ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə8/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   4   5   6   7   8   9   10   11   ...   66

ri nəticəsində paleolit dövrünün müxtəlif mərhələlərinə aid 
maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. 
L.
 
Likinin  vəfatından  sonra  Olduvay  dərəsində  aparılan 
arxeoloji  qazıntı  işlərinə  onun  arvadı  Meri  Liki  rəhbərlik 
etmişdir.  Olduvay  dərəsində  arxeoloji  qazıntı  işlərini 
1931-1960-cı  illərdə  L.Liki  və  M.Liki  aparmışlar.  Sonralar 
abidədə  arxeoloji  tədqiqat  işlərini onların oğlu  Riçard  Liki 
müvəffəqiyyətlə davam  etdirmişdir. Məhz onların Olduvay 
dərəsində  apardıqları  arxeoloji  qazıntı  işləri  nəticəsində 
aşkar  olunmuş  ən  qədim  daş  alətlər  əsasında  ibtidai 
insanların  ilk  dəfə  3  milyon  il  bundan  əvvəl  əmək  alətləri 
hazırlamağa başlamalı müəyyən olunmuşdur. 
Olduvay  düşərgəsində  aparılan  arxeoloji  tədqiqatlar 
nəticəsində  ən  mühüm  tapıntılar  1959-1963  və  1972-  ci 
illərdə  əldə  olunmuşdur.  Düşərgənin  alt  təbəqəsində  (2 
milyondan  artıq  yaşı  olan  təbəqədə)  4  meymunabən-  zər 
insanın  (Homo  habilis  -  prezincantrop)  sümükləri  aşkar 
olunmuşdur.  Homo  habilis-in  beyin  tutumu  652  sm^-dir. 
Olduvay düşərgəsində eyni zamanda avstralo- pitekin kəlləsi 
tapılmışdır.  Həmin  tapıntıya  Zincantrop  adı  verilmişdir. 
Maraqlıdır ki, 1960-cı ildə və daha sonrakı illərdə Olduvay 
düşərgəsinin ən qədim təbəqələr qatında daha bir neçə insan 
sümüyü  tapılmışdır.  Bunlar  zincantropa  nisbətən  daha 
inkişaf  etmiş  insan  sümükləridir.  Olduvay  düşərgəsinin  1 
təbəqə  qatında  olan  ibtidai  adam  qalıqlarına  Homo  habilis 
adı verilmişdir. Hazırda bütün mütəxəssislər Homo habilisi 
ən  qədim  ibtidai  insan  hesab  edirlər.  Maraqlıdır  ki,  Homo 
habilislə-  rin  1,7-1,8  milyon  il  bundan  əvvəl  Olduvay 
dərəsində  yaşaması  müəyyən  olunmuşdur.  Eyni  zamanda 
elmi  tədqiqatlar  zamanı  müəyyən  edilmişdir  ki,  Homo 
habilis tipli ibtidai insanların Olduvay düşərgəsində yaşama 
müddətləri 50-100 min il olmuşdur. Bu müddətdən sonra isə 
onları  başqa  inkişaf  etmiş  ibtidai  insanlar  əvəz  etmişdir. 
Dediklərimizi düşərgənin II təbəqə qatında 
27 


tapılmış  Olduvay  pitikantropu  təsdiq  edir.  Olduvay  pi- 
tikantropu  Yava  adasından  aşkar  olunmuş  pitikantro-  pa 
yaxındır. 
Tədqiqatlar  zamanı  Homo  habilisin  ikiayaqlı  və 
boyunun 122-140 sm olması müəyyən olunmuşdur. 
Olduvay  düşərgəsində  aparılan  elmi  tədqiqatlar 
nəticəsində ən aşağı təbəqədə çox primitiv daş alətlər aşkar 
olunmuşdur.  Düşərgənin  ən  qədim  təbəqəsində  tapılmış 
maddi  mədəniyyət  qalıqları  əsasında  yeni  arxeoloji 
mədəniyyət  müəyyənləşdirilmişdir.  Həmin  mədəniyyət 
tarixə Olduvay mədəniyyəti kimi daxil olmuşdur. 
Olduvay  dərəsində  aparılan  arxeoloji  tədqiqat  işləri 
beynəlxalq xarakter almışdır. Burada aparılan elmi tədqiqat 
işlərində  müxtəlif  ölkələrin  arxeoloqları  ilə  yanaşı 
antropoloqlar,  geoloqlar  iştirak  edirdilər.  Son  illərdə 
Olduvay  mədəniyyətinə  aid  maddi  mədəniyyət  qalıqları 
Keniya və Efiopiya ərazilərində də aşkar olunmuşdur. 
Olduvay  düşərgəsində  aparılan tədqiqatlar zamanı  beş 
təbəqə qatı müəyyən edilmişdir: 
1.
 
Paleolitin  Olduvay  mərhələsinə  aid  olan  təbəqələr 
qatının qalınlığı 40 metrə yaxındır. Çöküntünin içərisində bir 
neçə mədəni laylar qeydə alınmışdır. 
2.
 
Bu qatın qalınlığı 20-30 metrədən ibarət olub bir neçə 
mədəni  laydan  təşkil  olunmuşdur.  Qatın  aşağı  hissəsində 
Olduvay  mədəniyyətinə  aid,  üst  hissəsində  isə  qədim  Aşel 
dövrünə aid maddi mədəniyyət qalıqları aşkar olunmuşdur. 
3.
 
Qalınlığı  10-15  metrdən  ibarət  olan  təbəqə  qatı. 
Burada  arxeoloji  tapıntılar  olduqca  azdır.  Tək-tək  qeydə 
alınan arxeoloji tapıntılar Aşel dövrünə aiddir. 
4.
 
Bu  qatda  orta  və  son  Aşel  dövrünə  aid  arxeoloji 
tapıntılar  qeydə  alınmışdır.  Qatın  qalınlığı  45  metrə  qə- 
dərdir. 
28 


5.
 
Burada  üst  Paleolit  dövrünə  aid  maddi  mədəniyyət 
qalıqları aşkar olunmuşdur. 
Arxeologiya  elmində  mühüm  yeniliklərə  səbəb  olan 
tapıntılar  Olduvay  düşərgəsinin  I  və  II  qatlarında  aşkar 
edilmişdir. Olduvay düşərgəsinin I qatında 1959-cu ildə Luis 
və Meri Likilər tərəfindən kəllə tapılmışdır. Kəllə ilə birlikdə 
çox bəsit hazırlanmış daş alətlər də aşkar olunmuşdur. Yeni 
tapılmış  kəlləyə  «Zincantrop»  adı  verilmişdir.  1960-cı  ildə 
yeni Olduvay düşərgəsinin I qatında Zincantropdan daha çox 
inkişaf etmiş sümük qalıqları tapılmışdır. 
Laboratoriya  şəraitində  aparılan  tədqiqat  işləri 
nəticəsində  Olduvay  düşərgəsinin  I  qatının  mütləq  yaşı 
1,7-1,8 milyon il müəyyən olunmuşdur. 
1960-cı  illərin  sonu,  1970-ci  illərin  əvvəllərində 
Olduvay  düşərgəsində,  Keniya  və  Efiopiya  ərazilərində 
beynəlxalq ekspedisiya elmi tədqiqat işləri aparmış, burada 
arxeoloqlar,  antropoloqlar  və  paleontoloqlar,  habelə 
dünyanın  ən  görkəmli  alimlərindən  K.Arambur,  İ.Koppen, 
F.K.Hauell,  R.Liki  və  başqaları  iştirak  etmişlər.  Aparılan 
elmi axtarış işləri nəticəsində insanlığın uzaq keçmişinə aid 
çoxlu maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. 
1970-
 
ci  ildə  Keniya  ərazisində  aparılan  arxeoloji 
tədqiqat işləri nəticəsində Koobi For düşərgəsində Olduvay 
mədəniyyətinə  aid  daş  alətlər  və  mədəni  təbəqə  qeydə 
alınmışdır.  Laboratoriya  şəraitində  aparılan  tədqiqatlar 
nəticəsində Koobi For düşərgəsinin mütləq yaşı 2,6 milyon il 
müəyyən olunmuşdur. 
Efiopiya  ərazisində  Omo  çayı  sahillərində  aparılan 
arxeoloji tədqiqat işləri zamanı Olduvay mədəniyyətinə aid 
daş alətlər tapılmışdır. 
Olduvay düşərgəsinin I və II qatında aparılan arxeoloji 
tədqiqatlar  nəticəsində  çoxlu  daş  alətlər  aşkar  edilmişdir. 
Həmin daş alətlər Meri  Liki tərəfindən çox diqqətlə tədqiq 
olunmuş və həmin materiallar çap 
29 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə