Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə5/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   2   3   4   5   6   7   8   9   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

15 



bilməyi tələb edir. Ana dilinin tədrisi metodikası da bir elm kimi öz 

xüsusi  müddəalarını  əlaqədə  olduğu  elmi  mənbələrə  əsaslanmaqla 

meydana çıxarır. Onun istinad etdiyi elmi mənbələr aşağıdakılardır: 

1. Fəlsəfə. Bir tədris fənni olmaqla ana dilinin tədrisi metodika-

sı özünün elmi əsaslarını dialektik qanunlar və qanunauyğunluqlar 

zəminində müəyyənləşdirir. Ona görə də müəllim ana dili təliminin 

əsas müddəalarını dialektik nöqteyi-nəzərdən təhlil-tərkib etməli və 

bu  baxımdan  da  Azərbaycan  dili,  oxu  və  yazı  təlimi,  nitq  inkişafı 

üzrə  aparılan  işlərin  sistemini  dərindən  mənimsəməlidir.  Belə  ol-

duqda  müəllim  ana  dili  (Azərbaycan  dili,  oxu,  yazı  təlimi  və  nitq 

inkişafı üzrə) proqramının məzmununu, ana dili tədrisinin vasitə və 

yollarını,  metodlarını  aydın  təsəvvür  edir  və  öz  işini  də  dialektik 

əsasda qura bilir. 



2. Məntiq. Ana dilinin tədrisi metodikası məntiq elmi ilə də çox 

bağlıdır.  Dilin  müxtəlif  hadisələri,  oxu  materiallarındakı  faktlar, 

obrazların fəaliyyəti, yazıçının cərəyan edən hadisələrə münasibəti, 

başqa  sözlə,  onlardakı  əlaqələr  sistemi  məntiqin  kateqoriyalarına 

istinadən müəyyənləşir. Hadisələrin açılışı, dinamika, səbəb və nə-

ticə əlaqələri sırf məntiqə əsaslanır. Təcrübə göstərir ki, müəllim bu 

obyektiv məntiqə varmadan öz işini düzgün qura bilməz. Ona görə 

də ana dili təlimində məntiqi əlaqələr mütləq nəzərə alınmalıdır. 



3.  Azərbaycan  dili  tarixi.  Müasir  Azərbaycan  dili  kursu. 

Ana  dilinin  tədrisi  metodikasının  elmi  mənbələrindən  biri  ―Azər-

baycan dili tarixi‖ və ―Müasir Azərbaycan dili‖ kursudur. Müəllim 

Azərbaycan  dilində  sözlərin  etimologiyasını,  onun  fonetik,  morfo-

loji  tərkibini,  söz  birləşmələri  və  cümlələrin  sintaktik  quruluşunu 

dərindən mənimsəməli, dilin leksika və üslubiyyatına bələd olmalı-

dır. 

4.  Uşaq  ədəbiyyatı  və  ədəbiyyatın  tədrisi  metodikası.  Ana 

dili şagirdləri xalqın poeziyası, poetik düşüncələri, şifahi və yazılı 

abidələri  ilə  tanış  edir,  onlara  vətənimiz,  onun  tarixi,  qəhrəmanlıq 

salnamələri  haqqında  məlumatlar  verir.  Şagirdlərin  təsəvvürlərini 

silsilə ideyalarla, lüğət ehtiyatlarını yeni-yeni söz və ifadələrlə, sin-

taktik  konstruksiyalarla  zənginləşdirir.  Ona  görə  də  müəllim  uşaq 




Ağarəhim                                                                                                     Əsərlər 

 

16 



ədəbiyyatını dərindən öyrənməli, oxu materialının məzmununa uy-

ğun optimal vasitə, priyom və metodları seçməyi bacarmalıdır. 



5.  Psixologiya.  Psixologiya  elminə  əsaslanmadan  ana  dilinin 

tədrisi  sahəsində  müvəffəqiyyət  qazanmaq  çətindir.  6-11  yaşlı 

uşaqların təlimə olan marağının psixoloji xüsusiyyətlərinin (diqqə-

tinin,  qavrayışının,  təxəyyülünün,  hafizəsinin,  təfəkkürünün  və  s.) 

nəzərə alınması, onların görmə-hərəki analizatorlarına əsaslanılma-

sı,  təlim  prosesində  tez  yorulmadan,  bir  iş  formasından  digərinə 

tez-tez keçmə hallarının müəllimin diqqət mərkəzində olması zəru-

ridir.  Müasir  psixologiyada  savad  təlimi,  Azərbaycan  dili,  oxu  və 

yazı təlimi və nitq inkişafı üzrə iş sahəsində böyük əhəmiyyəti olan 

mülahizələr söylənmişdir. Müəllim uşaqların yaş və psixoloji xüsu-

siyyətlərini  dərindən  öyrənməklə  təlim  prosesində  psixologiya  el-

minin son nailiyyətlərinə əsaslanmalıdır. 



6. Pedaqogika. Təlim və tərbiyə dialektik vəhdətdədir. Təlimlə 

pedaqogikanın didaktika bölməsi məşğul olur. Burada təlimin ümu-

mi müddəaları, prinsipləri, tələbləri, vasitələri, metodları və s. şərh 

olunur.  Ana  dilinin  tədrisində  bu  ümumi  cəhətlərə  əsaslanılır.  Bu-

radan da ana dili tədrisinin mahiyyətindən doğan təlimin vasitələri, 

konkret iş formaları, priyom və metodları müəyyənləşdirilir, bilik-

lərin  verilməsi,  möhkəmləndirilməsi  və  sistemə  salınması  yolları 

göstərilir. 

Ana dilinin tədrisində didaktikanın prinsiplərinə (sistematikliyə, 

ardıcıllığa,  əyaniliyə,  müstəqilliyə,  şüurluluğa,  şagirdlərin  yaş  və 

bilik səviyyəsinə uyğunluğuna və s.) əməl olunmalıdır. 

Ana  dilinin  tədrisində  əyanilik  müstəsna  əhəmiyyətə  malikdir. 

Savad  təlimində  oxu  və  Azərbaycan  dilı  materiallarının  tədrisində 

(xüsusilə qrammatik anlayışların açılışında, orfoqrafık və orfoepik 

qaydaların  mənimsədilməsində),  nitq  inkişafı  prosesində  əyanilik 

ön plana çəkilməlidir. 

Ana  dilinin  tədrisində  şüurluluq  prinsipinə  əməl  olunması  şa-

girdlərin  təfəkkür  fəaliyyətini  artırmaqla  tədris  materialının  dərin-

dən mənimsənilməsini, qazanılan nəzəri biliklərin (tərif və ya qay-

daların) təcrübəyə tətbiqini intensivləşdirir. Ayrı-ayrı çalışmalardan 




Ağarəhim                                                                                                     Əsərlər 

 

17 



nəzəri  müddəaların  çıxarılmasını,  oxu  materiallarının  məzmunu-

nun, daxili məna və rabitələrinin incəliklərinədək açılmasını, obraz-

ların fəaliyyətinin qiymətləndirilməsini, yazıçının qələmə aldığı ha-

disəyə  münasibətinin  öyrənilməsini  və  s.  təmin  edir.  Şagirdlərin 

idrak fəaliyyətini formalaşdırır. 

Ana  dili  tədrisinin  həyatla,  şagirdlərin  şəxsi  təcrübələri  ilə  əla-

qələndirməsi mənimsəməni  yüksəldir. Alınan biliklər, aşılanan ba-

carıq və vərdişlər şagirdlərin nitqinin inkişafına güclü təsir göstərir. 

Nəzəriyyə  və  təcrübənin  dialektik  əlaqəsini  təmin  edir.  Beləliklə, 

təlimdə  nəzəriyyədən  praktikaya,  praktikadan  da  nəzəriyyəyə  yol 

açılır. 

Təcrübə  göstərir  ki,  ana  dilinin  tədrisində  müəllim  didaktik  tə-

ləbləri də nəzərə almalıdır. Müəllim şagirdlərin  yaş və bilik səviy-

yəsinə  əsaslanmalı,  onların  təsəvvürlərini  yeni-yeni  biliklərlə  zən-

ginləşdirməli, əvvəlki dərslərdə qazanılmış bilikləri sonrakı dərslər-

də möhkəmləndirməlidir. 

Məlumdur  ki,  ana  dili  tədrisi  metodikası  ilə  məktəb  təcrübəsi 

əlaqədardır.  Müəllimlərin  təcrübəsindən  qabaqcıllıq,  novatorluq 

elementlərinin  ümumiləşdirilməsi  ana  dili  tədrisi  metodikası  elmi-

nin  inkişafına  öz  töhfələrini  vermiş  və  verməkdədir.  Hazırda  res-

publika  və  xarici  ölkə  məktəblərində  qazanılmış  qabaqcıl  təcrübə 

metodikanı yeni-yeni nailiyyətlərlə zənginləşdirmiş, onun müstəqil 

bir elm kimi inkişafına kömək etmişdir. Ona görə də metodikanın 

keçmiş  və  bugünkü  təcrübəsinin  dərindən  öyrənilməsi  və  ümumi-

ləşdirilməsi zəruridir. 

 



Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə