Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə2/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   2   3   4   5   6   7   8   9   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 



1870-ci  ildə  Şamaxıda  S.Ə.Şirvani,  1892-ci  ildə  Ordubadda, 

1894-cü ildə Naxçıvanda M.T.Sidqi, 1883-cü ildə Şuşada S.Vəlibə-

yov,  az  sonra  M.M.Nəvvab,  1893-cü  ildə  Təbrizdə  M.H.Rüşdiyyə 

yeni  məzmunlu  ibtidai  məktəblərin  yaradılmasına  nail  oldular. 

Məktəblər maddi texniki baza, dərs ləvazimatları ilə, dərsliklərlə tə-

min  edildilər.  Məktəblilərə  nizam-intizam  qaydaları  ilə  yanaşı  ana 

dilinin sadə nəzəri və praktik məsələləri də öyrədilirdi. 

1880-ci ildən Azərbaycan məktəblərində sövti üsul tətbiq edildi 

və çox keçmədi ki, ―üsuli-cədid‖ məktəbləri açılmağa başladı. Mə-

sələn,  M.Möhsün  Şuşada,  M.İsmayıl  Lənkəranda,  S.Ə.Şirvani  Şa-

maxıda, M.T.Sidqi Naxçıvanda bu tipli məktəblərin açılmasına nail 

oldular. 

S.Ə.Şirvani  üç  bölmədən  ibarət  ―Məcmuəyi-asari-Hacı  Seyid 

Əzim Şirvani‖ dərs kitabını yazdı. Birinci bölməyə Sədinin ―Gülüs-

tan‖ından, fars və rus kitablarından 71 tərcümə, ikinciyə 51 nəsihət, 

üçüncüyə isə özünün yazdığı öyüd və nəsihətlərini daxil etdi və ilk 

dəfə həmin dərslikdən şairin öz məktəbində istifadə olundu. 

M.T.Sidqi  Ordubad  və  Naxçıvan  məktəbləri  üçün  ―Qiraət‖, 

―Vəsiət‖, ―Məktəbin daxili qaydaları‖, ―Coğrafiya xüsusunda məlu-

mati-mücmən‖, ―Qrammatika qiraət‖ kitablarını  yazdı.  Bu kitablar 

çap olunmasa da, o dövr üçün yüksək qiymətləndirilməlidir. 

F.Köçərli ana dilinin tədrisi sahəsində görkəmli rol oynamışdır. 

O, Azərbaycan dili, onun sadəliyi və təmizliyi uğrunda ardıcıl mü-

barizə aparmış, ―Molla Nəsrəddin‖ jumalında kəskin və tutarlı mə-

qalələri  ilə  fərqlənmişdir.  1912-ci  ildə  ―Balalara  hədiyyə‖  kitabını 

nəşr etdirmişdir. 102 səhifəlik kitabın birinci hissəsində 42 tərbiyə-

vi mətn, ikinci hissəsində isə 33 mənzum parça vardır. Hər mətnlə 

bağlı müəllif atalar sözləri və tapmacalar da vermişdir. ―Türk əlif-

bası və qiraət‖, ―İkinci il‖, ―Üçüncü il‖, ―Türk ədəbiyyatına ilk qə-

dəm‖, ―Yeni türk əlifbası‖ və s. kimi dərs kitabları M.Mahmudbə-

yovu  Azərbaycanda  görkəmli  müəllim  və  metodist  kimi  tanıtmış-

dır. O, 1906-cı ildə ―Rəhbər‖ adlı məcmuənin nəşrinə başlamışdır. 

Bu  məcmuədə  F.Köçərli,  S.M.Qənizadə,  A.Səhhət,  M.Ə.Sabir, 

S.Əbdürrəhmanbəyzadə  və  s.  kimi  elm  və  mədəniyyət  xadimləri, 




Ağarəhim                                                                                                     Əsərlər 

 



müəllim və metodistlər məktəblərdə təlim və tərbiyə işinin vəziyyə-

tini yaxşılaşdırmaq və ana dili tədrisinin keyfıyyətini yüksəltməklə 

əlaqədar çıxış etmişdir. 

Sonralar  M.Mahmudbəyov,  S.Əbdürrəhmanbəyzadə,  S.Axund-

zadə, F.Ağazadə, A.Talıbzadə və R.Əfəndizadə birlikdə ―İkinci il‖ 

dərsliyinin nəşrinə nail oldular. 

1909-cu  ildə  M.Mahmudbəyov  və  A.Səhhətin  birlikdə  ―Türk 

dilinin  təlimi  üçün  üçüncü  ilə  məxsus  qiraət  kitabı‖,  1911-ci  ildə 

M.Mahmudbəyovun  ―İmlamız‖  kitabı  nəşr  edilmişdir.  Hər  iki  ki-

tabda  ana  dilinin  tədrisinə  xidmət  göstərəcək  faydalı  mülahizələr 

söylənilmişdir. 1922-ci ildə M.Mahmudbəyovun başçılığı ilə S.Əb-

dürrəhmanzadə, S.Axundzadə, F.Ağazadə, A.Talıbzadə, R.Əfəndi-

zadə ―Yeni türk əlifbası‖ adlı dərslik hazırlamışdır. Sövti üsulla ya-

zılmış bu dərslik ərəb və latın əlifbasının qarşılıqlı surətdə təliminə 

həsr  olunmuşdur.  Bu  kitabda  hər  iki  əlifba  ilə  əlaqədar  dərslər  də 

verilmişdir. 

İbtidai məktəbdə ana dili təliminin inkişafında mühüm xidməti 

olanlardan biri də pedaqoji fəaliyyətini ədəbi yaradıcılığı ilə sənət-

karlıqla  birləşdirən  A.Şaiqdir.  Onun  ―Dəbistan‖,  ―Məktəb‖  və 

―Rəhbər‖ jumallarında uşaqlar üçün nəşr etdirdiyi əsərlər Azərbay-

can  pedaqoji  fikir  tarixinin  incilərindən  hesab  oluna  bilər.  Onun 

1910-cu  ildə  yazdığı  ―Uşaq  gözlüyü‖  əsərindən  uzun  müddət  ibti-

dai məktəblərimizdə əlifba dərsliyi kimi istifadə olunmuşdur. 

İndiyə  qədər  haqqında  bəhs  etdiyimiz  müəlliflərlə  yanaşı  bir 

qrup  müəllim  də  dərsliklər  yazmaqla  məşğul  olmuşlar.  Ş.M.Qara-

bağinin  ―Risleyi-hüruf və xütut‖ (1890); S.Ə.Təbrizinin «Kitabçe-

yi-ədəbiyyə‖  (1893);  Ə.Axundzadənin  «Xətti  təliq  və  nəstəliq‖ 

(1894);  M.H.Rüşdiyyənin  ―Vətən  dili‖  (1884);  M.Ələkbərin  ―Ki-

tabipəndi  ətfal‖  (1899);  M.Şaxtaxtinskinin  ―Sövti  Şərq  Əlifbası‖ 

(1902); M.N.Şirvaninin ―Təftül arifin lisani türki‖ (1902); H.S.Ey-

vazovun  ―Üsuli-tədris  və  təlim-tərbiyə‖  (1906);  H.Məmmədlinin 

―Nümuneyi tədris və tərbiyə‖ (1907); M.Qəmərlinski, Nərimanbə-

yov,  Şaxtaxtinski,  Rəcəbov,  Qazıyev,  Şərifbəyov,  Cəfərbəyovun 

―Ana  dili‖  (1911);  M.H.Həsənzadənin  ―Tamam  əlifba‖  (1912); 




Ağarəhim                                                                                                     Əsərlər 

 



M.A.Abbaszadənin ―Əlifba‖ (1913) və s. nümunə göstərmək müm-

kündür. 


Bu dərsliklərlə Azərbaycan məktəblərinin ibtidai siniflərində tə-

lim-tərbiyə  işi  aparılmış,  ana  dili  tədrisi  keyfiyyətinin  təkmilləşdi-

rilməsi sahəsində bir sıra addımlar atılmış, elmi-metodik mülahizə-

lər  söylənmişdir.  Heç  şübhəsiz  ki,  uzun  müddət  ərzində  görkəmli 

alim, yazıçı, metodist və müəllimlər tərəfindən irəli sürülən ideya-

lar 1921-ci  ildən sonrakı dövr üçün də zəngin  materiala çevrilmiş, 

Azərbaycanda ibtidai təlimin inkişafına, o cümlədən, ana dili tədrisi 

metodikasının  elmi  zəmində  qurulmasına  optimal  şərait  yaratmış-

dır. 

 

2. Ana dili tədrisi 1921-2000-ci illərdə 



 

XX əsrin 20-ci illərindən B.Çobanzadə, A.Axundov, Ə.Qafarlı, 

Q.Ələkbərli, A.Şaiq və başqaları ana dilinin təlimi və tədrisi ilə əla-

qədar maraqlı və faydalı mülahizələr söyləmişlər. 

Araşdırmalar  göstərir  ki,  Azərbaycanda  1920-ci  ilə  qədər  çap-

dan çıxmış bir qrup ana dili dərsliklərində cüzi dəyişikliklər edilə-

rək  yenidən  məktəblərin  istifadəsinə  verilmişdir.  Buraya  M.Mah-

mudbəyovun ―Türk əlifbası və ilk qiraət‖, M.Mahmudbəyov, S.Əb-

dürrəhmanzadə, S.Axundzadə, F.Ağazadə, R.Əfəndizadənin ―Əlif-

ba‖  təlimindən  sonra  oxunan  ―İkinci  il‖,  M.Mahmudbəyov  və 

A.Səhhətin ―Üçüncü ilə məxsus qiraət‖ kitabı və s. daxildir. Həmin 

əsərlər 1921-1924-cü illərdə təkrar nəşr olunmuşdur. 

Azərbaycan  dilində  metodik  ədəbiyyat  nəşrinə  1926-cı  ildən 

başlanmışdır. Belə ki, ilk addım olaraq 1926-cı ildə M.Sadıqzadə-

nin  ―Türk  dilinin  üsuli-tədrisi‖,  professor  B.Çobanzadənin  ―Türk 

dili və ədəbiyyat üsuli-tədrisi‖, 1932-ci ildə professor B.Çobanzadə 

və C.Məmmədzadənin ―Türk dilinin metodikası‖ əsərləri çap olun-

muşdur.  Bundan  sonra  birbaşa  ―Azərbaycan  dili‖  adı  altında  dil 

dərslikləri və onlara rəhbərliklər hazırlanmışdır. 1933-cü ildə Vey-

səl  Mustafazadənin  ―Əlifba‖  kitabı  nəşr  olunmuşdur.  Həmin  il 

ümumtəhsil məktəbləri üçün nəşr olunan kitablardan  yalnız  ―Əlif-



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə