Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə1/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
  1   2   3   4   5   6   7   8   9   ...   154


 

Agarəhim 

 

 



 

      


  

 

 



Əsərlər 

 

Ana dilinin tədrisi  

metodikası 

 (ibtidai siniflərdə) 

 

ХХ 

 

 

 

 

 

 

 

 

 

 

Bakı – 2015 


Ağarəhim                                                                                                     Əsərlər 

 



 

 

Bakı Qızlar Universitetinin Elmi Şurasında müzakirə edilərək 

bəyənilmişdir. 

 

 

Elmi redaktoru: 

A.N.Abbasov 

Pedaqoji elmlər doktoru, professor 

 

Rəyçilər: 

N.T.Məmmədov 

Filologiya elmləri doktoru, professor 

 

İ.H.Cəbrayılov 

Pedaqoji elmlər doktoru, professor 

 

 

Ağarəhim. Əsərlər. 20 cilddə. XX cild (Ana dilinin tədrisi me-

todikası (ibtidai siniflərdə)). Bakı, BQU nəşriyyatı, 2015, 470 s. 

 

 

―Ana dilinin  tədrisi  metodikası‖ kursu  Respublika ali pedaqoji 

təhsil müəssisələrinin pedaqoji fakültələrində ixtisas fənni kimi təd-

ris olunur. 



 

 

 

 

 

 

20

32



415

9952


415





XX

PP

SBN

                             BQU-2015

 



Ağarəhim                                                                                                     Əsərlər 

 



 

I FƏSİL 

ANA DİLİNİN TƏDRİSİNİN TARİXİNƏ DAİR 

 

Ana  dilinin  inkişafı  problemi  tarixən  mütəfəkkirləri,  yazıçı  və 



pedaqoqlarımızı  çox  düşündürmüşdür.  Vaxtilə  M.F.Axundov, 

H.B.Zərdabi,  S.Ə.Şirvani,  A.S.Mehdizadə,  M.Ə.Sabir,  C.Məm-

mədquluzadə və başqaları ana dilinə yüksək qiymət vermiş, bu dil-

də məktəb açmaq, yeni əlifba və dərsliklər hazırlamaq, ana dili təli-

mini inkişaf etdirmək haqqında fikirlər söyləmişlər. 

Ana dilinin tədrisi metodikasının tarixi iki mühüm dövrə ayrılır. 

 

1. Ana dili tədrisi 1830-1920-ci illərdə 

 

Ana dili təlimi problemi XIX əsrin 30-cu illərindən Azərbaycan 



pedaqoq alimlərinin əsərlərində öz əksini tapmış, əsrin ikinci  yarı-

sında  daha  geniş  vüsət  almışdır.  A.A.Bakıxanov,  M.Ş.Vazeh, 

M.Kazım  bəy,  L.M.Lazarev,  L.Z.Budaqov  və  başqaları  ana  dilini 

öyrətməyin  zəruriliyini  dönə-dönə  göstərmiş,  bu  dildə  uşaqların 

nitq  və  təfəkkürünü  inkişaf  etdirməyi  məsləhət  bilmişlər.  Ana  dili 

təlimində əyani vəsaitlərin, müəllimin iş metodlarının rolu məsələsi 

xüsusi qeyd olunmuşdur. Azərbaycan dili tədrisinin ilk tədqiqatçısı 

və bu haqda elmi fıkir söyləyən professor Mirzə Kazım bəydir. O, 

1839-cu  ildə  ―Qrammatika  turetsko-tatarskoqo  yazıka‖  kitabında 

Azərbaycan  dilinin  morfologiya  və  sintaksis  bölmələrinin  öyrədil-

məsinin ümumi məsələlərindən bəhs etmişdir. Onun davamçıların-

dan  P.M.Budaqov  ―Praktiçeskoye  rukovodstvo  turetsko-tatarsko-

azerbaydjanskoqo nareçiya‖ (1857) adlı əsərində 20 dərs nümunəsi 

vermiş və hər dərsin sonunda mətndə olan cümlələrin sintaktik xü-

susiyyətlərini  izah  etmişdir.  M.Ə.Vəzirov  ―Uçebnik  tatarsko-azer-

baydjanskoqo nareçiya‖ (1861) əsərində M.Kazım bəyin qrammati-

kasında  olan  məlumatı  sadə  və  asanlaşdırılmış  şəkildə  vermişdir. 

1866-cı  ildə  L.M.Lazarev  ―Türk  dilinin  müqayisəli  müntəxəbatı‖ 

adlı dərsliyini Moskvada çap etdirmişdir. 1869-cu ildə L.Budaqov 



Ağarəhim                                                                                                     Əsərlər 

 



―Lüğəti-türki‖  adlı  əsərini  Peterburq  şəhərində  nəşr  etdirmişdir. 

Şübhəsiz, bu tədqiqatların hər biri XIX əsr Azərbaycan dili və onun 

tədrisinin inkişafı tarixi üçün yüksək qiymətləndirilməlidir. Bu təd-

qiqatlar ibtidai məktəbdə ana dili təlimi üzrə iş aparmağa müəyyən 

elmi əsaslar vermişdir. Bunlardan faydalanaraq A.O.Çernyayevski, 

R.Əfəndiyev, Q.R.Mirzəzadə və s. tərəfindən ibtidai siniflərdə ana 

dili  təlimi  üzrə  aparılan  işlər  bir  qədər  genişləndirilmiş  və  təkmil-

ləşdirilmişdir. 

XX  yüzilliyin  əvvəllərində  H.Qaradaği,  H.Mahmudbəyov, 

M.H.Rüşdiyyə və başqaları öz tədqiqatlarında kiçik yaşlı məktəbli-

lərə  cümlə  qurmaq,  cümləni  suallarla  genişləndirmək  və  başqaları 

ilə ünsiyyətdə olmaq bacarıqları aşılanmasından bəhs etmişlər. 

Bir sıra mənbələrə (arxiv materiallarına) görə Azərbaycanda ilk 

―Əlifba‖  dərsliyinin  müəllifı  M.F.Axundov  olmuşdur.  Təəssüf  ki, 

onun ―Əlifba‖ dərsliyinin yazılma tarixi və özü hələlik məlum de-

yildir. Qori Müəllimlər Seminariyasının Azərbaycan (tatar) şöbəsi-

nin inspektoru işləyən milliyyətcə rus olan, A.O.Çernyayevski qısa 

bir müddətdə ərəb əlifbasını öyrənmiş, sövti üsulla ―Vətən dili‖ adlı 

dərsliyini yazıb çap etdirmişdir. Bu kitab Azərbaycan uşaqları üçün 

ikinci ―Əlifba‖ dərsliyi olmuşdur. 

1882-ci  ildə  R.Əfəndiyev  müəllimi  A.O.Çernyayevskinin  hə-

min  kitabının  üzünü  daşa  basmasına  köçürmüşdür.  1888-ci  ildə 

A.O.Çernyayevski  S.Vəlibəyovla  birlikdə  ―Vətən  dili‖  kitabının 

ikinci hissəsini çap etdirmişdir. Onlar həmin kitabın giriş hissəsin-

də  bir  sıra  dil  materiallarının  öyrədilməsi  ilə  əlaqədar  tövsiyələr 

vermişlər. 

1899-cu  ildə  R.Əfəndiyev  ―Uşaq  bağçası‖  dərsliyini  çap  etdir-

mişdir.  Müəllif  bu  kitabda  Azərbaycan  dilinə  yaramayan,  ərəb 

məxrəci  ilə  tələffuz  olunan  səkkiz  ərəb  hərfini  əlifbadan  kənarlaş-

dırmışdır.  Nəticədə  32  hərfdən  24-nü  saxlamışdır.  Həmin  hərflər 

əsasında ―Uşaq bağçası‖ kitabında 24 dərs vermişdir. 

R.Əfəndiyevin  1901-ci  ildə  ikinci  dərsliyi  —  ―Bəsirət-ül-ətfal 

qiraət‖ kitabı nəşr edilmişdir. Beləliklə də Azərbaycan dilinin tədri-

si tarixində R.Əfəndiyevin öz xüsusi mövqeyi olmuşdur. 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə