Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə14/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   10   11   12   13   14   15   16   17   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

42 



günü və gələcəyi, yaratdığı xarüqələr, doğma təbiətimizin zənginli-

yi,  rəngarəngliyi  və  s.  əlaqədar  şagirdlərin  təsəvvürlərinin  zəngin-

ləşdirilməsi; 

— şagirdlərin türk dünyası, islam dəyərləri, Azərbaycan xalqı-

nın milli adət-ənənələri ruhunda tərbiyə edilməsi

— dövlətimizin sülh siyasəti, Azərbaycanda yaşayan kiçik xalq-

ların və etnik qrupların həmrəyliyi, dostluğu ideyalarının şagirdlərə 

çatdırılması və onlarda milli mənlik, millilikdən bəşəriliyə hissləri-

nin aşılanması; 

—  şagirdlərdə  müharibəyə  nifrət  hissi  aşılanması,  bolşevizm 

ideologiyasının çürüklüyünün dərk etdirilməsi

— şagirdlərə ana dilinin dərindən mənimsədilməsi, onun gözəl-

liyinin, böyük qüdrətinin dərk etdirilməsi, ondan zövq almaq qabi-

liyyətinin  formalaşdırılması,  nitq  və  təfəkkürlərinin  inkişaf  etdiril-

məsi; 

— şagirdlərdə Azərbaycan uşaq ədəbiyyatına maraq və məhəb-



bət hisslərinin tərbiyə olunması; 

— uşaqlarda əməyə, əmək adamlarına, müxtəlif sənət və peşə-

lərə rəğbət hissinin aşılanması və s. 

N.A.Korf,  V.İ.Şermetski,  V.A.Fyodorov,  N.Kulman,  E.A.Ada-

moviç,  N.P.Kononikin,  N.A.Şerbakov,  A.S.Abdullayev,  Y.Ş.Kəri-

mov,  M.M.Omorokova,  A.N.Rəhimov  və  b.  ibtidai  siniflərdə  oxu 

təlimi haqqında müəyyən fıkirlər söyləmişlər. Onların bu sahədəki 

fikirləri oxu təlimi üzrə aparılacaq işlərə müəyyən əsaslar verir. 

 

2. Oxu təlimi üzrə işlərin nəzəri və didaktik 

əsasları 

 

Oxu  təlimi  üzrə  işlərin  nəzəri  və  didaktik  əsaslarını  tədqiq  et-



mək üçün əvvəlcə “Şüur nədir?”, “Şüurluq nədir?‖, “Bunlar arasın-

dakı fərq nədən ibarətdir?‖, “Oxunun şüurluluğu ilə digər vərdişləri 

arasındakı qarşılıqlı əlaqə necə baş verir?‖ və s. suallara cavab ax-

tarmaq lazım gəlir. 

İctimai varlığın inikası olan şüur obyektiv reallığı, maddi aləm-



Ağarəhim                                                                                                     Əsərlər 

 

43 



də  cərəyan  edən  hadisələri,  prosesləri  özündə  əks  etdirir,  onun 

adekvatı olur. Cism və hadisələrin mahiyyətindən doğan qanun və 

qanunauyğunluqların xarakterini, məzmununu, spesifik xüsusiyyət-

lərini  müəyyənləşdirmək imkanı  verir.  Birincisi,  şüur təbiət  və  cə-

miyyət haqqında biliklərin məcmuyudur. İdrakın müxtəlif proseslə-

rinin (duyğu, qavrayış, təfəkkür, təxəyyül, hafızə və s.) köməyi ilə 

bizim biliklərimiz fasiləsiz olaraq zənginləşir, dəqiqləşir və bitkin-

ləşir. 


İkincisi, insanın şüuru ilə maddi varlıq arasındakı münasibətləri 

qarşılaşdırmağı, fərqləndirməyi, özünün hərəkətlərini, gündəlik fəa-

liyyətlərini  qiymətləndirməyi,  daxili  aləminə  nəzər  salmağı,  zən-

ginləşdirməyi həyata keçirir.  

Uçüncüsü isə şüur qarşıya qoyulmuş məqsədəuyğun fəaliyyətin 

formalaşmasını təmin edir: məsələn, tutaq ki, hər hansı bir mətnin 

məzmununun  şüurlu  şəkildə  dərindən  mənimsənilməsi,  yaxud  bir-

birinə zidd olan iki obrazın (müsbət və mənfı) qarşılaşdırılması və 

səciyyələndirilməsi  oxu  təliminin  qarşısında  məqsəd  kimi  qoyul-

muşdur. Bu prosesdə mətndəki söz, ifadə, mürəkkəb nitq konstruk-

siyaları vasitəsi ilə ifadə olunmuş məzmun şagirdlərin şüurunda əks 

olunur,  təhlil-tərkib  edilir,  hadisənin  necə,  harada  və  nə  vaxt  baş-

lanması,  inkişaf  dinamikası  və  finalı  müəyyənləşdirilir.  Beləliklə, 

məzmunun  mənimsənilməsi,  obrazların  ayrı-ayrılıqda  xarakterləri-

nin səciyyələndirilməsi şagirdin məqsədyönlü praktik fəaliyyətinin 

nəticəsi  kimi  meydana  çıxır.  Deməli,  insanın  məqsədyönlü  fəaliy-

yəti  onun  şüurluğunu  təmin  edir.  Bu  prosesdə  oxu  özünəməxsus 

funksiya yerinə yetirir, nəticədə biliklər xəzinəsi zənginləşir və in-

kişaf edir. 

Görkəmli  psixoloqlardan  B.Q.Anayev,  L.S.Vıqotski,  L.M.Za-

kojurnikova, A.N.Leontyev, A.R.Luriya və başqaları göstərirlər ki, 

şüur və fəaliyyət vəhdət təşkil edır. Şüur şagirdin praktik fəaliyyəti-

nin  əsasıdır.  Onun  əsasında  şagird  oxuya  yiyələnir;  oxuduğunu 

qavrayır, başa düşür, yadına salır, lazım gəldikdə məzmununu danı-

şır; ətraf aləm haqqında biliklərə yiyələnir. L.S.Vıqotski göstərir ki, 

təlim prosesində şüurlu fəaliyyətin tamamilə yeni və xüsusi forması 




Ağarəhim                                                                                                     Əsərlər 

 

44 



yaranır. P.Y.Qalperin və S.L.Kabılnitskaya kiçik məktəbli yaşında 

uşağın şüurunun inkişafını təlim prosesinin səmərəli təşkilində gö-

rürlər. S.L.Rubinşteynə  görə, şüur fəaliyyətdə təzahür edir və fəa-

liyyətdə  formalaşır.  B.M.Teplov  qeyd  edir  ki,  şüurluluq  konkret 

fəaliyyətdən kənarda mümkün deyildir. Bir halda ki, belədir, demə-

li, onda oxunmuş mətnin məzmun və ideyasının dərindən mənimsə-

nilməsi bilavasitə şüurlu oxunun nəticəsidir. Şüurlu oxu prosesində 

şagirdlər mətndə işlənən bütün söz və cümlələrin həqiqi və məcazi 

mənasını  öyrənməklə  orada  irəli  sürülən  birinci  dərəcəli  fıkirləri 

ikinci və üçüncülərdən ayırd etməyi bacarmalıdırlar. Əks təqdirdə, 

şagird hər hansı mətni şüurlu oxumursa, mətndəki sözlərin, ifadələ-

rin,  cümlələrin  məzmununu  düzgün  başa  düşmürsə,  onu  mexaniki 

hafızəyə əsasən  yadda saxlayırsa, oxuduğunun ideya, məzmununu 

da  düzgün  müəyyənləşdirə  bilmir.  Quru  əzbərçiliyə  əsaslanan  bu 

oxu, əzbərlənən məzmun tez də yaddan çıxacaqdır. 

Deməli,  oxu  materiallarının  dərindən  mənimsənilməsi,  dərk 

olunması  şüurlu  oxunun  nəticəsidir.  Şüurlu  oxu  prosesində  “İnsa-

nın  əqli  fəaliyyətinin  və  şüurunun  universal  mexanizmi  hərəkətə 

gəlir (A.N.Sokolov), təfəkkür müstəqil fəaliyyət göstərir‖. Oxunan 

materialın  məzmunu  şagirdin  yaddaşına  bütövlükdə  həkk  olunur, 

şagird  onun  müxtəlif  epizodlarını,  hissələrini,  ayrı-ayrı  obrazları, 

onların hərəkətini məntiqi ardıcıllıqla izləyir, təhlil edir, daxili mə-

na  və  rabitələrini,  incəliklərini  öyrənir.  B.M.Teplova  görə,  bədii 

əsəri  şüurlu  qavramaq  prosesində  şagird  haqqında  danışılan  şeyi, 

təsvir olunan vəziyyəti sanki görür, eşidir, onunla ruhən yaşayır. 

Oxu prosesində şagirdin təfəkkür fəaliyyəti spesifık səciyyə da-

şıyır. Mətnin məzmunu ilə real varlıq arasındakı əsas əlaqəni o yal-

nız  oxu  fəaliyyəti  prosesində  görə  bilir.  Çünki  oxu  yuxarıda  qeyd 

etdiyimiz kimi, intelektual əmək olmaqla, mürəkkəb zehni fəaliyyət 

prosesidir.  O, şagirddən  müxtəlif əməliyyatları, fəaliyyətinin  müx-

təlif üsullarını işə tətbiq etmək bacarıqları tələb edir. 

Oxu prosesində bir növ şagird yaradıcı fəaliyyət göstərir, orada 

irəli  sürülən  məsələləri,  ən  incə  detalları  nəzərdən  qaçırmır,  ona 

fəal  münasibət  bəsləyir.  Belə  olduqda  şagirdlər  təkcə  oxuduqları 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə