Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə4/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   2   3   4   5   6   7   8   9   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

12 



1. Tədrisdə sistemin tamlığı (hər bir dərsdə məqsəd aydınlığının 

olması, məzmuna uyğun forma, vasitə və metodlardan, iş formala-

rından düzgün və dəqiq istifadə edilməsi). 

2. Fənlərarası və fəndaxili (ayrı-ayrı mövzular, bölmələr arasın-

da zəruri) əlaqələrin nəzərə alınması. 

3. Nəzəri biliklərin təcrübəyə tətbiqi. 

4.  Təcrübədən  nəzəri  məlumatların,  mülahizələrin  çıxarılması. 

Ana  dili  tədrisi  metodikası  elminin  məzmunu  əlaqədə  olduğu  elm 

sahələri ilə yanaşı illərdən bəri toplanmış qabaqcıl təcrübənin təhli-

li,  ümumiləşdirilməsi  və  alınan  nəticələrin  müxtəlif  şəraitdə  yeni-

dən praktikaya tətbiqi və təkrar-təkrar sınaqdan keçirilməsi əsasın-

da yaranır. Heç şübhəsiz ki, bu da ana dili tədrisi metodikası fənni-

nin predmetini düzgün müəyyənləşdirməyə tam əsas verir. 

Ana dili təlimi inkişafetdirici və tərbiyəedici təlim prinsipi əsa-

sında qurulmuşdur. O, ibtidai siniflərdə başlıca fənn hesab edilir. 

1... İbtidai təhsildə ana dilinin tədrisi baş fənn, başqa fənlərə da-

xil olan və onların nəticələrini özündə toplayan bir fənn olaraq qa-

lır


1

.  Bu  siniflərin  tədris  planında  başqa  fənlərə  nisbətən  ana  dilinə 

daha çox yer verilir. Ana dili şagirdlərin dəqiq, aydın, savadlı yaz-

maq,  düzgün,  sürətli,  ifadəli  və  şüurlu  oxumaq,  fikrini  aydın  və 

məntiqi ardıcıllıqla ifadə etmək bacarıq və vərdişlərinin formalaşdı-

rılmasında,  təfəkkürlərinin  inkişafında,  elmi  dünyagörüşünün  ge-

nişləndirilməsində və gələcəkdə (yuxarı siniflərdə) müxtəlif fənlər 

üzrə  sistematik  kursu  mənimsəməyə  hazırlanmasında  müstəsna 

əhəmiyyət kəsb edir. 

Ana dilini dərindən mənimsəmədən digər fənləri (riyaziyyat, tə-

biətşünaslıq, əmək təlimi, təsviri incəsənət və s.) mənimsəmək, ya-

radıcı fəaliyyət göstərmək mümkün deyildir. 

Dillə  təfəkkür  dialektik  əlaqədə  olduğundan  dilin  mənimsənil-

məsi üzrə aparılan işlər şagirdlərin idrak fəaliyyətinin, elmi dünya-

görüşünün, mənəvi aləminin, ümumiləşdirmə aparmaq bacarıqları-

nın inkişafına da güclü kömək göstərir. 

2...  Uşaq  ana  dilini  öyrənərkən  yalnız  şərti  səsləri  öyrənmir,  o 

                                                 

1

 K.D.Uşinski. ―Rəhbərlik‖, 1-ci cild, 1864, səh.24-26 (rusca). 




Ağarəhim                                                                                                     Əsərlər 

 

13 



eyni zamanda ana dilinin doğma döşündən mənəvi həyat və qüvvə 

içir. Ana dili  təbiəti ona heç bir təbiətçinin  izah edə bilmədiyi  bir 

şəkildə izah edir; o, uşağı, onu əhatə edən adamların səciyyəsi ilə, 

içərisində yaşadığı cəmiyyətlə, onun tarixi ilə, onun arzuları ilə heç 

bir  tarixçinin  tanış  edə  bilməyəcəyi  bir  şəkildə  tanış  edir;  o  uşağı 

xalq etiqadlarına, xalq poeziyasına heç bir estetikin edə bilməyəcə-

yi bir tərzdə daxil edir, nəhayət, o elə məntiqi məfhumlar və fəlsəfı 

görüşlər verir ki, əlbəttə, bunu heç bir filosof uşağa verə bilməzdi

1



Bu  baxımdan  ibtidai  siniflərdə  ana  dili  təlimi  böyük  əhəmiyyət 



kəsb edir. 

 

2. Ana dili tədrisinin məqsəd və vəzifələri 

 

İbtidai  siniflərdə  ana  dili  təliminin  məqsədi  şagirdlərə  savadlı 



yazmaq, ifadəli, şüurlu oxumaq, fıkrini aydın, dəqiq və məntiqi şə-

kildə  ifadə  etmək  bacarıq  və  vərdişləri  aşılamaqdan,  onların  idrak 

fəaliyyətini  yüksəltməkdən,  elmi  dünyagörüşünü  formalaşdırmaq-

dan və s. ibarətdir. Şagirdlərin əqli, əxlaqi və psixi qüvvələri inki-

şaf  etdirilməli,  onlarda  müstəqil  işləmək,  öyrəndiklərini  təcrübəyə 

şüurlu  tətbiq  etmək  bacarıqları  formalaşdırılmalıdır.  Bunun  üçün 

hər  şeydən  əvvəl  təlimə  güclü  maraq  və  meyl,  öyrənməyə  böyük 

inam yaradılmalıdır. 

Ibtidai siniflərdə ana dilinin tədrisi ilə əlaqədar məktəbin üzəri-

nə  mühüm vəzifələr düşür. Başlıca vəzifə  ana dilini  şagirdlərə də-

rindən mənimsətmək, onlarda mənsub olduğu xalqın tarixinə, yara-

dıcılığına,  ədəbiyyatına,  kitaba  güclü  maraq  oyatmaq,  vətəni  sev-

mək,  gündəlik  məşğələlərdə  tədris  materialını  öyrətmək,  onları  si-

nifdənxaric mütaliəyə alışdırmaq və s.-dən ibarətdir. 

Ana dili: 

1)  ibtidai  sinif  şagirdlərinin  ictimai-siyasi  və  mənəvi  tərbiyəsi-

nin mühüm vasitəsi olduğundan, onların maddi aləm haqqındakı tə-

səvvürlərini genişləndirir, məktəblilərə dil və oxuya aid materialları 

təhlil-tərkib etmək, obrazları qiymətləndirmək, onlara obyektiv mü-

                                                 

1

 K.D.Uşinski. Seçilmiş pedaqoji əsərləri. Bakı, Azərnəsr, 1953, səh.113. 




Ağarəhim                                                                                                     Əsərlər 

 

14 



nasibət  bildirmək  bacarıqları  aşılayır,  qazanılmış  bilikləri  şüurda 

canlandırmaq və onu müxtəlif şəraitdə təcrübəyə tətbiq etmək qabi-

liyyəti yaradır; 

2) uşaqların məktəbə gəldikləri gündən lüğət ehtiyatını zəngin-

ləşdirir,  onlarda  söz  və  ifadələri  ədəbi  tələffüz  normalarına  uyğun 

tələffüz etmək, sərbəst cümlə qurmaq, fıkirlərini şifahi və yazılı şə-

kildə aydın, dəqiq, obrazlı və məntiqi ardıcıllıqla ifadə etmək baca-

rıq və vərdişləri aşılayır; 

3) şagirdlərdə düzgün, dəqiq, səlis və savadlı yazmaq bacarıqla-

rı formalaşdırır; 

4)  şagirdlərdə  düzgün,  sürətli,  ifadəli  və  şüurlu  oxu  bacarıq  və 

vərdişləri yaradır; 

5) məktəblilərdə dilə həssas münasibət aşılayır. 

İbtidai siniflərdə ana dili tədrisinin vəzifələrinə aşağıdakılar da-

xildir: 

 1) ibtidai siniflərdə ana dili təliminin məzmununun, həcminin, 

sərhədinin və sisteminin müəyyənləşdirilməsi

2) savad təlimi, Azərbaycan dili, oxu təlimi üzrə şagirdlərə zə-

ruri bilik, bacarıq və vərdişlərin verilməsi

3) şagirdlərə rabitəli nitq üzrə bacarıq və vərdişlərin aşılanması; 

4) təlim prosesində qarşıya çıxan çətinliklərin, onların səbəblə-

rinin öyrənilməsi, aradan qaldırılması yollarının aşkara çıxarılması 

və tövsiyələrin verilməsi

 

 



5) tədris materiallarinın  məzmununun dərindən mənimsənilmə-

sinə,  öyrənilənlərin  praktikaya  düzgün  tətbiqinə  və  şagirdlərin 

ümumi  hazırlığının  inkişafına  xidmət  edən  vasitə  və  metodların 

müəyyənləşdirilməsi. 

 

3. Ana dili tədrisi metodikasının əlaqədə 

olduğu elm sahələri 

 

Elmi zəmində qurulan təcrübə dəqiq, aydın və düzgün nəzəriy-



yəyə əsaslanır. Ona görə də hər bir fənnin optimal tədrisi müəllim-

dən onun nəzəri əsaslarını, əlaqədə olduğu elm sahələrini dərindən 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə