ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə60/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   56   57   58   59   60   61   62   63   ...   66

fər azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə 
öldürülmüş,  487  nəfər  şikəst  edilmiş,  1275  Xocalı  sakini  - 
qocalar, uşaqlar, qadınlar əsir aparıla- raq dəhşətli təhqirlərə, 
zülmə  və  işkəncələrə  məruz  qalmışlar»  (Azərbaycan 
Respublikası Milli Məclisinin bəyanatı 4 fevral 2001-ci il). 
1992-ci  il  fevralın  26-da  Dağlıq  Qarabağın  Xocalı 
şəhərində  baş  vermiş  faciə  tarixə  «Xocalı  soyqırımı»  kimi 
daxil oldu. 
Erməni terrorçuları tərəfindən XX əsrdə xalqımıza qarşı 
törədilmiş  soyqırımlar  Azərbaycan  tarixinin  qanlı 
səhifələridir.  Tarixi  keçmişi  unutmaq  olmaz.  Tarixin  ibrət 
dərsləri  bizi  yeni  səhvlərdən,  düşünülməmiş  addımlardan 
çəkindirməlidir. 
1988-1994-cü  illərdə  erməni  terrorçuları  tərəfindən 
Qarabağın  dağlıq  əraziləri  -  Şuşa,  Xankəndi,  Xocalı, 
Əsgəran, Xocavənd, Ağdərə və Hadrut işğal olunmuşdur. Bu 
ərazilərdən  başiqa  Laçın  rayonu  1992-ci  il  mayın  17-də, 
Kəlbəcər  rayonu  1993-cü  ilin  aprelin  3-də,  Ağdam  rayonu 
1993-cü il iyulun 23-də, Cəbrayıl rayonu 1993-cü il avqustun 
18-də,  Fizuli  rayoun  1993-cü  il  avqustun  23-də,  Qubadlı 
rayoun  1993-cü  il  avqustun  31-də,  Zəngilan  rayonu  isə 
1993-cü  il  oktyabrın  30-da  erməni  işğalçıları  tərəfindən 
tutulmuşdur. 
Qeyd  olunanlardan  əlavə  olaraq  minlərlə  arxeoloji, 
tarixi və memarlıq abidələrimiz hələlik erməni işğalçılarının 
nəzarəti  altındadır.  Erməni  terrorçularının  fəaliyyətləri 
nəticəsində  bəşər  sivilizasiyasına  mühüm  töhfələr  vermiş 
Quruçay  və  Köndələnçay  sahillərindən  yüzlərlə  arxeoloji, 
tarixi  və  memarlıq  abidələri,  o  cümlədən  islam 
mədəniyyətinə  aid  abidələr,  qədim  şəhər  xarabalıqları  və 
digər tunc dövrünə aid  yaşayış məskənlər məhv edilmişdir. 
Nəticədə  nəinki  Azərbaycanın  maddi  mədəniyyətinə,  eyni 
zamanda  tarixinə,  memarlığına,  heyvanat  aləminə,  bitki 
örtüyünə və ekologiyasına ağır zərbə vurulmuşdur. Ona görə 
də erməni 
196 


işğalçılarının  terrorçuluq  fəaliyyəti  bəşər  sivilizasiyasına 
qarşı ən böyük cinayət kimi qiymətləndirilməli və ona qarşı 
mütərəqqi  qüvvələr  barışmaz  mübarizə  aparmalıdırlar. 
Bunun  üçün  Qarabağın  və  onun  ətraf  ərazilərinin  erməni 
işğalçılarından  azad  olunması  məqsədilə  dövlət  proqramı 
hazırlanmalı,  erməni  terrorçularının  bütün  bəşəriyyət  üçün 
ən  böyük  təhlükə  olması  dünya  dövlətlərinə  və  xalqlarına 
bildirilməlidir. 
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 
Qarabağ  haqqında  qəbul  etdiyi  822,  853,  874,  884  saylı 
qətnamələri  sözsüz  yerinə  yetirilməlidir.  Bütün  bəşəriyyət 
müharibə  və  terrorçuluqdan  xilas  olub,  azad  və  fırəvan 
yaşamalıdır. İnsanlar yırtıcı deyil, yaradıcı olmalıdırlar. Ona 
görə  də,  bəşəriyyətin  yaratdığı  maddi  və  mənəvi  sərvətləri 
qorumaq bütün dünya xalqlarının müqəddəs borcu olmalıdır. 
197 


QARABAĞIN İLKİN ADLARI VƏ ONUN 
TARİXİNİ SAXTALAŞDIRMA CƏHDLƏRİ 
Tarixin müxtəlif dövrlərində bu və ya digər səbəblərdən 
Qarabağ  ərazisi  XII-XIII  əsrlərə  kimi  müxtəlif  adlar 
daşımışdır. Bu adlar bəzən paralel olaraq mövcud olmuş və 
Qarabağın ayrı-ayrı əyalətlərini əhatə etmişdir. Antik və ilk 
orta  əsrlərdə  Qarabağın  bir  hissəsi  Qarqarlar  ölkəsi 
adlanmışdır. Əsasən indiki Qarqar çayı hövzəsində  yaşamış 
qarqar  tayfası  qədim  müəlliflərin  verdiyi  məlumata  görə 
Alban tayfa ittifaqına daxil idi. Qarqarlar haqqında məlumat 
verən müəlliflər, onu Qafqaz Albaniyasının ən qədim və ən 
iri tayfalarından biri hesab etmiş və ilk orta əsrlərdə onların 
Mil  düzünün  bir  hissəsinə  yayıldığını  göstərmişlər.  Burada 
Qarqarların  özlərinə  məxsus  eyniadlı  şəhəri  də  mövcud 
olmuşdur. 
Qarqarların etnik mənsubiyyəti haqqında elmdə bir neçə 
fikir  mövcuddur.  Bir  sıra  tədqiqatçılar  qarqarların  türkdilli 
olduğunu  qeyd  edirlər.  Digər  alimlər  isə  qarqarların 
İber-Qafqaz  etnik  qrupuna  aid  olduğunu  iddia  edir  və 
albanlarla eyniləşdirirlər. Hətta tədqiqatçı Tre- ver qarqarları 
Qafqaz  Albaniyasında  ən  geniş  yayılmış  küp  qəbirləri 
mədəniyyətinin  sahiblərindən  biri  hesab  edir.  Əgər  nəzərə 
alsaq  ki,  şah  Arsvaqanm  dövründə  yerli  ziyalı  Beniamin 
ümum  Alban  ölkəsi  üçün  əlifbanı  da  məhz  çoxlu  boğaz 
səslərinə malik qarqarların dili əsasında tərtib etmişdir, onda 
tədqiqatçı  Treverin  fikrinin  həqiqatə  uyğun  olduğunu 
söyləmək olar. 
Lakin  Qarqarlara  məxsus  arxeoloji  abidələr  zəif 
öyrənilmişdir.  Tarixi  mənbələrdən  aydın  olmuşdur  ki,  bu 
tayfa  əvvəlcə  dağlarda  məskunlaşmış,  sonralar  isə  düzən 
sahələrə  gələrək  oturaq  təsərrüfatla  məşğul  olmağa 
başlamışlar. Qafqaz Albaniyasında xristianlığı ilk dəfə qəbul 
edən tayfalardan biri də məhz qarqarlar olmuşlar. 
198 


Həmdullah Qəzvini özünün «Hüzət-əl-Qülub» əsərində 
göstərir  ki,  Qarqarlar  ərazisində  taxıl,  pambıq  və  meyvə 
yetişdirilirdi. 
Qarabağın  digər  bir  hissəsi  Uti  adlanmışdır.  Yazılı 
mənbələrdə  Uti,  Utik,  Otena,  Udin  və  s.  adlanan  bu  tayfa 
əfsanəyə görə albanların mifik əcdadı olan hökmdar Arranın 
nəslindən  əmələ  gəlmişdir.  İnzibati  cəhətdən  7  əyalətə 
bölünmüş Utinin ən iri ərazisi «Xüsusi Uti» məhz Qarabağda 
olmuşdur. Uti alban ittifaqında istər iqtisadi, istərsə də siyasi 
cəhətdən  əsas  yerlərdən  birini  tutmuşdur.  Tarixi  mənbələr 
Bərdənin  də  Uti  şəhəri  olduğunu  qeyd  edirlər.  Hal-hazırda 
udinlərin  qalıqlarına  Qarabağda,  Qəbələ  və  Oğuz 
ərazilərində  rast  gəlmək  olur.  Uti  sözünün  mənşəyi  və 
mənası  barədə  hələlik  geniş  tədqiqat  işi  aparılmamışdır. 
Yalnız  akademik  N.Y.Marr  vaxtilə  uti  sözü  üzərində 
dayanmış və bu sözün «Qara adamlar» mənasını kəsb etməsi 
ehtimalını irəli sürmüşdür. 
Maraqlıdır  ki,  hazırda  Qarabağda  böyük  bir  tayfa 
«Qaralar»  adlanır  və  bu  tayfanın  ən  böyük  ziyarətgahı 
Qaraman  baba  ocağıdır.  Bütün  bu  etnonimlərin  əlaqəsi 
xüsusi tədqiqat tələb edir. Tarixi mənbələrdən aydın olur ki, 
VI-VII  əsrlərdən  etibarən  Qarqar  sözü  coğrafi  və  etnik  bir 
məfhum  kimi  öz  əhəmiyyətini  itirmişdirsə,  həmin  dövrdən 
etibarən Qarabağın bütün düzən hissəsi Uti adlanmışdır. Bu 
çox  güman  ki,  bütün  ərazinin  bir  neçə  inzibati  dairədə 
birləşməsi  ilə  əlaqədar  olmuşdur.  Belə  ərazi  bölgələrinin 
yaranması  mümkün  idi,  çünki  artıq  III-IV  əsrlərdən  bütün 
Qafqaz  Albaniyasında  olduğu  kimi  Qarabağdada  feodal 
münasibətləri inkişafa başlamışdır. III-IV əsrlərdən etibarən 
Qarabağın  dağlıq  hissəsi  Arsax  adlanırdı.  Bir  sıra  orta  əsr 
tarixçiləri  Ar-  sax  adı  altında  ayrıca  ölkə  və  ya  xüsusi 
hökmdarlıq  olduğunu  qeyd  edirlər.  Arsax  sözünün 
etimologiyasına  gəlincə  bir  çox  tədqiqatçılar  onun  Çində 
Tanrı  dağın  ətəyində  yaşamış türk Ağhun tayfalarından bir 
qolu 
199 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə