ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə9/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   5   6   7   8   9   10   11   12   ...   66

edilmişdir.  Aşkar  olunmuş  daş  alətlər  əsasında  Olduvay 
mədəniyyəti  haqqında  müəyyən  fikirlər  söyləməyə  imkan 
yaranmışdır. 
Olduvay düşərgəsinin I və II qatında aşkar olunmuş daş 
alətlər  hazırlanma  texnikasına  və  tipologiyasına  görə 
bir-birlərinə  olduqca  yaxındır.  Bu  göstərir  ki,  lap  qədim 
zamanlarda  daş  alətlərin  inkişafı  olduqca  ləng  getmişdir. 
Ona  görə  də  uzun  müddət  alətlərin  inkişaf  texnikası  və 
tipologiyası dəyişməz qalmışdı. 
Olduvay düşərgəsinin I və II qatlarında aşkar olunmuş 
daş  məmulatının  sayı  6  minə  yaxındır.  Daş  məmulatı 
içərisində  əmək  alətləri,  qəlpələr,  nüvələr,  istehsal 
tullantıları çoxluq təşkil edir. 
Maraqlıdır ki,  bütün  məmulatının  9%-ni  əmək alətləri 
təşkil edir. Eyni zamanda əmək alətlərinin də 70%-ni çopper 
və  çoppinq  tipli  alətlər  təşkil  edir.  Çop-  per  və  çoppinq 
ingilis  sözü  olub  kobud  çapma  alətləri  deməkdir.  Məhz 
insanlığın ilk mərhələsində ibtidai insanların ilk əmək aləti 
kobud çapma alətlərindən ibarət olmuşdur. 
Olduvay  düşərgəsinin  I  və  II  qatlarında  aparılan 
arxeoloji  tədqiqatlar  nəticəsində  aşkar  olunmuş  maddi 
mədəniyyət qalıqları əsasında yeni bir arxeoloji mədəniyyət
Olduvay  mədəniyyəti  müəyyən  edilmişdir.  Eyni  zamanda 
ibtidai  insanların  ilk  əmək  alətlər  hazırlamağa  başladığı 
tarixin yaşı 2,6-3 milyon ilə bərabər olmuşdur. 
Şərqi  Afrika  ərazisində  aşkar  olunmuş  ən  qədim 
mədəniyyət  izləri  arxeologiya  elmini  təzələmiş  və 
bəşəriyyətin  tarixinə  yeni  səhifələr  yazmağa  imkan 
vermişdir. 
Olduvay  qədim  insan  düşərgəsinin  III-V  qatlarında 
aparılan arxeoloji tədqiqatlar zamanı paleolitin qədim, orta, 
son  Aşel,  Mustye  dövrlərinə  aid  maddi  mədəniyyət 
nümunələri aşkar olunmuşdur. 
30 


Olduvay  qədim  insan  düşərgəsi  insanlığın  ilk 
mərhələsini  tədqiq  etmək  üçün  zəngin  olan  tarixi  bir 
abidədir.  Əlbəttə,  bu  zənginliyi  qorumaq  və  tədqiq  etmək, 
gələcək nəsillərə çatdırmaq hazırkı dövrdə bütün tədqiqatçı 
alimlərin müqəddəs borcudur. 
31 


AZƏRBAYCANIN İLK SAKİNLƏRİ, 
QURUÇAY MƏDƏNİYYƏTİ 
Respublikamızın  ərazisində  ibtidai  insanların  nə 
vaxtdan  yaşamağa  başlaması,  onların  ilk  yaşayış 
düşərgələrinin  hansı  rayonların  ərazisində  olması  uzun 
müddət tarixçi alimləri və arxeoloqları düşündürmüşdür. Bu 
dövrün tədqiq olunması sahəsində uzun müddət gərgin elmi 
axtarışlar  aparılmışsa  da,  nədənsə  səmərəli  nəticəsi 
olmamışdır.  Hətta  Azərbaycan  ərazisində  ibtidai  insanların 
yaşamadığını söyləyən alimlər də var idi. 1881-ci ildə Tiflis 
şəhərində  olmuş  V  arxeoloji  qurultayda  Zaqafqaziya 
ərazisində  və  o  cümlədən  Azərbaycanda  ibtidai  insanların 
yaşamadığı  və  bu  ərazilərdə  qədim  insan  düşərgələrinin 
olmadığı  barədə  qərar  çıxarılmışdı.  Uzun  müddət  bu  qərar 
qüvvədə qalmışdı. Hətta 1953-cü ilədək Azərbaycan tarixinə 
aid  yazılmış  bəzi  əsərlərdə  bu  qərarın  düzgün  olduğunu 
söyləyən alimlər də var idi. 
Tarixi mənbələrdən, coğrafi və geoloji ədəbiyyatlardan 
məlumdur ki, Azərbaycanın ərazisi lap qədim zamanlardan 
ibtidai  insanların  yaşaması  üçün  olduqca  əlverişli  təbii 
coğrafi  şəraitə  malik  olmuşdur.  Ona  görə  də  yazılı 
mənbələrin olmadığı bir dövrdə bu diyarda ibtidai insanların 
yaşayış  tərzini  öyrənmək  daha  maraqlı  və  əhəmiyyətli  idi. 
Bunun üçün bərəkətli topağı- mızı, onu dağlarını, təpələrini, 
çay  vadilərini  qarış-qarış  gəzib  tədqiqat  işləri  aparmaq 
lazımdı. Torpaq üzərində olan hər bir daşa, saxsı parçasına, 
küp  qırğına  diqqət  yetirmək,  təpələrə,  kurqanlara,  xaraba 
qalmış  şəhər  yerlərinə,  qala  divarlarına,  çay  terraslarına 
səyahət etmək və arxeoloji kəşfiyyat işləri aparmaq lazım idi. 
İnsanlığın  uzaq  keçmişinin  tədqiq  olunub  öyrənilməsi 
çox  da  asan  deyildi.  Bunun  üçün  zəhmət  çəkmək,  gecəni 
gündüzə qatıb Azərbaycan ərazisinə səyahətə çıxmaq, tarixi, 
geologiyanı, coğrafiyanı, botanikanı, 
32 


zoologiyanı və başqa elm sahələrini mütləq bilmək vacib idi. 
Bəzən isə təbiətin şıltaqlığına dözərək son məqsədə çatmaq 
üçün zəngin təcrübə toplamaq və nəhayət müəyyən müddət 
çöl  şəraitində  işləməyə  alışmaq  lazım  gəlirdi.  Lakin  ana 
təbiət arxeoloqa öz sirrini heç də asanlıqla açmır. Bəzən aylar 
və  hətta  illərlə  aparılan  elmi  axtarış  işləri  heç  bir  səmərə 
vermir,  qazılan  terras-  dan,  mağaradan,  nekropoldan,  şəhər 
xarabalıqlarından  əsaslı  bir  tapıntı  əldə  edilmir.  Bəs  nə 
etməli?  Əlbəttə,  bunun  üçün  arxeoloq  heç  də  ruhdan 
düşməməli,  çoxlu  ədəbiyyat  oxumalı,  dərin  müşahidələr 
aparmalıdır. 
Maraqlıdır ki, arxeologiya elminin möcüzələri çoxdur. 
Bu möcüzələri açmaq, öyrənmək, tədqiq etmək heç də bütün 
arxeoloqlara  nəsib  olmur.  Bəzən  saysız-  hesabsız  qazıntı 
işləri  belə  heç  bir  elmi  nəticə  vermir.  Bəzən  isə  adi  bir 
təsadüfi tapıntı mühüm bir elmi yeniliyə səbəb olur və uzun 
illərdən bəri bizi düşündürən problemin həllinə səbəb olur. 
Azərbaycanın ərazisini qarış-qarış gəzdikcə bölgələrdə 
olan tarixi, arxeoloji və memarlıq abidələri diqqəti cəlb edir. 
Yerli  əhali  arasında  bu  abidələr  haqqında  çoxlu  rəvayət  və 
bəzən də əfsanələr söylənilir. Bəzən arxeoloqların apardıqları 
tədqiqat  işləri  zamanı  qaya  üzərinə  həkk  olunmuş 
mərasimlərin,  şəhər  xarabalıqlarının,  qalaların  naməlum 
sirlərini  açmaqda  bu  rəvayət  və  əfsanələrin  mühüm 
əhəmiyyəti  olur,  bunların  insan  əməyinin,  təfəkkürünün  və 
fəaliyyətinin məhsulu olduğunu göstərir. 
1950-ci  illərin  əvvəllərində  Azərbaycanın  uzaq 
keçmişini  öyrənmək  marağı  bir  qədər  də  artdı  və 
respublikamızın  ayrı-ayrı  rayonlarına  yeni-yeni  arxeoloji 
ekspedisiyalar  göndərildi. Bütün  arxeoloji  abidələr diqqətlə 
nəzərdən  keçirildi,  elm  aləminə  məlum  olmayan  yeni-yeni 
düşərgələr  aşkar  edilib  tədqiq  olunmağa  başlandı. 
Azərbaycanın ilk sakinləri haqqında isə hələlik bir nəticə əldə 
etmək mümkün olmurdu. Lakin bu heç 
33 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə