ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   2   3   4   5   6   7   8   9   10   ...   88

 
26 
 
–  Nədi  ə!  Birinci  öz  adına  lağ  elə,  sonra  bizimkinə  söz 
atarsan.  Nəyi  pisdi  adımızın,  –  Kəklik, Simavər,  Durna,  Bil-
dirçin... 
– Kəkliyin qanadı, simavarın da lüləyi olur. Sən qarğaya
Simavər isə allah bilir nəyə oxşuyur. 
– Siz kommunistlərin də elə yarısı lüləksiz deyilsinizmi? 
Onda  qızının  adını  niyə  Sərçə  qoyurdun  –  cik-cik  civildiyir, 
ona görə? 
– Nəhlət (lənət – R.B) sənə kor şeytan! Ha deyirəm sənə 
baş qoşmuyum, yenə də olmur. Söz soruşduq, zibilə düşdük! 
Kəklik:  
– Qoşəlləni deyirdinsə, odur ey uşaq əmizdirir. 
Sədr: 
– Pah atonnan yeri get yeyəsi! Ə, vallah bu zadın oğlunu 
bir gün biabır eliyib iti qovan kimi işdən qovacağam. Bu ki-
mə çəkdi belə arvadxasiyyətlikdə görəsən? 
Simavər: 
–  Biz  də  elə  bundan  danışırdıq  bayaqdan.  A  Dursun 
qağa,  vallah  Qicerdəndirsə,  Qoşəllə  daha  münasibdir.  Ba-
cımız  kimi  şeydir.  Arvadlarla  işləməyə  elə  beləsi  yarayır. 
Quran  haqqı  elə  onun  yanındaca  paltarımızı  dəyişib,  uşaq 
əmizdiririk. 
– Axırda şeyinizə – əmcəyinizə tamah salanda sizə deyə-
cəm! 
Kəklik: 
–  Şeyimizin  hay-hayı  gedib,  vay-vayı  qalıb.  Bir  də  ki 
ərlərimizin  namusuna  nə  gəlib  ki,  durub  Qoşəllənin  şeyinə 
zad salaq. 
– Məni yamsılayırsan!? 
Simavər gülümsündü: 


 
27 
 
– Dursun qağa, sən allah sənə bu adı kim qoyubdu? Belə 
məzəli  addır  ey,  –  “Dursun”  –  qızlar  şaqqanaq  çəkib  gü-
lüşdülər. 
–  Lap  hərcayı  olub  getmisiniz  ey!  Sizi  saxlayan  kişinin 
zadına kül olsun! 
Kəklik: 
– Bir ehmal ol görüm ey! Neçə ildi sədrsən? 
– 11... Nədi ki? 
– Bu 11 ildə briqadalarının hansı sənin üzünü qara eliyib 
raykomun yanında? Medalların əlindən məhsul bayramında 
yaxanda  iynə  taxmağa  yer  tapmazsan.  Bizim  də  barəmizdə 
düşünsənə  bir!  Gümanımız  bir  “qəhrəman  ana”  adınadır, 
doğmaqdan  “Cin  kahası”na  dönmüşük.  Odu  ey,  “Komso-
mol”  kolxozunda  qabaqcıllara  göy  “Moskviç”  bağışlayırlar. 
Bir sənin də dilin-ağzın olsun raykomun yanında, sən də bir 
drınqlet  maşından-zaddan  al  dayna  bu  kəndə.  Təzə  qız-
gəlinlərimiz  siftə  doğanda  yenə  rayon  xəstəxanasına  apar-
mağa  miniyimiz  olsun.  Elə  cöngə  kimi  belimizə  qalxmağı 
bacarırsınız.  Bala  salmaqdan  qırıldıq  batdıq.  Bu  zəhərə  qal-
mış  zəhərlər  bizə  bala  saldırır.  Gör  neçə-neçə  komsomol, 
kommunist  olacaq  uşaqlarımız  dərədə-təpədə  qurd-quşa 
yem olur. Oyrəli Məhişin gəlini yenə “Arpa çuxuru”nda bala 
saldı. 
– O döyülməkdən bala salır. “DDT
14
”-nin bir təsiri yox-
du  bu  zad  salmaqda.  Onun  dalına  şəllədiyi  ot  yükünü  gör-
sən,  sən  də  bala  salarsan.  Min  dəfə  demişəm  ki,  qız,  bir  az 
usluf ol şəllənəndə. Nə vaxt da baxsan qarnı çənəsinə dəyir. 
                                                           
14
 Insektisiddir  


 
28 
 
– Nə bilim vallah, görək sənin qızın Sərçə doğanda nəylə 
aparacaqsan xəstəxanaya... 
–  Canı  çıxacaq  evdə  doğacaq.  Nənələrimiz  xəstəxanada 
doğublar, bəlkə sən xəstəxanada doğulmusan? 
–  Elə  mamaça  Qirbişim  bizi  belə  bequrum  doğuzdurub 
dayna. Hamımızın bir gözü aya, o biri gözü çaya baxır. Beis-
bat  küpəgirənin  nə  gözü  görür,  nə  də  qulağı  eşidir.  Adamı 
heç  gücənməyə  də  qoymur.  Zalım  qızı  kirli  əllərini  soxub 
içəridən dartıb çıxarır bədbəxt uşağı. 
– Sizə Qirbişim arvad da çoxdur. İt kimi küçükləməkdən 
əl çəkin. Kolxozun işi tökülüb qalıb, sizsə, doğmaqdan başqa 
dərdiniz yoxdur. 
– Vallah sənə söz deyəndədir günah. Bir gün allah haqqı 
bu  arvadları  yığıb  başıma  kəsdirəcəm  raykomun  qabağını. 
Deyəcəyəm ki, – “Yoldaş raykom, bax sizin bu sədr Dursun 
bizi doğmağa qoymur, partiyamızın, qəhrəman analarımızın 
zadına zidd gedir...” 
–  Səni  bildiyin  qədər  çəkəsən  qız,  sən  nə  od-yalovsan-
mış!  Səndən  nə  desən  gözləmək  olar,  sən  hər  şey  eliyərsən. 
Höyürə  gələn  camış  kimi,  doğmaq  beyninizə batdısa,  gözü-
nüz  heç  nəyi  görmür. Nəysə,  çox  zəvzədin.  Şeyə  denən,  za-
dımı  bağlamışam  şeyinin  qırağına,  hərdən  baxsın  ki,  şeyinə 
girməsin. 
– Oppala! Gəl indi başa düş görüm bizim “şey-zad” səd-
rimiz nə demək istəyir. Vallah burasını ta mən də qanamma-
dım ay sədr. Deyirsən nə deyim..? 
–  Atımı  buruntaxlayıb,  cidarlayıb  buraxmışam  üzüm-
lüyün  zadına,  gözləsin,  birdən  üzümlüyə  zad  eliyər...  Mən 
gedim. Bu şagirdlərdən də özün göz-qulaq ol. 


 
29 
 
–  Yaxşı.  Amma  sədr,  zadına  dönüm,  şeyi  yadından 
çıxartma – maşın məsələsini deyirəm. Yoxsa bax gedəcəyəm 
raykoma ha..! 
– Beynimi mıcıxlama. Dedim ki, baxarıq. Əldən iti olun, 
yağış  deyiblər.  Elə  eləyin  ki,  məhsul  zay  olmasın.  Zad  hanı 
bəs? 
– Qumrunu deyirsənsə, odey, iki cız o tərəfdədir. 
Sədr ucadan: 
– Ay Qumru, zadın nətərdi! 
Qumru o yandan: 
– Sağ ol Dursun əmisi, o gün məktub yazmışdı, hamıya 
duavsana
15
 deyirdi. 
– Şeyinə nə qədər qalıb? 
– Dörd aya qayıdır inşallah! Sercant
16
 veriblər. 
–  Allah  zad  eləsin,  sənin  uşağın  yaxşı  baladır.  Gələn 
kimi onu zadın yerinə briqadir qoyacağam. 
–  Allah  köməyin  olsun  sədr,  ancaq  Kətman  balam 
instituta girməyə qərar verib. 
–  Ağız  neynir  institutu?  Oxuyub  nə  olacaq  ki?  Gəlsin 
kəndinə  –  elinə.  Ona  bir  toy  eliyək  ki,  zurnanın  zadı  Urusi-
yətdən gəlsin. 
–  Sağ  ol  Dursun  əmisi.  Allah  səndən  razı  olsun.  Sən 
olmasan biz qırılıb batarıq. 
Kəklik səsini qaldırdı: 
–  Az  yaltaq  ol  ağız!  Neyliyib  ki  bizə  Dursun  qağan! 
Bütün  günü  eşşək  kimi  üzümlükdə  ağnamaqdan  ələngəyə 
dönmüşük. 
                                                           
15
 Salam-dua 
16
 Serjant hərbi rütbəsi
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə