ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə61/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   58   59   60   61   62   63   64   65   66

nun adı olduğunu qeyd edirlər və həmin tədqiqatçılara görə 
«Arsax»  -  sözü  -  mərd  tayfaların  yaşadığı  ərazi  olmasını 
bildirirlər. 
Lakin  III  qrup  tədqiqatçı  alimlər  xüsusilə  tanınmış 
türkoloq  alim  Mirəli  Seyidov  ilk  dəfə  olaraq  Arsağın  türk 
xalqlarına mənsub olmasını bildirmişdir. 
Türk  xalqlarını  fəxri  sayılan  Arsağın  tarixi  şəxsiyyət, 
həm  də  dövlət  başçısı,  sərkərdə  olması  barədə  çox  az 
məlumat gəlib dövrümüzə çatmışdır. Roma tarixçisi Pompey 
Troq makedoniyalı İsgəndərin ölümündən sonrakı hadisələri 
şərh edərkən Arsaq barədə də bəzi mülahizələr söyləmişdir. 
O,  44  kitabdan  ibarət  olan  «Filippin  tarixi»  əsərində 
yazmışdır: «O zaman naməlum mənşəli, lakin böyük şöhrətə 
malik Arsaq yaşamışdır». 
Arsaq makedoniyalı İsgəndərin ölümündən sonra, yəni 
ev. əvvəl 323-cü ildən sonra siyasət aləminə çıxmış və tarixi 
mənbələrin  verdiyi  məlumata  görə  böyük  imperiya 
yaratmışdır.  Bu  gün  Arsağın  yer,  şəxs  adı  kimi  işlənməsi 
ətrafında müxtəlif mülahizələr irəli sürülür. 
Araşdırmalar  zamam  məlum  olur  türkdilli  xalqlarda 
Arsaq  ən  əvvəl  şəxs  adı  kimi  işlənmiş,  müəyyən  vaxtdan 
sonra  isə  onun  mənsub  olduğu  sülalə  və  yaşadığı  ərazi  bu 
şəxsin, yaxud, hökmdarın adını daşımışdır. 
Arsaq sözünün araşdırılması aydın göstərir ki, ar və saq 
tərkib  hissələri  türk  sözüdür.  Arsaq  sözünün  birinci  hissəsi 
olan  Ar  -  ər  komponenti  bütün  türk  dillərində  igid,  kişi 
mənasını daşıyır. 
Türkdilli xalqların söz ehtiyatında şəxs, yer, qəbilə, çay 
adı bildirən Ar - ər tərkibli sözlər çoxdur. Bütün araşdırmalar 
bu  sözün  yalnız  türkdilli  xalqların  doğma  sözü  olduğunu 
göstərir. 
Arsaq sözünün ikinci tərkib hissəsi  «saq» komponenti 
isə  tarixin  bir  sıra  ictimai-siyasi  hadisələrində  böyük  rol 
oynayan,  nəhəng  imperiyası  olan  saq  gəbilə-  birləşməsinin 
adıdır. Bu söz «ar - ər»lə birləşərk «saq 
200 


igidi»,  «saq  insanı»,  «saq  kişisi»  mənasını  bildirir.  Arsaq 
sözünün  araşdıran  türkoloq  alim  Mirəli  Seyidov  belə  bir 
məntiqi nəticəyə gəlir ki. Arsaq - Arçaq nə vaxtsa türkdilli 
saq  qəbilə  birləşməsinin  üzvü  olmuş,  sonra  öz  adını 
sülaləsinə vermişdir. Görünür, bu sülalə  yaşadığı  yerləri, o 
cümlədən  Qarabağı  da  öz  adıyla  -  Arsaq  -  adlandırmışdır 
(Vəli Həbiboqlu, 1995). 
Qarabağın Xaçın və Tərtər çaylarının dağlıq hissəsi bir 
müddət,  yəni  XII  əsrdən  sonra  Xaçın  da  adlanmışdır.  Bu 
ərazidə  XII  əsrin  sonundan  eyni  adla  xüsusi  feodal 
hökmdarlığı mövcud olmuşdur. Bu ad həmin ərazidən axan 
eyni adlı çayla əlaqədar yaranmışdır. 
Tarixi mənbələrdən aydın olur ki,  «Qarabağ» sözü ilk 
dəfə bu əraziyə XII əsrdə verilmişdir. Lakin çox güman ki, 
Qarabağ  sözü  uzun  müddət  ərzində  geniş  xalq  kütlələri 
arasında işləndikdən sonra yazılı ədəbiyyata düşmüşdür. Bu 
əraziyə Qarabağ adının verilməsi səbəblərinə gəlincə belə bir 
ehtimal var ki, onun birinci hissəsi, yəni «qara» sözü qədim 
türkdilli  xalqlarda  «çox»,  «böyük»,  «geniş»  mənalarında 
işlənmiş,  ikinci  hissəsi  «bağ»  sözü  isə  fars  dilində  olub 
təsərrüfatda  bağçıhğm  geniş  inkişaf  ilə  əlaqədar  olaraq 
yaranmışdır.  Doğrudan  da  Qarabağ  ərazisində  hələ  tunc 
dövründən  etibarət  bağçıhğm  geniş  inkişaf  etdiyi  elmi 
əsaslarla sübuta yetirilmişdir. 
Qafqaz Albaniyasının vilayətləri olan Qarqar, Ha- band, 
Uti  və  Arsağm  əsasında  feodal  hökmdarlığı  kimi  meydana 
gəlmiş  Qarabağın  orta  əsr  tarixi,  onun  etnik  tərkibi  və 
bütövlükdə  ərazinin  mənsubiyyəti  müasir  ta-  rixşünashqda 
ziddiyyətli  və  bəzən  də  birtərəfli  şərh  olunur.  Bunun  əsas 
səbəbi  bəzi  tədqiqatçılar  Qarabağ  tarixini  şərh  edərkən 
ayrı-ayrı  feodal  nəsillərinin  mənafeyinə  uyğun  yazılmış  və 
siyasi vəziyyətlərdən asılı olaraq ciddi dəyişikliklərə məruz 
qalmış,  beləliklə  də  ardıcıl  olaraq  saxtalaşdırılmış  erməni 
kilsə  tarixçilərinin  əsərlərinə  əsaslanmışlar.  Bu  baxımdan 
tarix elmində Qara 
201 


bağın  tarixi  haqqında  bir-birinə  zid  iki  fikir  mövcuddur. 
Həmin fikirlərdən biri budur ki,  guya qədim Azərbaycanın 
bir  çox  vilayətləri  kimi  Qarabağ  ərazii  də  hələ  eramızdan 
əvvəl  II  əsrdə  erməni  çarı  I  Artaşes  (189-  160-cı  illər) 
tərəfindən  işğal  edilərək  Ermənistana  qatılır  və  həmin 
vaxtdan  Kür  çayı  Qafqaz  Albaniyasının  və  Ermənistanın 
sərhəddi elan olunur. Bu yanlış fikiri söyləyən tədqiqatçılar 
Strabonun  «Coğrafiya»  əsərinin  XI  kitabına  əsaslanmışlar. 
Bu  fikrin  əsas  tərəfdarlarından  biri  olan  S.T.Eremyan 
yazmışdır:  «Sağ sahil Albaniyası (Uti və Arsağ vilayətləri) 
demək  olar  ki,  altı  yüz  ıl  (eramızın  387-ci  ilinə  kimi) 
mərkəzləşmiş,  quldarlıq  dövləti  olan  Böyük  Ermənistanın 
tərkibində olduğundan ümumi erməniləşmə prosesinə məruz 
qalmışdır. 
Arsağ 
vilayəti 
artıq 
IV-V 
əsrlərdən 
erməniləşdirilmiş,  Uti  vilayətinin  əsas  hissəsində  isə 
erməniləşmə prosesi VI əsrdə başa çatmışdır». Bu saxta fikri 
əsas  tutan  müasir  erməni  tarixçiləri  belə  hesab  edirlər  ki, 
Qarabağ ərazisi, burada  mövcud olan tarix, arxeologiya və 
mədəniyyət  abidələri,  bütünlüklə  Ermənistana  məxsusdur. 
Bu  saxta  fikir  alban  tarixçilərinin  diqqətini  cəlb  etmiş  və 
Strabonun  adı  çəkilən  kitabın  mətni  diqqətlə  nəzərdən 
keçirilmişdir. Bu vaxt məlum olmuşdur ki, I Arta- şesin işğal 
etdiyi  vilayətlər  içərisində  nə  Qarqar,  nə  Uti  və  nə  də  ki, 
Arsağın adı çəkilmir. Nəticədə araşdırmalar zamanı məlum 
olmuşdur  ki,  hələ  XIX  əsrin  sonunda  Strabonun 
tərcüməçilərini  ermənilərin  təsiri  ilə  onun  «Coğrafiya» 
əsərini  saxtalaşdırmış  və  Artaşesin  işğal  etdiyi  vilayətlər 
siyahısına  saxta  olaraq  Qafqaz  Albaniyasının  bir  neçə 
vilayətinin adını salmışlar. 
Aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, 
yuxarıda qeyd etdiyimiz erməni tədqiqatçılarının əsərlərində 
və fikirlərində elmi həqiqət yoxdur və onların hamısı saxta 
və uydurma fikirlərdir. 
Kürdən  cənubdakı  Azərbaycan  torpaqlarının,  o 
cümlədən Dağlıq qarabağın tarixən Ermənistana məx 
202 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə