Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə6/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   2   3   4   5   6   7   8   9   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

18 



 

III FƏSİL 

SAVAD TƏLİMİ METODİKASI 

 

1. Savad təliminin vəzifələri 

 

Savad təlimi ana dilinin tədrisində mühüm məsələdir. Uşaqların 



təlimə başladıqlan ilk gündən onlarda ifadəli və şüurlu oxumaq, sə-

liqəli  və  savadlı  yazmaq,  öz  fikrini  başqalarına  rabitəli  çatdırmaq 

bacarıq və vərdişləri formalaşdırılması başlıca məqsəddir. Ana dili 

proqramına  əsasən,  savad  təlimi  məşğələləri  aşağıdakı  vəzifələrin 

həllini tələb edir: 

— şagirdlərə oxu vərdişlərinin aşılanması; 

— düzgün və savadlı yazı vərdişlərinin formalaşdırılması; 

— şagirdlərin nitq və təfəkkürünün inkişaf etdirilməsi. 

Bunun üçün əlifba təlimi dövründə oxu dərslərində Azərbaycan 

dilinin  tələffüz  qanunlarına  əsaslanılmalı,  məktəblilərdə  təilimə 

şüurlu  münasibət  tərbiyə  olunmalıdır.  Təcrübədən  görünür  ki,  sa-

vad  təlimi  dövründə  şifahi  məşğələlərə  geniş  yer  verilmişdir.  Oxu 

və yazı üzrə aparılacaq işlər uşaqların nitqinin inkişafı ilə qarşılıqlı 

surətdə  əlaqələndirilməli,  onların  birinin  inkişafı üzərində  aparılan 

işlər digərlərinin də inkişafına səmərəli təsir göstərməlidir. 

Savad təliminin qarşısında duran vəzifələri müvəffəqiyyətlə həll 

etmək üçün müəllim məktəbə qədəm qoyan uşaqların ümumi inki-

şafını, idrak səviyyəsini, nitqinin xüsusiyyətlərini, maraq və meyl-

lərini  dərindən  öyrənməli,  təlim  prosesində  həmin  amilləri  nəzərə 

almaqla  oxu  və  yazı  təliminin,  onların  nitq  və  təfəkkürünü  inkişaf 

etdirməyin  müxtəlif  vasitə,  metod  və  priyomlarından  yaradıcılıqla 

istifadə  etməlidir.  Şagirdlərdə  orfoqrafık  vərdişlərin  aşılanmasına 

da ciddi fıkir verilməlidir. 

Savad  təlimi  dövründə  məktəblilər  ―cümlə‖,  ―söz‖,  ―səs‖, 

―hərf‖, ―heca‖ terminləri ilə tanış olur, nitq axınından cümləni gö-

türür,  onu  sözlərə,  sözləri  hecalara,  hecaları  səslərə  ayırırlar.  Hər 

bir səsin xüsusiyyətini, məna çalarlığını, yazıda ifadə yollarını mə-



Ağarəhim                                                                                                     Əsərlər 

 

19 



nimsəyirlər. Onlar praktik şəkildə öyrənirlər ki, səs, hərf, heca, söz 

və cümlələr nitqin elementləridir. Danışarkən (və ya yazarkən) hə-

min elementlərdən istifadə olunur. 

Savad  təlimi  dövründə  müvafiq  bilik,  bacarıq  və  vərdişlərə  yi-

yələnən şagirdlərdə  ana dili  üzrə təilimə güclü  maraq oyanır, növ-

bəti  tədris  materiallarının  mənimsənilməsi  intensivləşir.  Onlarda 

elementar yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti aşılanır. 

 

2. Savad təlimi dövründə oxu vərdişlərinin 



yaradılması 

 

Savad təlimi dövründə uşaqların oxu vərdişlərinə yiyələnmələri, 



hər  hansı  materialın  məzmununu  şüurlu,  düzgün  və  dərindən  mə-

nimsəmələri bu sahədəki işin səmərəli təşkilindən asılıdır. Ona görə 

də savad təlimi dövründə oxu üzrə iş aparılarkən aşağıdakı cəhətlər 

diqqət mərkəzində saxlanmalıdır: 

a) oxu təlimi dilin səs sisteminə uyğunlaşdırılmalı; 

b) səs və hərf arasındakı münasibətlər açılmalı; 

c) oxu prosesində dilin ədəbi tələffüz qaydaları gözlənilməli; 

ç)  oxu  təlimində  düzgünlüyə,  sürətə,  ifadəliliyə  və  şüurluluğa 

diqqət yetirilməlidir. 

Məlumdur ki, savad təlimi dövründə oxu səslər üzərində aparı-

lan işlərə əsaslanır. Şagirdlər hələ məktəbəqədərki dövrdə öyrəndi-

yi, nitq praktikasında işlətdiyi söziərı, onların tərkibindəki ayrı-ayrı 

səsləri  ayırd  etməyi,  fərqləndirməyi  bacarırlar.  Savad  təlimi  döv-

ründə  isə  sözdəki  hər  bir  səs  müxtəlif  səslərin  tərkibindən  ayrılır, 

diqqətlə öyrənilir. 

Belə bir əməliyyatdan sonra həmin çap şəkli (hərf) məktəblilərə 

təqdim olunur. O, müxtəlif hecaların,  sözlərin tərkibində  digər səs 

və  hərflərlə  kompleks  şəkildə  birləşir.  Şagirdlər  hər  dəfə  onu  yeni 

əlaqələr sistemində (heca və sözlərin tərkibində) birləşdirib oxuyur-

lar. Savad təlimi dövründə təhlil-tərkib prosesinin düzgün və səmə-

rəli təşkili, səs və hərflərin uşaqların şüurunda möhkəmləndirilmə-

sini təmin etməklə, onların ilk gündən hecalarla oxu vərdişlərinə yi-




Ağarəhim                                                                                                     Əsərlər 

 

20 



yələnmələrinə  maksimal  dərəcədə  müsbət  təsir  göstərir.  Hecalarla 

oxu tədricən sözlərin axıra qədər düzgün oxunuşuna, ədəbi tələffuz 

qaydalarının gözlənilməsinə, söziərin mənasının asanlıqla başa dü-

şülməsinə,  qavranılmasına  şərait  yaradır,  oxunun  sürətini  artırır. 

Təhlil-tərkib işinin belə qarşılıqlı əlaqəsi hecalarla oxu bacarıqları-

nı tədricən bütöv sözlərlə oxuya doğru inkişaf etdirir. Deməli, təhlil 

və tərkib hər cür təfəkkür fəaliyyətində mütləq iştirak edən mühüm 

təfəkkür  proseslərindəndir  (M.Məhərrəmov).  Oxu  təlimində  təhlil-

tərkib prosesi şagirdlərin idrakına təsir edir, onları düşünmək, şüur-

lu fəaliyyət göstərmək vəzifəsilə qarşılaşdırır. 

Uşaqları  oxu vərdişlərinə  yiyələndirmək çox çətin və uzun sü-

rən prosesdir… burada görmə, eşitmə, hərəki analizatorların təhlil-

tərkib  formalarının  müxtəlifliyi  iştirak  edir.  (M.V.Matyuxina). 

Müxtəlif mətnlər və çalışmalar üzərindəki müntəzəm məşqlər nəti-

cəsində oxu uşaqlarda tədricən vərdiş halına keçir. Müəllim təqdim 

etdiyi hər hansı materialı oxuyarkən onlarda yaranmış belə vərdiş-

lər  artıq  şüurda  avtomatlaşmış  bir  prosesə  çevrilir.  Beləliklə,  oxu 

şüur  tələb  etmədən  avtomatik  surətdə  cərəyan  edir  (V.İ.Teplov). 

Sözün səs-heca quruluşu və nitqdə sözlərin birləşdirilməsi haqqın-

da anlayış verməyin ən məhsuldar yollarından biri sözlərin hecalara 

və  səslərə ayrılması və  ayrılmış  səslərin hecada,  hecaların  isə  söz-

lərdə  birləşdirilməsidir.  Şagirdlər  həmin  yolun  köməyi  ilə  oxu  za-

manı  bütöv  sözü,  hecanı,  yaxud  onun  hissəsi  olan  səsi  ―görməyi, 

dərk etməyi‖ öyrənirlər. Onlar başa düşürlər ki, səslər sözün və he-

canın elementləridir, lakin bir qayda olaraq ayrılıqda tələffüz edil-

mir (A.S.Abdullayev). 

Sözləri hecalara ayırmağı bacarmaq düzgün oxu vərdişlərinə yi-

yələnməyin  əsas  şərtidir.  ―Sözləri  hecalara  ayırmağı  bacarmayan 

adam  heç  vaxt  düzgün  oxuya  bilməyəcəkdir‖  (L.M.Şvarts).  Lakin 

bu prosesdə, heca heç bir semantik rol oynamır. O, məna bildirmək 

xassəsindən məhrumdur. Söz daxilində hecalara ayırmanın seman-

tik rol oynaması nəticəsidir ki, hecaların sərhədində bəzən tərəddüd 

meydana çıxır. N.İ.Jinkin göstərir ki, nitqin heç bir səsi heca xari-

cində tələffüz edilə bilmir. Lakin o səsin əlaməti, həm də dilin se-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə