikasının  hakimiyyəti  illərində  də  Qarabağın  bütün 
ərazisi  Azərbaycanın  tərkibində  idi.  Gənc  Azərbaycan 
Demokratik  Respublikasının  hökuməti  bütün  vasitələrdən 
istifadə edib, erməni daşnaklarının Qarabağı Azərbaycandan 
ayırmaq  planlarını  puça  çıxardı.  Lakin  erməni  terrorçuları 
1918-1920-ci  illərdə  xalqımıza  qarşı  qanlı  terrorçuluqla 
məşul olaraq minlərlə günahsız insanları öldürdülər. Şuşada, 
Xankəndində,  Bakıda,  Şamaxıda  və  Azərbaycanın  digər 
yerlərində erməni terrorçuları qırğınlar törətdilər... 
1918-ci  il  martın  30-dan  aprelin  l-dək  davam  etmiş 
dəhşətli  Bakı  qırğınında  20  minə  yaxın  azərbaycanlı  həlak 
olmuşdur. Bu qanlı hadisələr mahiyyətcə erməni 
187 


daşnakları  tərəfindən  bütün  Azərbaycan  xalqının  məhvini 
nəzərdə tutan genişmiqyaslı, məkrli planın bir mərhələsi idi. 
Deyirlər tarixin ən böyük ibrət dərsi ondan ibarətdir ki, 
tarixdən çox zaman ibrət dərsi götürülmür. Səbəbi isə tarixi 
bilməməkdir.  Təəssüf  ki,  xalqımızın  başına  gətirilən  qanşı 
müsibətlər  haqqında  son  dövrlərdə  müəyyən  qədər  yazılsa 
da,  yenə  də  azdır.  Bütün  tərəqqipərvər  bəşəriyyət  erməni 
terrorçularının  xalqımızın  başına  gətirdikləri  qanlı 
hadisələrdən  xəbər  tutmalı,  onların  əməlləri  lənətlənməli, 
erməni  terrorçularının  fəaliyyətlərinə  birdəfəlik  son 
qoyulmalı  və  dünyanın  heç  bir  ərazisində  insanlar 
terrorçuların qurbanı olmamalıdır... 
Hələ  1918-ci  ildə  Bakı  şəhəri  bolşevik-daşnak 
hakimiyyətindən  azad  edildikdən  sonra  ADR  hökuməti 
Azərbaycan xalqının məruz qaldığı dəhşətli soyqırım faktını 
araşdırmaq  üçün  Ə.B.Xasməmmədovun  rəhbərliyi  altında 
xüsusi istintaq komissiyası yaratmışdır. Qısa bir vaxt ərzində 
komissiya konkret faktlar, şahid ifadələri əsasında, dəyişmiş 
ziyanın  məbləğini  müəyyənləşdirmiş,  fotomateriallar  və 
digər  sənədlər  toplaya  bilmiş  və  bunların  xarici  ölkələrdə 
yayılması  nəzərdə  tutulmuşdu.  Lakin  baş  vermiş  hadisələr, 
xüsüsən  1920-  ci  ili  aprel  çevrilşi  bu  mühüm  işin  sona 
çatdırılmasına  mane  olmuş,  sovet  dövründə  isə  1918-ci  il 
mart soyqırımının əsl mahiyyəti saxtalaşdırılmış və hadisələr 
beynimizə və tarix kitablarına «müsavat qiyamı», «vətəndaş 
müharibəsi»  kimi  daxil  edilmişdir.  Bu  isə  xalqa  qarşı  ən 
böyük  cinayət  kimi  qiymətləndirilməlidir.  Ona  görə  də  o 
dəhşətli günlərin xronikasım yazmaq, baş vermiş faciənin əsl 
mahiyyətini açıb göstərmək, nəinki o hadisələrin, həmçinin 
bu  günki  müsibətlərimizin  köklərini  tapmağa,  ətrafımızda 
baş verən hadisələrdən düzgün nəticə çıxarmağa kömək edə 
bilər. Bunu bizdən həm o dəhşətli faciənin qurbanları olmuş 
günahsız in 
188 


sanların  xatirəsi,  həm  Qarabağ  uğrunda  döyüşlərdə  həlak 
olmuş oğul və qızlarımızın ruhu və həm də tarix tələb edir... 
1918-ci  ilin  mart  hadisələri  açıq  antimüsəlman, 
antiazərbaycan  xarakteri  daşıyırdı.  Azərbaycanlıların 
soyqırımını həyata keçirməklə erməni.daşnakları bolşevik və 
sosializm maskası taxmış digər qüvvəllərlə alyansa, girərək 
faktiki  olaraq  Bakıda  bütün  hakimiyyəti  ələ  keçirdilər.  O 
dövrdə  şəhərdə  mövcud  olmuş  hakimiyyət  strukturlarının 
tərkibinin  təhlili  göstərir  ki,  burada  rəhbərlik  ermənilərin 
əlində cəmlənmişdi. Bakı sovetində S.Şaumyan, S.Saakyan 
var idi. Sovetin əsasən ermənilərdən təşkil olunmuş qırmızı 
qvardiyasının  komandiri  Z.Avetesyan,  şəhər  rəisi  - 
H.Ter-Mikaelyan,  şəhər  dumasına  isə  Çubaryan,  Paranyan, 
İonesyan  rəhbərlik  edirdilər.  Siyasi  partiyaların  Bakı 
komitələrində ermənilər çoxluq təşkil edirdilər. Bakı erməni 
milli şurası bu qüvvələrin koordinatoru. Daşnak partiyası isə 
əsas ideoloji orqanı idilər. 
Müxtəlif təşkilat və cərəyanlara mənsub olsalar da, bu 
liderlərin  əsas  məqsədləri  «Bakını  müsəlman  əhalidən 
təmizləmək» və Ermənistan ərazisi elan etmək idi. 
1918-ci  ilin  martında  Bakıda  və  Azərbaycanın  digər 
ərazilərində  -  Şamaxı,  Şuşa,  Səlyan,  Lənkəran,  Quba  və 
başqa yerlərdə baş vermiş qanlı hadisələr əslində əvvəlcədən 
düşünülüb hazırlanmış məkrli siyasətin tərkib hissəsi idi. 
1918-ci ilin martında baş vermiş dəhşətli qırğın zamanı 
Bakı  və  Azərbaycanın  digər  bölgələrində  20  mindən  artıq 
azərbaycanlı erməni daşnakları tərəfindən öldürüldü. 
Uzun zamanlar ərzində  erməni  daşnaklarının 1918- ci 
ilin  martında xalqımıza qarşı  törətdikləri  soyqırım  əməlləri 
öz  siyasi  və  hüquqi  qiymətini  almamışdır.  Bu  faciəli 
hadisədən 80 il keçdikdən sonra XX əsrin  görkəmli  dövlət 
xadimi Heydər Əliyevin 1998-ci ilin mar 
189 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə