Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə3/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   2   3   4   5   6   7   8   9   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 



ba‖  stabil  dərslik  kimi  buraxılmışdı.  1939-cu  ildə  Q.Ələkbərlinin 

―İbtidai  məktəb  müəllimlərinə  metodik  kömək‖,  Ə.Qafarlı  və 

Q.Ələkbərlinin ―Savad təlimi və yazı metodikası‖, 1940-cı ildə ―İb-

tidai məktəbdə qrammatika metodikası‖, Y.Zeynalovun ―Birinci si-

nif  müəllimləri  üçün  ana  dilindən  metodik  göstərişlər‖  kitabları 

müəllimlərin istifadəsinə verilmişdi. 

1942-ci ildə  Q.Ələkbərli,  Z.Zeynalov, Ə.M.Qafarlı və M.Ələk-

bərovun ―İbtidai məktəbdə Azərbaycan dili metodikası‖, 1946-cı il-

də  Y.Zeynalovun  ―Hüsnüxət  təlimi‖,  1950-ci  ildə  Y.Zeynalov, 

Ə.M.Qafarlı, N.Hacıyevin ―İbtidai məktəbdə Azərbaycan dili‖ adlı 

əsərləri nəşr edilmişdi. 

Araşdırmalar  göstərir  ki,  1950-ci  illərdə  professor  A.S.Abdul-

layev  ibtidai  siniflərdə  ana  dilinin  tədrisi  metodikası  sahəsində  bir 

sıra qəzet və jurnal məqalələri çap etdirərək, müəllimlərə elmi-me-

todik  göstərişlər  vermişdir.  1962-ci  ildə  çap  olunan  ―İbtidai  mək-

təbdə  Azərbaycan  dilinin  tədrisi  metodikası‖  kitabında  professor 

ana  dili  tədrisi  metodikasının  elmi  əsasları,  onun  əlaqədə  olduğu 

elm  sahələri  haqqında  məlumat  vermiş,  orfoqrafıya,  qrammatika 

(morfologiya və sintaksis), nitq inkişafı  üzrə aparılacaq işlərin va-

sitə və yollarını şərh etmişdir. A.S.Abdullayev və Y.Ş.Kərimov tə-

rəfindən qələmə alınmış ―İbtidai siniflərdə ana dilinin tədrisi meto-

dikası‖ (1968) adlı monoqrafıya diqqəti cəlb  edir. Burada ana dili 

tədrisinin məqsəd və vəzifələri, ana dili tədrisi metodikasınm tarixi, 

qrammatika və orfoqrafıya, oxu təlimi, nitq inkişafı və s. üzrə apa-

rılacaq işlərin səmərəli yolları öz əksini tapmışdır. 

XX  əsrin  60-cı  illərindən  Azərbaycan  məktəblərinin  ibtidai  si-

niflərində ana dilinin tədrisi metodikasının inkişafı pedaqoji elmlər 

doktoru, professor Y.Ş.Kərimovun fəaliyyəti ilə bağlıdır. 

Onun  fəaliyyəti  ibtidai  siniflərdə  ana  dili  tədrisi  metodikasının 

müxtəlif sahələrini əhatə edir: a) proqramların tərtibi; b) dərsliklə-

rin (―Əlifba‖, ―Oxu‖, ―Azərbaycan dili‖) tərtibi; v) metodik ədəbiy-

yatın hazırlanması; q) ibtidai məktəb və məktəbəqədər tərbiyə məc-

muəsinin  redaktorluğu;  d) didaktik  materialların və əyani  vəsaitlə-

rin tərtibi; e) ibtidai siniflərdə ana dili tədrisi metodikası sahəsində 




Ağarəhim                                                                                                     Əsərlər 

 



elmi kadrların hazırlanması və s. 

Y.Ş.Kərimovun ―Əlifba‖, I sinif üçün  ―Ana dili‖, II sinif üçün 

―Ana dili‖, II sinif üçün ―Oxu‖ və ―Azərbaycan dili‖, III sinif üçün 

―Oxu‖ və ―Azərbaycan dili‖ dərslikləri 30 ildən artıqdır ki, dəfələr-

lə  təkmilləşdirilərək  məktəblilərin  istifadəsinə  verilmişdir.  ―İbtidai 

siniflərdə Azərbaycan dili dərslərində lüğət işinin əsasları‖ (1978), 

―İbtidai  siniflərdə  inşalar‖  (1973),  ―İbtidai  siniflərdə  imlalar‖ 

(1963)  və  s.  əsərləri  uzun  müddət  müəllimlərin  stolüstü  kitabına 

çevrilmişdir. 

Ümumiyyətlə,  professor  Y.Ş.Kərimovun  ibtidai  təlimin  bütün 

sahələrində  böyük  xidmətləri  olmuşdur.  Böyüklü-kiçikli  150-ə  ya-

xın  kitabın,  500-dən  artıq  jurnal  və  qəzet  məqaləsinin  müəllifidir. 

Neçə-neçə  davamçısı  onun  rəhbərliyi  altında  ibtidai  siniflərdə  ana 

dilinin  tədrisi  sahəsində  səmərəli  tədqiqatlar  aparmışdır.  Onlardan 

A.N.Rəhimov,  Ş.İ.Qaralov,  Z.F.Kərimov,  S.H.Məmmədov,  M.Pri-

mova, Ə.H.Şükürov və başqalarının adlarını çəkmək olar. 

İbtidai siniflərdə ana dilinin tədrisi sahəsində professor Y.Ş.Kə-

rimovun yetirməsi pedaqoji elmlər doktoru, professor A.N.Rəhimo-

vun  xidmətləri  də  danılmazdır.  Onun  ―İbtidai  kursda  Azərbaycan 

dilindən sintaksis üzrə materialların öyrədilməsinin nəzəri və prak-

tik əsasları‖ monoqrafiyası, M.Həsənovla birlikdə yazdıqları IV si-

nif üçün ―Azərbaycan dili‖ dərsliyi, ―İbtidai siniflərdə Azərbaycan 

dilinin səmərəli təşkili‖ (1988), ―İbtidai siniflərdə oxu təliminin sə-

mərəli  təşkili‖  (1988),  ―İbtidai  siniflərdə  monoloji  nitqin  inkişafı‖ 

(1988),  ―İbtidai  siniflərdə  imlalar  üzərində  işin  səmərəli  təşkili‖ 

(1988), ―Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri əsasları‖ 

(1996),  ―İbtidai  siniflərdə  Azərbaycan  dili  dərslərində  şagirdlərin 

monoloji nitqinin inkişafı‖ (1997), ―İbtidai siniflərdə oxunun şüur-

luluğu üzrə işin təşkili‖ (1997) və s. kitablarında böyük əhəmiyyəti 

olan məsələlər qaldırılmış, müəllimlərə elmi-metodik tövsiyələr ve-

rilmişdir. A.N.Rəhimovun 50-dən artıq kitab və kitabçası, 200-dən 

artıq qəzet və jurnal məqaləsi ibtidai siniflərdə ana dili tədrisi prob-

lemlərinin həllinə yönəldilmişdir. 

İbtidai siniflərdə ana dili tədrisi metodikasının müxtəlif sahələ-




Ağarəhim                                                                                                     Əsərlər 

 

10 



rindəki problemləri elmi cəhətdən həll etməkdə, qabaqcıl təcrübəni 

öyrənib ümumiləşdirməkdə və yaymaqda, yeni-yeni optimal vasitə 

və metodlar axtarıb tapmaqda gənc tədqiqatçıların və praktik müəl-

limlərin jurnal və qəzet məqalələrinin də böyük əhəmiyyəti vardır.    

 



Ağarəhim                                                                                                     Əsərlər 

 

11 



 

II FƏSİL 

İBTİDAİ SİNİFLƏRDƏ ANA DİLİ TƏDRİSİNİN 

ÜMUMİ MƏSƏLƏLƏRİ 

 

1. Ana dili tədrisinin predmeti, əhəmiyyəti və yeri 

 

Ana  dili  tədrisinin  metodikası  pedaqoji  elmlər  sisteminə  daxil-



dir. Bu fənnin predmeti ana dilinin mənimsənilməsi qanunauyğun-

luqlarının və dilə aid bilik, bacarıq və vərdişlərin verilməsi vasitələ-

rinin, priyom və metodlarının öyrənilməsidir. 

Ana dili təlimi özünün məzmununu, bu məzmundan doğan prin-

sipləri,  vasitələri,  priyom  və  metodları  əhatə  edir.  Azərbaycan  dili 

və oxu təliminin, nitq inkişafı üzrə işlərin bütöv bir sistemini yara-

dır. 

Ana dili təliminin nəzəri və praktik əsasları özünün elmi (linq-



vistik, mətnşünaslıq, psixoloji, didaktik...) cəhətdən əsaslandırılmış 

sistemini qurmağa imkan verir. 

Elmi  zəmində  qurulan  təlim  təhsilləndirici,  inkişafetdirici  və 

tərbiyəedici  funksiyanı  yerinə  yetirir.  Şagirdlərə  möhkəm  biliklər 

verir, zəruri bacarıq və vərdişlər aşılayır. Onların ümumi inkişafını 

yüksəldir. Bunun üçün hər şeydən əvvəl biliklərin verilmə vasitələ-

ri  müəyyənləşdirilməlidir.  Bəs  bu  vasitələr  hansılardır?  Birincisi, 

tədris materialının məzmunu. İkincisi, məzmuna uyğun seçilən əya-

ni və texniki vəsaitlər, didaktik materiallar. Üçüncüsü isə məzmuna 

uyğun  seçilən  priyom  və  metodlar  (Xatırladaq  ki,  biliklərin  veril-

məsində priyom və metodlar da bir vasitə rolunu oynaya bilər). 

Məlumdur ki, bütün elmlərin metodik qanunauyğunluqları möv-

cuddur. Lakin onların əksəriyyəti ana dili tədrisi metodikası elmin-

də  müəyyənləşdirilməmişdir.  Ana  dili  tədrisi  metodikasında  əks 

olunan  qanunauyğunluqlar  ümumi  pedaqoji,  psixoloji,  linqvistik, 

mətnşünaslıq və didaktik qanunauyğunluqlara istinad edir. Araşdır-

malar  göstərir  ki,  ana  dilinin  qanunauyğunluqları  aşağıdakılardan 

ibarətdir: 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə