ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə62/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   58   59   60   61   62   63   64   65   66

sus  olması  ideyası,  təəssüf  ki,  bəzi  Sovet  tarixçilərinin 
əsərlərində  də  özünə  müəyyən  dərəcədə  yer  tapmışdır. 
Nəticədə  saxta  fikirlər  Ermənistandan  kənarda  da  müdafiə 
olunmuş olur. Tarixdən xəbəri olmayan insanlar məsələnin 
yalnız  erməni  tədqiqatçıları  tərəfindən  qoyuluşu  və  saxta 
həlli variantı ilə tanşı olduqlarına görə onlara inanırlar. Məhz 
buna görə də erməni ma- fiyasına xidmət edən qüvvələr saxta 
konsepsiyanı bütün dünyada yayırlar... 
Erməni  tarixçilərinin  saxta  fikirləri  Azərbaycan 
tarixşünashğmda  öz  tənqidini  tapmışdır.  Z.M.Bün-  yadov, 
İ.H.Əliyev, 
T.M.Məmmədov, 
R.B.Göyüşov, 
F.C.Məmmədova,  Q.Ə.Qeybullayev  və  başqalaranm 
əsərlərində bu və ya digər cavablar verilmişdir. Hazırda əsas 
məsələ  həmin  əsərlərin  və  digər  monoqrafiyaların  dünya 
xalqlarının  dillərinə  tərcümə  edilib  çap  olunması  və 
yayılmasından ibarətdir. 
Aparılmış  kompleks  elmi  tədqiqatlar  Qarabağın  tarixi 
Azərbaycan  torpağı  olmasını  elmi  əsaslarla  sübuta 
yetirmişdir. 
203 


NƏTICƏ
 
Azərbaycan Respublikası ərazisində aparılan arxeoloji 
tədqiqat işləri nəticəsində qədim insanın meydana çıxması və 
formalaşması  tarixini  tədqiq  etmək  üçün  zəngin  elmi 
materiallar  və  maddi  mədəniyyət  nümunələri  toplanmışdır. 
Aşkar olunmuş elmi materiallar,əsasında Azərbaycanın uzaq 
keçmişinin  tarixi,  insanlığın  ilkin  çağları  və  ulu  sakinlərin 
maddi  mədəniyyət  qalıqlarının  xüsusiyyətləri  öyrənilir  və 
tədqiq  olunur.  Maraqlıdır  ki,  son  40-50  il  ərzində  əldə 
edilmiş arxeoloji materiallar əsasında Azərbaycanda ibtidai 
insanların  2  milyon  il  bundan  əvvəl  yaşamağa  başlamaları 
elmi  əsaslarla  sübuta  yetirilmişdir.  Halbuki,  1950-ci  illərin 
əvvəllərinə  qədər  respublikamızın  ərazisində  qədim  insan 
düşərgələrinin  olmadığı  və  burada  ibtidai  adamların 
yaşamadılqları  göstərilirdi.  Lakin  son  illərdə  Azərbaycan 
alimlərinin apardıqları arxeoloji tədqiqatlar bu fikrin yanlış, 
əsassız  olduğunu  göstərdi  və  respublikamızın  ərazisinin  də 
insanın yarandığı və formalaşdığı ərazilərdən biri olduğunu 
elmi  materiallarla  sübuta  yetirildi.  Eyni  zamanda 
Azərbaycanda  sivilizasiyanın  özünəməxsus  xüsusiyyətləri 
olduğuna  və  bunun  əsasında  ölkəmizdə  və  Yaxın  Şərq 
ərazisində  ən  qədim  arxeoloji  mədəniyyətin  müəyyən 
olunmasına  şərait  yarandı.  Bu  qədim  mədəniyyət  tarixə 
Quruçay mədəniyyəti kimi daxil olmuşdur. Hazırda Quruçay 
mədəniyyətinin  maddi  mədəniyyət  nümunələri  əsasında 
Azərbaycanda bəşər tarixinin uzaq keçmişi tədqiq olunur. 
Aparılan  kompleks  elmi  tədqiqat  işləri  nəticəsində 
məlum  olunmuşdur  ki,  bəşəriyyət  tarixində  hər  şey  gəl- 
di-gedərdir.  Nə  şahlar  qalıb,  nə  də  onların  taxt-tacı,  hamısı 
viran olub gedib. Ancaq insan tarixi ilə bağlı olan ilk əmək 
aləti,  əl  çapacağı,  daşdan  hazırlanmış  ox  uduqları,  daş 
heykəllər, kaman, ilk incəsənət nümunə 
204 


ləri, qala divarları, şəhər xarabalıqları bu günümüzədək gəlib 
çatmışdır. Məhz alimlərimiz bu gün onları araşdırır, keçmiş 
tariximizi  göz  önündə  canlandıraraq  onu  oxumağa  başlayır 
və bunların əsasında uzaq keçmişimiz yazılır. 
Arxeoloji 
tədqiqatlar 
zamanı 
tapılmış 
maddi 
mədəniyyət  qalıqları  tarixin  güzgüsüdür.  Ancaq  bu  güzgü 
vasitəsilə qədim tariximiz müşahidə və tədqiq olunur. 
Azərbaycan  Respublikası  ərazisində  son  50  ildə 
aparılan  arxeoloji  tədqiqatlar  nəticəsində  Qazax,  Tovuz, 
Füzuli,  Şuşa,  Lerik,  Masallı,  Şərur,  Yardımlı  və  Kəlbəcər 
bölgələrində  qədim  insan  düşərgələri  aşkar  olunmuşdur. 
Qeyd olunan rayonların ərazisində aşkar edilmiş düşərgədən 
tapılmış maddi mədəniyyət nümunələri əsasında Azərbaycan 
ərazisində nəinki ibtidai insanların yaşaması isbat olunmuş, 
hətta  respublikamızın  ərazisində  ən  qədim  insanların  uzun 
müddət  məskən  salıb  formalaşması  üçün  əlverişli  təbii 
coğrafi şəraitin olması elmi əsaslarla sübuta yetirilmişdir. 
Azərbaycan  alimlərinin  Azıx  və  Tağlar  qədim  insan 
düşərgələrində  apardıqları  elmi  tədqiqat  işləri  nəticəsində 
tapılmış  maddi  mədəniyyət  nümunələri  artıq  ümumdünya 
şöhrəti  qazanmışdır.  Təsadüfi  deyildir  ki,  1981-ci  İdə 
Fransanın «İnsan» muzeyində təşkil edilmiş «Avropanın ilk 
sakinləri» adlı sərgidə Azıx və Tağlar düşərgəsinin arxeoloji 
tapıntıları üçün ayrıca guşə ayrılmışdır. Fransız alimlərindən 
A.Lümley,  Kombiye,  Labeyri  və  başqaları  Azərbaycanda 
aparılan arxeoloji tədqiqat işlərinə yüksək qiymət vermiş və 
bu  tapıntıların  insanın  formalaşmasında  və  sonrakı  inkişaf 
mərhələlərinin tədqiqində mühüm elmi əhəmiyyəti olduğunu 
qeyd  etmişdir.  Hazırda  Azərbaycan  ərazisi  ən  qədim 
mədəniyyət mərkəzlərindən biri hesab olunur. 
Hazırda 
Azərbaycan 
ərazisindəki 
paleolit 
düşərgələrindən  aşkar  olunmuş  maddi  mədəniyyət 
qalıqlarının  tədqiqi  beynəlxalq  xarakter  almışdır.  Çünki 
həmin elmi 
205 


materiallar bəşər sivilizasiyasının tarixi inkişafını öyrənmək 
üçün  mühüm  elmi  əhəmiyyətə  malikdir.  Məhz  bunu  əsas 
tutan  Azərbaycan,  Fransa,  İtaliya,  İspaniya,  Hollandiya, 
Rusiya  və  Gürcüstan  alimləri  beynəlxalq  İNTAS-2000  adlı 
proqram  hazırlanmış  və  onun  elmi  tədqiqinə  başlamışlar. 
Həmin  proqrama  uyğun  olaraq  2001-2005-ci  illərdə 
Qafqazın  və  Avropanın  mustye  mədəniyyətləri  üzrə  elmi 
tədqiqat işləri aparıacaqdır. Son 50 ildə Azərbaycan, Qafraz, 
Fransa, İatliya, İspaniya, Rusiya ərazilərində aşkar olunmuş 
maddi mədəniyyət qalıqları tədqiq olunacaq və alınmış elmi 
nəticələr  çap  ediləcəkdir.  Proqrama  uyğun  olaraq  Əsədulla 
Cəfərov  2001-ci  ilin  iyul  və  2003-cü  ilin  fevral-mart 
aylarında Fransanın Paris, Nis, Kənson, Perpinyan və Totavel 
şəhərlərinin  elmi  laboratoriya  və  muzeylərində  fransız 
alimləri  ilə  birlikdə  elmi  tədqiqat  işləri  aparmışdır.  Azıx, 
Tağlar,  Qobustan  və  başqa  tarixi  abidələr  bəşər 
sivilizasiyasını özündə əks etdirən düşərgələrdəndir. 
Qədim  Daş  dövründən  başlayaraq  formalaşan  insanlar 
yaşamaq  uğrunda  mübarizə  aparmış,  təbiətin  azğın 
qüvvələrinə  sinə  gərmiş,  təbiətin  sirlərini  dərk  etməyə 
başlamış,  bəşəriyyətin  maddi  və  mənəvi  nemətlərini 
yaratmışlar.  İlk  kobud  çapma  aləti  ilə  əmək  fəaliyyətinə 
başlayan  insan,  zaman  keçdikcə  əmək  alətlərini 
təkmilləşdirmiş,  sonralar  ox,  kaman  ixtira  etmiş,  qala 
divarları, minarələr, şəhərlər salmışdır. 
Hazırda  bəşəriyyətin  ilk  sakinlərinin  uzaq  keçmişi 
haqqında əldə olunmuş maddi mədəniyyət qalıqları əsasında 
onların  ilk  əmək  fəaliyyətinə  başladığı  tarix  6  milyon  il 
bundan əvvəldən hesablanır. 
Aparılan  arxeoloji  tədqiqatlar  göstərir  ki,  Mustye 
mədəniyyətinin  sonlarından  başlayaraq,  yəni  35-33  min  il 
bundan əvvəl ulu sakinlər mağaralardan başqa, açıq yaşayış 
məskənlərində də yaşamağa başlamışlar. Xüsusilə, orta Daş 
dövründən  (Mezolit)  daha  geniş  sahələrdə  məskunlaşmağa 
başlamışlar. Qobustandan, Naxçıvan 
206 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə