ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə59/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   55   56   57   58   59   60   61   62   ...   66

baycan  sərhəd  kəndlərində  yenidən  quldurluq  və 
terrorçuluqla məşğul olmağa başlayır. 
3)
 
1918-1920-ci illərdə erməni mafıyasma xidmət edən 
qüvvələrin  xalqımıza  qarşı  törətdikləri  soyqırım  siyasəti 
nəticəsində  10  minlərlə  günahsız  insanlar  qətlə  yetirilmiş, 
şəhər və kəndlər xarabazara çevrilmişdir. Bu illərdə xüsusilə 
Şuşa,  Şamaxı,  Bakı,  Quba  və  Azərbaycanın  digər 
bölgələrində  erməni  terrorçuları  daha  dəhşətli  qırğınlar 
törətmişlər. 
4)
 
1947-ci  ildə  A.İ.Mikoyanm  təşəbbüsü  ilə  SSRİ 
Nazirlər Sovetinin qəbul etdiyi mürtəce qərara uyğun olaraq 
300  mindən  artıq  azərbaycanlı  doğma  torpaqlarından  - 
Ermənistan ərazisindən Azərbaycana köçürülməyə başlandı. 
Nəticədə  1947-1953-cü  illərdə  Azərbaycanın  Saatlı  və 
Sabirabad kimi isti ərazisinə köçürülən azərbaycanlılar iqlim 
şəraitinə  dözə  bilməyərək  qırılmağa  başladılar.  Uca  dağlar 
diyarında anadan olan insanlar muğan və Milin isti iqliminə 
uyğunlaşa  bilməyib  məhv  oldular.  Erməni  mafıyası 
tərəfindən təşkil olunmuş bu «köçürmə siyasəti» də əslində 
terrorçuluq fəaliyyətinin yeni növü idi. 
5)
 
1988-ci 
ilin 
fevralından 
başlanmış 
erməni 
terrorçularının  bədnəm  əməlləri  nəticəsində  100  minlərlə 
günahsız  insanlar  məhv  edilmiş,  bir  milyondan  artıq 
azərbaycanlı öz doğma torpaqlarından qovulmuş və didərgin 
düşmişlər. 
XX  əsrin  sonlarında  erməni  terrorçularının  xalqımızın 
başına  gətirdikləri  müsibətlər,  qətl  hadisələri  tarixdə  ən 
böyük 
və 
dəhşətli 
cinayət 
hadisəsi 
kimi 
qiymətləndirilməlidir. 
1988-ci  ilin  fevralından  Qarabağın  dağlıq  hissəsində 
başlanmış  mürtəce  terrorçuluq  və  şovinist  hərəkətlər 
Ermənistan tərəfindən və həmçinin xarici ölkələrdə mövcud 
olan  erməni  mafiyasma  xidmət  edən  qüvvələr  tərəfindən 
təşkil olunmuşdur. 
193 


Tarixi mənbələr birmənalı formada göstərir ki, eramızın 
387-ci  ildən  1921-ci  ilədək  tarixdə  erməni  dövləti  mövcud 
olmamışdır. 
Bir  sıra  obyektiv  tarixçi  alimlər  İ.P.Petruşevski, 
İ.O.Orbeli, N.Y.Marr, T.Ter-Qriqoryan, M.Barxudar- yan və 
başqaları Qarabağda aparılmış elmi tədqiqatlara əsaslanaraq 
Qarabağın  dağlıq  hissəsinin  Qafqaz  Albaniyasının  - 
Azərbaycanın  tərkib  hissələrindən  biri  olmasını  qeyd 
etmişlər.  Maraqlıdır  ki,  erməni  mafıyasma  xidmət 
edənlərdən  fərqli  olaraq  V  əsrdən  XIX  əsrə  kimi  bütün 
erməni  tarixçiləri  də  obyektiv  olaraq  Qarabağın  Qafqaz 
Albaniyasının ərazisi olduğunu, ərazidəki maddi mədəniyyət 
abidələrinin  isə  albanlara  məxsus  olduğunu  dəfələrlə  qeyd 
etmişlər.  Ərazinin  tarixinin  saxtalaşdırılması  prosesi  ancaq 
XIX əsrin II yarısından başlanmışdır. Lakin XX əsrin 80-ci 
illərindən isə bu proses daha dəhşətli xarakter almışdır. Son 
100  ildə  erməni  mafıyasmın  xalqımıza  qarşı  törətdikləri 
terrorçuluq  fəaliyyətlərinin  ən  dəhşətliləri  1988-ci  ilin 
noyabr-  dekabr  aylarında  Ermənistan  ərazisində  törədilmiş, 
minlərlə  insanlar  məhv  edilmiş,  uca  dağlar  qoynunda 
donmuş və öz ata-baba ocaqlarından didərgin düşmüşdür. 
XX  əsrin  əvvəllərində  Ermənistan  ərazisində  yaşayan 
əhalinin 56%-ni azərbaycanlılar təşkil etdiyi halda, 
1989-
 
cu  ildə  isə  Ermənistan  ərazisində  bir  nəfər  belə 
azərbaycanlı 
qalmamışdır. 
Ermənistan 
hökuməti 
azərbaycanlılara  qarşı  terrorçuluq  fəaliyyətinə  rəhbərlik 
etmişdir.  Əlbəttə  bu  işdə  onların  dayağı  və  ilhamvericisi 
M.S.Qorbaçov  olmuşdur.  Məhz  M.S.Qorbaçovun  iyrənc 
əməlləri  nəticəsində  1990-cı  ilin  yanvarın  20-də  bəşər 
tarixində misli görünməmiş faciə baş vermişdir. Həmin gecə 
qabaqcadan  xəbərdarlıq  edilmədən  Bakı  şəhərinə  dinc 
əhalinin üzərinə silahlı sovet qoşunu göndərilmişdir. Onların 
içərisində  Şimali  Qafqazdan  toplanmış  ermənilər  çoxluq 
təşkil etmişdir. Məhz həmin 
194 


dəstə  dinc  nümayişə  çıxmış  əhaliyə  qanlı  divan  tutmuş, 
qocaları,  uşaqları,  qadınları  gülləbaran  etmişdir.  Nəticədə 
həmin gecə Bakı şəhərində 100 dən artıq insan güllələnmiş, 
minlərlə  adam  isə  ağır  yaralanmışdır.  Həmin  gecə  Bakıda 
mərkəzi  küçələrdə  günahsız  insanların  qanı  töküldü... 
1990-cı  il  yanvarın  22-də  həmin  gecə  şəhid  olanların  dəfn 
mərasimi  oldu.  Şəhərdə  hərbi  vəziyyət  elan  olunmasına 
baxmayaraq milyonlarla insan Azadlıq meydanında qanlı 20 
yanvarda həlak olan insanları son mənzilə yola salmaq üçün 
əzəmətli mitinq keçirərək, bu dəhşətli cinayəti törətmiş SSRİ 
Ali  Sovetinin  Sədri  M.S.Qorbaçov  və  erməni  mafıyasma 
xidmət edən digər qüvvələr ifşa olunmuşdur. Sonra isə həmin 
gün, 20  yanvarda həlak  olanlar şəhərin  ən uca zirvəsi  olan 
dağüstü  parkda  dəfn  olunmuşlar.  Məhz  həmin  gündən  isə 
dağüstü park - Şəhidlər xiyabanı adlanmağa başlanmışdır. 
1988-ci  ildən  Dağlıq  Qarabağı  Azərbaycandan  zorla 
qoparıb  Ermənistana  birləşdirmək  niyyəti  ilə  başlanan 
erməni  mafıyasmm  işğalçılıq  və  etnik  təmizləmə  siyasəti 
nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal 
olunmuş, 1 milyon azərbaycanlı Ermənistan ərazisindən və 
Azərbaycanın  işğal  olunmuş  bölgəsindəki  ata-baba 
yurdlarından didərgin salınmış, 18 mindən çox azərbaycanlı 
qətlə  yetirilmiş,  20  mindən  çox  dinc  sakin  yaralanmış,  50 
mindən  artıq  adam  əlil  olmuş,  4  mindən  çox  insan  əsir  və 
İtkin düşmüş, girov götürlümüş, 877 şəhər, kənd və qəsəbə 
qarət edilmiş, dağıdılmış və yandırılmışdır. 
«Ermənistan  terrorçularının  azərbaycanlılara  qarşı 
soyqırımı cinayətlərinin miqyasını və necə vəhşiliklə həyata 
keçirildiyini  təsəvvür  etmək  üçün  1992-ci  il  fevralın  26-da 
Xocalı  şəhərində  baş  vermiş  qanlı  terroru  yada  salmaq 
kifayətdir. Bəşər tarixində ən böyük müsibətlərdən biri olan 
bu faciə zamanı bütöv bir şəhər erməni qoşunları tərəfindən 
xarabalığa çevrilmiş, 613 nə 
195 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə