ƏSƏRLƏRİ I ciLD



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/88
tarix21.06.2018
ölçüsü2,8 Kb.
#50583
1   ...   80   81   82   83   84   85   86   87   88

 
345 
 
ğuma  əmin  deyiləm,  ancaq  haqqı  çatmayan  birinin,  birdən-
birə böyük bir haqq sahibi olması, sizcə  ədalətsizlik deyilmi? 
Mən  bu  düşüncə  sahibiyəm  ki,  varlı  adam  həmişə  ka-
sıbın düşmənidir. Ona görə yox ki, sovetlərdən qalma psixo-
logiyadır, əsla yox! Ona görə ki, bu bərabərsizliyi kapitalizm 
qaydaları  yaradır.  Yoxsa,  ədalətli  cəmiyyət  və  ədalətli  oyun 
qaydaları olsaydı, fərasətli və ağıllılar qabağa düşərdilər. İn-
di  isə  əksinədir  –  qabağa  düşənlər  ağılsız  müştəbehlər,  nəf-
sinə  qul  olan  savadsız  kütbeyinlər,  pula  həris,  alverçi-biz-
nesmenlərdir.  Nədənsə,  mənə  elə  gəlir  ki,  siyasətçiylə  biz-
nesmen  arasında  kəskin  bir  sədd  yoxdur,  sanki  ikisi  də 
əxlaqsızlıq uçurumunun həndəvərində oynayan qayğısız na-
dinc  qohum  uşaqlardır.  Bu  iki  zümrə  cəmiyyəti  və  bəşəriy-
yəti  heç  vaxt  işıqlı  gələcəyə  aparıb  çıxara  bilməz.  Çünki 
biznesmen “batıranda” siyəsətə, siyasətçi isə işləri korlayan-
da  biznesə  keçir.  Demək  ki,  cəmiyyyətin  əsas  meyarı  olan 
əxlaq  prinsipləri  bu  çək-çevirdə  ciddi  zədələnir  və  kütləvi 
sırtıqlaşma,  gönüqalınlaşma  prosesi  başlayır.  Aqil  və  təcrü-
bəli insanlar cəmiyyətin idarəsini ələ almalıdırlar. Bərabərliyi 
təkcə  sosializm  demir  ki,  elə  kapitalizm  də,  Quran  da,  hər 
şey deyir... Bir misal deyim. Qonşum Rəfailin, babadanqalma 
bir  “Zim”  maşını  vardı.  Mənim  kimi  bir  qəpiyə  dəyməyən 
bu  “zimbala”  sən  demə  antik  bir  şeyimiş  və  kalan  pula  ge-
dirmiş.  Nəysə,  sağlıqlarına  qismət,  satdılar  və  ondan  sonra 
Rəfaili  tanımaq  mümkün  olmadı  qardaş...  Sinifimizdə  ən 
kütbeyin  olan  bu  vələdüzina,  indi  bizim  alnımıza  tüpürüb 
oramıza Corc Vaşinqtonun şəkli olan dollar əskinaslarını ya-
pışdırır. Kişi əməlli-başlı iş qurdu, varlandı və “zimbalanın” 
hesabına  rayonumuzun  birinci  pullu  kişisi  oldu.  İndi  hamı 
ona  arxasınca  “Zimbala  Rəfail”  deyir.  Siz  Allah  elə  fikirləş-


 
346 
 
məyin  ki,  qarnıqurdlu  paxılın  biriyəm.  Yox  vallah,  sadəcə 
istərdim  ki,  Rəfail  bu  var-dövləti  mənimlə  yanaşı  pambıq 
yarışında qazanaydı. Bax o zaman onunla bir dost kimi ürək-
dən  qürur  duyardım.  İndi  isə  o,  gözümdə  kapitalist  ünsür-
dən başqa bir şey deyil.  
Amma  Rəfailin  “zimbala”  təcrübəsi  ağılabatan  idi.  Mə-
nim maşınım olmasa da, əmək qəhrəmanı və sosializm yarı-
şının  qalibi  kimi  dəfələrlə  aldığım  ordenlərim,  medallarım 
vardı.  Odur  ki,  artıq  heç  nəyə  yaramayan  bu  dəmir-dümür 
parçalarını  satıb  özümə  maya  düzəltmək  məqsədilə  Bakıya 
üz tutdum. 
 
* * * 
 
Orden-medal  alverçilərini  yerini  soruşdum.  “Hə...  nu-
mizmatikləri  deyirsiniz...”  –  “Tarqovu”nu  istinad  verdilər. 
Gəlib deyilən yeri tapdım. Qabağına köhnə pullar, orden və 
medallar,  Jukovun  şəxsən  igidliyə  görə  təqdim  etdiyi  qızıl 
qol  saatları,  ağlınıza  gətirə  bildiyiniz  bütün  növ  metal  an-
tikvariat  satan tacirlərə  yaxınlaşdım.  Öz  medalımın  eynisini 
piştaxtadan  götürüb  qiymətini  soruşdum,  –  “6  manat”  – 
dedi. Ürəyimin giziltisi gözümdən və qulaqlarımdan cərəyan 
kimi  keçdi.  Demək  mənim  gecə-gündüz  eşşək  kimi  tarlada 
işləməyimin son qiyməti 6 manat dəyərində olacaqmış. Səni 
lənətə  gələsən  sovet  hökuməti,  səni  dağılasan  belə  zəmanə! 
Yox,  mən  hələki  6  manata  qalacaq  halda  deyiləm,  min  bir 
əziyyətlə qazandığım, 12 il ürəyimin başında qürurla gəzdir-
diyim medalımı çölə ataram, amma bu qiymətə satmaram. 
– Bundan məndə də ikisi var, satsam neçəyə alarsınız!? 
– 2 manata alıb, 6-ya satırıq... 


 
347 
 
–  Satın,  dilənçinin  milyoner  balaları!  Birdən-birə  milyo-
ner  olmaq  xəstəliyi  sizin  ağlınızı  başınızdan  alıb.  Hər  gün 
evdən  çıxanda,  –  “Allah  işimi  avand  elə”  demək  əvəzinə,  – 
“Allahım,  bu  gün  də  mənə  cibinə  girməyə  bir  axmaq  adam 
ürcah elə”– deyirsiniz. Heç Allahın, insafın yoxdurmu sənin, 
2-yə  aldığını,  6-ya  satırsan.    Heç  olmazsa,  üstünə  aldığın 
qədər qoy – 4-ə sat da!.. 
–  A  kişi  baş-beynimi  aparmaginən,  alırsan-al,  satırsan-
sat,  qoy  işimizi  görək,  onsuzda  bütün  günü  qara  qəpiyin 
sahibi olmamışıq, heç olmazsa, qanımı qaraltma. 
–  Olmazsan  da,  kapitalist  tör-töküntüsü!  Camaatın  min 
əziyyətlə qazandığı halal medalını 6 manata satanda bilmir-
sən ki, evinin bini-bərəkəti qaçacaq?! 
–  Kişi  cəhənnəm  ol  burdan,  oruc  tutan,  namaz  qılan 
adamam, məni imandan-dindən çıxartma, adamını get başqa 
yerdə  axtar,  məni  qanı-xataya  salma,  polisə  verməyə  artıq 
pulum yoxdu mənim, çıx get burdan. 
–  Dədənin  xarabasına  gəlmişəm,  məni  qovursan?  Bəlkə 
atanının ehsanını yeyib nəmərini yazdırmadan gedirəm, hə? 
– Əşşi, sənin var-yoxuna...! 
Sözünün  arxasını  üzümə  bir  sillə,  çiynimə  bir  yumruq, 
arxama  bir  təpiklə  bitirdi.  Ətrafdakıların  hamısının  mənə 
güldüyünü görüb, yenə də günahkar olduğumu anladım və 
oradan  uzaqlaşdım.  Yaxşı  ki,  ətrafdakıların  çoxu  məni  ağıl-
dankəm  hesab  elədi.  Kaş  bu  dilimi  dinc  saxlamağın  yolunu 
biləydim... 
 
* * * 
 


 
348 
 
Səki başqa şeydən danışacaqdım, gör söhbəti gətirib ha-
ralara çıxardım ey..! Bax belə olduğumu bilirəm, amma ney-
niyim  ki,  özümdən  asılı  deyil.  Gedirəm  qonşudan  balta  al-
mağa,  yazığın  başını  baltayla  yarıb  qayıdıram.  Hamısı  da 
bax bu zəvzəkliyimin ucbatından! 
Amma danışmaq istədiyim başqa bir hadisədir... 
Bu  yaşdan  sonra  evlənəcəyimi,  kimisə  sevib-seçəcəyimi 
ağlıma  da  gətirməzdim.  Ancaq  indi  mən  evlənmişəm. 
“Necə?”. “Bax belə!” 
...Deyirlər ki, züryəti olmayanlar bir az paxıl və qısqanc 
olurlar. Əslinə baxanda mən də o siyahıda olmalıydım. An-
caq,  bəribaşdan  deyim  ki,  uşaqları,  xüsusən  hələ  indi-indi 
yeriməyə başlayan körpələri daha şox sevirəm. Niyəsini bil-
mirəm,  Allah  məni  də  belə  yaradıb  –  zəvzək  və  körpələrə 
qarşı sevgi dolu... 
Hə indi yadıma düşdü!... Numizmatik arxama təpik vu-
randa  üzü  “Malakan  bağı”na  tərəf  dayandığımdan,  əlindən 
buraxılan kimi elə o səmti tutub düz getdim və gəlib dəniz-
kənarı  bulvara  çıxdım.  Medalımın  və  özümün  təhqir  olun-
mağımın acı yanğısı o qədər ağır idi ki, çiyinlərim əyilmişdi. 
Gözlərim  yeriyən  ayaqqabılarımın  şiş  burnuna  zillənmişdi. 
Ətrafda küt uğultudan başqa heç nə eşitmirdim. Bükülü ka-
ğızda mənə tum uzadan uşağın səsinə gözümü qaldırdım. 
– Əmi, tum istəyirsiniz? 
– ...Hə, birini ver. Neçəyədir? 
– 20 qəpiyə. 
– Bahadır... 
– Siz 10 qəpik verin, alın. 
–  Bu  başqa  məsələ,  onda  ikisini  ver  –  hər  şeydə  xeyir 
güdmək yaxşı hal olmasa da, insan gərək gəlir-çıxarını bilsin. 


 
349 
 
Bükmənin birini cibimə qoydum. İndi tum çırtlayır, qa-
bıqlarını yerə tüpürür, məni amansızcasına mənəvi sıxıntının 
ən pis dalanına təpmiş vətənimin torpağını tum qabıqlarıyla 
kirlətməkdən  zövq  alırdım.  Hər  dəfə  torpağa  tüpürdükcə 
üzüm gülürdü, eynim açılırdı, çünki gözümün qabağına zəh-
ləmgetmişlərin hamısını gətirib onların üzünə tüpürürdüm – 
Qorbaçovun,  Leninin,  keçmiş  kolxoz  sədrimiz  Bəndalının 
(ilk  ordeni  yaxama  o  sancmışdı),  məni  partiyaya  keçirən 
Hikmətin,  məni  dəfələrlə  öz  bizneslərinə  qoşulmamı  təklif 
etmiş  dostlarım  Aydın,  Şahlar,  Sakit  və  Kərəmin,  numiz-
matikin, Rəfailin – hamının!.. 
Deyəsən tüpürməyimin səsi etik norma səviyyəsini aşıb 
diqqəti cəlb edəcək həddəymiş. Bayaqdan qabağımca gedən, 
hər  əlində  bir  uşaq  tutmuş  qadına  sanki  indi  fikir  verdim. 
Uşaqların  ikisi  də  oğlan  idi.  Biri  10-11,  digəri  isə  3-4 
yaşlarında olardı. Balaca olan dil boğaza qoymurdu. 
– Ana, mən yenə “dığınn
44
” istəsəm alacan? 
Ana laqeydcəsinə uşağın başını aldadırdı: 
– Hə... 
–  Baterka  da  çokqulu  al  ki,  xayab  olanda,  tez  taxaq, 
heylə?... 
– Heylə balam, heylə... 
Böyük oğlan: 
–  Ana,  bəlkə  atam  birdəfəlik  getməyib,  nə  vaxtsa  biz 
yadına düşəcəyik və geri qayıdacaq? 
–  Yox  bala  qayıtmayacaq,  qayıtmağını  da  istəmirəm. 
Mən  cəhənnəm,  amma  övladlarını  atan  ata  kişi  deyil,  be-
ləsinə arvad olan isə əxlaqsızın ən əxlaqsızıdır. 
                                                           
44
 Körpə dilində dığınn – maşın, baterka – batareya, çokqulu – çoxlu. 


 
350 
 
– Ana bəs indi dolanışığımız necə olacaq, bu şəhərdə iş 
tapa  biləcəksənmi?  Bəlkə  mən  də  məktəbdən  çıxıb  iş  axta-
rım? 
–  Bir  də  belə  sözü  ağlına  gətirsən,  səni  tikə-tikə  doğru-
yub atanın heyifini səndən alaram! Oxu, adam, kişi ol, sonra 
da nakişi atana sübut elə ki, – “uduzan sən oldun, biz yox, ay 
şorgöz  şərəfsiz!”.  Allah  kərimdir,  əlbət  bir  yerdən  işıq  yeri 
verər bizə də. Varlının pulu varsa, kasıbın da Allahı var... 
Balaca oğlan: 
– Ana, ayyah baba haydadı, niyə gəlib adamlaya kömək 
eləmiy? Qıymızı xayab dığınnımı ayyah baba düzəldə biləy? 
–  Düzəldər  oğul,  düzəldər.  Allah  baba  hər  müşkül  işi 
düzəldər... 
Böyük oğlan: 
– Ana yenə ərə getməyi fikirləşirsən? 
–  Elə  bu  tələm-tələsiklikdə  ərə  getmək  yadımdan  çıx-
mışdı! Sən icazə verərsən mənim ərə getməyimə? 
– Niyə vermirəm ki... 
– Biqeyrətin belindən gələn oğul necə olmalıydı ki! 
–  Bəs  indi  neyniyəcəksən,  bütün  ömrünü  bizim  üçün 
çürüdəcəksən? 
–  Bəs  nə  üçün  ana  yaranmışam,  sizi  doğmuşam?  Ata 
olsaydım,  quyruğunu  belinə  dolayıb  mozalan  tutmuş  dana-
lar  kimi  çoxdan  qaçmışdım..!  Bundan  sonra  sizin  üçün 
yaşıyacağam  ki,  adam  olasınız.  Sonra  da  insafınız  olsa  ye-
kələndə siz mənə baxarsınız. 
Balaca oğlan: 
– Ana mən ata istiyiyəm... 
– Sənin atan ölsün! Ondan sənə ata olmaz! 
– Onda təzəsini istiyiyəm..! 


 
351 
 
– Gedək bazardan alaq – qomunu 20 qəpiyə satırlar! 
– Aldatmıysan ki? 
– Yox... 
Böyük oğlan: 
– Sən ərinin necə olmağını istərdin ana? 
–  Mərd,  sözü  üzə  deyən,  düzü  deməkdən  çəkinməyən, 
zəhmətkeş,  yorulmaqdan  qorxmayan,  dəmir  biləkli,  əliqa-
barlı,  daşdan  yonulmuş  enli  sinə,  sərt  baxışlı...  –  hiss  olu-
nurdu ki, dili danışsa da fikri tam başqa şeylərdə idi. 
Balaca oğlan mənə tərəf çönüb anasının donunu dartdı: 
– Ana, bax bu əmi kimi eyəmi?... 
Onların  hər  üçü  çönüb  mənə  baxdılar.  Söhbətlərinə 
xəlvəti şahid olduğumu bildikləri üçün utandım, öldüm yerə 
girdim. Əlimi cibimə soxub tum bükməsini çıxardım. 
– Salam, tum çırtdıyırsınız?... 
Qadın: 
– Yox, sağ olun! 
Böyük oğlan: 
– Mən istəyirəm. 
Balaca oğlan: 
– Mən də. 
Bükməni böyük oğlana verdim. Kənardan baxan deyər-
di  ki,  –  “Bu  kişinin  boyuna-buxununa  bax,  utanmır,  düşüb 
ikiuşaqlı  qadının  dalınca...”.  Amma  Allaha  and  olsun  ki, 
məqsədim  qadının  dalınca  düşmək  deyildi,  bu  təsadüfdən 
belə alınmışdı. İnanın Allaha ki, bu yarım saatlıq şahidliyim, 
qadının xasiyyəti haqqında məndə böyük bir təəssürat yarat-
mışdı.  Sanki  mən  bu  qadını  və  onun  başsız  qalmış  övlad-
larını lap çoxdan tanıyırdım.  


 
352 
 
Biz  əvvəlki  qaydada  yeriməyə  davam  elədik.  Böyük 
oğul  ilk  əvvəl  anasının  ovcunu  tumla  doldurdu.  Ana  tumu 
qabıqdan  təmizləyib  hərdən  balaca  oğlunun  da  ağzına  dür-
türdü. 
Balaca oğlan: 
–  Ana,  mən  istiyiyəm  ki,  mənim  atam  bax  bu  əmi  çimi 
oysun... 
Böyük oğlan: 
– Hə ana, tam sən deyən kimi bir ərdir... 
Qadın  bir  də  dönüb  müştəri  gözüylə  mənə  baxdı,  asta-
dan, – “Hə oxşuyur...” – dedi. 
Əlimdəki  tum  bükməsini  yerə  tullayıb  balaca  oğlanın 
əlindən  tutdum.  Ömründə  heç  kimin  ağlına  gəlməyən  bir 
partlayış elədim, – “İstəyirsinizmi ki, bu gündən sizin atanız 
olum?” – soruşdum. 
Balaca oğlan: 
– Hə, mən istiyiyəm... 
Onu qucağıma aldım. 
Böyük oğlan xeyli anasına baxdı, görünür nəysə sezdi və: 
– Mən də istəyirəm! – dedi. 
Utanmadan üzümü qadına tutub ondan soruşdum: 
– Mənə ərə gələrsiniz? 
Yerə  baxıb  gülümsündü.  Sakitcə  10-15  addım  da  yol 
getdik: 
– Üç sualıma tam düzgün cavab ver və mən də cavabımı 
deyim – dedi. 
– Buyur – dedim. 
– Sizdə qalacağıq, yoxsa bizdə? 


 
353 
 
–  Rayonda  –  kənddə  böyük  evim,  bağ-bağatım,  mal-
qaram var, əlbəttə mənimlə qalacağıq. 
–  İkiuşaqlı,  38  yaşlı  təzə  dul  qadını  almaqdan  heç  vaxt 
peşiman olmayacaqsan ki? 
– 43 yaşınadək subay yaşamağın peşimançılığını o qədər 
çəkmişəm ki, heç olmazsa, hazır  iki uşaqla itirdiyim zamanı 
qabaqlamış olaram. 
– Adın nədir? 
– Bərxudar. 
– İçki, qadın... 
– Elə şeylərdən başın salamat! 
– Onda, mən də razıyam... 
İnanın Allaha, uşaqların ikisi də ayaqlarıma sarmaşıb elə 
sevindilər ki, elə bil ataları müharibədən qayıtmışdı. Cibim-
dəki  medallarımı  çıxarıb  uşaqların  hərəsinin  yaxasından 
birini asdım. Medalları böyük bir hədiyyə kimi qəbul etmiş-
dilər. İlk hədiyyəm o qədər qiymətli olmuşdu ki, uşaqlar elə 
sevinmişdilər  ki.., nə deyim,  gözümdən  axan  iki  damla  yaşı 
qadın incə barmaqlarıyla sildi. Bax bu andaca içimdən keçən 
gizilti, ta bu günədək sevgi adıyla içimdə sayrışır, zəvzəklik-
lə  keçən  ömrümə  bir  səbr,  xoşbəxtlik  iksiri  kimi  şəfa  qatdı. 
Nə şirin şeymiş bu sevgi... 
– Nə medallarıdır belə? – qadın soruşdu. 
– “Əmək qabaqcılı”, “Zərbəçi” ordeni... 
– Salıb itirərlər birdən... 
– Onlara medal da, canım da qurbandır – dedim. 
 
 
* * * 
 
 


 
354 
 
Bax  beləcə  mən,  mənə  ehtiyacı  olan  bir  ailəyə  qovuş-
dum.  Həmin  gecə  Səfurəgildə  (həyat  yoldaşımdır)  gecələ-
dim.  Bütün  gecəni  oğlanlarım  yanımdan  çəkilmədilər.  On-
lara  lap tez  isinişdim, onlar  da  məni  sevdilər.  Səfurəylə  bir-
birimizi təzə sevgililər kimi süzürdük. Sabah onları da götü-
rüb  kəndimizə  gətirdim.  Elə  həmin  gün  rayonda  Səfurəylə 
kəbinimizi kəsdirdik. 
İndi iki oğul atasıyam və üçüncüsü 2 aydan sonra dün-
yaya gələcəkdir.  
Etirazlarıma baxmayaraq Səfurə Bakıdakı üçotaqlı mən-
zilini  satdı.  Həmin pula  Bakıda  iri  bir  dükan aldıq.  İndi  hə-
min  dükanın  icarə  puluyla  kənddə  ailəmlə  birlikdə  pad-
şahlar kimi xoşbəxt ömür sürürəm. Nə Rəfailə ehtiyacım var, 
nə də başqa kapitalist ünsürlərə. Amma öz aramızda qalsın – 
daha  onlara  əvvəlki  kimi  nifrət  etmirəm.  Çox  qüdrətli  şe-
yimiş bu sevgi deyilən şey... 
Allah hamının bəxtini bax belə xeyirə açsın. Amin! Amin 
deyən dillər var olsun! Ona da bir amin!.. 
 
28 avqust 2010-cu il  
 
 
 
 
 
 


 
355 
 
Kitabın içindəkilər 
Ön söz əvəzi   <<<<<<<<<<<<<<<...<<.<<< 3 
“Sağır nun”- ŋ <<<<<<<<<<<<<<<<<<...<.... 9 
Türkün məsəli <<<<<<<<<<<<<<<<<<.<< 17 
Yarımçıq qalan gündəlik <<<<<<<<<<.<<<<<.  48 
İşıq pulu <<<<<<<<<<<<<<..<<<<<...<< 146 
Lənət <<<<<<<...<<<<<<<<<<<<<<<< 166 
Dik <<<<<<<<<...<<<<<<<<<<<<...<< 186 
Təhqir edilmiş vicdan <<<<<<<<<<<<<<<..< 199 
Namus dağı <<<<<<<<<<<<<<<<<...<<< 207 
Dəmir duası <<<<<<<<<<<.<<<<<<<..<< 226 
Təbrizin küçələri dolanbadolan <<<<<<<<<<<.< 235 
Dovşan <<<<<<<<<<<<<<<<<<<<<..<. 267 
Sahibsiz yolçu <<<<<<<<<<<<<<<<<..<<. 270 
Mutant... <<<<<<<<<<<<<<<<<<<.<<< 322 
Bəxti-xuda <<<<<<<<<<..<<<<<<<<<<< 344 
 
 
 


 
356 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilib: 16.11.2013 
Çapa imzalanıb: 8.01.2014 
Həcmi: 22,25 
Tirajı: 300 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə