1. Ana dili tədrisi 1830-1920-ci illərdə
Ana dili təlimi problemi XIX əsrin 30-cu illərindən Azərbaycan
pedaqoq alimlərinin əsərlərində öz əksini tapmış, əsrin ikinci yarı-
sında daha geniş vüsət almışdır. A.A.Bakıxanov, M.Ş.Vazeh,
M.Kazım bəy, L.M.Lazarev, L.Z.Budaqov və başqaları ana dilini
öyrətməyin zəruriliyini dönə-dönə göstərmiş, bu dildə uşaqların
nitq və təfəkkürünü inkişaf etdirməyi məsləhət bilmişlər. Ana dili
təlimində əyani vəsaitlərin, müəllimin iş metodlarının rolu məsələsi
xüsusi qeyd olunmuşdur. Azərbaycan dili tədrisinin ilk tədqiqatçısı
və bu haqda elmi fıkir söyləyən professor Mirzə Kazım bəydir. O,
1839-cu ildə ―Qrammatika turetsko-tatarskoqo yazıka‖ kitabında
Azərbaycan dilinin morfologiya və sintaksis bölmələrinin öyrədil-
məsinin ümumi məsələlərindən bəhs etmişdir. Onun davamçıların-
dan P.M.Budaqov ―Praktiçeskoye rukovodstvo turetsko-tatarsko-
azerbaydjanskoqo nareçiya‖ (1857) adlı əsərində 20 dərs nümunəsi
vermiş və hər dərsin sonunda mətndə olan cümlələrin sintaktik xü-
susiyyətlərini izah etmişdir. M.Ə.Vəzirov ―Uçebnik tatarsko-azer-
baydjanskoqo nareçiya‖ (1861) əsərində M.Kazım bəyin qrammati-
kasında olan məlumatı sadə və asanlaşdırılmış şəkildə vermişdir.
1866-cı ildə L.M.Lazarev ―Türk dilinin müqayisəli müntəxəbatı‖
adlı dərsliyini Moskvada çap etdirmişdir. 1869-cu ildə L.Budaqov
|