ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   2   3   4   5   6   7   8   9   ...   88

 

 
çəkildi.  Bilmirəm  yazarlar  günə  neçə  səhifə  yazırlar,  ancaq 
Allaha  and  olsun,  elə  gün  oldu  ki,  biroturuma  30-40  səhifə 
yazdım.  Yazdığımın  nə  olduğunu  vallah  özüm  indi  də  bil-
mirəm  –  romandımı,  hekayədirmi..,  –  bilmirəm.  Ancaq  bir 
gün  baxdım  ki,  bircə  ilin  içində  yeddi  kitab  həcmində  nəsə 
yazmışam.  İçində  biədəbi,  fəlsəfi,  dini,  siyasi  olanı  da  var. 
Yazılarımı qabağıma töküb,  – “bunları mən necə və nə vaxt 
yazdım?”  –  deyib  öz-özümə  düşünəndə  yazılarımda təkrar-
çılıq  edə  biləcəyimdən  ehtiyat  etdim.  Yazmağı  məqsədli 
olaraq  dayandırdım.  Yazılarımı  kənar  oxucu  kimi  oxudum. 
Yazdıqlarımı  tutuşdurdum  –  təkrarçılıq,  paralelləri  sezmə-
dim.  Amma,  yazdıqlarımın  yarısını  kəsib  tulladım  –  oxu-
duğum  kitabların  təsiri,  xırda  plagiatlıqlar  vardı.  Cildlərin 
tərtibatına başladım  – cild-cild cızmaqaralarıma baxıb həyə-
canla  köks  ötürürdüm.  Bu  ərəfələrdə  dünya  klassiklərinin 
əsərlərini  təkrar-təkrar  gözümə  təpdim.  Saxladığım  yazılar-
dan bəyəndiklərimin yarısını da indi cırıb tulladım – mənim 
yazmaq  istədiklərimi  məndən  qabaq  və  məndən  daha  yaxşı 
yazıbmışlar.  Əlimdə qalanların azlığına məyus  oldum  –  sən 
demə, mən yazdıqlarımdan nənəm də yazarmış... 
Amma bir gecə... 
... Xatırlayıram, qurban bayramına bir gün qalırdı. Ətli-
piyli bir qurbanlıq qoç almışdım. Adamın əli də gəlmirdi ki 
zavallı heyvanın canına qıysın – şəriətə tam uyğun yaraşıqlı, 
buynuzlu, lakin axtalanmış bir erkək idi. İndi də biz müsəl-
manların  üç  adətini  heç  sevmirəm  –  Qurban  Bayramındakı 
heyvan  qətliamını,  diri-diri  qaz  yolmağını  və  heyvan  ax-
talamağını.  Söz  yox,  qaydaları  dəyişmək  iqtidarında  deyi-


 

 
ləm, özüm də qurban kəsirəm, mənim anam da qaz yolurdu 
– qaz tükünün yastığı bir başqa olur. Amma,  “insaf da dinin 
yarısıdır” axı. Nəysə, gecə qoç yuxumda dil açdı ki, – “Düz-
gün yazmırsan! Ana dilində yazmırsan! Öz dilini işlət! Yoxsa 
yazdıqlarının  duzu  olmayacaq!”.  Qoyunun  nə  demək  istə-
diyini  heç  anlaya  bilmədim.  Qurban  Bayramından  bir  neçə 
gün sonra qoç yenidən məni yuxuda haxladı – dırnaqlarıyla 
sinəmi  döyəclədi,  –  “Sağır  nun  olmadan  yazdıqlarının 
hamısı  yöndəmsiz  qoyun  qığıdır!”.  Qoçun,  qulaqlarımda 
gurlayan  səsinə  yuxudan  dik  atıldım.  Anlamışdım  onun  nə 
demək  istədiyini.  Uyurgəzər  kimi  kompüterimi  qaranlıqda 
tapıb  düyməsini  basdım.  Ürəyimə  yatan,  canıma  yağ  kimi 
yayılan  ilk  yazımı  birnəfəsə  yazdım.  Ümumiyyətlə,  ağlıma 
gələn  mövzunu  dərhal  bir  yerə  –  siqaret  qutusuna,  cib  dəs-
malına,  ovcuma,  telefonun  yaddaşına  yazmasam,  sonradan 
unuduram – neçə-neçə qeydiyyatını aparmadığım mövzular 
beləcə it-bata düşüb unudulub. 
O  gecə,  özüm  kimi  didərgin  salınmış  itkin  bir  hərfin  – 
səsin  şərəf  və  heysiyyatının  mühafizəsinə  qalxdım.  Məncə, 
bu hərf dilimizin yaraşığıdırsa, niyə yazılı dilimizdə olmasın. 
Razıyam!  Hər  kəs  öz  anasının  dilində  danışmaq  eşqinə 
düşsə, dilimiz əcəb-sandal kimi həfçoş xörəyə dönər. Amma 
mən,  dilimizi  bəzəyən,  aşıq,  xalq  dilinin  şirinliyini  özündə 
gizləyən  hərfdən  danışıram  –  eynilə  ingilis  dilindəki  mor-
ning,  coming,  going  sözlərinin  axırıncı  iki  hərfinin  birgə 
yaratdığı  *ŋ+  səsindən  (fonetik  və  digər  qanunauyğunluq-
larını  ingilis  dilinin  qrammatika  qaydalarından  öyrənə  bi-
lərsiniz).  


 

 
“Sağır  nun”u  yazandan  sonra  gördüm  ki,  həqiqətən  də 
yazdıqlarım  bir  qəpiklik  şey  deyilmiş.  Ümumiyyətlə,  yaz-
maq  mənlik  deyilmiş  –  mənim  dilim  kitab  üçün  yatımlı 
deyil.  Həm  ədəbiyyat  savadın  olmaya,  həm  də  əziz  ananın 
doğma  dilində  yazmaq  ədəbi  qayda  baxımından  yalnış  yol 
ola – əl-qolumu tamam soyutdum. Bir xeyli sonra, bilmirəm 
nədənsə  (deyəsən  lətifələri  toplamaq  istəmişdim),  vulqar 
ədəbiyyatı oxumaq könlümə düşdü. Bu səpkidə əsərləri oxu-
dum və yenidən “Sağır nun”a qayıtdım. Çünki, həcm və dil 
baxımından  mənə  daha  yaxın  olan  yazım  bu  idi.  Bundan 
sonra  yazacaqlarım  üçün  bulaq  oldu  “sağır  nun”.  “Bəyin 
oğurlanması” filminə baxa-baxa – elə süjeti də filmin bir par-
çasına  uyğunlaşdırmaqla  –  yazıma  vulqarlıq  bulaşdırmaq 
qərarına gəldim.  
Əgər  yanınızda  bircə  hərflik  xətrim  olmasını  istəyir-
sinizsə, o vaxt qurban kəsdiyim axtalanmış qoça ithafla yaz-
dığım  “Sağır  nun”u  təqdim  edim  ki,  mətləbimi  daha  dərin-
dən anlatmış olum...  
 
 
 
 


 

 
 
 
 
 
 
“Sağır nun”- ŋ 
 
 
 
Sənin ərin ölsün, mənim arvadım, 
İkimiz də gəzək yaslı-yaralı ... 
                                                                     Aşıq Ələsgər 
 
U
zun və gərgin keçən gecədən yorğun düşmüş Ay, gər-
nəşib  şirin  yuxuya  dalmaq  üçün  yorğanını  sinəsinə  çəkirdi. 
Yerə keşik çəkmək növbəsi indi Günəşin idi. O, pırtlaşıq saç-
larını  səhmana  salıb  öz  sarı  donunu  əyninə  geydi.  Sevgilisi 
Ayın üzündən son dəfə öpüb gözucu Yerə boylandı. 
Kəndin  xoruzları  toyuqları  itələyib  ağacdan  salsa  da, 
hələ  könül  dolusu  banlamamışdılar.  Adamlar  mal-qaranı, 
qoyun-quzunu topa-topa “Yal Məhlə”dəki yığınaq yerinə gə-
tirib nobata qatırdılar. Asfalt yolun bozaran kölgəsində  qo-
yun sürülərinin ağartısı güclə sezilirdi.  
Naxış  da  qoyunlarını  nobata  qatıb,  bayaqdan  yolboyu 
qulağını  dələn,  onu  bağırdalaq  edən  qaz  qaqqıltısına  doğru 
dartınırdı.  Səs,  Tubunun  məhləsindən  gəlirdi,  –  “Bəlkə  öl-
müşün  qazlarına  çaqqal-canavar  cumub”...  Tubunun  mal 
nobatına  gedəcək  kimi-kimsəsi  olmadığından  inək-qoyun 
sevgisini toyuq-cücəyə,  qaz-hinduşqaya  vermişdi. Naxış  hə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə