ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.

səhifə7/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   66

Bütün  hazırlıq  işləri  görüldükdən  sonra  axşam 
yeməyinə başladılar. 
Ertəsi gün düşərgə sakinləri yenidən ova getməyi qərara 
aldılar. Çünki ov etmək üçün münasib alətlər hazırlanmışdı, 
həm  də  qışa  hazırlıq  görmək  lazım  idi.  Bu  dəfə  qışın  sərt 
olacağı gözlənilirdi. Düşərgədə olan 16 nəfərdən 9 nəfəri bu 
gün  ova  gedəcəyini  bildirdi.  Qalanları  isə  düşərgədə  qalıb 
başqa təsərrüfat işləri ilə məşğul olmalı idilər. 
Bu  dəfə  Araz  dərəsində  ov  etmək  qərarına  gəldilər. 
Çünki  burada  ov  etmək  üçün  əlverişli  şərait  var  idi.  Eyni 
zamanda qədim insanların bir qrupu buradan alət hazırlamaq 
üçün daş toplayarkən bir sürü mağara ayısı görmüşdülər. Bu 
dəfə  bir  neçə  mağara  ayısı  ovlamaq  lazım  idi.  3  yerə 
ayrıldılar.  Ətrafda  3  mağara  ayısı  görünürdü.  Onları  Araz 
dərəsinin  sıldırım  yerinə  qovmağa  başladılar.  Bu  zaman 
ayıların ikisi yıxıldı, biri isə başqa tərəfə qaçdı. Yerə yıxılmış 
ayılara  iri  daşlarla  zərbələr  endirdilər.  Beləliklə,  ovçular 
öldürdükləri  2  mağar  ayısını  ayrı-ayrı  hissələrə  bölməyə 
başladılar  ki.  Günəşli  düşərgəsinə  aparmaq  rahat  olsun. 
Sonra  hərəsi  bir  hissə  götürüb  düşərgəyə  yollandılar.  Yol 
boyu  bugünkü  ovun  olduqca  yaxşı  keçdiyindən  danışdılar. 
Birdən  qaya  sığınacağına  söykənmiş  mağara  ayısı  diqqəti 
cəlb  etdi.  Ovçular  bu  ayını  da  ovlamağı  qərara  aldılar. 
Qayanın  yuxarı  hissəsinə  qalxıb  iri  qaya  daşları  ilə  ayıya 
zərbələr endirməyə başladılar. Beləliklə, III mağara ayısı da 
ovlanmışdı.  Sonuncunu  da  ayrı-ayrı  hissələrə  bölüb, 
düşərgəyə yollandılar... 
Günəşli 
düşərgəsində 
qalanlar 
əmək 
alətləri 
hazırlamaqla məşğul idilər. Birdən onlardan birinin diqqətini 
kənara  tullanmış  heyvan  sümükləri  cəlb  etdi.  Xeyli 
fikirləşdikdən sonra qədim insan sümükdən alət hazırlamaq 
qərarına gəldi. Bunun üçün o, iri bud sümüyü götürdü və onu 
daş alətlə yonmağa başladı. Həmin sümüyün aşağı hissəsini 
iti formaya salıb, ondan istifa 
23 


də  etməyə  başladı.  Bu  hadisə  ibtidai  insanların  həyatında 
yeni mərhələnin başlanmasına səbəb oldu. İndi artıq ibtidai 
insanlar  ovlanmış  heyvanların  sümüklərindən  hazırlanmış 
alətlərin  meydana  çıxması  qədim  əcdadlarımızın  həyatında 
mühüm rol oynamış oldu. Bu tarixi hadisə 250 min il bundan 
əvvəl  baş  vermişdi.  Yəni  ilk  dəfə  olaraq  qədim  insanlar 
sümükdən  alət  hazırlamağa  250  min  il  bundan  əvvəl 
başlamışlar.  İlk  zamanlar  qədim  insanların  sümükdən 
hazırladıqları  alətlər  olduqca  kobud  və  primitiv  olmuşdur. 
Lakin sonralar sümükdən hazırlanmış alətlər təkmilləşməyə 
başlamış  və  yeni-yeni  alətlərin  meydana  çıxmasına  səbəb 
olmuşdur.  Bu  proses  insan  beynin,,  təfəkkürünün  inkişaf 
etməsi  ilə  əlaqədar  idi.  Qədim  ulu  babalarımızın  inkişaf 
prosesi onların hazırladıqları əmək alətlərində cəmləşmişdi. 
Əmək alətləri öz-özlüyündə inkişaf edə bilməzdi. Bu, məhz 
insan  beyninin,  təfəkkürünün  və  təcrübəsinin  inkişafı  ilə 
əlaqədar idi. 
Aparılan elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur 
ki,  bəşəriyyətin  ilkin  çağlarında  ulu  sakinlərin  əsas  əmək 
alətləri  daş  və  sümüklərdən  hazırlanmışdır.  Bunların 
meydana  çıxmasının  ibtidai  sakinlərin  inkişaf  prosesində 
mühüm  əhəmiyyəti  olmuşdur.  Yazılı  mənbəsi  olmayan  bir 
dövrün  tarixi  məhz  daş  və  sümükdən  hazırlanmış  alətlər 
vasitəsilə  öyrənilir  və  tədqiq  olunur.  Ona  görə  də 
bəşəriyyətin  səhəri  ibtidai  sakinlərin  ilk  əmək  aləti 
hazırlamasından başlanmışdır. Maraqlıdır ki, ibtidai adamlar 
çay daşlarından və sümükdən hazırladıqları alətlərlə yanaşı 
ağac  süngülərdən  də  istifadə  etmişlər.  Lakin  ağacdan 
hazırlanmış alətlər tez sıradan çıxdığından qədim vaxtlardan 
bu günə qədər gəlib çatmamışdır. 
Elmi  araşdırmalar  nəticəsində  məlum  olmuşdur  ki, 
insanlığın ilk çağlarından bu günə qədər bəşər tarixi müxtəlif 
inkişaf mərhələlərindən keçmişdir. 
24 


Bəşəriyyətin  keçdiyi  inkişaf  tarixi  ayrı-ayrı  arxeoloji 
mədəniyyətlərə  ayrılıb  və  bu  əsasda  tədqiq  olunmaqdadır. 
Aparılan  elmi  tədqiqatlar  zamanı  bəşəriyyətin  keçdiyi 
Olduvay,  Quruçay,  Aşel,  Mustye,  Solyutre,  Madlen, 
Mezolit,  Neolit,  Eneolit,  Tunc  və  başqa  inkişaf 
mədəniyyətləri müəyyən olunmuşdur. 
25 


OLDUVAY MƏDƏNİYYƏTİ 
Son 20-25 ildə dünyanın müxtəlif ölkələrində aparılan 
arxeoloji  tədqiqatlar  nəticəsində  insanlığın  formalaşması 
mərhələlərinə aid zəngin elmi materiallar aşkar olunmuşdur. 
Əvvəllər  ilk  ibtidai  insanın  800  min  il  bundan  əvvəl  çay 
daşından  əmək  alətləri  hazırlamaları  göstərilirdi.  Məhz  bu 
son elmi materialların təhlili nəticəsində ən qədim insanların 
çay  daşlarından  ilk  dəfə  olaraq  3  milyon  il  bundan  əvvəl 
əmək  alətləri  hazırlamağa  başlamaları  müəyyən  edilmişdi. 
Bunu tapılan zəngin maddi mədəniyyət nümunələri də sübut 
etmişdir.  Hazırda  ən  qədim  ibtidai  insan  uzun  müddət 
deyildiyi  kimi  İndoneziyanın  Yava  adasından  tapılmış 
pitekan- trop deyil, Şərqi Afrika ərazisindən aşkar olunmuş 
Homo  habilis  hesab  olunur.  Eyni  zamanda  əgər  pite- 
kantropun  yaşı  800  min  il  bundan  əvvəldən  hesab 
olunurdusa,  Homo  habilis  tipli  ibtidai  adamların,  2,6-3 
milyon  il  bundan  əvvəl  yaşaması  müəyyən  olunmuşdur. 
Məhz  bu  elmi  materialların  tədqiqi  nəticəsində  ən  qədim 
ibtidai  insanların  çay  daşlarından  ilk  dəfə  əmək  alətləri 
hazırlamağa  başladığı  dövr  3  milyon  il  bundan  əvvələ  aid 
edilir. Bu baxımdan Şərqi Afrikanın Tanzaniya, Efiopiya və 
başqa  ərazilərində  aparılan  arxeoloji  tədqiqat  işləri  xüsusi 
maraq doğurur. 
Hazırda 
dünyanın 
ən 
qədim 
ibtidai 
insan 
məskənlərindən  biri  Olduvay  düşərgəsi  hesab  olunur. 
Olduvay  abidəsi  Şərqi  Afrikada,  Tanzaniyanın  şimalında, 
Eyasi  gölündən  36  km  şimal-şərqdə  yerləşir.  Olduvay 
möhtəşəm  dərədən  ibarətdir.  Burada  hələ  1911-ci  ildə 
heyvan  sümükləri  aşkar  olunmuşdur.  Olduvay  dərəsində 
aparılan elmi axtarışlar zamanı qədim daş dövrünün müxtəlif 
mərhələlərinə  aid  arxeoloji  təbəqələr  və  daş  alətləri 
tapılmışdır.  Olduvay  dərəsində  arxeoloji  qazıntı  işləri 
1931-ci  ildən  başlayaraq  Luis  Liki  tərəfindən  aparılmışdır. 
Onun burada apardığı arxeoloji tədqiqat işlə 
26 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə