ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   4   5   6   7   8   9   10   11   ...   88

 
30 
 
Qumru: 
–  Dilini  dinc  saxla  ay  qız!  Adam  naşükür  olmaz!  Kən-
dimizin başını rayonda uca eliyibsə, o da bəsimizdir. Höku-
mətə üzüm lazımdır, onu da yığmaq bizim öhdəmizə düşür. 
Kəklik: 
–  Hökumət  də  üzümdən  araq-çaxır  düzəldib  satsın, 
sonra  da  içənləri  tutub  damlasın  eləmi!  Gündə  eşşək  kimi 
anqırtın düşüb kəndə ey, – “Ay Hətəm, az iç bu zəhrimarı!” 
– deyə. Bu zəhrimarı  yığmasan, o da içməz. Hökumətin beli 
qırılsın elə! Onsuz da sədr nə qədər pripiska eləsə də bizə bir 
qara  qəpik  çatan  deyil.  Bu  urus  ayısı  gəbərməyincə  biz  öz 
üzümümüzün doşabına, bəhməzinə həsrət qalacağıq... 
Dursun: 
– Ay qız sənin ağzından vallah qan iyi gəlir. Bir gün səni 
demoqoqluq  üstündə  damlasalar,  məəttəl  qalmaram.  Sizin 
bu  qeybətlərinizə  qulaq  asmaqdan  mən  də  Qoşəllə  kimi 
arvadlaşaram.  Qoy  mən  gedim  işimin  dalınca.  Şeyini  dinc 
saxla, əlinə güc ver. 
– Get! Get yoldaş sədr, bu hökumətin də bir gün səndən 
xəbəri  olacaq.  Bir  gün  sovet  hökumətinin  özü  bu  dağlara 
gələndə sənin dərinə saman təpəcək. 
– Neyləmişəm ağız hökumətə, belə yanıqlısan məndən? 
– Kəndə maşın al! 
– Dedik yaxşı da! 
–  Dedin,  amma  eləməsən  gələn  dəfə  gəlib  sənin  evində 
doğacağam. 
– Öz xarabanda su çıxıb? 
– Sən sən ol, mən də mən! 


 
31 
 
– Lənət şeytana, işə düşmədik! Bax bu il də “Komsomol” 
kolxozundan geri qalsaq, maşın yox ey, bax bunu görərsiniz 
– baş barmağını iki barmağının arasından göstərdi. 
Kəklik: 
– Onu apar arvadına göstər, tərbiyəsiz! 
– Bu il nə olursa olsun, “Komsomol”a çatmalıyıq və hələ 
ötməliyik də! 
Kəklik: 
– Çatmağa çatarıq, ancaq ötməyi ağlım kəsmir. 
– Niyə ötmürük ki!? Nəyin əskikdir? 
Kəklik: 
– Ötsək, iştanımızın
17
 dalındakı qırmızı yamağı görünə-
cək, ona görə. Anladın!? 
Dursun: 
– Sənin dilinin zadını... 
Bu heynidə üzüm sahəsinin başında sarı “PAZ” avtobu-
su  tozanaq  qaldırıb  saxladı,  içindən  kostyum-qalstuklu  8-9 
kişi  düşdü.  Dursun  nimdaş,  düyməsiz  pencəyinin  yaxasını 
qaydaya salıb avtobusa tərəf cumdu. 
Kəklik Simavərə səsləndi: 
–  Yoxlama  görən  kimi  gör  altına  necə  batırır.  Qaç 
qabaqlarına! Gopla ki,  – “Hər hektardan filan sentner üzüm 
gözləyirik,  əməkçilərimiz  sovet  xalqına  öz  töhfəsini  vermək 
üçün  gecə-gündüz  əlindən  gələni  edəcək...”.  Görüm  qırılsın 
elə  bu  sovet  xalqını  –  bizi  diz  üstə  qoydu.  Ağız  nə  qədər 
yeyirmiş  bu  sovet  xalqı!  Eşşək  kimi  işləyirik,  yenə  də  qarnı 
doymur  bu  gözü  çıxmış  xalqın!  Gör  nə  qədər  çiçəyi  bur-
nunda qız-gəlinimiz qısır qaldı bu üzümlüklərdə... 
                                                           
17
 Alt tumanı 


 
32 
 
Simavər: 
– Aaz dilini dinc saxla, vallah səni qazamata salacaqlar. 
Qız,  deyəsən  bu  gələnlər  yoxlamaya  oxşamır  axı.  Əllərində 
nəysə yekə çamadanları var... Bəlkə yenə tilvizordandılar
18

Məktəblilərdən  kimsə  görünür  üzüm  yığımına  ilk  də-
fəydi  gəlirdi.  Tənək  yarpağının  üstündəki  göydaş  tozunu 
Kəkliyə göstərib soruşdu, – “Xala, bu göy şey nədir?”  
Simavər önlüyü ilə uşağın əlini silib, istehza ilə: 
– Baldı dayna bala, dürməklə ye! Zəhərdi, zəhər! Yesən, 
evlənəndə  uşağın  olmayacaq!  Üzüm  yemə!  –  dedisə  də,  bir 
gözü  gələn  qonaqlarda  idi.  Kəklik  cızdan  çıxıb  üzüm  dolu 
vedrəni sahənin  başındakı  badyaya  töküb  gələnlərin  yanına 
dartındı. 
Sədr  gələn  qonaqlara  çatıb,  –  “Ay  xoş  gəlmisiniz, 
buyurun, buyurun...” – əl uzadıb bir-bir görüşdü. 
Gələnlərin içində şux geyimli olanı qaşqabağını salladı: 
–  Cərə  gəldik,  cəhənnəmə  gəldik...  Ver  vedrələri  görək! 
Hardan başlayaq? 
Dursun çaşdı: 
– Zad eləginən.., nə verim dedin? 
– Vedrə! 
– Şeyi neynirsiniz? 
–  Burda  neyləyərlər,  çalıb-oxumayacağıq  ki!  Üzüm 
yığacağıq! 
– Qanammadım... 
– Əşşi yoldan tutub göndəriblər ki, üzüm yığaq! 
Sədr  işin  nə  yerdə  olduğunu  indi  anlayıb  bağırdı,  – 
“Kəklik, ay Kəklik!”  
                                                           
18
 Televiziya
  


 
33 
 
Kəklik  düz  sədrin  arxasında  dayanmışdı,  –  “Çığırma, 
burdayam” – dedi. 
–  Bu  gədələrin  hərəsinin  əlinə  bir  şey  ver  –  vedrə, 
hərəsinə də bir cız, qoy üzüm yığsınlar. 
Kəklik: 
– Bu kostyumda, qalstukda da üzüm yığarlar heç? 
–  A  sənin  zadın  qurusun!  Sənə  nə  var  olar,  ya  olmaz! 
Yoldaş Səlimov “olar” deyirsə, demək olar! 
Sonra  üzünü  qonaqlara  tutub,  –  “Kimsiniz,  anışdıra 
bilmədim sizi...” 
–  Qara  yola,  qara  saata  rayonunuza  toya  gəlmişdik  – 
musiqiçilərik. Ağdamdan gəlmişik. Yolda milislər bizi tutub 
basdı  avtobusa  ki,  –  “prokurorun  göstərişi  var  –  rayonda 
üzüm yığımı vaxtı toy eləmək qadağandır, gedin üzüm nor-
manızı yığın, axşam isə gedib toyunuzu çalarsınız”... 
Sədri  gülmək  tutdu,  –  “Ay  alım  ağrını  belə  prokuror. 
Ə..,  ə,  kişi  belə  olar  ey!”.  Vallah  yoldaş  Əzizov  kimilər 
olmasa, Kəklik kimilərin qaqqıltısı bu hökuməti çoxdan yıxıb 
dağıtmışdı. 
Kəklik: 
–  Nəyi  qalıb  ki  daha,  saxta  “pripiska”larla  elə  özünüz 
yıxacaqsınız bu dövləti. 
Dursun: 
– Səni yıxıb yerə, ağzına-ağzına zad eləmək lazımdır! 
Kəklik: 
– Mənim ağzıma zad eliyən hələ anasından doğulmayıb! 
Musiqiçilərdən biri: 
–  A  kişi,  ağsaqqal  adamsan,  danışığına  bir  fikir  ver, 
qadınla da belə danışarlarmı heç! 
Kəklik: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə