Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə7/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   2   3   4   5   6   7   8   9   10   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

21 



mantik vahidi deyildir. M.S.Kurduyumova oxu prosesində hecanın 

semantik yük daşımadığını göstərir. Savad təlimi dövründə uşaqlar 

sözlərin  səs-heca  quruluşunu  tez  və  asanlıqla  öyrənirlər.  Belə  bir 

bacarığa  onlar  tədricən  didaktikanın  asandan  çətinə,  sadədən  mü-

rəkkəbə prinsipinə əsasən yiyələnirlər. Belə ki, təlimin ilk günlərin-

də  uşaqlar  ən  sadə  an,  at,  na,  ta,  tu  və  s.  qapalı  və  açıq  hecalar 

üzərində işləyir. Sonralar onlar müəyyən bilik və bacarıqlara yiyə-

ləndikcə işin xarakteri də, mürəkkəblik dərəcəsi (hecaların, sözlərin 

tərkibi)  də  dəyişir.  Belə  tədricən  mürəkkəbləşmə  oxu  prosesində 

hiss olunmur. Uşaqlar sözün maddi qabığı  (forması) ilə onun mə-

nası arasındakı vəhdəti görür, o zaman dilin səs materiyası oxuya-

nın fəaliyyət predmeti olur. Ona görə də oxu təliminin ilk vəzifəsi 

uşağa sözün formasını, dilin səs cəhətinin quruluşu xüsusiyyətlərini 

açmaqdır  (M.S.Kurduyumova).  Beləliklə,  oxu  təlimi  dilin  praktik 

fonetikasının sirlərini uşaqlara açıb göstərir. 

Bunun üçün müəllimdən böyük zəhmət, yüksək yaradıcılıq fəa-

liyyəti  tələb  olunur.  Məlumdur  ki,  uşaqlar  oxu  vərdişlərinə  fərdi 

qaydada  yiyələnirlər.  Bu  prosesdə  onlarda  öyrənməyə,  axtarmağa 

olan  maraq,  əhvali-ruhiyyə  yüksəlir.  L.S.Vıqotskinin  təbiri  ilə  de-

sək, ―təlim inkişafın önündə getmiş olur‖. Ona görə də oxu prose-

sində  müəllimin  qarşısında  uşaqlara  fərdi  yanaşmaq  kimi  mühüm 

və çətin vəzifə durur. 

 

3. Səs təhlil-tərkib üsulu 

 

Yaxın vaxtlaradək savad təliminin sintetik, analitik və analitik-



sintetik üsullarından istifadə olunurdu. Məktəb təcrübəsi və araşdır-

malar savad təlimi dövründə səs təhlil-tərkib üsulundan istifadənin 

daha  səmərəli  olduğunu  göstərir.  Bu  üsuldan  istifadə  bir  neçə  cə-

hətdən əhəmiyyətlidir: a) səs təhlil-tərkib üsulu səs xüsusiyyəti ba-

xımından  Azərbaycan  dilinin  quruluşuna  və  fonetik  qanunlarına 

uyğundur; b) səs xüsusiyyəti hərfi əlamətlərə uyğun gəlir; c) uşaq-

ların idraki imkanlarnıı düzgün qiymətləndirməyə şərait yaradır; ç) 

şagirdlərin  nitqinin  xüsusiyyətlərini  müəyyənləşdirməyə  kömək 




Ağarəhim                                                                                                     Əsərlər 

 

22 



edir;  d)  uşaqların  eşitmə  analizatorlarını  inkişaf  etdirir;  e)  səsləri 

bir-birindən fərqləndirməyi bacarmağa alışdırır və s. 

Müasir dövrdə tətbiq olunan səs təhlil-tərkib üsulu oxu vərdişlə-

rinə yiyələnməyin təcrübədə özünü doğrultmuş optimal üsulu hesab 

olunur. Bu üsulu xarakterizə edən müddəalar bunlardır: 

a)  Oxu  təlimi  səslər  üzərində  aparılan  işə  əsaslanır.  Buna 

metodik  ədəbiyyatda  sövti  üsulu  da  deyilir.  Məlumdur  ki,  uşaqlar 

hələ  məktəbəqədərki  dövrdə  sərbəst  şəkildə  nitqə  yiyələnir,  ayrı-

ayrı sözləri, sözlərdəki səsləri fərqləndirməyi bacarır, əlifba təlimi-

nə hazırlanırlar. Məktəbdə isə uşaqlar fonetik təhlil nəticəsində ay-

rı-ayrı səsləri, səslənməsinə görə onların oxşar cəhətlərini öyrənir-

lər. Əlifba təlimi dövründə əvvəl nitqdən cümlə alınır, cümlə sözlə-

rə, sözlər hecalara, hecalar isə səslərə ayrılır, yeni səs tutulur. Sonra 

isə yeni səs hecalarda, hecalar sözlərdə, sözlər isə cümlədə işlədilir. 

Təkrar  məşqlər  hesabına  yeni  mümkün  səs  sözün  əvvəlində,  orta-

sında və sonunda işlədilir. Uşaqların özləri də müəllimin tələbi ilə 

sözün əvvəlində, ortasında və sonunda yeni səs işlənən sözlər tapır-

lar. Səsin yazılı şəkli (hərf) şagirdlərə təqdim olunur. Bu əməliyyat-

dan sonra ―Əlifba‖ dərsliyinin müvafıq səhifəsindəki şəkillərin ad-

ları xəbər alınır. Hecalar, sözlər, cümlələr, kiçik mətnlər oxutduru-

lur.  Hər  yeni  səsin  (hərfın)  öyrədilməsi  prosesində  əvvəl  keçilmiş 

səs  və  hərflərin  möhkəmləndirilməsi  üzrə  işlər  aparılır,  möhkəm-

ləndirilir və tədricən vərdişlərə çevrilir. 



b) Sözlər ayrı-ayrı səslərlə deyil, hecalarla oxutdurulur. Səs-

lər sözlərin tələffüz variantına əsaslanır. 



c)  Savad  təlimi  dövründə  oxu  materialı  uşaqların  yaşına, 

psixoloji  xüsusiyyətlərinə,  ümumi  inkişafına  uyğun  seçilir. Səs 

və hərflərin möhkəmləndirilməsi müntəzəm və ardıcıl aparılır. Ma-

terialın seçilməsində fonetikaya dair veriləcək biliklər, oxunun psi-

xoloji cəhətləri əsas götürülür. 



ç) Oxu və yazı bir-biri ilə qarşılıqlı əlaqədə olduğundan və 

bu  baxımdan  da  uşaqlar  səs  və  hərfin  çap  şəklini  eyni  vaxtda 

öyrəndiklərindən vaxt itirilmədən həmin hərfln əlyazması şəkli 

də sinfə təqdim edilir. Bundan sonra həmin hərfın həm ayrılıqda, 


Ağarəhim                                                                                                     Əsərlər 

 

23 



həm də söz içərisində mənimsədilməsi üzrə işlər aparılır. 

d) Oxu və yazı təlimi məktəbin qarşısında duran həm tərbi-

yəvi, həm də təhsil vəzifələrinin müvəffəqiyyətlə həlli istiqamə-

tində quruiur. Hər bir dərsdə şagirdlərin idrak fəallığı, nitqinin in-

kişafı  ön  plana  çəkilir,  tədris  materialının  şüurlu  mənimsənilməsi 

işi təmin olunur. 

L.M.Şvarts,  S.L.Redozubov,  Danilov,  M.M.Omorokova,  Qo-

retski, A.S.Abdullayev, Y.Ş.Kərimov və başqalarının tədqiqatların-

da  səs  təhlil-tərkib  üsulu  ilə  yeni  səs  və  hərfin  öyrənilməsi  sxemi 

belədir: 

— Nitqdən cümləni ayırmaq; Cümləni sözlərə ayırıb, tərkibində 

yeni öyrədiləcək səs olan sözü tapmaq; Həmin sözü hecalara ayır-

maq, tərkibində yeni öyrədiləcək səs olan sözü tapmaq; Həmin sö-

zü hecalara ayırmaq; 

— Yeni səsi müəyyənləşdirmək və onu ayrılıqda mənimsətmək; 

— Yeni səsin çap hərfi ilə şagirdləri tanış etmək; 

— Kəsmə əlifba ilə sözü tərtib etmək; 

— Düzəldilmiş sözü hecalarla oxumaq

— ―Əlifba‖ dərsliyindən yeni heca və sözü oxumaq

— ―Əlifba‖ dərsliyindən cümlələri və kiçik mətnləri oxumaq. 

Yeni öyrədiləcək hərfin əl yazısını belə bir planla mənimsətmək 

mümkündür: 

— Hərfin əl yazısı şəkli ilə tanışlıq; 

— Hərfin elementlərini yazmaq

— Hərfi yazmaq; 

— İçərisində öyrədiləcək hərf olan söz və cümlə yazmaq. 

Səs  təhlil-tərkib  üsulunu  daha  aydın  təsəvvür  etmək  üçün  bir 

neçə dərsin bəzi epizodlarına diqqət yetirək. 

Tutaq ki, müəllim ―Q‖ səsi və hərfinin öyrədilməsi mövzusunu 

tədris edir. Bu zaman uşaqların diqqətini dərslikdəki Q hərfı ilə bir-

likdə  verilmiş  ―qaşıq‖  şəklinə  yönəldir  və  onun  adını  soruşur.  Şa-

girdlərin hamısı ―Qaşıq‖ deyə cavab verirlər. Onlar dərslikdən a, n, 

t, u, d, r, ı, o, y, l, ş, s, m, ç, ö, v, z səs və hərflərini öyrənərkən bu 

sahədə məşq etdiklərindən müəllimin tələbinə əsasən, ―qaşıq‖ sözü-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə