ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə6/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   2   3   4   5   6   7   8   9   ...   66

birinə  vurmaq  qərarına  gəldilər.  Bu  dəfə  də  daşlardan 
qığılcım qopmağa başladı. Hamı bir nəfər kimi bu möcüzəli 
hadisə barədə düşünməyə başladı. Bu bəlkə oddur? Çünki bu, 
onların  meşədən  gətirdikləri  oda  çox  oxşayırdı.  Əgər  belə 
olarsa,  onda  nə  vaxt  istəsələr  odu  əldə  edə  bilər  və  daha 
soyuqdan  əziyyət  çəkməzlər.  Bir  neçə  dəfə  həmin  daşları 
bir-birinə  vurdular  və  gördülər  ki,  quru  çöplər  yanmağä 
başladı. Sonra yanan çöplərin üzərinə quru ağac yığdılar və 
iri  bir  tonqal  qaladılar.  Bunu  görən  digər  adamlar  çay 
kənarından günəşli düşərgəsinə toplaşmağa başladılar. Yeni 
gələnlər  ətrafa  göz  gəzdirdilər,  heç  yerdə  od  yox  idi.  Ona 
görə də bunun necə baş verməsi ilə maraqlandılar. İlk dəfə bu 
hadisənin  şahidi  olan  adam  qalan  yoldaşlarına  sevincək 
bildirdi ki, 2 çaxmaq daşını bir-birinə zərbə ilə vurub qəlpə 
qoparan  zaman  ilk  odlu  qığılcımın  şahidi  oldu.  Bu,  onun 
diqqətini  cəlb  etdiyi  üçün  bir  neçə  dəfə  bunu  təkrar  elədi. 
Eyni  ilə  həmin  hadisə  təkrar  olundu  və  nəticədə  süni  od 
alındı. 
Süni  odun  kəşfi  ilə  əlaqədar  olaraq  qədim  insanların 
həyatında  yeni  bir  inkişaf  mərhələsi  başlanmış  oldu.  Onlar 
ayazh-şaxtah qış aylarında soyuqdan qorunmaq üçün oddan 
istifadə etmək qərarına gəldilər. 
Günəşli  düşərgəsi  bu  zaman  (750-650  min  il  bundan 
əvvəl) soyuqlaşmağa başlayırdı. Qışın gəlişi hər tərəfdə hiss 
olunurdu.  Ağaclar  yarpaqlarını  tökmüş,  çayların  suyu 
nisbətən azalmışdı. Meşədə bütün giləmeyvələr qurtarmışdı. 
Qışa hazırlıq  görmək lazım idi. 15-20 nəfərdən ibarət  qrup 
düşərgəyə  toplaşıb  qışın  yaxınlaşdığından  söhbət  edirdilər. 
Onlardan biri dağların  yüksək zirvəsində olan qarı göstərdi 
və bildirdi ki, bu qar bizə nə isə bir xəbərdarlıq edir, bizi qışa 
hazırlamağa çağırır. Həmin qar bəlkə bir neçə gündən sonra 
bizim düşərgəyə də yağacaqdır. 
Ona  görə  də  əsas  diqqəti  ovçuluğa  vermək  lazım  idi. 
Bunun üçün bir neçə qrupa ayrılmalı idilər. Kimi 
20 


çaya  gedib  daş  alət  hazırlamaq  üçün  ordan  çay  daşları 
gətirməli, kimi ocaq qalamaq üçün quru ağac yığmalı, kimisi 
də düşərgədə əmək alətləri hazırlamaqla məşğul olmalı idi. 
Birlikdə  görüləcək  işləri  müəyyən  etdikdən  sonra  hərə  öz 
işinə başladı. 
Bir neçə saat keçdikdən sonra ov üçün lazım olan əmək 
alətləri hazırlandı. Ov etmək üçün yer də müəyyən olundu. 
Əvvəlki  vaxtdan  fərqli  olaraq  bu  dəfə  daha  çox  heyvan 
ovlamaq qərarına gəldilər. Çünki qabaqda qış gəlirdi. 
Bir qrup ovçu meşəliklərlə örtülü olan uçurumlu dərəyə 
yollandı.  Qış  yaxınlaşdıqca  heyvanlar  daha  çox  bu  dərəyə 
toplaşırdılar. Eyni zamanda bu yerin ov üçün əlverişli sahəsi 
var idi. 
Yol  boyu  bu  dəfə  ovun  necə  olacağı  barədə 
düşünürdülər.  Elə  bil  onlara  bu  dəfə  ovun  uğurlu  olacağı 
barədə kimsə söyləyirdi. Sanki ana təbiət də qədim insanların 
qışa  hazırlandığını  duymuş  və  bunun  üçün  özünün 
nemətlərini  əsirgəməmiş,  bu  dəfə  ova  hazırlıq  zamanı  nə 
lazım  idisə,  hamısı  asan  əldə  olunmuşdu.  Onlar  bu 
düşüncələrlə  meşəyə  doğru  gedirdilər.  Birdən  onlardan 
birinin  diqqəti  uzaqda  görünən  nəhəng  maral  və 
kərgədanlara yönəldi və yoldaşlarına bu barədə dedi; «Baxın 
o  dağın  ətəyində  maral  və  o  biri  tərəfdə  isə  kərgədanlar 
vardır. Biz bunlardan bir neçəsini ovlamalıyıq. Necə edək?» 
Bir qədər fikirləşdilər, sonra qərara gəldilər ki, bir neçə 
tərəfdən  maral  və  kərgədanlara  hücum  edərək  onları 
sığınacaq  yerinə  salsınlar.  Bundan  sonra  hərə  bir  tərəfdən 
həmin  heyvanlara  iri  qaya  daşları  ilə  zərbələr  endirsinlər. 
Növbəti ov başlandı. 
Bu dəfə qədim insanların ov mərasimi olduqca uğurlu 
oldu. Onlar bir neçə maral və kərgəndan ovladılar. İndi isə 
ovlanmış heyvanları günəşli düşərgəsinə aparmaq lazım idi. 
Qədim  insanlar  olduqca  sevinəcək  idilər.  Hamı  bu  dəfəki 
ovdan razı qalmışdı. Bir qədər 
21 


dincəldikdən  sonra  ibtidai  adamlar  ovladıqları  heyvanları 
ayrı-ayrı hissələrə ayırmağa başladılar. Sonra məlum oldu ki, 
bunların hamısını birdəfəlik düşərgəyə aparmaq olmaz. Ona 
görə də ovlanmış heyvanları hissə-hissə düşərgəyə aparmaq 
qərarına gəldilər. 
Düşərgədə qalıb  alət hazırlayanlar isə narahat olmağa 
başlamışdılar.  Artıq  hava  qaralmağa  başlayır,  axşam 
düşürdü.  Ova  gedənlər  isə  hələ  də  geri  qayıtmamışdılar. 
Düşərgədəkilər  belə  fikirləşirdilər  ki,  yəqin  ov  mərasimi 
uğursuz  olub  və  ona  görə  də  onlardan  bir  xəbər  yoxdur. 
Onlar bütün hazırlıq işlərini görüb qurtarmışdılar. Ovlanmış 
heyvanları  ayrı-ayrı  kiçik  hissələrə  bölmək  üçün  alətlər 
hazırlamış,  od  qalamaq  üçün  ağac,  kol  və  başqa  ləvazimat 
toplanmışdı.  Düşərgədə  olanlar  səbirsizliklə  ova  getmiş 
yoldaşlarının  yolunu  gözləyirdilər.  Onların  bəziləri  hətta 
düşərgədən bir qədər aralanıb ətrafa baxırdılar. Nəhayət, ova 
gedənlər görünməyə başladı. Düşərgədəkilər od yandırdılar 
ki, yoldaşları ovdan sonra isinə bilsinlər. 
Artıq  hava  qaralmış,  axşam  düşmüşdü.  Günəşli 
düşərgəsində  yaşayanların  hamısı  bir  yerə  yığışıb  şadlıq 
edirdilər.  İlk  dəfə  idi  ki,  onlar  istənilən  qədər  heyvan 
ovlamışdılar. Bu dəfəki ov mərasimin uğurla nəticələnməsi 
hamını  heyran etmişdi. Bunun nə üçün belə olması  hamını 
düşündürürdü.  Ovçuluq  üçün  bu  dəfə  hazırlanmış  alətlər 
olduqca səmərəli olmuşdu. Alətlərin işlək ağızları olduqca iti 
olduğundan  ovlanmış  heyvanları  ayrı-ayrı  hissələrə 
parçalamaq  nisbətən  rahat  olmuşdu.  Ona  görə  də  hamı 
gələcəkdə  də  ova  gedərkən  bu  cür  alətlərin  hazırlanması 
haqqında düşünürdü. 
Bayaqdan səbirsizliklə yoldaşlarını gözləyənlər axşam 
yeməyi  hazırlamağa  başladılar.  Ovlanmış  heyvanları 
ayrı-ayrı  hissələr  bölüb  axşam  yeməyinə  lazım  olanı 
götürdülər.  Qalan  hissələri  isə  mağaranın  II  salonuna 
apardılar. Çünki  bu salon olduqca sərin idi və artıq qalmış 
hissələri həmişə burada saxlayırdılar. 
22 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə